Azərbaycan
höküməti Güneyi yenə fars rejiminə satdı
BBC-
nin verdiyi məlumata görə 26 mart 2007 - ci ildə BMT..nin İnsan
Haqları Şurasında keçirilən növbəti iclasda
belə qərara gəliblər ki,
İran və Özbəkistanın üzərindən daimi və
nizamlı nəzarəti
götürsünlər.
Bu təklifi Azərbaycan, Zimbavə və Banqıladeş ölkə
nümayəndələri BMT -də aktual məsələ kimi
ortaya qoyublar.Əlbəttə, bu qərar çoxlu ciddi
tənqidlərlə rastlaşıb. Məlumat üçün qeyd
edək ki, BMT -nin İHŞ -na 47 ölkə üzvdür və bu
şurada olan Azərbaycan, Argentina, Banqıladeş, Zimbavə,
Fransadan ibarət olan işçi qrupu İran və Özbəkistanın
üzərindən nizamlı nəzarətin götürülməsinə
müsbət səs vermişdirlər. Çox təssüflə
demək lazımdır ki, BMT - nin
İnsan Haqları Şurasının nizamlı
nəzarətindən çıxmaq İranın fars rejiminin
diplomatiyası üçün böyük nailiyyət sayılır
və bu qələbənin çalınması üçün
Azərbaycan iqtidarı əlindən gələni edir. Elə
bu səbəbdən də qərb mətbuatında bu
məsələ ilə bağlı şərh veriləndə
Azərbaycan iqtidarı İran fars rejiminin siyasi şəriki
kimi təqdim olunur.
Burda başqa ölkələrin İranda insan hüququnun
pozulmaması ilə bağlı münasibətini başa düşmək
olar. Bu səbəbdən ki, Güneydə yaşayan türk soydaşlarımız
onların nə qan qardaşıdır ki, burnu qanayanda ordan
axan qanın özününkü olub və torpağa axanda halına acısın,
nə də qonşusudur ki, imdad istəyəndə səsini eşidib
harayına yetsin. Dünya sivilizasiyasının son
nəticələrini, əsasən də insan haqlarının
qoruyucusu kimi ortaya atılıb, lakin türkə və əsasən
də içində min bir problemlə yaşadığımız
Şimallı - Güneyli Azərbaycana hələ də bir xeyri
dəyməyən BMT adlı təşkilatın üzvü olan dövlətlərin
bizə münasibətini başa düşmək o qədər
də çətin deyil. Amma son zamanlar bəzi adamlar vardı ki,
onlarda indiki Azərbaycan hakimiyyətinin İran şovenizminə
münasibətinə və onun siyasi şəriki olduğu haqda
olan söhbətlərə həqiqət kimi baxmayıb şübhələnirdilər.Digər
tərəfdən gəzən söhbətlərində bir qismi
İlham Əliyev rejiminin nə səbəbə İran fars
rejimini qəddarcasına müdafiə etdiyini analaya
bilməməkdən doğurdu.Soydaşlarımız təkrar
- təkrar müqəddəs kəlam kimi dillərində
gəzdirib, eyni zamanda urəklərinə həkk etdikləri
və o kəlamın söyləndiyi yeri də öz
Kəbələri hesab etdikləri, deyilmiş zamanını
hər cəhdlə tarixə qızıl həriflərlə
yazmaq cəhdi ilə çıxış etdikləri "Mən
50 milyon Azərbaycanlının prezidentiyəm!" cümləsi
ilə nə qədər qürur duydular. Nə az, nə çox. Düz
bir il, Axi bu söz düz bir il bundan əvvəl Dünya Azərbaycanlılarının
II Qurultayında deyilmişdi. Bəs sonra nə gördük ? Gördük
ki, 35 milyon öz haqqını, özü də bu gün bəşərdə
ən ümdə məsələ olan ana dilində məktəb,
təhsil almaq hüququnu tələb edərkən küçə -
bazarda qanına qəltən edilir, öldürülür, işgəncəyə
məruz qalır, zindana atılır,amma bir dəfə də
olsun nə İran hökümətinə, nə də onun Şimali
Azərbaycanda, özü də paytaxtın mərkəzində
yerləşən İran Səfirliyinə müraciət
olunmur ki, "A qardaş, o 35 milyon mənim millətimdi,Niyə
qırırsan ? Əgər belədirsə, sən mənim düşmənimsən
və birinci səfirliyini çəkib burdan aparmalısan." Heç
nə deyilmir və üstəgəl heç nə olmamış kimi
İran öz yerişini yeriyir, Bakıdakı həyatda öz axarında
davam edir. Bütün İran mətbuatı və onun ərazisində
yerləşən məscidlər Şimalı Azərbaycanı
Şimalı İran adlandırır, yenə Azərbaycan höküməti
öz reaksiyasını bildirmir və heç nə olmamış kimi
müdrükcəsinə susur.
