ZƏRDÜŞTÇÜLÜYÜMÜZ -- İŞIQÇILIĞIMIZ
Dünyanın ilk peyğəmbəri türk olub!
ASİF
ATA
Azərbaycanın böyük filosofu Asif Atanın "Azərbaycanımız
-- Azərbaycanlılığımız" adlı "Fikir
evi"nə başlayırıq.Bu silsilədən olan yazıları
www. azadtribun.net sitəsindən
izləyə bilərsiniz. Bununlada məqsədimiz "Azərbaycan
nədir ?" - sualına
cavab tapmaqdır və özü də Asif Ata baxışları
ilə.
Hər bir xalq dünyaya verdiyi böyük şəxsiyyətləri
ilə özünü ifadə və təsdiq edir.
Asif Ata xalqın təməlini fərd hesab edir və göstərir
ki, xalq fərd mahiyyətindən , mənasından yaranır,
fərd özünəməxsusluğunda , bənzərsizliyində
isə xəlqi mahiyyət yaşayır. Azərbaycanın dünyaya
verdiyi qeyri - adi fərdlərə, həmin fərdlərin
yaratmış olduğu, özümüzə və dünyaya
gərəkli dəyərlərə Asif Ata
fərəhlərimiz adını verir. Bu
fərəhləri bilmədən, duymadan,
bu fərəhləri yaşamadan bir Azərbaycan türkü
olaraq özünü nikbin, ruhlu, vüqarlı yurdçu kimi hiss etmək mümkün
deyil.
Azərbaycanımız -- Azərbaycanlığımız
silsiləsindən sizə təqdim etdiyimiz Fikir evində
birinci növbədə nikbinliyimizə səbəb olan
Fərəhlərimizi təqdim edəcəyik. Amma bunla yanaşı
istər - istəməz Kədərlərimizi də ardıcıl,
sistemli şəkildə verəcəyik. Asif Atanın fikri
ilə ifadə etsək, o deyirdi : Hündür dağları
İldırım tez vurur. Səadətimizə bərabər
fəlakətimiz var. Səadətimiz fəlakətimizlə qoşadır.
Fərəhlərimizə bərabər Kədərlərimiz
var. Kədərlərimiz Dövlətsizlik Fəlakəti ilə
bağlıdır. Azərbaycanın Dövlətsizlik
fəlakəti onun özgələşməsindən doğur.
Amma biz bədbin deyilik, nikbinik. Nikbinliyimiz isə Ocağımızın
varlığıdır və SABAHIMIZI -- ÇIXIŞ YOLUMUZU Ocaq
ideyalarında görürük.
Mütləqə İnam
Kamil İnsan
Ruhani Cəmiyyət
Müstəqil Vətən
Özümlü Şərq
Ləyaqətli Bəşər
I.
ZƏRDÜŞTÇÜLÜYÜMÜZ -- İŞIQÇILIĞIMIZ
(Izhar )
1.
Ürəyinizdə
Günəş olsun!
Azərbaycana
zahiri gözlə baxanda, o, kiməsə balaca görünə bilər.
Ancaq
Mənanı xarici gözlə görmək olmaz.
Mənanı
Daxili gözlə -- İdrakın, ruhun gözüylə görmək olar.
Daxili
gözlə baxanda Azərbaycan çox böyük görünür -- Şərq
Mahiyyətinin Bütöv, Parlaq, Dərin ifadəsi kimi -- Ruhani
Mərkəz səviyyəsində.
Fikir
Evinin məqsədi -- hadisələrin zahiri şərhi deyil,
Azərbaycan Ruhunun izharıdır, Azərbaycan İnamının
Təsdiqidir.
Azərbaycanımızın
-- Azərbaycançılığımızın Böyük
Fərəhləri və böyük Kədərləri var.
Azərbaycanın
Birinci Böyük Fərəhi -- Zərdüştçülükdür.
Azərbaycanın
İkinci Böyük Fərəhi -- Xürrəmdinlik -- Babəklikdir.
Azərbaycanın
Üçüncü Döyük Fərəhi -- Dədəqorqudluqdur -- Ağsaqqallıqdır.
Azərbaycanın
Dördüncü Böyük Fərəhi Hürufilik -- Nəimilik --
Nəsimilikdir.
Azərbaycanın
Beşinci Böyük Fərəhi -- Füzulilikdir.
Azərbaycanın
Altıncı Böyük Fərəhi -- Muğamdır.
Azərbaycanın
Yeddinci Böyük Fərəhi -- Sazdır.
Azərbaycanın
Birinci Böyük Kədəri -- Midiyanın Süqutudur.
Azərbaycanın
İkinci Böyük Kədəri -- Babəkin Qətlidir.
Azərbaycanın
Üçüncü Böyük Kədəri -- Çaldıran Fəlakətidir.
Azərbaycanın
Dördüncü Böyük Kədəri -- Türkmənçay
Yırtıcılığıdır.
Azərbaycanın
Beşinci Böyük Kədəri -- Milli hökumətin
devrilməsidir.
