Silahlanmaq
yoxsa silahlı saldırmaq
?!?
Son
zamanlarda Güney Azərbaycan milli aktivistlərinin xaricdəki
qanadı istər bağımsız aydınları vəya
siyasi təşkilatları tərəfindən içəridəki
aktivistlərə Silanlanın diyə məsaj göndərilir.
Ilk dĉfiyĉ İstiqlalçı quvvələr bu məsajı göndərməkdə
bulunsalarda, sevindiricidirki Dr. Sedır cenablarıda Federal,i olaraq
açıqcasına bu məsajı dəstəkləyir. Ancaq
arada sırada bəzi yad səslərdə xaricdə yaşayaraq
özlərini tanıtmaqdan qorxduqları halda, bu məsajın
ən radikal formasın dəstəkləyirlər ! Bunlar
silahlanmaq deyil, silahlı saldırmaq zamanıdır diyə içəriyə
məsaj verirlər. Yenədə təkrar edimki bu nüsxəni içəri
aktivistlərinə bükən cənab, xaricdə afiyət küncündə
olarkən öz kimliyini açıqlamaqdan belə boyun qaçırır.
Eşq olsun belə kamandolara !!!
Güney
Azərbaycan Türk millətinin tarixindən xəbəri olmayan
bir şəxs, bu məsajları eşidərkən belə düşünərki
yəqin bu millət ömründə əlinə silah almamışdır.
Bu faciəni Quzeyli soydaşlarımız yaşamışlar.
Rus devlətləri istər Çarlar zamanı istər Sovetlər
zamanında bacardıqcan Quzey Azərbaycan Türklərin silah
və savaş təlimatından uzaq saxlamışlar. Saldırqan
qonşu millət, Laqeyd devlət və silahdan yetərincək
baş açmayan millət eyni zamanda bir geografiada ortaya çıxarsa,
kütləvi faciə qaçırılmazdır. Bu 3 faktor Quzey
Azərbaycanda ortadadır.
Güney
Azərbaycandasa durum oqədərdə acınacaqlı deyil
məncə. Xaricdəki aktivistlər silahlanmaq məsajı göndərdikdə
iki önəmli konuyu gözə almalıdırlar məncə :
1)
Silahlanmaq
lazımdır dedikdə məqsədiniz
budurki silah örgənmək lazımdır ?
yoxsa Tam gizli məkanda silah saxlamaq lazımdır ?
2)
Silahlanmaq
yoxsa indiki durumda silahlı saldırmaq lazımdır ?!!?
Silah
öyrənmək lazimdir məsajı dolaysıyla millətdə
güvəncsizlik toxumu səpəcək. Bu millət əski
tarixindən bəri həmişə çağın silahına müsəlləh
olub. Çağdaş tariximizdə belə silahsız deyil, çağdaş
silahdan uzaq düşmüşük ancaq yenədə savaşdan qaçmamışıq.
Qərbi Azərbaycan faciələrin yaşasaqda yenidən
Məşrutə devrində hər tərəfdən hücüm
edən saldırqanların qarşısında silahla dayanmışıq.
Daha sonra Xiyabani hərəkatındada silahlı mubarizə
aparmışıq və habelə Pişəvəri zamanıda
milli devlətimizin silahlı ordusu olubdur. Həmin bu tarixdən
bəri 1001 səbəb üzündən milli ordumuz olmasada, yenədə
Güneyli silahın yerə qoymamışdır. 1978.ci il inqilabına
qədər çeşitli İrançi partialarda mubarizə
edən Güneyli , həmişə silahlı savaşlarda birinci
gedibdir. Habelə Xəlqi müsəlman partisində silahlı
savaşda bulunmuşdur. 1 il İranı qoruyub və 7 il İraka
təcavüz etməkdə olan İran qoşunu əsas Güneyli
silahlı quvvəsilə ayaqda durmuşdur. Bu savaşlar
nədən baş verib və sonucu nə olubsa bu yazının
söz konusu deyil. Sadəcə Güney Azərbaycan millətinə
Silah öyrənin diyənlərin diqqətinə layiq bir
neçə faktları xatırladmaq istədim. Bu mesajı bu
formada yaymaq, Güney Türkünə sayqısızlıqdır
məncə. Hətta hər kəs evində bir silah saxlasın
məsajı tam olaraq dağıdıcı məsajdır.
Təsəvvür edinki tam mədəni mubarizə aparan milli
fəalın evinə saldıran Fars Faşistəli, sadəcə
bir güllə pukası tapalar ! Haqqında verilən hökmü
təsəvvür edin ! Silah öyrənmək vəya silah evdə
saxlamaq bizə lazim deyil. İkisinidə bacaran yetərincək
quvvəmiz vardır. Evdən tam uzaqda gizli yerdə silah saxlamaq
lazimdir , buqədər.
Güney Azərbaycanlı Məştutədən bəri Barut
qoxundan qorxur ! diyən kimliyi bəlli olmayan cənabların
bu sözləri yaymaqdan əcəba niyyətləri nədir ?!?
Yuxarıdakı
ikinci soruya düşünməklə tapa bilərik. Bugün Fars Faşistləri
hakimiyyəti, (
içində satqın Türk vəya başqa qeyri fars
quvvələr olsada, hakimiyyət 100% Fars Faşisminə qulluq
edir. Vaxtilə Alman Faşistlərinə qulluq edən bütün
qyri Alman millətlərin satqınlarındanda qoşulan olub.
Tarix boyu bütün millətlərin içində Manqurtda olub, satqında
), ən ağır durumdadır. Xarici basqılar günü gündən
artır və eyni zamanda ölkə içində qeyri Fars
millətlərin formalaşması onu içdən sarsıdır.
Azərbaycan milli azadlıq hərəkatı ən böyük
təhlükə olaraq bu hakimiyyətin gözünə yuxu vermir. Bu
hərəkatın günü gündən siyasi kadırları formalaşır
və bunların ardıncan iqtisadi və nizami quvvələr sürünərək
gəlmədədir. Güney Azərbaycan milli azadlıq
hərəkatı indiyədək uzmancasına siyasi adımlar
atmaqla, Faşistlərin əli bağlayıbdır. Bəluçlar,
Kürdlər və Ərəblər taktiki səhvləri
nəticəsində (silahlı saldırmaq )gündə bir neçə
kadrı əldən verməkdədirlər. Təbiki Faşistlər
özləri bu bölgələrdə çeşitli terorlar edirlər
ancaq bu gərçəkdirki Faşistin əlinə bahana verən
adımlar atan olur.
Bir
əyağını gorda görən Faşistlər bugün 2
alternativi gözə alaraq Güney hərəkatını silahlı
saldırmağa təhrik edirlər :
1-
Əgər
Amerika saldıracaqsa ozaman içəridə ən böyük təhlükə
Az.Türkləridir. Deməli Amerika saldırmadan bir bahana tapıb
və bu hərəkəti dağırtmaq lazımdır.
2-
Əgər
Amerika və Avropanın qarşısında dala oturmağa
məcbur olacaqsa, ozaman
içəridə iqtidarın nisbi mənada əldən
verəcək. Bu duruma düşmədən öncə ən güclü
hərəkətin motorun sondürmək lazımdır.
Ən
gözəl bahana : Silahlı saldırmaq ! Beləliklə bütün
yetgin kadırları ya itirib vəya zindanlara atmış olarıq.
Lütfən silahlı mubarizə məsajları verənlər
aydıncasına öz məqsədlərin və mozelərin
ortaya qoysunlar.
Yaşasın
bağımsız Güney Azərbaycan.
02.04.07