|
A. Güneyli
Ermənilər 24 Aprel 1915də Türklər
tərəfindən soyqırıma uğradıqlarını
iddia edərək dünyaya özlərini məzlum və zülmə
uğramş bir xalq olaraq tanıtmağa çalışırlar,
halbuki Ermənilər 20. əsrin əvvəllərindən
günümüzə qədər, arxalarına aldıqları
digər Türk düşmanlarının dəstəўiylə
Azərbaycan və Anadolu Türklərini acımasız
və zâlimcə qətliam etmişdilər. 1905, 1915, 1918,
1920, 1992 illərdə Ermənilər deўil, Anadolu
və Azərbaycan Türkləri soyqırıma məruz qalmışdılar.
Ermənilər Birinci Dünya Savaşı sırasında, Türk
ordusunu arxadan vurmaq üçün Fransızlar və Ruslarla anlaşdilar,
bu nədənlə Osmanlı dövləti bunun qarşısını
almaq üçün Erməniləri ölkə içində güvənli
yerlərə köç etdirmək zorunda qaldı. O köç zamanı,
hava şərtlərinin yaxşı olmaması ilə
birlikdə yayğın xəstəlikdən dolayı
yollarda Ermənilərdən ölənlər oldu. Osmanlı
arşivlərinə görə o tarixdə çox sayıda Türk
də üstdə söz etdiўimiz nədənlərdən
dolayı ölmüşdürlər. Ermənilərin iddialarına
görə o dönəmdə 1,5 milyondan artıq Erməni, Türklər
tərəfindən öldürülmüş, halbuki 1906 nufus sayımına
görə o tarixdə Anadolu torpaqlarında yaşayan
Ermənilərin sayısı 1 milyona çıxmamaqdadır.
Erməni Patrikxanasının verilərinə görə
1915də 1,018,000 Erməni nufusu Anadoluda yaşamaqdaydı.
Bütün bu iftiraların yalan olduğu Osmanlı arşivlərinin
açılması ilə ortaya çıxdı.Türkiyə Arşivlərimiz
açığdır və tarixi bəlgələr ortadadır.
çağrısına Ermənistanın nədən qarşı
çıxdığı bəlli oldu
1910-1922 illəri arasında
Erməni çətələri tərəfindən
qətledilən 523 min 955 Türk var
Bu tablo göstərir ki,
Anadoluda gerçəkdən bir soyqırım yaşanmış...
Ermənilər yalnız Anadolu Türklərini deўil,
Azərbaycan Türklərini də hər fürsətdə
qətliam etmişlər. Azərbaycanda 1918də Mart
soyqırımı olaraq tanınan Erməni
cinayətləri çox təkan vericidir. O zamanlar Bakıda
yaşayan Bolşevik Blyumun xatirələrində
Erməni Daşnaqlarının Mart 1918də Bakıda
20,000 insanı öldürdüklərini yazırdı.1918 ili
Yanvar ayından Mart ayına qədər Daşnaq, Bolşevik
və digər Erməni milli partiləri Azərbaycan Türkünə
qarşı etdikləri cinayətlər inanılmaz idi.
Sovyet üst dairələri də Ermənilərə
dəstək verirdi. Arşiv bəlgələri göstərir
ki, Ruslar tərəfinidən silahlanmış
Ermənilər Bakıda, Gəncədə, Şamaxıda,
evlərə basqın etdikləri zaman üç-dörd günlük uşaqları,
xəncər və süngü ilə vəhşicəsinə
qətledirlər. Arşivlərdəki bilgilərə görə
qulaqları, burunları kəsilən qarınları yırtılan
37 Azərbaycan Qadınının cəsədləri tapılmışdır.
O dövrdə Ermənilərin Bakıda yaratdıqları
cinayətlərin şahidi olan Səyid Cəfər Pişəvəri
xatirələrində bələ yazır: Mən Mart
1918də Daşnaqların vəhşiliklərini, saysız
günahsız adamları öldürüb cəsətlərinin yandırılmasını
gözümlə gördüm. Bu çox zalimcə bir hərəkət
idi.