Azərbaycanın
Altıncı Böyük Kədəri -- 20 Yanvardır.
Azərbaycanın
Yeddinci Böyük Kədəri -- Xocalı Faciəsidir.
Azərbaycanımızın
sabahını -- Ocaqda,Ocaqçılıqda görürük -- Atalıqda,
Evladlıqda.
Mütləqə İnamda görürük.
İnsanlaşmaqda
görürük.
Ruhani
Cəmiyyətdə görürük.
Müstəqil
Vətəndə görürük.
Özümlü
Şərqdə görürük.
Ləyaqətli
Bəşərdə görürük.
Azərbaycan
Ruhunun İzharını Zərdüştçülüyümüzdən başlayırıq.
2
Zərdüştçülükdə Peyğəmbərlik başlayır
-- Vəcd, Vəhy, Eşq, Ehtizaz vasitəsiylə İnam
yaratmaq, İnamı Ağıllara, Ürəklərə,
Aqibətlərə həkk
etmək Əməli.
Zərdüşt Peyğəmbərliyi yarananda Budda yox idi,
Musa yox idi, İsa yox idi, Məhəmməd yox idi.
Zərdüşt Peyğəmbərliyində Qismətçilik
yox idi, Təskinlik yox idi, Cənnət - Cəhənnəm
Huri -Pəri miskinliyi yox idi.
3
Zərdüştçülükdə
Hürmüzd İşığıyla Əhrimən qaranlığı
arasında Döyüş var -- İşıq Allahı -- Əhrimənlə
Yerdə, Göydə döyüşür, İnsanın
Daxilində -- Fikirdə,
Duyğuda, İradədə, Əməldə döyüşür -- Hürmüzd
İşığı gərəkdir Dünyaya --
Qaranlıqları Yaran -- İşıqlanmalıdır Dünya.
Fəlakət Səadətlə İşıqlanmalıdır
-- Həsəd Heyrətlə -- Qorxu Cəsarətlə --
Həqarət Ləyaqətlə -- Hərislik Səxavətlə
-- Dönüklük Sədaqətlə
-- Zülm Ədalətlə -- Hərcayilik Müqəddəsliklə.
İşıqla qaranlıq Təzadından Dünya
ikiləşib.
İkilik aradan qalxmalı -- Hürmüzd Əhrimən üzərində
qələbə çalmalıdır --
çalacaq -- qaranlıq Dünyadan çəkiləcək -- Dünya
İşığa qərq olacaq.
4
İşıqla Qaranlığın Döyüşü İnsanda
baş verir ;
İnam adlı Hürmüzd -- İnamsızlıq adlı
Əhrimənlə döyüşür ;
Xalislik Naqisliklə -- Müdriklik Naşılıqla -- Saflıq
Günahla -- İnsanilik
Heyvaniliklə döyüşür.
Daxili Aləm İşığa qərq olur, Dünyanı
İşığa qərq edir. İnsan İşıqlandıqca
Dünya İşıqlanır.
İnsan -- İşıq Yoluna düşür
-- İşıq Yolu olur.
5
Dodaq Yalandan təmizlənir -- beyin Xurafatdan
təmizlənir -- Əl Haramdan təmizlənir.
Təmiz Söz,
Təmiz Fikir, Təmiz
Əməl yaranır.
Zərdüştə böhtan atıb onu
Zinalıq təbliğində günahlandırırlar --
Zinalıqla Təmiz Əməl Tələbi biri digərini
inkar edir.
Zərdüştdə Cənnət - Cəhənnəm,
Allah xofu tapırlar -- Cənnət - Cəhənnəm
Hürmüzd Qələbəsinin labüdlüyüylə, Dünyanın
özündə ( o Dünyada yox! )
yaranacaq İşıq səltənəti İnamıyla bir
araya sığmır -- Qorxu -- Hürmüzd hünərinin İnkarıdır.
Zərdüştü sonrakılar bədnam eləməyə
və özümləşdirməyə -- özünə
bənzətməyə cəhd göstəriblər.
6
Od -- Zərdüştdə İşıq Rəmzidir.
Atəşpərəstlər, əslində İşıqpərəstlərdir.
Zərdüşt Odu -- Qaranlıq yaran Oddur, Prometey Odu -- isidən.
Od -- Yanmaq Rəmzidir.
Yanmasan -- İşıqlanmazsan,
Təmizlənməzsən -- Dünya İşıqlanmaz,
Təmizlənməz.
Od çirk götürmür, çirki yandırıb yox eləyir.
Oda səcdə -- İşığa səcdədir.
Od qorumaq -- əslində İşıq
qorumaqdır.
Azərbaycançılıq -- əslində İşıqçılıqdır.
7
Zərdüştdə Bədən Ruhdan asılıdır.
Bədəni urvata mindirən Ruhdur.
Ruhdan məhrum olan Bədən urvatsız olur.
Amansız səslənir bu İdeya.
Ruh Zərdüştdə cismani enerji deyil -- İdrakdır,
Mənəviyyatdır -- İnsan öləndə Bədən
İdraksızlaşır, Mənəviyyatsızlaşır.
