Azadtribunun diqqətli oxucuları!
Sizlərə təqdim etdiyimiz bu izharı Asif Ata 1995 - ci
ildə şifahi şəkildə, xalq qarşısında
olan görüşlərinin birində
söyləmişdir. Ata
Ocağının Evladları tərəfindən yazıya köçürülmüş
və 1999 - cu ildə, yəni Atanın vəfatından iki il
sonra çap olunan Uluyurd aqibəti -- Bütöv Azərbaycan kitabında
nəşr olunmuşdur. Ata sözü Mütləq olduğu üçün heç
vaxt aktuallığını itirmir. Amma, onu da deyim ki,
siyasətlə bağlı, yəni ürəkaçan bir
məsələ olmayanda, Ata deyərdi : Kaş mən
səhv edəydim
Amma mən deyirəm, təəssüf ki,
Ata heç vaxt səhv etmir. Onun bütün sahələrdə söylədiyi
fikirlər gerçəkləşdiyi kimi, həmçinin siyasətdə
də dedikləri doğru çıxır. Doğru çıxdığına
bu yerdə biz də təəssüf edirik, çünki bu bizim
millətimizin bu günüdür. Amma
eyni zaman da biz bədbin deyilik, nikbinik. Nikbinliyimizə isə
səbəb sabahımıza inanmağımızdır. İnanırıq
öz gücünə inanan və inamına söykənərək
hərəkətə gələn xalqımız bu ağır,
məşəqqətli aşırımı aşacaq və
sabahkı nəslə arzularını yox, əməllərini
miras qoyacaq.
Ata Ruhu Qaranlıqları Yarsın və Atamız Var olsun!
Asif Ata Ocağının Evladı Eluca Atalı
Asif
Ata
Cənubi Azərbaycan məsələsi var -- farsın,
İranın ən nifrət elədiyi məsələ
Cənubi
Azərbaycan məsələsi var -- farsın, İranın
ən nifrət elədiyi məsələ. Sevmədiyi
məsələ.İndiki fars şovinistlərini və əvvəlki
fars şovinistlərini hiddətləndirən odur ki, onlar
deyən olmur. Bəli, beş nəfər, on nəfər
namussuz, qeyrətsiz, o bizdə olan kompodor azərbaycanlılar
kimi -- öz dilini də unudur, farslaşırlar da ; onların içindən
Xomeyni çıxır.Bu, var. Amma xalq özü bütöv bir hadisə kimi,
bir varlıq kimi əl çəkməyib özündən. Öz özümlüyündən
-- dilindən, mədəniyyətindən, böyüklüyündən.
Əl çəkmir arzusundan. Bİr olmaq arzusundan. Və
burada heç nə eləyə bilimirlər. Çox
hiddətlidirlər. Çox acıqlıdırlar,
qəzəblidirlər. Qəzəblərini , acıqlarını
yeyə bilmirlər. Bilmirlər nə eləsinlər.
Hələlik onların tapdığı yol budur ki,
Şimalı Azərbaycanın özünü farslaşdırmaq.
Onlar sadəlövhcəsinə belə hesab eləyirlər ki,
Cənubi Azərbaycandakılarının belə
təmkininin səbəbi guya Şimali Azərbaycandır.
Şimali Azərbaycan var deyə --onlar ərimirlər,
assimilyasiya olmurlar. Onlar Şimali Azərbaycandakı
vəziyyəti də çox səthi anlayırlar. Tək onunla
deyil ; Bunun əhəmiyyəti
var, amma tək onunla deyil ki, Şimali Azərbaycan var. Burda
dərin Ruhani Köklər var. Özümlük ideyası var. Bunu yalnız
Ocaq anlatdıra bilər ki, nə baş verir. Onlar Şimali
Azərbaycanla, daha doğrusu Siyasi Şimali Azərbaycanla
dostluq eləmək, bizə kömək eləmək; xüsusilə
--bizə islamçılıq yaymaq. Bizdə. Hələ ki, bu yolu
əsas götürüblər. Cənubi Azərbaycanın əleyhinə
Şimali Azərbaycanla yaxınlaşmaq -- Şimali
Azərbaycana qandırmaq ki, Cənubi Azərbaycan problemi
sənin işin deyil. Əl çək ondan. Mən sənə kömək
eləyəcəyəm, mən sənə hər
cəhətdən kömək eləyəcəyəm.
Amma mən qəti əminəm ki, bu ideya öz
bəhrəsini verməyəcək, biz də -- Ocaq da əlindən
gələni eləyəcək ki,
Şimali Azərbaycandakı vəziyyəti cənublular
anlasın. Və bizim siyasətçilərə bel bağlamasın.
Demək -- birinci yol
budur : Cənubi Azərbaycanı, Cənubi Azərbaycandakıları
onların təkliyinə alışdırmaq və onu Şimali
Azərbaycandan tam ayırmaq. Daha doğrusu, Şimali
Azərbaycanı Cənubdan tam ayırmaq. Elə eləmək
ki, Şimali Azərbaycanda Cənubi Azərbaycan haqqında düşünən
olmasın . Və bunu çox yaxşı, hüquqi
cəhətdən əsaslandırmaq ki, heç bir ölkəni parçalamaq
olmaz : Sən Azərbaycan niyə Qarabağından əl çəkmirsən
? Niyə istəyirsən ki, mən Cənubi Azərbaycandan
əl çəkim ? Bəs xalqın özünün müqəddəratı
harada qaldı ? Niyə
sən özünə rəva bilmədiyini
mənə rəva bilirsən ?.
Bu deyilmir, ancaq siyasətin də öz dili var, onu anlamaq olur.
İkinci cəhət -- Cənubi Azərbaycandakılara
qarşı təzyiqi gücləndirmək, Cənubi
Azərbaycan məfhumunu ləğv eləmək : -- Cənubi
Azərbaycan əvəzinə ayrı - ayrı
vilayətlər yaratmaq, onları tamamilə İranın içində
əritmək, Azərbaycanı farslaşdırmaq üçün onun
dilini, məktəbini əlindən almaq ; bir
millət var, o da fars.
Üçüncü -- ermənilərlə münasibəti yaxşılaşdırmaq.
Onunla bizə ziyan vermək.
Və dördüncü --sonuncu : Son nəticədə lazım
olsa, cəzalandırmaq -- Cənubi Azərbaycandakıları.
Gözləmək, balaca bir bəhanə tapıb -- onları
cəzalandırmaq : tutmaq,
lazım olsa güllələmək, öldürmək. Qorxutmaq.
Mənim son fikrim budur ki, bütün bunlar hamısı çox böyük
ziyanlar verəcək Azərbaycan Xalqına. Ola bilsin, qırğın
oldu, amma İranın özünün məhvi haqqında deyə
bilərəm, Molla hakimiyyəti mütləq məhv olacaq.
Qaranlıqlar Yarılsın !
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur !
Daxilinizdəki
Mütləq sizə yar olsun !
26 Ümid Günü, Sərt Ayı,
17- ci il.Bakı
26 dekabr 1995.