İLham Əliyevə açıq məktub

  P. Sarxanlı

Son günlərdə, quzeydən, güneydən qızqın azərbaycanlılar sizin haqqınızda, boy-boy məqalələr yazıb, hökümətinizin, BMT,də İran molla rejiminin, insan haqlarını çeynəmədiyinə dair, müsbət səs vermesini və o rejimi ən böhranlı günlərində, heç olmazsa kiçik bir səviyyədə, müsbət göstərməyə çalışmasını ali şəxsinizlə bərabər tənqid altına almışlar.

   Güne Azərbaycan xalqının mübarizə bayrağını uzun zaman çiynində daşıyan və nəhayət ikinci dünya savaşından sonra ortaya çıxan şərayitdən, dahicə yararlanıb, modern tarixdə ilk həz olaraq milli dövlət yaradan Seyid Cəfər Pişəvşrinin, quzey Azərbaycanın əmanətində olan, anıtını söküb, başqa məhəllə daşıdığınız zamanlarda, zate alinizə qarşı, buna bənzər qızqınlıq və xırçınlıqlar görülmüşdü.

Dəyərli vaxtınızdan keçib, bu iddəa və məruzələrin hamısını diqqəti nəzərdən keçirib, üzərində düşündüyünüzü zənnetməyirəm. Amma ilk olaraq, adınıza qələm çalmaq istədiyimə baxmayaraq, bildirmək isdərdim ki, bu hay-küy, bu qızqınlıq və xırçınlıqların ıçində, çoxlu üryan həqiqətlər yatır. Onları görməzlikdən gəlmək, ər ya keç, dövlətinizə qarşı migren səviyyəsinə ulaşabilən, başağrılar törədib, sizi daha zəif duruma düşürə bilər.

    Siz yaş etibariylə məndən daha gənc, mevki və mətəbə baxımından isə, qıyas olunmayacaq qədər uzaqdasınız. Mən qasiblər əlində inləyən ana vətənini( G. Azərbaycan) tərk edib, Avrupa ölkələrindən birisinə sığınıb, həyatını pis-yaxşı qurbətdə sovuran bir Azərbaycanlıyam. Adımı bilənlərin sayı çox azdır. Siz isə, bütün həyatım boyu, röyalarımda bəsləyib, sevdiyim amma hənüz üzünü görməyə həsrət qaldığım, Quzey Azərbaycanın, yeni tarixində 4.cü prezident, Əliof ailəsinin isə ikinci böyük şəxsisiniz. Buna baxmayaraq, sizə bir neçə öğüdüm var:

-         Sizə qarşı yüksələn səsləri yaxşı dinləyin, onları duymazlıqdan, bilməzligdən gəlməyin, qulaq asmaq yaradıcı və tanrısal bir özəllikdir.

-         Ətrafınızı saran, faydaçı hoqqabazlara çox güvənməyin, biliniz ki o halda həqətin üzünü əsla qörmiyəcəksiniz. Şirə ətrafına qonan milçəklərin əlindən bir cur siyrilib, xalqınıza, millətinizə əl tapmalısınız. Yoxsa gələcək çox acı meyvələrlə yaxınlaşacaq sizə.

-         Azərbaycanın bir Quzeyi, birdə güneyinin olduğunu qəbul etməlisiniz. Bir insanın sağ və sol gözü var, Azərbaycanında quzeyi və güneyi var. Hale hazırda, quzey, böyük və dəyərli bir parçasını ermənilərə qapdırmaqla bilikdə, rus təhdidi altında yaşayan, amma tədricən neftini, qazını dünya bazarlarına göndərə bilən müstəqil bir ölkədir. Güney isə, başdan-başa talanan, dili, kültürü yasaqlanıb, danılan, fars əlində çabalayıb, inləyən amma təricən daha ciddi mübarizə yollarına ulaşan, harayını insanlara duyurmaqda israrali, həddi-hüdudu bəlirsiz, başı dumanlarla dolu bir ölkədir.Quzeyin, güney parçası, Babəkin, Xətayinin, qılıc çalıb, yaratdığı, yaşatdığı, övdüyü- övündüyü, yolunda can verib öldüyü ölkədir cənub. Belədir sayın prezident. İndi sizdə əyər Cənubun varlığını danmaq isdərsəniz, və ”Dünya Azərbaycanlıları”(Bu sözdə qalan və yalan bir termdir) Kongrəsində ondan ad aparılmasına yasaq qoyarsanız, bəs hansı əlli milyonun prezidenti olursunuz? Yaxşı bilməlisiniz ki, valın üzü döndükdə, etrafınızı alan milçəklər, ilk olaraq sizi tərk edib, hər birisi bir canavar olub, sizə hücum edəcəklər. Çünkü onlarda şərafət və insanlıq hamısı, şirə və şirnidən ibarətdir.

