NƏZƏRİ TƏCAVÜZ
Xomeyninin islam inqilabını ixrac doktrinasının
fəsadları
2006-cı ilin demək olarki son
saatlarında İraqa 24 il prezidentlik etmiş Səddam Hüseynin
edam edilməsi ilin ən yadda qalan hadisələrindən biri
oldu. Həmin hadisəni dünyanın əksər mətbuat
orqanlarının diqqət mərkəzində saxlamaları, müxtəlif
siyasətçi və təhlilçilərin şərhləri
fərqli olsada, mövzu bir idi: Səddam Asıldı.
Səddamın asılmasına ən çox sevinənlər
və bununla bağlı çeşidli bəyanatlarla çıxış
edənlər sırasında iran hakim dairələrinin nümayəndələri
oldu. Səddamın İraqa başçılıq etdiyi dönəmdə
iranla səggiz illik müharibənin baş verməsi mövzuya bir az
fərqli cəhətdən yanaşaraq həmin müharibənin
səbəblərin və bu gün həmin maharibənin başlanmasında
daha çox rolu olan Tehran rejiminin nümayəndələrinin Sədamın
əksinə olaraq cəzasız qalmalarına toxunmaq
istərdik.
Xomeyninin
nəzəri təcavüz fərmanı
İranda
1979-cu il iqilabından dərhal sonra Xomeyninin qonşu dövlətlərə
təcavüz və müdaxilə fərmani saylla biləcək
islam inqilabının ixracı doktrinası həyata keçirilməyə
başladı. Bu Xomeyninin və ətrafının çıxışlarındanda
aydıncasına sezilirdi. Allah evinin ləyaqətsiz
hakimlərdən azad edilməsi və Kərbəlanın
natəmiz əllərdən çıxarılması
zərurəti, Qüdsün yolu Kərbaladan keçir kimi
ifadələr açıqcasına yenicə hakimiyyətə
gəlmiş ruhanilərin gələcək təhlükəli
planlarından xəbər verirdi. Hakimiyyət
payaların bərkitdikcə bu iddia yiyələrinin
həqiqətəndə bölgə və dünyaya ciddi təhlükə
mənbəi olduqları daha qabarıq şəkildə hiss
olunmağa başladı. Tükiyə, Livan, Fələstin, İraq,
Səudi Ərəbistan, SSRİ dağıldıqdan sonra
isə Quzey Azərbaycan Respublikası və Orta Asiya ölkıləri
və s. Tehran rejiminin islam adı altında həyata keçirdiyi
təxribat əməlləri buna sübutdur.
Yüz minlərlə insanın həyatı bahasına başa
gələn səggiz illik iran-İraq müharibəsin elə
həmin islam inqilabını ixrac doktrinasının
nəticələrindən biri saymaq olar.
İraqın
BMT-ə şikayəti
Hələ
müharibə başlamamışdan öncə İraq dövlətinin
dəfələrlə BMT-ə iranın Əlcəzairdə
iki ölkə arasında bağlanmış sülh müqviləsinin
şərtlərin pozması və İraq torpaqlarına xırda
miqyaslı təcavüzlərilə bağlı şikayətləri
Tehran hakimiyyətinin qonşu ölkələri müharibəyə
təhrik etmə cəhdlərinə nümunədir. Səddamın
isə kamera qarşısında iki ölkə arasında bağlanmış
anlaşmanı cırması iranın həmin müdaqxilələrindən
sonra baş vermiş və bu əcavüzlərə bi növ cavab
idi.
Hələ Pəhləvi rejimi dönəmindən
hakimiyyətə müxalifətdə olan islamçı qüvvələr
və onların Livan və Fələstində hərbi
təlim görmüş milişiyaları inqilabın ilk günlərindən
başlayaraq xırda dəstələr halında İraq
torpaqlarına soxulma cəhdlərində bulunmağa başladılar.
