Gənc aktivistlə musahibə ...

   

 

1-  İstərdim birinci soru və həmdə musahibiyə giriş olaraq , keçən il Xordad ayı hadisələri barədə genəl olaraq düşüncələrinizi öyrənim.

 

-- Xordad ayında baş verən hadisədən danışırıqsa ozaman ” İran ” qezetində Az Türklərinə amansız təhqırlin dərc olmasından ad aparmalıyıq. Əslində buda Ordibeheşt ayı üz vermişdir. Xordad ayında şahid olduğumuz kəsgin etirazlara ancaq və ancaq QİYAM adı vermək olar. Güney Azərbaycanın bütünluğun özündə əridən bu böyük qiyama, çeşitli insanlar tərəfindən, çeşitli analizlər verilməsinə şahid olmaqdayıq. Bəziləri çox asanlıqla bütün olayları ” arxa plana ” bağlamaqla sırrı əldə etdiklərin sanırlar. Bleəki , güya Fars Faşismi özü qəsdən bu planı ortaya atmışdır və plan buyumuşki aktivistləri üzə çıxarsın. Bu teoriə inansaq bleə, yenədə ancaq hadisənin nədənin anlamış oluruq. Yəni həmin Qezetdə yayınan təhqirlərin nədəni. Ancaq Böyük qiyam haqqında heçnə deyilmir. Bu üzdəndə mən ” arxa plan ” teorisin tam yaramaz bilib və hesab edirəmki Xordad ayı qiyamı, ən azı 60 illik qalanmış təhqirin patlamasıydı. Bu tarixin başlanqıcı Milli hökümətimizin dağılan günüdür məncə. Həmin gündən etibarən Güney Türkü kütləvi olaraq təhqir olmaqdadır.  

Mənim zənnimcə son 60 ilin içində qalanmış təhqirlərin inikasını Xordad ayında görmək olardı. İstər milli devlətimizin qana bələməsindən, istər 57 inqilabında məğbun olmasından, istər yarası bitməmiş Şəriətmədarçılardan və habelə sərtasəri adlanan siyasi partilərdən ürəyi yanıxlı olan, istər bu olaylar haqqında heçnə bilməyən Gənc olsunki ancaq Günaz TV başlayandan bəri milli düşüncəsi formalaşmış vəsayra ... 

Xordad ayı bütün bu insanların harmonisiydi. 60 illik qalanmış təhqir və alladılmış insanlar, bu günü nəsildən nəsilə köçürmüşlər sanki. Bu uzun qara illərdə bir neçə aydınlarımız, milli  tarix, folklor və ədəbi işlər yaradıb yaydılar. Quzeyin istiqlalı, Güneydə siyasi adımlar atmaq istəyənlərə cəsarət verdi. Bütün bu olaylar hamısı Güney Türkü zehnində Milli toxum əkərkən, Günaz TV bu əkilmiş toxumlara Su verdi. Bu qiyamda Günaz tv rolu danılmazdır.

 

 

2- Bu qiyamda çeşitli sinflərin iştirakın necə dəyərlədirərdiz ?

 

-- Təbiki organizə olmaqda öyrənci sinfi öndərlik edibdir. Daha öncədn işarə etdimki “ Qara illər “ adlandırdığım son 60 ildə bir neçə milli aydınlarımız olubdur. Ancaq ortada olan budurki onlar çoxusu fərd olaraq vəya ən yaxşı surətdə Ocaq formasında işləri qabağa aparmışlar. Bu ocaqların sonucu 19 Ordibeheşt günü öyrənci sinfində özünə siyasi don geymişdir. Kütləvi olaraq Babek qalasında, Səttarxan və Baqir xan məzarları üstə özünü göstərməyə başlamışdır. Bu toplantılarda təkcə öyrenci sinfi deyil, bir çox başqa sinflərdə iştirak etmişlər. Ancaq milli burjuva diyə bir sinfin özünə layıq yerin boş görürəm. Bu sinfimiz Məşrutiyyətdə, Xiyabanı inqilabında və habelə nisbidə olsa Pişəvəri devlətində özlərinə yaraşan yeri tutmuşlardır. Ancaq təssüfki hələdə bu sinfimiz hələdə qara illərdə yaşıyır. Yəni son 60 il boyunda Güney Azərbaycan getdikcən milli burjuvalardan azalıb. Bu özü geniş bəhdirki bu sorunun cavabında yerləşməz. Ancaq əminəmki Güney qurtuluş hərəkatı getdikcən sinfi olaraq formalaşacaq. Bu o demək deyilki hərəkət Komonismə doğru gedəcək ! Bunun səbəbi Güneyin siyasi-iqtisadi durumudur. Milli düşüncə oyanış mərhələsində sinfi mubahisələrdən uzaq qalsada, qurtuluş mərhələsində istər istəməz sinflərin çeşitli siyasi-iqtisadi istəklərin razı salmalıdır. Biz bunun ən gözəl formasın Pişəvəri devlətinin Ana yasasında görürük. 60 il üstündən keçməsinə baxmiyaraq, yenədə bir çox sinfləri razı salan qanunlardır. Təbiki yenələşməlidir və beləliklə Güney hərəkatında Sinfi mubahisələri həmişə gündəmdə saxlamalıdır.

