Məmmədrza Təbrizlinin Güney Azərbaycanla bağli məqaləsi Norveçin "Gündəlik" qəzetində   

Iran rejimi Güney Azərbaycan fəalarını tutuqlay

 

Güney Azərbaycanda varlığına sahib çixan insanlarımızın bir neçəsinin son durumu. Bir çox Azərbaycan türkü insan haqqlarına haykırı şəkildə həpslərdə yatırlar. Deməli bu insanlarımızı silah qaçaqçiları və narkotika al verçilərilə bir yerdə saxlayırlar. Azərbaycanıların önəmli yeni il bayramı olan Novruzda yüzlərlə insanımızın ayləsi zindanların önündə bayramların keçirdilər. Azərbaycanılların qurtuluş uğrundakı mücadilələrinin qısa gözdən geçirməyi yararlı görürəm.  Bildiyiniz kimi Azərbaycanımızın Güney bölməsində millətimizin uzun mücadiləsı 1945 ildə nəticə verdi. Ancaq yenə şovinist düşmən millətimizin arzularına qarşı çıxaraq, Rus, Amerika və İngiltərə dövlətlərinin yardımı ilə 1945-ci ildə qurulan dövlətimizi 1946 - ci ildə qana bülədi. Pəhləvi sülaləsi vəhşicəsinə elə bir cinayət törətdi ki, öncəkilərin üzünü ağa çıxardı. 30,000 dən artıq Azərbaycan Türk Millətinin qanını tökdü. 100,000 dən çox türkcə nəşr edilmiş kitabları odladı. Amma ölkəmizin Quzey bölməsi yenə millətimizin uzun sürəli mücadiləsi və onunla yanaşı  nəhayət Rus sovet imperatorluğunun çökməsilə 1991-ci il Oktiyabrın 18-də öz müstəqilliyinə qovuşdu.

 Abbas bəy lisani və Behruz bəy əlizadə qanunsuz və qeyri  Insani halda həpsidə saxlanılır. Gəştasb Vasiqi və Mahmud Aslan iki millətçi aktiv Ərdəbil şəhərində bir neçə ay bundan qabaq Abbas Lisanlının qeyri insani şəraitdə saxlanması və təzyiqlərə məruz qalması ilə əlaqədar Ərdəbil zindanının qarşısında etiraz aksiyası keçirərkən tutulmuşdurlar. Qeyd edək ki onlarla bərabər həmin aksiya zamanı digər tutulanlar zəmanətlə müvəqqəti azadlığa buraxılıb. Bir neçə ay keçməsinə baxmayaraq nə ailəsi nə də vəkilləri ilə əlaqə saxlamağa imkan verilməmişdir.

 Nəsrin xanım Rəzəvi gənc qadin Təbrizdə 8 mart qadınlar günü ilə bağlı keçiriləcək aksiyanın bildirişini yayarkən oğurlanmış. Nəsrin Rəzəvinin saxlandığı yer hələ də bəli deyildir.

əlirza Qomi azadlığa danışmaq haqqı əlindən alınaraq şərtlə buraxıldı. Milli aktiv Əlirza Qomi 21 fevral dünya Ana dili günü Urmu şəhərində keçirilən tədbiri mobil telefon ilə filmə çəkərkən tutulmuşdur. Çox qisa şəkildə Güney Azərbaycanıların son durumun sizlərlə paylaşdıq.

Təbrizli M.Rza