Demokratik Dünya Azərbaycanlıları Konqresinin
Bəyanatı
Azərbaycan hakimiyyətinin güneyli soydaşlarımıza qarşı daha amansız münasibəti artıq vərdiş halını almaqdadır. Belə ki, mətbuatdan məlum olduğu kimi İranın mənfur molla rejiminin siyasi təqiblərindən qurtularaq Azərbaycana pənah gətirmiş soydaşımız, milli fəallardan biri olan Hadi Musəvinin aprelin 6-da Daxili İşlər Nazirliyi Miqrasiya idarəsinin əməkdasları tərəfindən müvəqqəti yaşadığı mənzildən həbs olunmasıyla bağlı aldığımız məlumat bunu deməyə tam əsas verir.
Demokratik Dünya Azərbaycanlıları Konqresi hesab edir ki, bu və buna bənzər digər hallar açıq-askar Azərbaycan hakimiyyəti tərəfindən öz xalqına qarşı düşmənçilik siyasəti yürütməkdir. Haqqını tələb edən Azərbaycan vətəndaşlarının yarısının doğma vətənindən, ailəsindən ayrı düşərək yad ölkələrdə yaşamağa üz tutması da elə bunun nəticəsidir. Hətta, ən acınacaqlı hal budur ki, erməni əsirliyinə düşən əsgərlərimiz belə bu hakimiyyətin onlara qarşı amansız münasibətindən təngə gəlib ölkəsinə qayıtmaqdan imtina edirlər.
Azərbaycan iqtidarının azərbaycanlıların qanına susamış fars hakimiyəti ilə birləşərək soydaşlarımiza qarşı mubarızə aparmasına çox təəssüf edirik.
Biz, Demokratik Dünya Azərbaycanlıları Konqresi Azərbaycan hakimiyətindən güneyli soydaşlarımıza qarşı biganə, düşmən münasibətdən əl cəkməsini dəfələrlə tələb etmişik və yenə də eyni tələbləri irəli sürürük. BMT və insan haqları ilə məşğul olan digər beynəlxalq təşkilatlarda güneylı soydaşlarımızın haqlarını müdafiə etməli olduğu halda, öz şəxsi maraqları naminə onları güdaza vermək siyasəti yürüdən indiki hakimiyətin bu siyasətini dəfələrlə pisləmişik.Bir daha milləti bölməyə xidmət edən bu siyasətin dayandırılmasını və Azərbaycan xalqının qanına susamış rejimlərlə siyasi alverdən əl çəkilməsini tələb edirik.
Bununla yanaşı siyasi sığınacaq üçün öz ölkəsinə pənah gətirmiş güneyli soydaşlarımıza qarşı sayqılı davranılmasını və həbs olunan Hadi Musəvinin tezliklə azad olunmasını istəyirik. Belə olmazsa bu kimi hallar hakimiyətin diaspor sahəsindəki dayaqlarının ciddi şəkildə sarsılmasına gərtirib çıxaracaqdır.
Demokratik Dünya Azərbaycanlıları Konqresinin
İdarə Heyəti