|
Qolların
qırılsın Xa...
Yurd və ulusa xaincə uzanan qollar qırılsın!
Özəlliklə işğal altında inildəyən
vətən və əsirlikdə can çəkən Güney
Azərbaycana Türkünə düşməncə uzanan qollar!
Bu qədər də olurmu? Hələ dünənki
xaincə atdığınız imzanın yaşı
qurumamışdır(bildiyiniz kimi Q.Azərbaycanda hakim olan
anti milli və totalitar rejim, neçə ay öncə utanmadan
və çəkinmədən şərəfimizi
ləkkələyən Ermənistan rejimiilə birlikdə,
BMT`nin insan haqları şurası tərəfindən,
İran rejiminin ələyhinə hazırlanmış
qətnaməyə mənfi səs verərək Fars faşist
rejimini dəstəkləmişdir, bu himayətin anlamının
nə olduğunu bilməyən olmamalı, amma ginədə
qıssa olarq izah etmənin yararlı olacağını düşündüyüm
üçün, deməliyəm bu o deməkdir ki İran
hakimiyyəti, demokratik bir sistim olaraq, insan haqlarını
ayaq altına almamış və heç bir etnik və
millətin insani və milli haqlarını o cümlədən
G.Azərbaycanlıların polotik, sosyal və kültürəl
haqlarını saymazdan gəlməmişdir).
Siz (Əliyev rejimi)dünyanın gözü önündə,
özləm, həsrət və nisgillərlə dolu qurtuluşa
və ona varmaq üçün qardaş yardımına göz tikən
35,000,000 G.Azərbaycan Türkünün bütün insani və milli
haqlarını necə heçə sayaraq, BMT`nın insan
haqları şurasının bir rəsmi üyəsi kimi,
terorist Köçəriyan dövlətilə birgə, Fars faşist
hakimiyyətinin lehinə səs verib, Tehran rejimin
G.Azərbaycan Türk milləti haqqında etdiyi zulm və
cinayətlərə ortaq ola bilərsiniz?
Siz necə Azərbaycan uğrunda qan və
canlarını itihaf edən şəhidlərə və
onların yasa bürünmüş analarına, gözləri önündə
xiyanət edərək, Qarabağ işğalçılarıla
birlikdə BMT`nın insan haqları şursında milli
şərəf və ulusal namus düşmənlərinin
nəfinə səs verə bilərsiniz?
O zaman ki G.Azərbaycan ət və dirnağıla
maneələri sökə sökə və yıxa yıxa
santim santim qurtuluşa sarı irəliləməkdədir
və özündən başqa kimsə harayına haray
verəni yoxdur, siz necə uluslararası alan və arenada
bu milləti xaincəsinə sinəsindən və kürəyindən
xəncərləyə bilərsiniz?
Əzizlər Lütfən bu adresdə
www.GAMOH.org Farsca bölümündə ya buradan BBC vərindən
yayınlanmış bu başlıqlı"(نظارت
منظم شورای
حقوق بشر بر
ایران پایان
می یابد
Nezarəte monəzzəme şuraye huquqe bəşər
bər İran payan miyabəd)"xəbəri oxuyunuz.
Əliyev hakimiyyeti bu kez İran rejiminin
prablemini kökdən həll etməyə çalışmış.
Q.Azərbaycan hakimiyyəti Bənqladeş
ve Zimbabveile birlikdə, BMT`nın insan haqları gözətçilərinin
İran da insan haqqı tapdalanmır diyə nəzarət
və gözətçiliyinə son qoymuşlar.
Nəzarət və gözətçiliyə son
qoymuşlar ki İranda hakim olan qəddar rejim daha geniş
və daha qolay millətçiləri asıb kəsə bilsin.
Son qoymuşlar ki Rus, Erməni və Fars faşizmini
düşmən bilərək, təhdid edən Güney
millətçilərini öldürüb yox edərkən
səsləri heç bir yerə çata bilmesin.
Son qoymuşlar ki yurd və ulusun bütövlüyünü
amaclayan hərəkətçiləri əzib yox etməklə,
Rus və Fars qulluqçuluğunda olan Əliyev hakimiyyətinə
zərər və ziyan yetişməsinin onunu alsınlar.
Və...
