Azərbaycan
Milli Hərəkatında
Bir
addım irəli, İki addım geri!
4-cü
Bölüm
Xətalı
Güney Azərbaycan Türk Milləti
termini
Qanunsal
açıdan!

Eldar
Qaradağli
Təbrizdən
olan bir dost belə yazır: Eldar bəy, siz özünüz Bakıda
olan zaman öndərimiz Elçibəyin yanında olmusunuz. Siz bunu dana
bilməsiniz ki, Bəy özündən sonra Çehrəqanlı
bəyi Bütöv Azərbaycanın lideri sanırdı. Nə olub
ki, Avrupaya çəkdiyiniz Çehrəqanlı bugün gözünüzdən düşübdür.
Eşitdiyimə görə, GAMOH-un yaranmasında sizin böyük
rolunuz olubdur. Olmaya istədiyiniz payı GAMOH-dan alamadığınız
üçün Dr.Çehrəqanlıdan intiqam almaq istəyirsiniz!!! Yazının
ilgi çəkməsilə bağlı çox sevindiyimi dilə
gətirməliyəm. Eziz soydaşların çeşidli yanıtları
məni daha da işlək olmağa çağırır. Yanıtların
bir çoxu oxucuların məmnun olduqlarını yanıtlarkən,
bəzi yazıların yalnız söyüş olması üzücülük
yaradır. Bəzi yanıtlar qınaq mahiyyəti daşısa
da, əxlaq qaydalarını qoruyur. Onların biri yuxarıda
sadalanmış sətirlərdir. Bu sətirləri yazan eziz
bir bacıdır. Belə yanıtlardan məmnunluq duyğularımı
gizləmək mümkun deyildir. Bu üzdən bacımızın
tənqidinə qıssa yanıt verməyi özümə borc sanıram:
a)
1997-1999-adək
Bəyin Güneylə bağlı ən yaxınlarından birisi
olmuşam. Bu müddət Çehrəqanlı bəyin lider olmasıyla
bağlı ifadəni Bəyin ağızından eşidməmişəm.
Ancaq, Bəyin Güneydən çıxacaq Bütöv Azərbaycan
liderlərinin Güneydən olma arzusunu bol-bol eşidmişəm.
Bəyin ən böyük ideyası Bütövlük olmuşdur. Bəy, Çehrəqanlı
bəyə böyük ümid bəsləmişdir. Bəlkə
Bəy yaşasaydı, Çehrəqanlı bəy muəlimsiz
qalmaz idi. Nə yazıq ki, Bəy çox ərkən dünyasını
dəyişdi. Kaşki, bir kərə olsun Çehrəqanlı
bəy, Elçibəylə Görüşmək fürsəti bulsaydı.
Bunlara baxmayaraq Liderlik geniş ölçü (kapasidə) tələb
edir. Bugün bəlli olduğu kimi sayın Dr Çehrəqanlı, Elçibəyin
qoyduğu Bütöv Azərbaycan Türk Milləti şüarına
qarşı, tam bölücülüyə qulluq edən Güney
Azərbaycan Türk Milləti ifadəsini qullanmaqdadır.
b)
Çehrəqanlı
bəyin avrupaya gəlməsində böyük payım olubdu. Bugün
Çehrəqanlı bəyin yanında olanların heç birisinin onun
dışarıya gəlməsində rolu olmamışdır.
Sizcə səbəb nədir? Millətmi dəyişdik, Yoxsa
dr. bəy!?
c)
GAMOH-un
iç qolunun deyil, dış qolunun yaranmasında böyük rolum olmuşdur.
Mənim tanıdığım GAMOH şərtsiz-qeydsiz İstiqlalçı,
Bütövçü və ülkücü idi. Mənim Federalçı GAMOH-da nə işim
ola bilər ki!?
d)
GAMOH-da
olduğum günlər, quruluşun bütün siyasi yönünü idarə
edirdim. Bildirişlər durmaqdadır. Mən olan GAMOH-un bütün
bildirişləri İstiqlaldan və Bütövlükdən yana idi.