Ölkənin o günkü şəraitin nəzərə alsaq
demək olar ki həmin hizbullahçı silahlı
dəstələr ölkənin əsas
hərbi qüvvələri sayılırdı. Niyə ki, ölkədə
uzun müddət davam edən çaxnaşma ordu sistemin tamamilə
pozmuş, ordunun bir çox yüksək rütbəli zabitləri ya öldürülmüş
vəya ölkəni tərk etmişdilər. Həmin
Hizbullahçı silahlı dəstələrin bazasında
sonralar İslam İnqilabı Keşikçiləri qvardiyasının
yaradılmasın, quru, hava və dəniz qüvvələrində
əsas hərbi bazaların bunlara tapışırılmasın
xatırlasaq belə nəticəyə gəlmək olar ki, bu
dəstələrin o zamanki şıltaqlıqlaı
əslində yeni hakimiyyətin gələcək təcavüzlərə
hazırlaşmasından xəbər verirdi.
Bunlarla yanaşı İraq dövlətinə müxalifətdə
olan şiə və kürd təşkilatlarının silahlı
dəstələridə inqilabın ilk günlərindən
Tehran rejiminin hərtərəfli dəstəyindən
bəhrələnməyə başladılar. Həmin zamanlar
İraq şiələrinin rəhbəri
Məhəmməd Baqir Sədrin göstərişi ilə şiələrin
hərəkətə gəlmələrin əhəmiyyətli
nümunədir. Bu məsələdə özlüyündə Xomeyni
hakimiyyətinin iki ölkə arasında qəbul edilmiş anlaşmanın
şərtlərinin pozulması demək idi. Bir sözlə Tehran
hakimiyyəti bütün vasitələrdən istifadə
edərək bölgədə böran yaratmaq niyyətlərin
həyata keçirməyə can atırdı.
Tehran
rejimi niyə müharibə və böhran yaratmaqda maraqlı idi?
1979-cu
il inqilabın iran xalqlarının hakim rejimə qarşı
şüurlu şəkildə başlatdıqları
hərəkat olduğu iddiası tam gerçəkliyi əks
etdirmir desək yanılmarıq. O zamanki şəraitdə müxtəlif
siyasi cərəyan və təşkilatların qeyri leqal
fəaliyyət göstərmələrinə baxmayaraq, bu təşkilatların
heç birisinin kütləvi bir inqilab yaratmaq və ona
rəhbərlik etmək imkanlarının olmaması faktdır.
Həmin təşkilatların ən öndə gedənləri
belə xalq arasında geniş bazaya malik deyildilər. Əlbəttə
bu baş vermiş dəyişikliyin və xalq kütlələrinin
etiraz aksiyalarının yersiz veya haqsız olması anlamına
gəlməməlidir. Sadəcə biz siyasi cərəyanların
xalqın tam şüurlu şəkildə və siyasi
məqsədlə küçələrə tüküldükləri iddiasının
reallığı əks etdirmədiyi qənaətindəyik.
Əhalisinin əksəriyyətinin günün ən güclü siyasi
cərəyanların təşkil verən solçuları kafir,
mürtəd, murdar və s. adlandırdığı bir
ölkədə həmin cərəyanların vəya başqa
siyasi qurumların xalqı şüurlu şəkildə arxalarınca
çəkdiyinin və geniş bir dəyişikliyə
səbəb olduğunun gerçəkliyi əks etdirmədiyinin
tərəfindəyik. (misal)
Bu hərəkatın baş verməsinin daxili
səbəbləri az olmasada, xarici amil və təsirlərində
rolu az olmamışdır. Həmin dəyişikliyin baş
verməsində bir çox xarici maraqlar və bir sıra dövlətlərin
incə müdaxilələri lazimi qədər rol oynamışdır.
Maraqlıdır ki, həmin məsələdə
bir-birlərinə zidd qütblərdə olan qərb və şərq
bloklarının aparıcı dövlətlərinin ortaq maraqları
olmuşdur. Həmin məsələ yazımızın mövzusu
olmadığından bundan artıq məsələyə
toxunmağı lazim bilmirik.