 

 

3- Milli mubarizə, sinfi mubarizə deyil,  diyənlərin zənnincə bu mubahisə ortaya ixtilaf salar və birliyi aradan aparar. Buna necə baxırsız ?

 

-- Əgər belədirsə ozaman bu düşüncüyə əsasən Güney hərəkatında əskidən yaranmış birlik vardırki bu soydaşlarımız sinfi mubahisələri o birliyə qarşı bilirlər ! Təbiki demək olar Türk kimliyimizə saldırana qarşı birlik vardır. Bu birlik getdikcən genişlənmədədir. Ancaq DƏVAMLI siyasi mubarizə aparmaqçün yetərincək birlik vəya daha düzü iş birliyi apara bilmirik. Buna etiraf etməkdən çəkinənlər özlərini alladırlar məncə. Milyonlar insan “ Haray haray mən Türkəm “ səslədikdə bu o demək deyilki hamısının siyasi-iqtisadi və hətta Dini baxışları eynidir. Yenə deyirəmki biz 1080 ildən sonra hami birlikdə MƏN TÜRKƏM demişik. Bu böyük oğurdur ama siyasi birlik anlamına gəlməz. Millət olmaq istəyimizi ortaya qoymuşuq. Ancaq dünyanın bütün başqa millətlərikimi, Güneydədə çeşitli siyasi düşüncəli insanlar vardır. Çeşitli sinflər və istəkləri vardır. Bu nəyinki pis deyil, tərsinə özü böyük poəndir. Əslində siyasi təşkilatlarımızın zəfidirki bu çeşitli insanları razı sala biləcək programlar ortaya qoya bilmirlər. Program mükəmməl olsada, praktikdə onu yaxşıcasına realizə edə bilmirlər. Quru qurusuna birlik şuarı vermək heçnəyə yaramaz. Əslində çox sadə və popolist şuardırki hamı asanlıqla ona söykənib və başqasına “ dağıdıcı “ adı verə bilər. Belənçi birliklər Faşist hakimiyyətlərdə olar ancaq. Hitler və bugünki İslam Cumhuriyyətinə baxın. “ Hiz ancaq Hizbullah “ şuarı altında yaranmış “ birlik “ baxın bizi nə günə qoyub. İş birliyi fərqlidir və iki əsas qaynaqlara söykənib yaratmaq olar  :

 

-         Anlaşma əsasında

-         Tradisional qaydalar esasinda

 

Azerbaycan Türkü 100 ildirki adət-ənənəvi birlikdən və iş birliyindən uzaqlaşır. Daha doğrusu bölgədə ilk dəfiyə Modern siyasi istəklər əsasında iş birliyi apara bilibdir. Bir kəlmədə desək , bu həmin ANLAŞMA formada iş birliyi aparmaqdır. Baxın Məşrutiyə, Xiyabani inqilabına və Pişəvəri devlətinə. Hər 3 qiyamda açıqcasına sinflərdən söhbət gedir və uğurla istəklərin əldə ediblər. Sonraki uduzmaq tam başqa səbəblərdən olub. Biz əgər bugün iş birliyi aparmaq istəyiriksə, məcburən daxili siyasətdə sinflərdən danışmalıyıq. Xarici düşmənlərə qarşı təbiki sinflər hamısı eyni görəvi daşıyır. Sinflərin mənafei aydınlaşmasa, ozaman kimin kimlə və necə iş birliyi aparması ortaya çıxmayacaq. Mən inanmıramki 21.ci əsirdə yer üzündə bir millət tapılaki onu traditional dəyərlər, Folklor və hətta müştərək Tarix əsasında birləşdirmək mümkün olsun. Bu birlik xarici düşmənə qarşıdır. Dəvamlı olaraq siyasi formada savaşmaqçün mütləq yetərli deyil. Bizə anlaşma lazımdır.  Bunu gencler bacaracaq məncə!

