SON OLAYLAR , İTTİHAMLAR
və
BULANLIQ SUDAN BALIQ
TUTMAQCƏHDLƏRİ
Son
günlər Azərbaycan Respublikasının BMT-dəki nümayəndəsinin
İran və Özbəkistanda insan haqlarının pozulması
məsələsi ilə bağlı bu iki ölkəyə
nəzarətin götürülməsinə müsbət səs
verməsi bir sıra güney Azərbaycan təşkilatları
və Azərbaycan Respublikasında fəaliyyət göstərən
müxalif qurumların etirazına səbəb olmuşdur.
Həmin məsələdə xaricdə diaspora təşkilatları
kimi çalışan bir sıra digər qurumlarda müxalif mövqedən
çıxış edərək başda prezident İlham Əliyev
olmaqla Azərbaycan rəsmilərin kəsgin tənqid etmişdirlər.
Bu
hadisənin üstündən qısa bir sürə keçmiş
Azərbaycan Respublikasında yaşayan GAMOH üzvü Hadi Müsəvinin
ölkədə qanunsuz yaşadığına görə həbsi
və onun ölkədən çıxarılması yeni bir narazılıqların
yaranmasına səbəb oldu.
Yuxarida qeyd etdiyimiz hər iki məsələ ilə bağlı
göstərilən sərt reaksiyalar, xüsusən bəzi şəxslərin
təhqir amiz və düşməncə davranış və çıxışları
ilk növbədə Tehran rejiminin yürütdüyü siyasətə
xidmət etdi. Azərbaycanın müstəqilliyin yenidən əldə
etdiyindən bu günə kimi Tehran hakimiyyətinin ciddi şəkildə
yürütdüyü siyasətlərdən biri Güney Azərbaycan türkləri
içində Azərbaycan Respublikasına qarşı inamsızlıq
yaratmaq və Arazın iki tayında olan soydaşlar arasında
bir-birlərinə qarşı pis fikir formalaşdırmaqdan
ibarət olubdur. Fars hakimiyyəti zaman-zaman hər bir fürsətdən
istifadə edərək bu siyasətin həyata keçirməyə
çalışmış və yazıqlar olsun ki bəzi hallarda
Azərbaycan rəsmilərinin bir sıra xoşa gəlməz
addımlarından, Güney azərbaycan fəallarının qeyri
məntiqi və düşünülməmiş çıxış
və hərəkətlərindən yararlanaraq bu istəyinə
nail olmuşdur.
Yuxarida da qeyd etdiyimiz ki baş vermiş son iki hadisə
ilə bağlı bəzi güneylilərin, habelə müxalif
partiya mənsublarının emosional və çılğın
reaksiyaları bir daha Tehran hakimiyyətinin sevincinə
səbəb ola biləcək səviyyədə olmuşdur. Xüsusən
GAMOH fəallının həbsi və onun ölkədən çıxarılması
məsələsində tutulan mövqelər daha çox
məsələnin üzdə görünən tərəfin əsas
tutub və hadisənin arxasında başqa məqamlarında
olmasın araşdırmadan olmuşdur. əlbəttə adı
çəkilən soydaşımızın İrana təhvil
verilməsin təqdirə layiq hərəkət hesab etmək
mümkün deyil. Bu şəxsin Azxərbaycan Respublikasında saxlanılaraq
hər hansı probleminin olmasın araşdırmaq və işinə
obiyektiv şəkildə baxılmasın daha məqsədə
uyğun hesab edirik. Ancaq bir məsələni nəzərə
almaq lazimdir ki indiyə kimi təcrübədə belə və
ya buna oxşar hər hansı hadisə baş verməmişdir.
Bu günə qədər Azərbaycan Respublikasının hər
hansı siyasi-milli şəxsi İrana təhvil vermək faktına
rast gəlmək mümkün deyil. Bununla yanaşı həmdə
nəzərə alsaq ki adı çəkilən soydaşımızın
iddia olunan fəaliyyəti Tehran hakimiyyəti üçün təhlükə
doğura biləcək səviyyədə olmadıqından bu
şəxsin sırf milli fəaliyyətlərinə görə
təhvil verilməsi heç bir məntiqə uyğun gəlmir.
Yəqin ki Azərbaycana qarşı ağır ittihamlar
səsləndirən bəzi şəxslər və qurumlar
soydaşımız Hadi Müsəvinin neçənci ildə hansı
məqsəd və tapışırıqla, hansı maliyyə
dəstəyi ilə Azərbaycana gəlməsindən
xəbərsizdirlər. Elə görünür,xəbərsiz olduqları
üçündə belə sərt mövqedən çıxış
edirlər. Bu məsələdə GAMOG sədri Mahmudəli
bəy Çöhrəqanlı yəqin ki təşkilatının
Bakı nümayəndəliyindən müdafiəsinə
qalxdəğı, məsələsin Osman bayrağı edib
qalmaqal törətmək istədiyi gənc soydaşımız Hadinin
Azərbaycana gəlməsi məqsədin öyrənəndən
sonra mövqeində dəyişiklik etməyə özündə
cəsarət tapacaq. Acıqlı
çıxışlarında redaktələr etməli olduğun
anlayacaq. Etməzsə belə çıxacaq ki, Mahmudəli bəy
bütün məsələlərə Azərbaycan mənafei, Güney
Azərbaycan maraqları cəhətindən yox,
ancaq öz şəxsi acığı, qazancları yönündən
yanaşır.
Bütün bunlarla yanaşı biz bir daha soydaşımız
Hadi Musəvinin İrana təhvil verilməsinin əleyhinə
olduğumuzu və bu şəxsin Azərbaycanda işinə
baxılmasın məqsədə uyğun hesab etdiyimizi
bildiririk. Yazıqlar olsun ki bu belə olmadı. Bu isə nə
bizə nə hər hansı başqa şəxsə
Azərbaycana qarşı ağır ittihamlar
səsləndirərək Tehran hakimiyyətinin dəyirmanına
su tökməyə, güneylilərdə öz dövklətləri olan
Azərbaycan Respublikasına qarşı mənfi fikir yaratmaq
cəhdlərində bulunmağa əsas vermir. Bizi bu gün
hakimiyyətdə kimi olması, bizə qayğı göstərib
göstərməməsi deyil, Azərbaycan dövlətçiliyi və
ümum Azərbaycan maraqları düşündürür. Ona görədə
təmkinli olmağa məcburuq.
C.G