Amma bütün bunlarla yanaşı ruhani
təbəqəsi uzun illik bir təcrübəyə, xalqın
zəyif damarın bildiyinə və kütlənin hissiyatından
istifadə edərək onu coşdurmaq və yönəltmək
bacarıqına malik olduqu üçün bütün bu
məsələlərdən lazimi qədər istifadə
edə bildilər. Bu təbəqənin hələ məşrutə
inqilabındanda öncə, Tənbəki hərəkatında
İngiltərə ilə əlaqəli işlədikləri
haqda kifayət qədər ədəbiyyat materialları var.
1979-cu il məsələsində də oxşar əlaqələrin
həmdə başqa dövlətlərlə olması gerçəklikdir.
Bu dəfədə həmin təbəqə xalqin hissiyyatından
istifadə eədərək hərəkatın dalğasına
minib, kütləni ələ ala bildi. Və yenədə qeyd
etmək lazimdir ki 1979-cu il inqilabının əsas iştirakçıları
savadsız, siyasi şüur və baxışa, normal dünya görüşünə
malik olmayan aşağı təbəqə idi.
Mollalar
bu sinfin savadsızlıqları ilə yanaşı
məhrumiyyətlərindən və dini hissiyyatlarından
istifadə edib onları öz məqsədlərinə nail olmaq
üçün güllə qabağına verə bildi. Bir sıra müttərəqqi
cərəyanlar isə(daha çox sol cərəyan)
hadisələrdən geri qalmasınlar diyə müvvəqqətidə
olmuş olsa mollaların siyasiətini
dəstəkləməli oldular. Bu gələcək
hakimiyyətdə həmdə iştirak arzusundan irəli
gələn bir dəstək idi. Amma mollalar düşünülənlərdən
və göründüklərindən daha zirəng çıxdıqların
sonrakı əməllərilə sübut etdilər.
Bütün bunları yaxşı bilən və başa salınan
ruhani təbəqəsi insanların bərabərliyi,
xalq;n rifahi, söz və qələm azadlıqları ilə bağlı
verdikləri vədlərin yalan şüarlardan ibarət olduğun
cmiyytin anlayıb və onlardan üz döndərəcəyin
yaxşı bilirdi. Buna görədə xarici bir təhlükə
mənbəyi axtarışında olmalı idilər. Həmdə
bu vasitə ilə inqilabda iştirak etmiş başqa partiya
və təşkilatların hökumət bölgüsündə iddialaının
qarşısın almaq üçün yaxşı bəhanə olmuş
olardı. Molla hakimiyyəti
həmdə bu vasitə ilə maxalif düşüncələrin,
hakimiyyətlə tərs mövqedə dayanan qurumların və
milli haqlarının tapdalanması haqda hakimiyyət qarşısında
məsələ qaldıran xalqları susdurmağa imkan tapmış
oldu.
Hər
iki ölkənin xalqlarına fəlakət gətirən
səggiz illik müharibə
Molla hakimiyyətinin təhriki və İraq dövlət başçısının
buna məntiqsiz reaksiyası nəticəsində müharibə başlandı.
İlk baxışda isə bu İraq hərbi birləşmələrinin
İran torpaqına geniş miqyaslı təcavüzü
təəsüratı bağışladı. əslində
isə bu Tehran hakimiyyəti üçün göydən düşmə bir
şans oldu. İraq ordusunun İranın cənub şərq
bölgəsində içəriyə doğru irəliləməsi,
Xürrəmşəhrin işğalə və bölgənin
ən böyük neftayırma zavodların özündə yerləşdirən
Abadan kimi önəmli şəhərin mühasirəyə alınması,
yüz minlərlə insanın qaçqın düşməsi bu müharibənin
ilk nəticələrindən oldu.