Genə də o tarixdə Erməni vəhşiliklərinə
şahid olan Nəriman Nərimanov, Azərbaycan Türkünə
qarşı Bolşevik-Daşnaq ittifaqı qonusundakı düşüncələrini
belə ifadə edir: Bolşəvik olan bir Azərbaycanlıya
belə aman verilmədi. Daşnaqlar, Bolşevikliўinizi
tanımarıq, öncəliklə Türksünüz, bu yetər!
deyirdilər. Onlar (Ermənilər) Bolşeviklik adı altında
Azərbaycanlılara qarşı hərcür cinayət işlədilər,
elə ki, hamilə qadınlar belə bunlardan canlarını
qurtarabilmədilər.
O dövrdə Azərbaycan Türkünün fəci şəkildə
öldürülməsində böyük rolu olan Erməni aydınları,
insanlıq siması olmayan əskərlərinə
dəstək verdilər. Savaşın gedişatında
tarixi abidələrin məhvedilməsi, Erməni aydınlarının
təhrikləri ilə olmuşdu.
Mart Soyqırımından bir il sonra, Ermənilər bu
olayı Bolseviklərlə Müsəlmanlar arasında olan
hakimiyət savaşı olaraq qamuoyuna sunmağa başladılar.
1918də Aprel ayının ilk günlərində başlayan
Bakı qətliamlarının eynisi Şamaxı, Quba, Xaçmaz,
Lənkəran və Səlyanda da yaşandı. Mart ayının
ortalarında 2000 Erməni əskəri Şamaxını
ələ kəçirdilər, insanları zalimcə öldürərək
şəhəri təmizləməyə başladılar.
Bir nəçə gün içində Şamaxının 58
kəndi Ermənilər tərəfindən dağıdıldı,
təxminən 8 minə yaxın insan öldürüldü, bunun da
1653ü qadın, 956sı uşaq idi. 1918də 15000
nufusu olan Şamaxının (%80dən çoxu Türk idi)
1921 ilində nufusu aşağı-yuxarı 1701ə düşdü.
Quba, Göўçay, Səlyan və Lənkəranda
Erməni silahlı birlikləri tərəfindən törədilən
cinayətlər Bakı və Şamaxıdakı
vəhşiliklərin bənzəridir.
Ermənilər, Mart 1918də Quzey Azərbaycanda
etdikləri qətliamların eynisini Güney Azərbaycanda
da etmişdirlər. Mart 1918də Urmiyə, Xoy, Salmas
və Makuda minlərcə Azərbaycan Türkünü qətl
etdilər. Bu olaylar sırasında Kürdlər də
Erməniləri dəstəklədi.
Ermənilərin Türklərə qarşı,ən son
vəhşilikləri, Qarabağ Savaşında dünyanın
gözünün önündə yaşandı. 1992 Xocalı qətliamında,
şəhər yerlə yeksan olundu, 8 ailənin tamamilə
nəsli kəsildi, yüzlərlə qoca, qadın, uşaq
amansızcasına güllələndi. 1 milyon insan
evlərindən, yurdlarından didərgin düşdü və
hələ də çadırlarda çətin şərtlər
altında yaşamaqdadırlar. Ermənilər etdikləri
bütün bu vəhşiliklər və cinayətlərə
rəğmən utanmadan dünyaya, Türklər
tərəfindən soyqırıma uğradıqlarını
qəbul etdirməyə çalışırlar. Nə yazıq
ki, Türklər hələ bugünə qədər
Ermənilərin cinayətkar simasını dünya qamuoyuna
gösdərə bilməyiblər.
Qaynaqlar:
Hürriyət Qəzeti, 22 Əkim 2000.
Star Qəzeti,18 Nisan 2005.
Arifoğlu, Əmin, Türkiyə və Azərbaycan Açısından
Erməni Sorunu, Ankara-2002.
Həsənli, Cəmil, 1918də Azərbaycanda
Erməni Teroru və Türk-Müsəlman Soyqırımı.
Pişəvəri, Mir Cəfər, Seçilmiş Əsərləri.
Swietochowski, Tadeusz, Rusiya və Azərbaycan, 1905-1920.
|