İlham Əliyev, şəhid qanı ilə oynamaq olmaz!

Kamran Nərimanoğlu

Əgər bir nəfər şəxsi həyatında səhv edirsə, sözsüz ki, bunun bəlasını şəxsən özü çəkir. Baxmayaraq ki, kənardakılar onun halına yanır və yaxud hala yanan kimi görünür.İnsan öz səhvindən alınan zərbalərin altına öz çiynin verir.Güclü olan dözür və həyatını bərpa edib yaşayır. Gücsüz əyilir və həyat onu yeyir.Bir az da kobud çıxsa, zənnimcə bu cür də ifadə edə bilərik. Amma o yerdə ki, söhbət bir nəfərin həyatından yox, minlərdən, milyonlardan gedir və bir nəfərin milyonların taleyini həll edəcəyini boynuna çəkir, çiyninə ağır yük götürür...Hə, onda söhbət bir az yox, lap qəlizləşir. Və üstəgəl söz verəndə də and içə ki, "Mən xalqıma ləyaqətlə xidmət edəcəm!" Xalq da inana ləyaqətinin qorunmasını ona həvalə edə.

    Ləyaqət məsələsinə keçdim, amma etiraf etməliyəm səhvlə bağlı hələ də urəyimdə sözüm qalıb. Deməliyəm ki, səhvin bağışlanması da olur.Bunu uşağa, adətən az yaşlıya bağışlayırlar ki, gələcəyi qabaqdadır, bağışlayıb ona yaşamaq haqqı və eyni zamanda nöqsanını düzəltmək imkanı versinlər. Amma yaşı çox olana , saç - saqqalı ağarmışa bağışlamırlar ki, niyə həyatın verdiyi dərsi öyrənməyib. Öyrənməyibsə, bu onun öz günahıdır.Bir də axı nə vaxta qədər adamın qolundan tutub ayağa qaldırarlar ? Düz yol göstərərlər ? Düz yola çıxararlar ?  Yaşamaq odur ki, sən özün də düz yolu tapasan. Düz yolu tapmayanlar, yaşayanlar deyil, sürünənlərdir.Həyatı anlamadıqları üçün həyat onlara ayaq üstə durmaq imkanı verməyib. Uzun sözün qısası,  əlimə qələm almaqla nə kimə isə həyat dərsi vermək, nə də kimə isə yaşamağın rəngbərəng çalarlarını göstərməkdir. Mədsədim ürəyimdə olan mətləbi çatdırmaqdı.Amma elə bir mətləbi ki, bir millətin, özüdə qədim tarixə malik, soylu -  köklü bir tarixi olan millətə vurulan zərbədən və yaxud açığını desək ona olan xəyanətdən gedəcək söhbət. Bəli, artıq onun haqqında əvvəlki kimi heç kəs düşünmür,Yəni əvvəllər onun adı gələndə deyirdilər -- cavandı, enerjilidi, nəsə etmək istəyir. Amma indi bütün söhbətlər yığılıb bir küncə qoyulub və hamısının yerində deyilir , cavanlığını, enerjisini yaxşı işlərə yox, nəsə edəcək deyə düşündüyümüz, gözlədiyimiz sirri artıq özü açdı -- xəyanət edməyə yarıdı. Elə bir xəyanət ki, sağ - sol düşmənlərimiz onu etmək üçün illərlə düşünüb və dolaysi edirdilər, o isə bir başa etdi və heç nə də olmamış kimi yenə çıxıb oturdu millətin başında.Əslində gerçəkdən millətdən başda yox, elə millətin başında oturub.Kim hara yozur yozsun, mənim aləmimdə bu hadisənin bundan başqa yozumu yoxdur. Artıq tam əminəm ki, bütün təsvirlərdən sizə məlum oldu ki, sohbət kimdən gedir. "Mən and içirəm, xalqıma ləyaqətlə xidmət edəcəm !" - deyib, xalqını dalbadal satan bir kəsdən - İLHAM ƏLİYEVDƏN. Özünü 50 millyonluq xalqın prezidenti adlandırıb, xalqa sahib çıxanda bilmirdi ki, xalq səndən dəstək gözləyəcək.Axı bu sözünlə sən ona söz verdin ki, onun böyüyüsən. Hansı böyük öz millətinin tökülən qanına göz yumar. 2006 - ci ilin mayında Güney Azərbaycanda baş verən hadisələr artıq bütün dünyaya məlumdur və orda tapdanan insan haqları ilə bağlı dünyanın bir çox ölkələrində soydaşlarımızın səsinə səs verən tapıldı və onların haqlarının müdafiəsinə qalxdılar. Nə Güney Azərbaycanlılarla qonşu olan, nə də onunla  eyni millətdən olan Kanada hökuməti BMT - də  Güney Azərbaycanda 35 milyon insanın haqqını müdafiə məqsədi ilə  təklif vermişdi ki, iranda insan hüquqlarının pozulmasına  səs versinlər.  Amma Azərbaycan hökumətinin ordakı səlahiyyətli nümayəndəsi buna yox dedi. 2007 - ci ilin mart ayında isə İranda insan haqlarının pozulması ilə bağlı bu dövlət üzərində daimi və ciddi nəzarəti göturmək təklifini verən Azərbaycan dövləti oldu.Görəsən qonşuluğumuzda olan və tarixi düşmənçiliyini heç vaxt yerə qoymayan erməni öz xalqı ilə belə bir oyun oynayardımı ?  Bunu edərdimi ? Məgər ondan öyrənməyə dəyməz ?

   İlham Əliyevin kamil olmadığını bilirik. Elə isə səhvini düzəltməyi ermənilərdən öyrənsin və xalqa ləyaqətlə xidmətin birinci şərtinin xalqı satmaq olmadığını dərk etsin.

  Azərbaycan türkünə başqa düşmən lazım deyil. Xalqın özü bu yerdə yaxşı deyib  " Düşmən ocaq başında".

  Xalq gec - tez öz haqqını müdafiə edəcək. Son bir ildə  Güney Azərbaycanda  xalq dəfələrlə ayağa qalxıb :

 1. may,2006

 2. sentyabr,2006

 3. 21 fevral, 2007

 4. 26 fevral, 2007

 5. 8 mart, 2007 və s.

 Tutulub, küçə - bazarda qanı tökülüb, zindana salınıb, işgəncəyə məruz qalıb, öldürülüb. Amma dediyindən dönməyib. Dönməyib ona görə ki, onun mübarizəsi haqq işidir, ana dilində məktəb istəyir, mərbuat istəyir. Hakimiyyət istəmir ki, kiminsə haqqını əlindən almaq üçün öz ləyaqətindən keçə.Güney Azərbaycan türkləri gec - tez öz istəklərinə çatacaqlar.Necə deyirlər "Qış gedəcək, üz qaralığı kömürə qalacaq!"

 Sonda təkcə may qiyamında ölənlərin bəzilərinin şəklini sizlərə təqdim edirik.O şəkilləri ki, bütün dünya görüb, təkcə bizim hakimiyyətdən başqa.


Şəkildə gorən Şəhidlərin adlari
1-Asgar Qasimi 2-Himmat Ismzada 3-Huseyn Fathipur 4-Mahammadali Jannatniya 5-Tovhid Azariyun 
6-Farzad Asadpur 7-Calil Abidi 8-Riza Miraghapur Darvish 9-Eivaz Saiyahi