Gənc aktivistlə danışıq ( 2 )

 

 

1- Ozaman Federalismi kökündən imkansız bilirsiz ?

 

-         İmkansız olduğun iddia etmirəm. Baxır hansı zamanda və hansı durumdan söhbət gedir ! Əgər siz bugün hakimiyyəti çevirib və Federal İranı qurmaqdan danışırsızsa, ozaman məncə bu imkansızdır. Əgər siz hakimiyyətin dəyişməsindən sonra başlayan UZUN müddətli siyasi prosesdən danışırsızsa, ozaman məncə ideal surətdə bunun sonu Federalismə gəlib çata bilər. Ancaq məncə bu prosesçün ən azı 50 il zaman lazimdir. Bu 50 ildə Fars “ aydınları “ və habelə millətinin böyük qismi özünü real Federal İrana hazırlamalıdır. Məncə olar bugün kəsin buna hazır deyirlər. Onların ən moderatları bugünku Rusia federativ modelinə düşünə bilərlər. “Əyalate mottahede İran” diyənlərsə , əslində hələ bu mərhəliyədə çatmamışlar. Amerika federalismin bayrq edən Fars “ aydını “ , ən peşəkar fırıldaqçıdır məncə. İranı 1 gecədə Amerika edəcəklər diyə, qara günlü millətdə ,qondarma inam və yalançi surətdə gənclərin fantazilərin boyayırlar. Təbiki bu “ Federal “ İranın devlət dili Fars dili olacaq . Çünkü Amerikada İngiliscədir ! Burasını dərhal kopi edəcəklər.

 

2-  Bu 50 illik fasilədə bağımsız milli devlətlər qurulmalıdır ?

 

-         Mən təxmini olaraq 50 ildən danışdım. Bu zamanın uzanıb qısalması Farsların siyası davranışlarından asılıdır. Daha öncə Konfedral sistemindən danışdım. Məncə bugünkü İran rejimi istər xarici saldırmaq , istər daxili üsyan sonucunda taxdan düşərsə, dərhal milli hakimiyyətlər öz torpaqlarında ortaya çıxacaqlar. Buna heç şüpəm yoxdur. Heç inanmıramki rejim getdikdən sonra Tehranın küçələrində qeyri Fars millətlərlə, Fars milləti bir birilə qovuşsun. Bu təsvirlər qaldı 57 inqilabında və daha sonra İrakla savaş meydanlarında. Bü üzdəndə mən inanıramki milli muxtar bölgələr otumatik olaraq üzə çıxacaqlar. Ancaq dərhal istiqlal etməkləri biraz şüpəlidir. Təxmini 50 illik proses məncə bura çatandan sonra başlayır. Mənim zənnimcə ideal odurki bütün millətlər rəsmən istiqlal elan etməlidirlər. Müstəqill ölkələr istədikləri qonşu ölkəylə Konfedral vəya Federal birlik yaradar. “ Amandi Qan tökülər “ diyənlərçün ən düzgün seçənək budur məncə. Seddam taxdan düşən günü İrakın 4 dənə milli-dini devləti olsaydı, əminəmki bugünkü qirqına şahid olmazdıq. Bu üzdəndə mənim düşüncəmdə dərhal istiqlal elan edib və qonşu millətlə bağımız olaraq muzakiriyə getmək lazimdir. İnanıramki qeyri Fars millətlər ən qısa zamanda Barışa əl tapa biləcəklər. Əgər muxtar bölgələrin başçıları Federal fantazisin həyata keçirmək istəsələr, inanıramki həmin 50 il qanlı milli savaşlara sərf olacaq. Eynən bugünkü İrak kimi.  

Ancaq Fars millətilə sözün əsil mənasında Barışmaqçün bizə yox, onlara 50 il zaman lazimdir!

 

3-  “Federalism yolun yarısıdır, istiqlal hamısı “. Bəs bu barədə ...

 

-         Əlbəttə eşitmişəm. Məncə İran adlı ölkəni tanıyan hər hansı siyasi aktivistçün yuxarıdaki nüsxə ən gülünc taktik olmalıdır. Hətta international çapdada belənçi iddia etmək olmaz. Əgər əski Sovetlərə baxıb belə düşünən varsa, ozaman bilmədirlərki Sovetlər birliyi yarananda bütün indiki bağımsız ölkələr, ozamanda bağımsız ölkə olaraq həmin qondarma “ fedralismə “ qoşulmuşdular. Yani ordada Fedralismin yolu, İstiqlaldan keçmişdir. Üstəlik həmin ölkələr kəsinliklə öz meyillərilə yox, bəlkə Qızıl ordu zoriyla “ Federal “ formasına düşmüşlərdir. Baxın hələ bugündə Baltik ölkələri bugünkü Rusia devlətindən UZUR İSTƏMƏK tələb edir ! Çünkü oların bağımsız ölkələrin işğal etmişdir. Başqaları bu cəsarətin sahibi deyirlərsə, o demək deyilki könüllü olaraq Sovetlərə qoşulmuşlar. Deməli bu misalda Federal 50% deyil, tərsinə gücün 100% ni , əldə etmək anlamı ortaya çıxır.