Haray-həşir salaraq təcavüzə məruz qaldqıqları
haqda dünya ictimaiyyətinə müraciətlər edən molla
hakimiyyətinin, uzun zaman keçmədən müharibədən heçdə
mutsuz olmadıqı üzə çıxdı.
İraq ordusunun irəliləməsinin qarşısı
alındıqdan, Abadanın mühasirəsi sındıqıldıqdan
və Xürrəmşəhrin geri alınmasından sonra İraq
dövlətinin BMT-nin qəbul etdiyi qətnaməyə uyumm sağlaması
haqda razılıqı və İrana xəsarət ödəməsi
barədə öhdəlik götürməsinə Tehran hakimiyyi əhəmiyyət
vermədi. Tehran rejimi yenədə Qüdsün yolu
Kərbəladan keçir, Qələbəyədək müharibə,
Qadisiyyə sərdarı, ölüm vaxtın çatıbdır
kimi şüarları bir daha bu rejimin müharibə və xaos
tərəfdarı olduğun göstərmiş oldu.
Müharibədə maraqlı dövlətlərdə öz
qazancları açısından çıxış edərək
hər iki dövlətlə açıq və gizli şəkildə
əlaqəyə girdilər. Hər iki tərəfə satılan
silahların və başqa hərbi texnikaların həcmi yüz
milyardlarla ölçülürdü. Bu qazancdan məhrum olmamaq naminə
həmin dövlətlər bir çox cinayətlərə göz yummalı
oldular. Mək Farlin kimi tanınan İran-Amerika arasında
gizli silah alveri ilə bağlı əməliyyat
dediklərimizə nümunədir. Bu
məsələnin üstünün tam açılması müharibə
bitdikdən illər sonra olduğu kimi açıldı. Amerikanın
İraqa hərbi müdaxiləsi və Səddamın süqutundan
sonra inqilab və müharibədə önəmli rollardan birin
ifa etmiş H.Rəfsəncani 2006-cı ilin noyabr ayında
həmşəhri qəzetinin müharibə ilə bağlı
çıxardığı paydari adlı xüsusi buraxılışına
verdiyi geniş müsahibədə bunları etrifa edir.
H.Rəfsəncani həmin müsahibədə Tav və
Hag raketlərinin, habelə hava hücumundan müdafiə və
başqa hərbi texnikanın vasitəçilərin yardımı
ilə Amerikadan idxal etdiklərin bildirir. Bunun qarşılığında
isə iran Livanda və Hizbullah arasında öz nüfuzundan
istifadə edərək Amerika girovlarının azadlığına
nail olmasın söyləməsi maraqlı və diqqətə
layiq faktdır.
Bu
gün Səddamı törətdiyi cinayətlər üçün edam
edən qüvvələr, Səddamın törətdiyi
cinayətlərə şərait yaradan və onu lazimi
hərbi texnika ilə təmin edənlərdir. Tehran
hakimiyyətininsə cinayətləri Səddamın törətdikləri
yanında birə mindir. Ancaq hələ bu gündə demokratiya
və insan haqları müdafiəçiləri kimi çəıxış
edən bir çox dövlətlər öz siyasi və maddi maraqları
üçün cinayətkar Tehran rejiminin şıltaqlıqlarına
dözməkdə və bir çox hallarda isə dolayısı
yollada olmuş olsa ona dəstək verməkdədirlər.
Müharibənin
nəticələri
Bu
müharibə demək olarki ikinci dünya müharibəsindən sonra dünyada
baş vemiş ən iri müharibələrdən sayılır.
Səggiz il davam edən müharibə yüz minlərlə insanın
məhvi, milyonlarla insanın didərgin düşməsi, əlil
olması və hər iki tərəfin iqtisadi bazalarının
dağılması ilə nəticələndi.