Zərdüştdə ölü bədənə hörmət yoxdur
-- ölünün O dünya Yolu yoxdur -- o Axirət
Dünyasina heç nə aparmır, ölü bədən heç olur.
Misir xurafatına (ölünün
mumiyalanması ) qarşı çevrilmiş bu fikirdə
gələcək xurafatların inkarı var.
8
Dinlərin hamısı Xeyir -- Şər Təzadı
əsasında qurulub. Xeyir -- Şər Təzadı
Hürmüzd -- Əhrimən İkiliyinin
Təzahürüdür.
Dini ikiliyin -- Dualizmin canı
Zərdüştçülükdür.
9
Dinlər Xilaskarlıq --
messiyaçılıq İdeyası əsasında qurulub. Messiyalar
-- Dini xilaskarlar -- Hürmüzd çeşidləridir.
Ən məşhur Hürmüzd
İsadır -- Əhrimənlə döyüşdə çarmıxa
çəkilən, ancaq ölməyən,
dirilən,qayıdacağı gözlənilən.
Musa, Məhəmməd Timsalında da Hürmüzd canlandırılır
-- şəxsiyyətlər əfsanələşir.
10
Buddaçılığın Əsası --
Daxili Təmizlik İdeyasıdır -- İmtina
vasitəsiylə Ruhu ram etməkdir.
Bu ideya Zərdüştün Təmizlik Yolunun davamıdır
-- İfrat davamıdır, istəklərin inkarıdır --
ancaq Zərdüştlə qırılmaz tellərlə bağlıdır.
Zərdüştdə İnsan naqis istəklərindən
əl çəkirdi, Buddada bütün istəklərindən.
Zərdüştün mədsədi -- Hürmüzd Dünyasıydı,
Buddanınkı Nirvana -- Mütləq Ruhani Sakitlik.
Zərdüştdə Təmizlənmək -- Yanmaq idi,
Buddada -- sönmək.
Zərdüşt Odundan Budda Külü törədi!..
11
Platonçuluq İdeyalar -- Əşyalar təzadına
əsaslanır -- Platonda Həyat -- İdeyanın kölgəsidir.
Bu fikirdə Hürmüzd -- Əhrimən, İşıq --
Qaranlıq ikiliyinin təzahürü görünür.
12
Dialektika -- Heraklit, Hegel -- əksliklərin -- təzadların,
ziddiyyətlərin döyüşü və vəhdəti ideyası
əsasında qurulub.
Bu ideyada Zərdüştçülük duyulur.
Dünya -- təzadlar döyüşüdür!-- dialektikanın
dediyi bu fikri əvvəl Zərdüştlük deyib.
Fərq ondadır ki, Zərdüştdə Əksliklər
Vəhdəti yoxdur -- yalnız əksliklər Döyüşü var
və həqiqət bizcə Zərdüştün
tərəfindədir.
Təzadlar bir yerdə olanda belə Bir olmurlar !
13
Babək Fərəh dini yaratmışdı.
Babək fərəhində Hürmüzd
İşığı yanırdı.
Babək özündə Şirvin gəzdirirdi, bu, Şirvin
adlanan Hürmüzd idi.
Babək Hürmüzdlük eləyirdi -- Əhrimənlə döyüşürdü.
14
Sufilər Eşq Əhli idilər, İlahiliyə Atəşin
Eşq bəsləyirdilər.Odluydular, Eşq Odunda alışıb
-yanırdılar. İşıqlıydılar.
Aşiqlikdə --Təmizlənirdilər, Şəriətləşirdilər,
Mərifətləşirdilər, Təriqətləşirdilər
-- İşıqlı hallar keçirirdilər -- İşıqlanırdılar
-- İlahiliyə qovuşurdular.
Hürmüzd İşığıydı həmin Eşq --
Qaranlıqları Yaran Odlu Əməl.
15
Kimdir Zərdüşt, kimindir
Zərdüşt ?
Midiyalıdır,Midiyanındır -- Azərbaycanlıdır,
Azərbaycanındır.
Yeni eradan əvvəl VI əsrdə indiki Cənubi
Azərbaycanda həyata gəlmiş, yaşamışdır.
Əsərlərinin çoxu Makedoniyalı İsgəndər
tərəfindən yandırılmış, yandırılmayanlar
-- Pəhləvi dilində tətcümə olunmuşdur.
Midiyanın süqutundan sonra Axemenidlər dövründə
Zərdüştlük İranın dövlət dini oldu.
Midiyadan -- Azərbaycandan Dünyaya İşıq saçıb
Zərdüşt.
Zərdüşt -- Azərbaycanındır, Şərqindir,
Dünyanındır.
16
Zərdüştlüyə qayıtmağa çağırmırıq.
Hürmüzd İşığına
qovuşmağa şağırırıq.
Əzəli Ocaqlığımıza çağırırıq.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
3
İşıq Ayı, 14 -cü il.
3 May 1992. Bakı
Təqdim edən Asif Ata Ocağının Evladı Eluca
Atalıdır