Mənim bundan artıq istəyim nə ola bilərdi ki!? Dr.
bəylə son 4 saatlıq görüşümüzüz mahiyyəti bundan
ibarət idi: Dr. Çehrəqanlı bəy məndən Federalızmə
meydan verməyi istəyirdi, Mən isə qalmaq şərtimi
Dr. bəyin dilindən və diləyindən İstiqlal bağırtısına
bağlamışdım. Mənimlə birlikdə 10-lar İstiqlalçının
GAMOH-dan çıxma nədəni belə olmuşdur.
4-cü
bölüm:
Dünyada
az görünən bir gərçək də bu ki, bəzi məğlub
etniklər hegomonluğuna düşən qalib etnik-dövlətlərin
qat-qat üstündə dayanırlar. Sözsüz ki, o etniklərin biri
və ən başda gedəni isə 50 milyonluq Azərbaycan Türk
Millətinin 35 milyonluq Güney bölməsidir. Azərbaycanın Güneyi
bütünlüklə İran Adlanan fars dövlətçilik qanunlarına
tabe kəsilmişdir. Bu durumun sona çatması üçün sınır
içi və sınır dışı çabaların gündən-günə
artmasına tanıq (şahid) olmaqdayıq. Güney Azərbaycanın
milli-qurtuluşu hər gün geçdikncə, daha da dünya gündəminə
gəlir. AMH-nin dərinləşməsi ilə ölkənin
azaldıq yolları da çeşidli genişliyə varmaqdadır.
Güneyin milli qurtuluşu ilə bağlı çeşidli quruluşlar
yaranır, yeni-yeni iddialar irəli sürülür. Var olan quruluşlar
çalxalanır, stratejik və taktik fərqlikləri qabarır.
Hər quruluş öz qurup içi kurallarını AMH-ə aşılamaq
diləyilə, etgin olmaq istəyir. Bunlar olduqca doğal qarşılanmalıdır.
Bu bir haqdır. Bu haqqı heç quruluşdan uzaqlaşdırmaq
olmaz! Hər quruluş özünü AMH-nin içində görmək üçün
onun üzərində etgin olmasını da sağlır. Bu üzdən
isə AMH qurumlar içində çalxışmaya nədən olan
didişmələrdən öz payını alır. Belə ki,
AMH-nin Axlaqsal Qanunu zaman-zaman öz doğrultusunda yürüyür. Burada
belə bir soru ola bilər ki, nədən AMH-nin qanunları hüquqsal
deyil, əxlaqsal olmalıdır!? Çünki, AMH-nin hazırkı
durumu qanunsal güc tətbiğinə dayanmayır. AMH-nin əldə
edəcək qanun çərçivəsi könüllü və milli vicdana
dayalı sağlamlıq ölçüsüdür. Başqa türlü də ola
bilməz. Bu üzdən AMH tərəfindən ortaya qoyulacaq
hər hansı qanun təməli, hüquqsal deyil, ülküsəl
əxlaq sayılır. AMH-də qanun gücünün nə zaman
uyqulanması, onun toparlanma gücünə bağlıdır. AMH
hər aşamada bir özəlliyi yaxalamaqla, güc uyqulamasını
daha da artırır. Bəlkə, bu çox da gözə
gəlməsin. Ancaq, kəsinliklə belədir. AMH-nin güc
tətbiği zamanı isə bu kəsinliyin xızına bağlıdır.
Başqa sözlə, Güney Dövlətçiliyinin gərçək sürəcə
girməsilə AMH-nin də güc uyqulaması qanunsallığını
sağlayacaqdır. Bu aşamanın kəsin olmasına
baxmayaraq, nə zaman olacağına indidən yanıt
vermək olmaz. Ancaq onun yetişməsində ulusal quruluşların
olduqca önəmli olmasını unutmamalıyıq. Elə buna görə,
bu ulusal proyektdə ortaqlıq edən milli quruluşların başlıca
vəzifəsi bəlli biçim içində özlərini tanıtdırmaqdır.
