Uşaqlardan başlayan həyat

Turane Resul

 

Uşaqlıq təcrübəsi bütün dahiləri ömür boyu müşayiət edir.Uşaqlar təbiət etibarilə sual verən,öyrənməyə can atan,həyat dolu,enerjili doğulur və formalaşmağa başlayib yetkin insanların dünyasına keçdikcə bu keyfiyyətlərini yavaş-yavaş itirir.

Uşaq kimdir?-sualı müxtəlif mövqelərdən yanaşdıqda ayrı-ayrı cavablandırılır.Marşalın-“Uşaqlıq mədəniyyətlərə və tarixi dövrlərə görə müxtəliflik göstərməkdədir” fikri zənnimcə uşağın iqtisadi və hüquqi statusu və ya yaşa görə bölgüsündən daha maraqlı və düzgündür. "Uşaqlığın tarixçəsi"nə nəzər salaraq zamanın,məkanın,iqtisadi amillərin və intellektual inkişafın uşaqlıq həyatına təsirlərini araşdiraq:

Qədim dövrlərdə-Antik Yunan və Roma sivilizasiyalarında atanın ailə üzərindəki hakimiyyəti sonsuz idi.Romalı ata uşağını istədiyi kimi cəzalandıra,alıb-sata,şikəst edə və öldürə bilərdi.Qədim cəmiyyətlərdə uşaqlar əzilərək,döyülərək,qamçılanaraq böyüdülmüş,işə yaramadıqda isə evdən atılmış və ya öldürülmüşdür.Bu günün insanı isə bu cür vəhşilikləri öz övladına tətbiq etməsə də “başqası”nın övladına edə bilir.Qeyri-qanuni təşkilatların əliylə küçələrdə dilənçilik və oğruluq üçün istiqamətləndirilən, öyrədilən uşaqlar,orqanları satılan,əlindəki oyuncaqlarla döyüş meydanlarında öldürülən uşaqlar həmin “başqaları”nın uşaqları olur. Öz uşağının rifahı şəraitində müasir insanı bu məsələlər heç narahat etmir.

Aristotel insan həyatında ushaqlığı fəlakət olaraq qiymətləndirir,həyat üçün təhlükə olan hər cür xəstəliklər, qəzalar,çətinliklər arasında uşaqlıq dövrünü də qeyd edirdi.Onun fikrincə,uşağı özbaşına buraxmaq,ona azadlıq vermək yalnız bədbəxtlik gətirə bilər.

Avqustin uşaqlığı günahkarlıqla bağlamışdır.Ona görə,uşağın ana döşündən süd əmməsi belə qısqanc olmağı,heç kəslə heç nəyini paylaşmaq istəməməsi ilə izah olunur.

Orta əsrlərdə doğum və uşaq ölümü həddən artıq çox olduğu üçün 6 yaşından kiçik uşaqlar hətta ailə üzvü olaraq görülmürdü.(Gander ve Gandiner,1998)

Fransada 1639-cu ildə qəbul olunmuş qanunda atalar,özlərinə pis davranan övladlarını məhkəməsiz həbs etdirmək hüququ qazanırdı və üstəlik cəzanın müddəti və forması da ata tərəfindən təyin olunurdu.

18-ci əsrdə Volter,Diderot ve Helvetius kimi intibah filosofları uşaqlığı ilk dəfə olaraq saflıq,təmizlik dönəmi kimi təqdim etməyə başladılar.Ümumiyyətlə,bütün orta əsrlər boyu uşaqlara belə qəddar münasibətin kökündə xristianlığın “Insan günahkar doğulur” ifadəsi dayanırdı.Bu dövrlərə qədər dərin kök salmış inancları Con Lokkun və J.J.Russonun nəzəriyyələri darmadağın etdi. Lokk insanı doğulduğu andan boş bir lövhəyə bənzədərək anadangəlmə günahkar olduğu inancını sarsıtdı.Daha sonra Russo qəhrəmanı Emil ilə uşaqların yetkin insandan fərqli özünəməxsus azad bir varlıq olduğunu yavaş-yavaş qərb təfəkkürünə yeritməyə, ailə və dövlətin uşağa baxışını dəyişdirməyə başladı.Amma uşaq əməyindən istifadə qalmaqda idi və hətta sənaye çevrilişi ilə əlaqədar ABŞ və Ingiltərə kimi sənayenin sürətlə inkişaf etdiyi ölkələrdə aşağı kasıb təbəqənin uşaqları fabriklər üçün lazımi əməyin mühüm ünsürü olmuşdular. Spring yazır ki, fabrikdə gərgin işləməklə birlikdə aşağı sinfin uşaqlarının “uşaqlıq həyatı” yox idi. Elmi texniki inkişafla əlaqədar savadlı kadrlara ehtiyac uşaqların fabriklərdən təhsilə yönəldirilməsini  labüdləşdirdi.Bu isə onların körpəliklərinə qovuşmağı demək idi.