 

 

4- Siz Fars Faşismindən ad apardınız. Bir çox başqa aktivistlər və hətta siyasi təşkilat liderləri Fars Şovnismindən danışırlar. Siz söz gəlişi Faşism terminin işlədirsiz yoxsa buna inanırsız ?

 

-- Mənim inandığıma görə Fars Şovnismi ən azı Ferdosi qədər yaşlıdır. Deməli həmin devirdən bəri ta Pəhləvilərəcən ( hardasa 1000 il ) bu düşüncə formalaşmış surətdə saraylarda öz işinə məşqulumuş. Bunu subut etməkçün yetərki həmin 1000 illik Türk Şahlarında hakim olan Fars Şovnisminə nəzər salaq. Mənim düşüncəmdə Fars Şovnismi dedikdə, biz ancaq həmin 1000 ilə işarə edə bilərik. Son 80 ildə siyasi hakimiyyətrə çatmış Şovnism, ancaq və ancaq Faşısm adı daşıya bilər. Məncə Pəhləvilərdən bəri biz Fars Faşismilə üz bə üzük. 80 ildirki Fars Faşismi silahlı saldırmaqla başqa millətləri özünə tabe etmədədir.  İngilislər həmin 1000 illik Şovnismə tarixi don geydirib və siyasi güc verdilər. Olarki son 80 ilədə Şovnism mərhələsi deyirlər, yəqinki Ferdosidən ta Pəhləviyəcən Türk saraylarında baş verən “ prosesə “ başqa ad verirlər ! Son 80 ildə sadəcə Şovnism KÜTLƏVİ olmadadır. Siyasi fazda tam olaraq Faşism formasında hakimdir. 1000 il Saray Şovnismi devrində yaranmış Manqurt qeyri Fars kadır sadəcə üz bəzəməkçündür. “ Kültürəll Muzaik “ adi verib və əslində həmin Serçə boyamaq hekayəsidir. Məncə bu formada  “ Faşism Muzaiki “  ancaq əski Sovetlərdə və birdə İranda tapılar. Bəlkə Çindədə var. Ancaq ən profesional forması Fars Muzaikal Faşismidir.

 

 

5-     Bəs ozaman sizin zənnizcə artıq Şovnismdən danışmaq yanlışdır və ortada olan açıq aydın Faşısmdir ?

 

-- Mən bütün siyasi hakimiyyətə çatmış Fars Şovnistlərini , Faşıst bilirəm. Son 80 ildə çeşitli səbəblər üzündən siyasi hakimiyyətə çata bilmiyənlərsə hələdə Şovnism mərhələsindədirlər. Bu düşüncə 80 il siyasi hakimiyyətdə olduğuna görə, təssüfki Fars millətinin böyük qismini Aktiv vəya ən azı Potansiel Şovnismə çeviribdir. Alman millətinin bəxti gətirdiki Hitlerin hakimiyyəti 15 il çəkmədi və beləliklə yeni nəsil zəhrlənmiş zehniyyətlərdən uzaq qaldı. Ancaq bu bir gərçəkdirki 80 il yalan eşidən Fars millətinin böyük qismi artıq zəhərlənibdir. 3 nəsil ardı ardından məktəbdə, devlət organlarında , Mediada və hətta evdə belə “ yüksək İrq “ hekayəsin eşidən insanlar. Təbiki 3.cu nəsil bu hekayəni əzəli gərçək hesab edəcək. Bu artıq Fars millətinin böyük kəsimində “ Din “ rolu oynayır. Yetərki öz Manqurtlarımıza bir nəzər salaq. Hamı bilirki Manqurt insan bir gündə bu acı verici hala düşmür. Kəsinliklə ilk aylar vəya illər saldıranın qabağında durur. Baxanda öz manqurtlarımıza hesab edə bilərikki bəs Fars Şovnisti vəya Faşisti necə fikirləşə bilər !? Əgər bu beçaraların heç olmasa 1 nəsli dayanıbsa, sonra 2 nəsildə bu hala qalıblarsa, ozaman kəsinliklə muqavimət etməyən və tam həvəslə özünü “ yüksək İrq “ bilən , nə cənəvardır ! Şovnism bulardılar və habelə bütün Sərtasəri partilər! Hakimiyyətdə olan Faşistlər bütün orta-Doğu və hətta Dünyaya hakim olmaqçün , qonşu ölkələri özlərinə Qul etmək istəyirlər. Hakimiyyətdə olmayan Şovnistlərsə, hakimiyyətə gəlməkçün başqa millətləri özlərinə Qul etmək istəyirlər. Fərq sadəcə burdadır.