Hərgah bu gənəl tanıtım doğma və sorumsuz
ortamda olarsa, AMH-nin tez bir zamanda Güc Mərkəzinə dönməsi
sağlama alınabilər. Sözsüz ki, bu ortaqlıqda tolerantlıq,
xoşgörülük, qarşılıqlı sayqı, dözümlülük
və ən başda vahid hədəf hakim olarsa, gedişin
kəsinləşməsi qarantıya alınacaqdır.
Tərsinə, ortaya qonacaq hər hansı inamsızlıq,
inhisarçılıq, üstünçülük, dəyişik baxış açısı
böyük olçudə uçurumlara nədən olacaq irəliyə addımlamaqdansa
geriyə dönüş amilinə çevriləcəkdir. Bu üzdən
AMH- ilə bağlı olan bütün quruplar könüllü olaraq aşırı
qurupçuluqdan uzaqlaşmalı, milyonluq hərəkatın içində
yoğranmalıdırlar. AMH-nin istiqlalçı və bütövçü
axarını çeşidli əngəllər qarşısında
qoymaq, gecəqondu terminlərlə kütləni bəlirsiz duruma
sürükləndirmək, bugün bir əxlaqsal xəta sayılsa, yarının
güclü və tabanlı bir aşamada ulusa qarşı bağışlanmaz
suç işi kimi dəyərləndiriləcəkdir. Nə yazıq
ki, bu qonuda da örnəyim yenə GAMOH olacaqdır. Bu quruluş,
Güney boyda milli-azadlıq meydanına kölgə salmaq arzusuyla,
əslində bir neçə kişinin ehtiraslı niyyətini,
qurup adı altında qeyri rəsmi qanun aşamasına qaldırmaq
amacındadırlar. Onlar, hakimi olmayan bir millətə dövlətçilik
fiqoru tuturlar. Dövlət kimi millət adından danışır,
millət adından imza atır, millətə simgə yaradır,
Millətə ad qoyur, millətə müqəddərat təyin
edirlər. Son UNPO görüşündə sayın Dr. Çehrəqanlının
Güney adından atdığı imza, sərgilədiyi bayraq,
verdiyi ölçüsüz bilgilər ap-aydın bir özbaşınalıq
örnəyidir. Başqa yandan isə, orada verilən bilgilər
gələcəkdə AMH-i olumsuz bir qanun çalarnda məhsur
edə bilər. UNPO-da verilən duyğusal bilgilərin
gələcəkdə AMH əleyhinə işlənilmə
ehtimalı GAMOH tərəfindən atılan qanunsuz addımlardan
birisidir. Bu üzdən yeni bilgiləndirmə çabalarının
gərəkli olması qaçırılmaz görünür.
Bölüm
sonucu:
Öncə
də qeydə alındığı kimi bu yazının amacı
AMH-də olan aydın və gizli xətaları önə çəkməkdir.
Hədəf AMH-i qarşıdan gələn bəlalardan
qorumaqdır. Bu yolda kimsənin göz yaşından
etgilənəcək haqqımız yoxdur. Xətalar özbaşına
yaranmır. Xəta yaradanlar səmimidirlərsə xətalarını
qəbul etməlidirlər. Səmimi dəyillərsə AMH-nin
öncə nəsiyyəti, sonra isə öfkəsinə tuş
gələcəklərindən əmin olmalıdırlar. Güneyin
son qalxışması AMH-nin tam bir qurtuluşçu və istiqlalçı
hərəkat olmasını qanıtladı. Bu durumun
dərinləşməsi ilə özünü AMH içində görən
quruluşlar üçün iki yol seçənəyi görünür:
a)
Ya
İran adlanan dövlətin bizə aid olmayan hüquq qanunlarının
içində qalmağı və İranlıydıq,
İranlıyıq və İranlı qalacayıq diyə
İran Xalqları mübarizəsini seçib AMH-dən təcrid olmağı
qəbul etməliyiq.
b)
Və
ya, İran adlanan bir qondarmalığı tanımırıq,
ən böyük qayəmiz şərtsiz və qeydsiz Güney
Azərbaycan Türk Cümhuriyyətidir. diyə millət
cərgəsində etginləşməliyik.
