|
Say
(No.): 450/2007 Tarix
(Date): 25 April 2007 |
|
Amerika
Birləşmiş Ştatları Kongresinin Başqanı
və dəyərli Kongresmənlər Üzü
:
Kütləvi
İnformasiya vasitələri |
Hörmətli
Amerika Birləşmiş Ştatları Kongresinin Başqanı
və dəyərli Kongresmənlər,
MÜRACİT:
GÜNEY AZƏRBAYCANIN VİCDAN DUSTAQLARINA QARŞI İRANDAKI BÖHRANİ
SİYASİ DUSTAQLAR KOMİTƏSİ TƏRƏFİNDƏN
PLAGİAT
Son
günlər İranda siyasi zindanilər böhran komitəsi
imzasi ilə 121/ 17 nümrəli bir yaramaz məktub huzurlarınıza
göndərilmişdir. O məktubuda bu təkzibnamyə sancaqlıyaraq
huzurlarınıza təqdim edirik.
O
bəyaniyyəni ona görə yalanlayırıq ki, Güney
Azərbaycan siyasi dustaqları orada plagiat olmuşlar (adları
oğurlanmış). İstər halən Tehran rejiminin
zindanlarında olanlar, istərsə də qabaqlarda
sərbəstliklərindən yoxsun qalan Güney Azərbaycanın
siyasi zindanileəri o Komitənin bəyaniyyəsinə qol çekməmişlər.
O
listədə adı çəkilən, Güney Azərbaycanda milli
haqlarımızı tələb yolunda siyasi dustaqlarımızın
bir çoxu ilə əlaqə saxlayaraq durumu incələdik. Danışdığımız
soydaşlarımızın heç birinin belə bir məktubdan
xəbərlərinin olmadığını hüzurlarınıza
çatdırmaq istərdik.
Amerikanın
səsi radio və TV-dən ( VOA) tənqid edən bu adamları
bəlkədə son zamanlar bu radyonun Azərbaycan bölməsinin
Güney Azərbaycan probləmi ilə çox düzgün və
dəyərli məlumat verməsi narahat etmişdir. Bu vəsilə
ilə də onlara çəkdikləri zəhmətlərə görə
təşəkkür və ədalət uğrunda çalışmalarına
görə minnətdarlığımızı bildiririk.
Birləşmiş
Millətlər Təşkilatının 1960-da 1541 sayılı
milli müqəddəratı təyin bəyannaməsi
bizim başlıca demokrasi ölçümüzdür . Bu prinsipi
qəbul etməyən heç bir təfəkkürü demokratik saymırıq.
Onun üçün bu vəsilə ilə o müraciəti təkzib edirik.
Elə buna görə də, Farsçı İranlı Komitənin
buraxdığı məktubu içi boş bir iddea hesab edirik .
Həqiqət
budur ki, demokrasi, özgürlük və azadlıqdan dəm vuran bu cücə
şovinistlərin anlamadığı bir şey varsa oda
demokrasidir. İllər boyu Güney Azərbaycanda ən ibtidai
milli haqlarımızı demokratik üsullarla tələb edən
mübarizlərimizi asıb-kəsən Tehran faşistlərinin
haqqında bir kəlimə danışmayan, siyasi dustaqlarımızı
bir tək kəlmə ilə belə müdafiə etməyən
bu zehniyyət ancaq yeni bir diktatorluk, yeni bir faciə yarada
bilər.
Demokrasi
bütün dərdlərin dərmanıdır, ancaq İranda
demokrasinin ən böyük əngəli Fars şovinizmidir.
Beyinləri irticai şovinist təfəkkürü ilə dolu olanların
başı, istər tacın istər əmmamənin istərsə
də silindir börkünün altında
olsun, bizim üçün heç bir fərqi yoxdur.
Bu
saxtakarlar utanmadan və yalandan Tehran rejiminin əlində
zəncirə çəkilmiş Güney Azərbaycan milli
hərəkətçilərinin də adlarını öz
listələrində yerləşdirərək sizə göndərmələri,
çirkinliklərinin başqa bir boyutunu göstərməkdədir.
Biz
inanırıq ki, soyuq savaşdan sonra, bugün dünyada demokratlar
və diktatorlar arasında barışmaz mübarizə
getməkdədir. Azərbaycanımızda milli bir şuar olan
millətlərə azadlıq, insanlara hürriyyət
siloganını xatırladaraq sizə və bütün dünya
demokratlarına uğurlar arzulayırıq.
Dərin
hörmətlərimlə,
Böyük
Rəsuloğlu
Dünya
Azərbaycanlılarının Haqlarını Müdafiə
Komitəsinin Sədri
|
Say
(No.): 450/2007 Tarix
(Date): 25 April 2007 |
|
To
the Leader of the CC
:
To be published in various Mass Media |
Dear
Leader of the US Congress and dear Congressmen
statement
issued by the Iranian Committee of Vulnerable Political Prisoners CVPP
(their Reference: 121/17). We hold that their statement is a plagiary, and their
letter was never undersigned by Southern Azerbaijani prisoners of conscience
including those deprived of their liberty at this moment or those who were
deprived in the past. We attach the
statement by the above Iranian Committee for your full reference.
