Güney Azərbaycan Hadi Musəvi şokundan çıxa bilmir

 

Babək Azəri

Hüquqşünas

Dünyada ele həqiqətlər var ki, onun sübuta ehtiyacı yoxdur.Misal üçün, biz desək ki, qatıq qara deyil, ağdır, bu bizim tərəfimizdən mənasız söhbətin mövzusunu ortaya atmaq olar. O cümlədən, Hadi Musəvinin İrana təhvil verilməsinin pis və ya yanlış addım olduğunu mövzu kimi araşdırsaq, bu da qatığın ağlığını sübut etmək qədər mənasızdır. Amma son günlər bu hadisənin, yəni H. Musəvinin İrana təhvil verilməsini dövlətin nəzarəti altında olan qəzetlərin haqlı sayması səbəb oldu ki, bu yazını yazım.

Hadi Musəvinin şəxsiyyəti haqqında gəzən söhbətlər, yəni bəzilərinin onu milli fəal, digərlərinin onu İranın casusu hesab edirlər.Qeyd edim ki, prinsipcə hadisəyə baxış düz deyil, məsələyə bu cür yanaşmaq olmaz. Dediyim kimi bu baxış yanlışdırsa, bəs düz baxış necədir ? Düz baxışı ancaq demokratik düşüncə sistemində formalaşmış qanun və prinsiplərə əsaslanıb hadisə ilə bağlı faktları əsas götürüb məsələni həll etmək olar. Yəni təcrübəyə əsaslanıb düzgün həll etmək olar.

Demokratik düşüncə sistemində tanınmış prinsip budur : bir fərdə ki ittiham vururlar, xüsusən casusluq ittihamı, həmin şəxsin haqqı var ki, vəkil tuta və özünü müdafiə edə.Hətta pulu yoxdursa, onda dövlət ona vəkil tutmalı və imkan verməlidir ki, bu insan özünü müdafiə və haqlı olduğunu sübut edə. Amma Hadi Musəviyə bu imkan verilməyib və bağlı qapıların dalında onun barəsində qərar çıxarılıb və İrana təhvil veriblər. İndi isə bir tərəfli onun barəsində bu ittihamları sayırlar.Bu ancaq qeyri - demokratik əməl yox, siyasi etika ilə də ziddiyyəti var. Rabitənin bir tərəfi zalım, digər tərəfi isə məzlum nəzərə gəlir.

İkinci prinsipsə bir başa Azərbaycan mətbuatı ilə bağlıdır. Və əvvəldən qeyd edim ki, onların hadisəyə məntiqlə yanaşmasında yox, açıq desəm qapalı otaqdan pəncərə şüşələri arxasından baxıb qiymət vermələridir.Əgər mətbuat, media istəyir bir nəfəri casus adlandıra, gərək məhkəmənin verdiyi məlumat əsasında bu informasiyanı yaya. Hadi Musəvinin casusluğu ilə əlaqədar məhkəmə olmayıb və belə olan bir zamanda məhkəmə onun casusluğuna da hökm verməyib. Amma çox təssüf ki, bu gün o mətbuat ki, iqtidarın nəzarəti altındadır və onlar nə zaman istəsələr və kimə istəsələr casus, təxribatçı və digər bu kimi damğalar vurmağa hazırdı, bu adlarla adlandırmaqdan da çəkinmirlər. Bu özü qeyri - demokratik iş sayılır. Fərz eliyək ki, Hadi Musəvi cəsusdur. Casusluq bütün ölkələrin dövlət qanunlarında ağır cinayət sayılır. Belə olan bir zaman da bəs nə üçün Azərbaycan iqtidarı casusu cəzalandırmaq əvəzinə casusu cəsusluğa göndərənə təhvil verir. Bu iş Azərbaycanın siyasi istiqlalın sual altına aparmır? Onlar ki, and içiblər millətin haqqını qanun əsasında qoruyalar, onlar ilk əvvəl özləri qanunu ayaq altına atırlar . Kimə belə bir sualla müraciət etmək olar ki, bu ölkə bu vəziyyətlə hara gedib çıxacaq ?

Əlbəttə, bir suala cavab almasam da, amma deməliyəm ki, suallarım bununla bitib - tükənmir.Yenə məni narahat edən köklü bir sual var ki, H. Musəvinin İrana təhvil verilməsi bir və ya bir neçə nəfərin səhvi ola bilər. Əgər doğrudan da belə olsaydı hakimiyyət bu səhvə etiraf edərdi, amma görürük ki, əslində belə deyil. Nəinki səhvin etirafı, hətta H.Musəvini İranın casusu da adlandırır.Bu Güneyin milli aktivləri arasında qorxu yaradır ki, indiki iqtidar sevmədiyi adama casus adı verib İrana təhvil verə. Bütün bunlara yekun kimi demək olar ki, hər halda bir az da olsa demokratik qaydalara əsaslanıb müəyyən faktlarla deyə bilərik və sübut etmək olar ki, indiki iqtidarın Güney Azərbaycan milli hərəkatına qarşı apardığı siyasət onun ümumi siyasi mövqeyinə dönmüşdür. Bunu sübut etmək üçün heç də özümüzü dağa - daşa salmayaq, sadəcə son günlər ətrafımızda baş verən hadisələrə nəzər salaq :

1. 26 mart 2007 - ci ildə BMT ..də Azərbaycan Zimbave və Banqıladeşlə bir yerdə İranda insan haqlarının pozulmasına qarşı olan sənədə öz etirazını bildirib və onun gündəlikdən çıxarılmasına dəllallıq edıb.

2.İranın atom proqramına bəraət qazandırmaq.

3.Mart ayında Bakıda keçirilən Azərbaycan Türk Diaspora rəhbərlərinin I forumunda Güney Azərbaycan adının yasaqlanması.

4.Yüzlərlə Güney Azərbaycanlıya Şimali Azərbaycanda oturum verilməməsi və müraciətlərə cavab verilməsi ki, biz sizə oturum verəriksə, İranın bundan xoşu gəlməz.

5. Və s. bu kimi misalları sadalayıb başağrısı vermək istəmirəm.

Və çoxlu sayda misal çəkmək olar ki, bu fərdin söhbəti deyil, bu işlər hakimiyyətin siyasi mahiyyətindən nəticələnir.

Verdiyim suallara, yəni məni narahat edən suallara Azərbaycan hakimiyyətindən cavab alacağıma gümanim yoxdur.Artıq onun tutduğu mövqey mənə məlumdur. Əgər cavab verərsə, müəyyən yollara əl atacaq. Bu da günaha bəraət qazandırmaq üçün olacaq. Günahın isə bəraət haqqı yoxdur.

Gəlin insanlıq nöqteyi - nəzərindən yanaşaq. Hadi Musəvi yaxşı və ya pis də olsa, bir ananın balasıdır.Əgər o ananın saçın yonub "Bala vay! " - deməyini gözümüz ilə görmürüksə, onu ürəyimizlə duyaq.

Hadi Musəvinin İrana təhvil verilməsi Güney Azərbaycanın milli hərəkatına qardaş silləsidir. Ata - baba sözüdür deyərlər qardaş silləsini unutmaq çox çətin olur.Bu baxımdan bu psixoloji yara millətin yaddaşından asanlıqla silinməyəcək və Güney Azərbaycan Hadi Musəvi şokudan asanlıqla çıxa bilməyəcək.