Müharibə dövrü ən adi milli-insani haqlarından
məhrum edilmiş qeyri fars xalqlar, özəlliklə Güney
Azərbaycan türkləri əzizləndi, Azərbaycan İranın
başı, qeyrət simvolu adlandırılaraq güllə qabağına
veildi. Güney Azərbaycan türklərindən
oluşan Aşura diviziyası müharibənin ən qızqın
gedən yerlərinə göndərildi. Həmin diviziya xət
sındıran adlandırılaraq İraq ordusunun ön
cəbhəsin yarmaq, qarşı tərəfin hücumu zamanı
birinci müqavimət xəttin təşkil verməkdə istifadə
olundu. Bu isə başqa milliyyətdən olan döyüşçülərlə
müqayisədə türklərin daha çox itgi verməsi ilə
nəticələndi.
Maraqlı
faktdır ki müharibənin əvvəllərində İraq
hərbi hava qüvvələri İranın əksər iri şəhərlərin
bombalayıb və raket zərbələri endirsələrdə,
Güney Azərbaycan şəhərləri bundan qıraqda qalırdı.
Həmin dövr qeyri türklər, özəlliklə farslar Güney
Azərbaycan şəhərlərin təhlükəsiz yer sayaraq
bura sığınırdılar. Ancaq Tehran hakimiyyətinin
Aşura diviziyasından genə-bol bütün müharibə
xəttində istifadəsi və planlı şəkildə
bunu təbliqi Güney Azərbaycan şəhərlərinində
hava hücumlarına məruz qalmasilə nəticələndi.
Nəhayət Xomeynini zəhər içməsindən
və bütün resurslarının tükəndiyindən irəli
gələn məcburiyyətdən dolayı BMT-nin 598 saylı
qətnaməsin qəbul etmədən sonrada Tehran
hakimiyyəti yaranmış yeni durumdan lazimi qədər istifadə
etməklə növbəti cinayətlərin törətmə imkanından
yararlandı. Hələdə baş vermə
səbəbləri lazimi qədər araşdırılmayan
Çilçıraq və Fruqi Cavidan əməliyyatlarının
hansısa təhriklər vəya Tehran rejiminin hansısa dövlətlərlə
gizli anlaşmasından irəli gələn plan əsasında
Xalq Mücahidləri Təşkilatı tərəfindən
başlanılması növbəti qırqınla
nəticələndi. Molla hakimiyyəti minlərlə müxalifin
yuxarıda adları çəkilən əməliyyatlara qarşı
Mersad adı altında apardıqı hərbi cinayətində
aradan götürə bildi.
Bununla
yanaşı Tehran hakimiyyəti baş vermiş əməliyyatı
bəhanə edərək daxildə, özünün həbsxanalarında
saxladıqı minlərlə siyasi məhbusu qısa müddət
ərzində edam etdi. Bir sıra məlumatlarda bu qırqında
edam edilənlərin sayı on minlərlə göstərilir.
Xalq Mücahidləri Təşklatının bu
hərəkətinin hansısa təhrik və Tehran
hakimiyyətinin bəzi ölkələrlə gizli anlaşması
əsasında həyata keçirmələri ehtimalın gücləndirə
biləcək bir çox məsələlər var. BMT-nin 598 saylı
qətnaməsinin qəbulu və iki ölkə arasında atəşkəsin
bir il bu qətnamənin qəbulundan sonra baş tutmasının
səbəbləri açıqlanmayıb. Ancaq Tehran təmsilçilərinin
bu məsələyə bir sıra önəmli və daxili
təhlükəsizliyimizlə bağlı şərtləri
qəbul etdirmə məsələlərində anlaşma
kimi ifadələri həmin daxili təhlükəsizliklə bağlı
anlaşmanın bir ucununda mücahidlər və başqa siyasi
cərəyanların zərərsizləşdirilməsi
olama ehtimalın artırır.