Amerika örnəkdirsə, ordada hamı bilirki çeşitli əyalətlərin devlətləri tam könüllü olaraq birləşib və Amerika Federalın qurmuşlar. Bir neçə əyaləti Mekzikdən zorla qoparmaqdan savayi ! Deməli devlətlər yaranır və sonra Federal olub vəya olmamağa qərar verilir. Burdada Federal yolun SONU olubdur, 50% deyil !

Günüy Federalçılarının çox bəyəndikləri Canada və Suis misallarına baxaq. Birinci buki Suis modeli bütün dünyada özünə məxsus bir modeldirki oda Suiss ölkəsinin tarixindən və özəlliklə siyasi geografisindən asılıdır. Ancaq yenədə bunlara baxmayaraq, bu ölkə 1291.ci ildə KONFEDRAL olaraq ortaya çıxmış və sonralar 1848.ci ildə FEDERAL formasında idarə olmağa başlamış. İndi siz mənə deyinki ortadaki bu 550 ilin içində, Suiss ölkəsi yolun yarısındaymış yoxsa axırında ?!? Burdada Federalın yolu Konfedraldan keçibdir !

Canadanın  Quebek bölgəsin ələm edənlərdə qayıdıb Canada və özəlliklə Quebek tarixinə göz salmalıdırlar məncə. Qızıl dərili yerlilərin əlindən ilk dəfiyə Quebeki çıxaran Fransalılar, sonralar İngilislərin tərəfindən basılmışlar. Əslində bu misalda bizim “ Federalçılara “ qazanan heç səmt yoxdur. Çünkü Qubekli Fransalılar könüllü olaraq və ilk başdan bəri BAĞIMSIZ devlətkimi olmamışlar. İndi İstiqlal tələb edirlər. Əldə etdikdən sonra , ozaman dəvamli və möhkəm Konfedral vəya Fedral qurmaq seçimin əldə etmiş olurlar.

Cavabım uzun oldu ama sadəcə demək istədimki bütün bu misallarda bizim Federalçılara haqq qazandıran FAKTOR yoxdur. Fedralism kəsinliklə yolun yarısı deyil. Tərsinə olaraq əsil Fedralism anlaşmanın və təfahumun ƏN SON mərhələsidirki ən qısa yolu Konfedralismdən keçir. Bizim Fedralçılar ya biz İstiqlalçıları ələ salıblar, yadaki daha öncələr dediyimkimi”  Fedralism “  termininə bir cur vurqunluq tapiblar. Yani Love History ...

Əgər İstiqlala dogru taktikdirsə, ozaman qisaca deməliyəmki bu çox Komikdir ! Guya qarşı tərəf oqədər xamdırki bu “ uzman “ taktikə uysun. Bugun ən amator Fars Şovnistin danışdırsaz diyəcəkki “ Siz Ana dili adiyla, İstiqlal istisiz ... “ . İndi buyurun bu adamı “ Fedral istirem diyə “ alladın. 

 

 

 

4- Siz nədən Fedralistlərə belə agresiv yanaşırsız ? Fərqli düşündükləri sizi narahat edir yoxsa ?

 

-         Baxın fərqli düşünmək başqadır, məntiqi yarıda buraxıb və nala mıxa döymək başqa. Əgər Güney Türkü olan bir siyasi aydın, ən azı 80 illik Şovnismə inanırsa, deməli bu məntiqə əsasən fikirlər ortaya qoymalıdır. Bu olmazki mən riyaziyyata inanam və həmdə 2+2=3.9 iddiası edəm ! Bu əzizlər ya bir dəfə inkar eləmədirlərki Fars Şovnismi diyə bir şey vardır, yadaki bu sadəlikdə bu inancı unudub və dünyanın 4 bucaqında “ Fedralism “ misalları axtarmamalıdırlar. Tapdıqları misallara diqqət etsəniz , ordada olara haqq qazandıran heçnə yoxdur. Mən 1000 illik Türk saraylarında becərilmiş Fars Şovnismindən danışdım. 80 illik qəddar Fars Faşismindən danışdım. Bunagörədə Fedralismə ən azı 50 il zaman qalır diyə inanıram. İndi siz mənə haqq verinki “ Fedralism yolun yarısıdır “ eşidəndə hirslənim vəya bu soydaşları,  “ Başı qara quylamış Kəklikə “ bənzədib və gülüm.

 

Cümə axşamı, 19 Aprel 2007

3-4 cu  bölüm olacaq