İran rejimi 28 illik qara və utanc verici yaşamı
boyunca 25 kərə insan haqlarını çeynədiyi üçün
BMT vərindən məhküm olunmuşdur, bunun anlamı
budur ki dünyanın ən antidemokratik və qəddar rejimi
kimi UN tərəfindən tanınmışdır.
Görəsən Əliyev rejimi hankı
borclarını ödəmək üçün qardaşın qardaşa
etmədiyi yardımı İran rejiminə
etməkdədir?
Sizcə Əliyevin bu yardımı, İran
rejiminin rəhmətlik Elçibey milli hakimiyyətinin yıxılmasında
oynadığı çox önəmli, kiritik və həssas
rolu üçün deyildirmi?
Sizcə Əliyevlərin bu yardımı Güney
Azərbaycan milli hərəkatını İran rejimlə
birlikdə quşatmaya salaraq boğma niyyətilə
deyildirmi?
Niyə ki bildikləri kimi bu hərəkatın
əsas amacı İran rejimini devirərək,
G.Azərbaycanın istiqlalını əldə etməklə
yanaşı yurd və ulus birliyi sağlamaqdır,
beləliklə o rejimlər açısından hərəkat
öz amaclarına varırsa, ikisidə saqıt olaraq tarixin
zibilliyinə tullanmaq zorunda qalacaqlar.
İnanıram ki böyük Azərbaycan Türk
milləti, yaxın gələcəkdə, Əliyev kimi düşmən
oyuncaqlarının bu tip ürek bulandırıcı və
iyrənc eyləmlərinin önün kəsərək, davamına
izin verməyəcəkdir və millətlərinə
qulluq yerinə xiyanəti seçmiş hakimiyyətiləri,
yurd və ulusa etdikləri xiyanətlərindən dolayı,
milli məhkəməyə çıxararaq, haqqı olan
cəzanı verəcəkdir.
Qonunu uzaltmaq niyyətində deyiləm, amma
neçə sözdə Əliyev hakimiyyəti tuzağına düşmüş
bəzi millətçilik iddiası edib, millətlərini ön
və arxadan bıçaqlayanlarla iş birliyində olan qandırılmış
yazıq Güneylilərə xitab söyləyərək, yazıma
son qoyuram.
-Əliyevlər sofrasında qıdalanarkən
Elçibəyçilik iddiasında bulunmaq fırıldaqçılıq
və hoqqabazlıqdan başqa bir anlam verə bilməz.
-Milli hakimiyyəti yıxan Əliyevlər
parasıyla Bakı hotellərində eylənib İlham
lobbiçiliyi yapmaq dərsi almaqla BÜTÖV Azərbaycan yaratmağı
yalnız abtallar ve avanaqlar düşünə bilər.
-İlham hakimiyyəti əmrilə, Güney
hərəkatı öncüllərini təxrib edərək
qaralamaq cəhdini yalnız və yalnız, o rejimin
xəttində olan KGB tör töküntüləri yapar.
-Bütöv Azərbaycan uğrunda, ən doğru
yolda olma iddiasi etməklə, Əliyevlərin etnik, dil
və bütün milli varlığımıza etdikləri
təhrif və təxribləri görməzdən
gəlmək bağdaşa bilməz.
-Bütöv Azərbaycançılıq iddiası
etməklə, sunduğumuz faktlara əsasən, İlham
kimilərlərin əmri ilə oturub qalxmaqlıq, aqıl
və məntiği əsas tutan insanların poletikal
və sosyal davranışı olabilməz.
-Əliyevə xitab, Siz yalnız Quzeyin
yox bəlkə əlli milyon dünya Azərbaycanlılarının
prezidentisiniz diyərək yaltaqlıq etməklə,
vətən və milləti qurtarmaq olamaz.
-İlham Əliyevin millət
xəzanəsinden çaldığı minlər dolara varan
paraları, dilənərək, o qasıb hakimiyyətin
reklamını və propagandasını yapmaqla
vətən ve millət Bütövlüyü yaranmaz.
Və zamanı gəlincə belə öyüd
və nəsihətlərimiz çox olacaqdır,
hələlik buqədər.
Yalançı, boş boğaz, neçə üzlü
və müzdülü qələm sahibləri islah və iflahı
ümüdüilə
ULUSAL Yurdər
Çağrı ÇÖRƏQANLI
28.03.2007
|