Cinayətlərdə
Tehran rejiminin rolu
Müharibə
dövrü Tehran rejimin İraq dövlətinə müxalifətdə
olan və silahli fəaliyyət göstərən kürd və
şiə ərəbləri hər tərəfli
dəstəkləməsi, onları İraq dövlətinə qarşı
silahlandıraraq gücləndirmə əməlləri təbiiki
müharibə şəraitində olan İraq hökuməti üçün
ciddi problemlər yaradırdı. Və müharibə şəraitində
olan bir ölkə üçün bu təhlükənin qarşısın
almaq normal və zəruri bir məsələ idi. İraq
hakimiyyətidə bu əlavə təzyiqləri azaltmaq üçün
Tehranın maliyyələşdirdiyi həmin silahlı quruplaşmaların
qarşısın almağa başladı. İraq ordusunun
mollalara əl-altılıq edən silahlıları
zərərsizləşdirmə əməliyyatında yüzlərlə
insan öldü, bir çoxları qonşu ölkələrə, əsasən
isə İrana sığındı.
Bunları
nəzərə alaraq demək olarki bu qırqınlarda bir başa
Tehran hakimiyyətinin rolu olmuşdur. İraq ordusunun
vasitəsilə həyata keçirilən əməliyyatlarda ölənlərin
qanının Tehran rejiminin boynunda olması danılmaz gerçəklikdir.
Səddamın
edamı
Səggiz
illik müharibədən sonra iqtisadi imkanları tükənmiş,
ordu sistemində ciddi problemlər yaranmış İraq dövləti
Küvetə müdaxiləyə təhrik edilərək ölkəyə
daha geniş ziyan vuracaq başqa bir müharibəyə başlamış
oldu. Öncəki müharibə dövrü Səddamla normal münasibətlərdə
olan bir sıra dövlətlər, o cümlədən ABŞ bu
dəfədə Küveytin müdafiəçisi kimi çıxış
edərək İraqa qarşı yaradılmış
kualisiyaya rəhbərlik etdi. ABŞ-ın başçılıqı
ilə Səhrada Tufan adı altında keçirilən geniş
miqyaslı hərbi əməliyyat demək olarki İraq
iqtisadiyyatı və ordusunun olub-qalan imkanlarında məhv etmiş
oldu. Yenidən kürdlər və şiə ərəblər
yaranmış durumdan istifadə edərək ayaqlandılar. Bu
dəfə isə kürdlər daha iştahalı görünməyə
başladı. Bu isə Tehran rejimi üçündə növbəti
dəfə qızıl fürsət oldu. Tehran hakimiyyəti bölgədə
yaranmış böhrandan lazimi qədər istifadə etməyə
çalışdı. İraqda öz mövqelərin genişləndirib
və bərkitməyə başladı. Əks
cəbhələrdə, düşmən mövqedə olmalarına
baxmayaraq, ABŞ və İngiltərənin əməlləri
Tehran hökumətinin mənafeinə xidmət etdi. Bunun isə
tam təsadüflərdən irəli gəlməsi bir o
qədərdə məntiqi görünmür.
İraqın başı üzərin almış qara
buludlar Tehran hakimiyyətinin xeyrinə işləyərək bütün
məsələlərdən qıraqda qalmasına
səbəb oldu. Amerika , İngiltərə və s. Müttəfiq
dövlətlərin təkidləri nəticəsində BMT müşahidəçiləri
İraqın nüvə proqramı və kütləvi qırqın
silahları hazırlamasın araşdırmağa başladı.
Müşahidəçilərin İraqda olmayan
məsələləri axtardığ və bütün diqqətin
ora yönəldildiyi bir dönəmdə İran rejimi özünün nüvə
proqramın sürətlə inkişaf etdirməyə, kütləvi
qırqın silahlarının istehsalı və alışına
qurşandı. Tehran rejiminin öz hərbi sənayein inkişaf
etdirdiyi və sürətlə silahlandığından qərb dövlətlərinin,
xüsusən Amerikanın xəbərsiz olması inandırıcı
görünmür.