-         Zamanın axışını yaxşı duyun, yaxşı bilin. Aşağı-yuxarı, bütün azad və demokratik dünyanın səsinin, iranlı cinyayət rejiminə yüksəldiyi bir anda, dövlətinizin ona müsbət yaxlaşması böyük bir talesizlikdir.

 

 

Başınızı bundan artıq ağrıtmaq isdəmirəm sayın prezident. Burada izninizlə, Azərbaycan xalqına ihanət edən bir kimsəyə qarçı yazdığım şeri, sizə təqdim edib,

sözümə son verirəm.

 

 

 

Təpə Göz”və “Ana vətən                                                

 

Ax tanrım

Bu “ana vətən” sözü də                                                                           

Minlərcə bazarlıq əşya içində,                                                          

Çövrildi bir şey oldu                                                                              

Dükkançılar əlində                                                                                       

 

Ahay qoca canavar!                                                                                     

Dişlərini qıcırdadıb,                                                                                      

Şəklədərək qulaqlarını,                                                                                

“ax vətən” deyibən,

nə girərsən,

heç tülkünün,

girmədiyi qılığa                                                                                                                  Sən əslində,

Körpə quzulara pusu qurub,

Yumuşaq ətlərini düşləyirsən röyada

Fürsət bulursan əyər,

Əzman dişlərüvün,

Vardığı yeri,

Param parça edəcəyi,

Gün kimi açıq

 

“Ax vətən!” deyibən,

Ağlarkən timsahlar təkin,

Çürük, çirkin çanqallaruvu,

Batırmaq isdirsən,

Quzu vətənin şahdamarına

 

Bacara bilirsənsə bir gün,

bu namübarək hiləni,

birinci nəfəsdə;

vətənin südünü,

ikinci nəfəsdə qanını,

üçüncü nəfəsdə qalan canını,

tam bir “Təpə Göz” kimi,

qurt diyə,

odacaqsan,

doymaq bilməyən gözlərüvə,

Və yırtılmaq bilməyən,

Çirkin qarnuva!

 

Qoxumuş cəmdəgləri,

Toplayaraq qara qursağuva,

Qartallar məkanına çıxıb,

Ovutmaq isdirsən qorxaq sürünü,

Və eyitmək isdirsən,

Südlü inəkləri.

 

 

Sən əmma,

Yalnız bir “Təpə gözsən”

Tam bir “Təpə göz”.

 

Ay qara bulud!

Nə qədər tutmaq isdəsndə,

Parlaq üzünü,

Nazlı günəşin;

Yoluna dəvam edəcək,

Gecə və gündüz.

Caymayacaq cığırından,

Nə ay, nə gün, nə ulduz

Və minlərcə bənzərün,

Çürüyüb, əziləcək,

Həqiqətin güclü çərxləri altda

Yada boyun əyəcəksən,

Aslan “Busat”ların,

Kəskin qılıncına

Sən, ən ilkəl güdülərin gücüylə,

Sarılıbsan,

“Ana vətən”in möhtac boğazına,

və göz yaşı tökürsən, ğərizə əmrilə,

uymuş vicdanları aldatmaq üçün.

Ürəyim yanır,

Yatmış vicdanuvun,

Yoxsunluq və cimriliyinə

Necə də əsir qalıbsan,

Vəhşi ğərizələr əlində

 P. Sarxanlı  31.03.07