Bəlkə də Azərbaycanın kənarında yaşayanlar
bütün bu dediklərimə nağılvarı bir şey kimi baxıb
inanmayacaqlar.Amma Şimali Azərbayacanda yaşayan bir
vətəndaş və eyni zamanda qələm əhli olub,
yəni daim ictimaiyyət içərisində olduğum üçün
məsələlərə bir az başqa cür baxıram. Çünki
bu gün Azərbaycanda elə bir sosial. siyasi durum yaranıb ki,
İ. Əliyev rejimindən siyasi qaçqınlar Avropa ölkələrinə
qaçırlar.Əslində indi elə bir zaman gəlib ki, etiraf
edək elə kənarda yaşayan soydaşlarımızda
məsələlərə daha əvvəl ki kimi baxmırlar,
yəni daha açıq gözlə baxırlar. Çox uzağa
getməyək, elə götürək bu yaxınlarda Bakıda keçirilən
Azərbaycan -- Türk Diaspora Təşkilatlarının I
Forumunu,Güney adının çəkilməsi yasaqlandı və nümayəndə
heyyətinin bir qismi zalı tərk etdi. Artıq aldandıqlarını
və təkrarən aldadıldıqlarını başa düşüblər.
Çünki bir müddət bundan əvvəl BMT ..də Kanada hökümətinin
təkidi ilə İranda insan haqlarının pozulması
ilə bağlı çıxarılan qətnaməyə
Azərbaycan Ermənistan və Rusiya ilə bir sirada duraraq, öz
soydaşlarının əleyhinə olaraq səs vermişdi.Erməniləri
başa düşdük, aşkar düşmənlərimizdirlər.Özümüzə
və artıq bütün dünyaya bəlli həqiqətdir. Rusdan danışmağa
dəyməz.Hamının bildiyi həqiqəti mən götürüb
yazsam, olar boşboğazlıq. Burda bizi çaşdıran özümüzkülərin
özümüzə münasibətidir. Sən 50 milyonun prezidenti, necə
olur 35 milyonun haqqının tapdanmasına dəstək olursan ?
70 il rus imperiyasına qulluq etmiş və onun"şərəfli
məktəbini" keçmiş əliyev və əliyevçilər
heç cürə bu ölkəyə ne demokratiya, nə də millətə
ictimai ədalət gətirməyəcək.Vəd etsə
də.Təcrübə bunu əksini göstərdi.Digər
tərəfdən xaricdə yaşayan soydaşlarımıza
münasibətdə Aazərbaycan
höküməti və əsasən də Azərbaycan Dövlət
Komitəsi bütün cəhdlərini qoyublar onları parçalamağa
və müəyyən mənada buna nail də olublar.Onlar arasında
ixtilaf salır, bəzi yerlərdə fiziki savaşmaya
qədər gedib çıxıb.Bunula da hakimiyyət özünü
zərbə altından çıxarmaq istəyir."Parçala və
hökm sür!" siyasəti ilə özünü hakimiyyətdə
saxlamaq istəyir. Amma qeyd edək ki, son nəticədə onun
bu siyasəti yeriməyəcək. Çünki Avropada, texnikanın
inkişaf etdiyi bir yerdə informasiya üzərinə monopolya
qoymaq mümkün düyil.Belə olan bir zamanda Azərbaycanla bağlı
bütün reallıqlar kənara çıxır.Misal var, deyirlər
dəvə quşu başın kolun içinə soxur, elə bilir
quyruğu görünmür. Hakimiyyət əmin olsun ki, quyruğunu artıq
hər kəs görüb.
İlham Əliyev : "Mən and içirəm, xalqıma ləyaqətlə xidmət edəcəm!"
Buyurun baxın, xalqa ləyaqətlə xidmətin ilk gününü öz gözlərinizlə görün : Şəkli yükləyin