Nəhayət İraqın cəbbəxanasında xarici müdaxiləyə
müqavimət göstərməyə imkan verə biləcək
ciddi bir imkanın olmadığın yəqin etdikdən sonra
ölkəyə hücum başlandı. Növbəti dəfə İraq
xalqının fəlakəti ilə nəticələnən hücumun
sonuclarının göz qabağında olduğun nəzərə
alaraq buna toxunmağa ehtiyac yoxdur. Müttəfiq qoşunların
hərbçiləri tərəfindən həbs edilən
Səddam Hüseynin məhkəmə prosesinin sonu,
vəkillərinin bütün cəhdlərinə baxmayaraq onun haqqında
edam hökmünün çıxarılmasilə nəticələndi.
Və 2006-cı ilin son saatlarında Səddam
asıldı.
İraq şiələrinin rəhbəri Müqtəda
Sədrin iştirak etdiyi edam mərasimindən dərhal sonra
Tehran hakimiyyətinin təmsilçiləri və ABŞ
rəsmilərinin sevincək bəyanatları yenədə
maraqlı bir təsadüfün şahidi olmamıza
səbəb oldu. Tehran nümayəndələri Səddamın
İranla , daha dəqiq desək farslarla bağlı
dedikləri həmdə İran hakimlərinin ciddi
nigərançılığına səbəb olması açıq-aydın
sezildi. Siyasi mövqelərindən asılı olmayaraq hətta
Tehran rejiminə ən radikal müxalifətdə olan İran müxalifətidə
rejimlə eyni mövqe nümayiş etdirərək Səddamın
farsların bölgədə bütün böhranların əsas
səbəbkarlarından olması , ərəblərin bu
təhlükənin qarşısın almaq üçün birləşməli
olduqları fikirlərin ölüm ayağında fitnə kimi
dəyərləndirərək tənqid etdilər.
Hakimiyyətin və müxalifətin bu ortaq mövqei bir daha fars
şovinizminin əmmaməli-əmmasiz olmalarından asılı
olmayaraq qeyri fars xalqlara qarşı eyni mövqedə olduqların
göstərmiş oldu. Demokratiya , insan haqları
tərəfdarları kimi çıxış edən bu müxaliflərin
rejimlə bərabər İranda bir daha qeyri fars
millətlərin heç bir hüququna hörmət etmədiklərin,
qeyri fars millətlərin isə bu məsələni milli
haqları və müqəddəratlarının təyini uğrunda
mübarizələrində ciddi nəzərə almaları
zərurətin sübut etmiş oldu.
Tehran
hakimlərinin cəzasızlıqları
Yuxarıda da vurğuladıqımız kimi Tehran
hakimiyyətinin nümayəndələri dünyada, özəlliklə
bölgədə həqiqətəndə bütün böhranların
və çəkişmələrin yaranmasında ən maraqlı
tərəflərdən olduğu üçün hər bir
vasitədən istifadə edərək sabitliyin pozulmasında
təşəbbüskarlıq göstərib. 79-cu il inqilabından
günümüzə kimi bu şeytan hakimiyyətinin əmməllərinə
qısa nəzər salmaq tarixdə cinayətkarlıq və
fitnəkarlıqda bu tip rejimlərin çox nadir olduqları haqda
qənaətə gəlməyə kifayət edir. Özün
islam dövləti sayaraq Fələstin müsəlmanlarının
haqlarının müdafiəçisi kimi çıxış
edən, İsrail dövlətinin məhvin əsas
hədəflərindən birinə çevirən bu rejim, qulağının
dibində müsəlman Azərbaycan Respublikasının
Ermənistanın təcavüzü nəticəsində torpaqlarının
işqalı, yüz minlərlə insanın didərginliyinə
çox soyuqqanlı yanaşmaqdadır. Nəzərə alsaq ki
Tehran rejiminin bölgədə əsas müttəfiqlərindən
biri həmin təcəvüzkar Ermənistan dövlətidir, o zaman
hakimiyyətlərin şər üzərində qurmuş bu
əmmaməli şeytanların nə qədər fitnəkar
və riyakar olduqların daha dərindən anlamaq çətin
olmaz.