 

 

6-     Beləliklə demək olaki siz kəsgin İstiqlalçısız ?

 

-- Doğrudur. Mənim düşüncə tərzimdə İstiqlaldan başqa çıxış yolu yoxdur. Fedralism şuarının məsrəf tarixi Məşrutə qiyamında bitmişdir məncə. Səttar xanın taleinə baxan Güney Türkü həmin illərdən İstiqlal vəya ən yumşaq formada iqtisadi Konfedralism şuarı verməliydi. Xiyabani və Pişəvəri bunu anlamışlar. Ancaq təssüfki 2 dünya savaşı devrində yaşamışlar və Lokal təcrübələr hamısı çağın super gücləri tərəfindən əzilmişdir. Onlara haqq qazandırmaq olar məncə və habelə soyuq savaş devrində siyasi düşüncələri taptalanmış Güneylilərə. Bizim 20.ci əsrin 4 nəssilik siyasi taleimiz olduqcan dərin konudur. Bütün dünyanın 20.ci əsir tarixin araşdırmaq lazımdırki axırda həqiqətən başımıza nələr gəlib diyə danışmağa söz tapa bilək. Ancaq az qala 20 il olsunki soyuq savaş bitmişdir artıq. Daha siyasi yanlışlara yol verənlərə haqq qazandırmaq asan olmayacaq. Özlərini əski devir və əski devrin dünya görüşlərində sığışdıranlar artıq özlərinə gəlməlidirlər. İstiqlalçıyla siyasi mubahisəyə girməyənlər , ilk öncə özlərini rəsmiyyətə tanımaqdan çəkinirlər. Fedralism diyə siyasi moze tutanlar, ancaq öz başlarına Həna yaxırlar. Əgər doğurdanda GÜNEYİN milli mənafeini İranda qalmaqda bilirlər, ozaman İran Konfedralından danışmalıdırlar. Əks halda Xoruzun Quyruğunu basıra bilməyəcəklər. İllərdirki “ Hansı Fars Federalçı tapdınız ? “ sorusuna cavab verə bilmirlər. Əgər cəsarət edib vəya daha düzü qeyrət edib və Konfedralismdən danışsalar, ozaman Fars numayendəsi yoxdur diyə onları sıxışdıran olmaz. Daha önəmlisi buki artıq bizlərədə bəlli olarki doğurdanda bu soydaşlarımız iqtisadi mənafeimizi düşünürlər, Farsa bağlı saxlamaq deyil. Konfedral sistemində hər ölkənin öz Bayrağı, Öz ordusu, Öz devləti, Parlamenti və məhkəməsi vardır. Sadəcə xarici siyasətdə nisbi anlamda üzv olduğu Konfedralın maraqların nəzərə almalı. Buda o deməkdirki İstiqlalçl və Federalçının ixtilafları minimoma düşür. İstiqlalçı bağımsız ölkəsinə çatır və Federalçı ancaq bu yolla öz iddialarına MİLLİ don geydirə bilər ! Məncə İstiqlalçı ancaq Konfedralçıyla iş birliyi apara bilər. 1080 illik təcrübədən sonra Fedralismdən danışan Güneyli, ən yaxşı durumda bu yaramaz terminə tutqun qalıbdır. Yani istəkləri tam olaraq Konfedralism səviyyəsindədir ama Federalism termininə nəsə vurulubdur. Ancaq bilməliyikki biz əgər hətta İstiqlal istəyinədə Federalism donu geydirsək və “ Ad önəmli deyil “ desək, gec tez bu termini işlətməyin kötəyini yiyəcəyib. Savaş meydanında qazansaqda, muzakirə masasında Boşqabımıza “ Fedralismi “ qoyacaqlar. Həmdə internasional anlamda olan Fedralism, nəyinki “ Mən diyən Fedralismi “ !!! . Bizim əlimizə toxtayan olacaq “ Əyalate mottahedeye İran “-da  Əyaləte Azərbaycan!

 

Mubarəkdir ...

 

( 2.ci bölüm olacaq )