Burada
Əxlaqsal Qanun ortaya gəlir. Dedik ki, rəsmi qanun dövlətlərə
aiddir. Qeri rəsmi qanunlarlar isə qeri dövlət orqanlarla
idarə olunur. Mafiya, Törə, Əşirət, Din qanunları
kimi bir çox əxlaqsal qanunlar gənəllikdə dövlət
qanununu rədd edən qanunsuzluqdur. AMH, bir Qurtuluş
Hərəkatına çevrilmək üçün özünün əxalaqsal
qanununu yaratmalı və onun təməl özülünü ortaya qoymalıdır.
AMH yalnız bu yolla Güney Azərbaycan Milli Hərəkatını
ideolojik çalarlardan qurtara biləcəkdir. Burada belə sorğu
ortaya gələ bilər ki, AMH-nı adı sadalanan yasaq
qanunlar üzərində qurunan çətələrlə qarşılamaq
olarmi? Yanıt kəsinliklə yox deməkdir. Burada heç bir qarşılaşdırmadan
söz gedə bilməz. AMH yalnız öz inanc və ülküləri üzərində
dayanan milli qurtuluş hərəkatıdır. Bu
hərəkat öz təməli üzərində dayanmaq üçün
İran qanunları çəmbərindən azad olmalı və özəl
qanunlarını qurmalıdır. Bu seçənək
gərək arzu olunan ən demokratik şərtlər içində,
gərəkirsə ən yaramaz durumlarda dəyişməzliyini
qorumalıdır. Çox sevindirici haldır ki, AMH son illərdə
belə bir aşamaya ayaq qoyubdur. Babək qurultaylarında, anma
törənlərində, Xurdad (May) qalxışında, Küçə
və Fotbal göstərilərində vb.larda panfaşist düşmənə
qarşı içdən gələn ən millətçi və ülküsəl
şüarların səslənilməsilə yanaşı rejimin
divan tutması AMH-nın İrançılıqdan tam azad olması
sürəcinin yetişməsinin ap-aydın görüntüsüdür. Sözsüz
ki, AMH-nin əxlaqsal qanuna yiyələnməsi qıssa zaman içində
olmayacaqdır. Hətta bu yolda ağır həzinələrin
verilməsi də göz önünə alınmalıdır. AMH bu
yolda asi və sərkeş quruluşlarla üz bə göz olmağı
da unutmamalıdır. GAMOH rəhbərliyi tərəfindən
ortaya fırlamış təpədən dırnağa
Millətaltı Güney Azərbaycan Türk Milləti-nin bölücülük
bir cəhd olması, nə qədər bizim üçün acıdırsa,
panfarsizə görə dadlı görünəcəkdir. Pan farsizm Güneyi
quzeydən və Türkiyyədən uzaqlaşdırmaq üçün AMH
içində ideolojik çalarlar yaradacaqdır. GAMOH rəhbərliyi
tərəfindən münhərif terminlərin ortaya qoyulması
panfarsist teoriçilərinin arzu etdikləri ən verimli dünya görüşüdür.
Fars çovinizminə görə, təki Güneyin yönünü Tehrana çevirmək
gərəkir, qalanı qolaydı. Hətta
gərəkirsə Güneyi təkləmək üçün GAMOH-un
fəlakət yağdıran özbaşına şüarları da,
rejim tərəfindən təkraralana bilər! Hər nə
olarsa GAMOH-un Güneyi iran içində qapatmaq siyasətilə, panfaşist
rejimin siyasəti üst-üstə gəlməkdədir. Sayın Dr.
Çehrəqanlı belə siyasətin sonunu düşünürmu heç!?
İslam inqilabından bir il sonra bir jurnalist Xümeynidən soruşdu
ki: İmamın Münafiqlərə (Mücahidlərə) görə
nəzəri nədir Xümeyni belə yanıtladı:
Nə deyirlər desinlər, təki 17 rəkət namazlarından
əl çəkməsinlər!!!
5-ci
bölüm Millət anlayışında xətalı baxış!
Eldar
Qaradağlı