Bu günün mənzərəsinə nəzər salsaq hələ də ölkəmizdə nə qədər uşaq maddi ehtiyac ucbatından küçələrdə dilənir, ağır fiziki işlə məşğul olur.

Müasir uşağın dünya üzrə panoramasına nəzər salsaq 21-ci əsr fəlakət əsri kimi görünür. Kağız üzərində mövcud olan uşaq hüquqlarının işlək mexanizmi olmadığından uşaqların cinsi istismarı, ailədə uşağa qarşı zorakılıq, müharibələrdə çoxsaylı uşaq ölümü,uşaq cinayəti halları,varlı ve kasıb uşaqları arasında ölüm hallarının statistikasında uçurum get-gede artmaqdadir.

Müşahidələr göstərir ki,təhsil səviyyəsi aşağı olan ölkələrdə göstərdiyimiz neqativ hallara dəfələrlə çox rast gəlinir.Ölkəmizdə də bu problem qabarıq şəkildə özünü göstərməkdədir.Regionlarda hökm sürən mental düşüncə tərzi yüzlərlə qız uşaqlarının savadsız,təhsilsiz böyüməsi ilə nəticələnir. Bundan başqa yüzlərlə azərbaycanlı körpə qaçqın şəhərciklərində-həyat üçün yararsız mühitdə doğulur, yaşayır və böyüyür, formalaşır. Ümumi millətin mənəvi deqradasiyası uşaqların məhz bu cür yetişməsi hesabına baş verir.Yaşayış şəraitinin anormallığı, müharibə vəziyyəti epidemik xəstəliklərə düçar olan uşaqların artmasına, ölüm faizinin yüksəlməsinə səbəb olur.

Uşaqların mütaliə və istedadlarının kəşf olunub dəyərləndirilməsi əvəzində azərbaycanlı uşaq “Bəxt üzüyü” filmindəki kimi sosial problemlərin mərkəzində ən böyük mənəvi travmaya məruz qalır.

Hər şey uşaqlardan başlayır-onları qorumaq hər birimizin borcumuzdur.

 

PS: Əziz xaricdə yaşayan həmvətənlər. Bütöv Azərbaycanın gələcəyi olan gəncliyin normal inasni dəyərlərə hörmət bəsləyən dövlətdə, tabusuz, kultsuz, sümükləşmiş toxunulmaz "dəyərlər"dən xali daim dinamik inkişafda olan bir cəmiyyətdə intellekt olmasını qarşısına məqsəd qoyan gəncliyin ilk uğurlu layihəsi olan "ALMA" qəzeti təzyiqlər qarşısında qapadıldı.

Amma Gənclik enerjisi qarşıya qoyulan bu misiyanı dahi Üzeyr bəyin "O olmasın bu olsun" deyiminə əsaslanaraq "Alma" deyil başqa adla "Alma +" adı altında həyata keçirmək niyyətindədir. Belə ki, "Alma+" qəzeti Aprel ayının 8-dən etibarən nəşr edilcək və Bütöv Azərbaycan uğrunda intellekt savaşına qalxacaq.

Təmənnamız siz sayğı dəyər həmvətənlərimizdən budur ki, bu mübarizədə biz gənclərin yanında olmaq və bu ağır günümüzdə "ALMA+" qəzetinə yenidən dirçəlmək üçün yardım əlinizi uzadmanızdır.

"Alma+" həftəlik, rəngli İNQİLABİ GƏNCLİK qəzetinə aşağıdakı ünvanla yardım edə bilərsiniz:

 

ABŞ dolları ilə köçürmələr üçün (xarici ölkələrdən):

Name of the Beneficiary: ZAHİR RAHİMOV

Account of the Beneficiary: 381100001016146

Beneficiarys Bank: Bank Standard, Adress Baku Azerbaijan

SWIFT code: MOSZAZ22

 

Intermediary Bank: Wachovia Bank, NA

(New York International Branch)

New York, USA

SWIFT code: PNBPUS3NNYC

Correspondent account: 2000193004241

 

 Onu bilin ki, hər şey mümkündür, "Qadağaya QADAĞA!" üçün sizin yardımlarınızı gözləyirik.

 

 Turanə Rəsul / Bakı.          dr_rasulova@yahoo.com