Bunlarla yanaşı bu hakimiyyətin dünyanın bir çox ölkələrində
baş vermiş terror əməliyyatlarının müəllifi
olduğu aydın məsələdir. Türkiyə, Səudi
Ərəbistan, İraq, Pakistan, Argentina, Almaniya, Livan və s.
ölkələrdə yüzlər, münlərlə insanın
həyatı bahasına başa gələn
əməliyyatların məsuliyyəti Tehran rejiminin üzəində
olsada bunun hesabın verməmiş qalırlar. Bu rejimin son
illər dahada aqressivləşməsi, qəbul olunmuş bütün
büynəlxalq npormalara üz çvirərək dünyaya meydan oxuması
, dünya ictimaiyyəti və BMT-nin bütün tələblərin
qulaqardına vurması özünə arxayınlaşaraq daha ciddi
fitnələr yaratmaq niyyətində olduğundan xəbər
verir. 2006-cı ilin may-iyun aylarında güney Azərbaycanda milli
kimliklərinin təhqir olunmasına etiraz edən yüz
minlərlə insanın dinc aksiyalarının rejimin silahlı
və təhlükəsizlik qüvvələri tərəfindən
vəhşiliklə alınması, bu hadisələrdə
onlarla insanın güllələnərək öldürülməsi, yüzlərlə
insanın yaralanması və minlərlə dinc etirazçının
həbsi bu şeytan
hakimiyyətinin heç bir normaya bağlı olmadıqının
göstərgəsidir.
Başqa millətlər və dövlətlərlə yanaşı
hakim kəsildiyi xalqların ən ibtidai haqlarına heç bir
əhəmiyyət verməyən, yüz minlərlə insanın
qatili olan bir quruluşun nümayəndələrinin Səddamla müqayisədə
min dəfə artıq cəzaya layiq olduqları çoxdan sübut
olunmuş məsələdir.
Təssüflə
hələlik bütün cinayətlərinə baxmayaraq
şeytan balaları boğazların ipdən qoruya
bilirlər.
...
Səddamın
ölüm qabağı çıxışından Tehran hakimlərinin
narahatçılıqı yersiz deyil.
Bütün törətdikləri cinayətlərin hesabın ödəyəcəkləri
günün çoxda uzaqda olmadığın görünürki özləridə
sezmişlər. Müxtəlif xalqların məhbəsinə çevrilmiş
bir ölkənin və onun hakimlərinin dəyişən dünyada
dəyişdirilməyəcəkləri imkansızdır.
PS:
Səddam bütün etdiklərinə və haqqında
deyilənlərə baxmayaraq mürəkkəb, çətin və
başarılı bir həyat yolu keçmişdir. İraq dövlətinin
başçısı səviyyəsinə yüksəlməsi
təsadüfi deyildi. Bəzi dövlətlərin, müxaliflərinin
və fars nümayəndələrinin onun haqqında nə
dediklərindən asılı olmayaraq Səddam tam bir ərəb
millətçisi idi. O bəzi xalqlar üçün cinayətkar olsada, ərəb
milləti üçün qəhrəman idi. Bunu ölüm ayağındaki
davranışı və danışıqı ilədə sübut
etmiş oldu.
Bü gün isə Güney Azərbaycan hərəkatı
təmsilçilərinin mövqei ən azından Tehran hakimiyyəti
və fars şovinizminin mövqeindən bu məsələ
ilə bağlıda seçilməli və
fərqlənməlidir. Səddamın edam qabağı çıxışı
Güney Azərbaycan türkləri və ərəb millətçiləri
arasında ciddi bir yaxınlaşmaya səbəb ola
biləcək amilə çevrilə bilər. Bu isə özlüyündə
fars şovinizminin təcridi və zəifləməsi
deməkdir.