Azərbaycan Demokrat Firqəsi
Dünən və bu gün
Gözləntilər və reallıqlar
20-ci
əsrin əvvəllərindən başlayaraq Güney
Azərbaycanda fasilələrlə inqilablar və nisbi olaraq
milli azadlıq hərəkatları baş vermişdir. Düzdür
bu hərəkatların heç biri sırf milli ideyalar zəminində
və milli haqların əldə edilməsi uğrunda olmamışdır.
Bu hərəkatların əksəriyyətində başqa çalarlar
bəzi hallarda daha çox üstünlük təşkil edibdir.
1945-46-ci
illərdə Güney Azərbaycanda 21 Azər hərəkatının
adı çəkilən inqilabların arasında bir çox
cəhətlərinə görə əhəmiyyətlilik
dərəcəsi daha çoxdur. Həmin hərəkatda Güney
Azərbaycan türklərinin sosyal problemlərinin həlli, ədalət
və bərabərliyin yaranması uğrunda mübarizə bu
hərəkatın aparıcı və düşünən
təbəqəsinin milli azadlıq və milli haqların əldə
edilməsi istiqamətində mübarizələrin kölgədə
qoya bilməyib.
S.Cəfər Pişəvərinin başçılığı
altında Azərbaycan Milli Hökuməti bir illik hakimiyyəti dönəmində
o günkü ağır və dözülməz şərtlərə
rəğmən apardığı hər tərəfli
islahatlarla xalqın çoxunluğunun ürəyində özünə sözün
həqiqi mənasında yer açmış, uzun illər boyu
Pəhləvilər sülaləsinin görə bilmədikləri
və görmək istəmədikləri işləri həyata
keçirə bilmişdir.
Bir
sıra tarixçı və araşdırmacıların
bir tərəfli və həqiqətə uyğun olmayan
təhrifatlarının əksinə olaraq 21 Azər
hərəkatı hansısa xarici qüvvələrin təsii
və təzyiqi ilə deyil, bəlkə millətin uzun
illər yığılıb qalmış və həllini
tapmamış problemlərinin partalışından irəli
gəlmişdir. Dünyanın və bölgənin o günkü şərtlərin
nəzərə alaraq yenicə yaranmış və
mərkəzi Tehran hakimiyyəti, habelə onun müttəfiqlərinin
təziyiqləri qarşısında dirənmək üçün Milli
Hökumətin qonşuluqda olan güc sahibi Sovetlər Birliyi ilə
yaxın münasibətlər qurması, qarşılıqlı
əməkdaşlıqda bulunması olduqca təbii və
məntiqi bir əməl idi. Sovetlər Birliyinin tərkibində
dili, tarixi, mədəniyyət və adət-ənənəsi
Güneydəkilərlə tam eyni olan Azərbaycan Sovet Sosyalist
Respublikasının olması həmin müttəfiqlik və yaxın
dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün
kifayət qədər tutarlı səbəb sayıla
bilərdi.
Yuxarıda
vurğuladığımız kimi bu hərəkatın başlanması
və Milli Hökumətin qurulmasın xarici amillərlə bağlayanlar
bilərəkdən həqiqətləri təhrif edən
saxtakarlardırlar. Bilindiyi kimi bütün xalqların mübarizə
tarixində uğur qazanmaq üçün nəzəri, siyasi, hərbi
və s... cəhətlərdən uyğun ölkələrlə
əməkdaşlıq etmə hallari az olmamışdır.
necə ki o zaman müstəqil dövlət sayılan İran
mərkəzi hakimiyyəti Güney Azərbaycan xalqına qarşı
hücumda başda Amerika olmaqla bir sıra qərb ölkələrinin
yardımlarından istifadə etmişdir. Habelə 1979-cu il
fevral inqilabında bu gün hakimiyyətdə olan və
Azərbaycan türklərinə qarşı
Pəhləvilərdən fərqli siyasət yürütməyən
fars molla rejimidə qələbəsin təmin etmək üçün
bir çox ölkənin maddi, mənəvi və siyasi dəstəyinə
arxalanmışdır. Həmin məsələ bu yazımızın
mövzusu olmadığından bunun təhlilinə keçmək
istəmirik.
Yuxarıda da deyildiyi kimi Azərbaycan Demokrat Firqəsi
və onun fəaliyyəti və mübarizəsi nəticəsində
Azərbaycan Milli Hökumətinin qurulması Azərbaycan xalqının
özünün haqlı istəkləri və mübarizəsi
nəticəsində qurulmuşdur. Bir illik hakimiyyəti dönəmində
həmin hökumətin gördüyü işlər, xalqdan aldığı
dəstək o dərəcədə geniş və əhəmiyyətli
olmuşdur ki, bəzi qərb diplomatları və müşahidəçiləridə
bunu etiraf etməyə məcbur olmuşdurlar.
Azərbaycan
və mərkəzi hakimiyyət arasında danışıqlar
nəticəsində əldə edilmiş razılıqlardan
hiləgərcəsinə su-istifadə edib, diplomatik
prinsipləri ayaqlayaraq Amerikanın bir başa və hər
tərəfli dəstəyi ilə Tehran rejiminin Azərbaycana hücum
etdi. Yaxın tərəfdaş sayılan sayılan Sovetlər
Birliyinın müttəfiqlik və tərəfdaşlıq
prinsiplərin riayət etməməsi, başqa
tərəfdən isə Amerikanın Tehran rejiminə bir başa
maddi, siyasi və hərbi yardım göstərməsi
nəticəsində yenicə formalaşmaqda olan Azərbaycan
Milli Hökuməti devrildi. Sonuc olaraq minlərlə azərbaycanlı
şəhid oldu, dar ağaclarından asıldı, on
minlərlə insan isə öz doğma yurd-yuvasından
didərgin düşdü.
Bu
dövrdən sonra təbii ki, Azərbaycan Demokrat Firqəsinin(ADF)
daxildə fəaliyyət imkanları yox səviyyəsinə
endi. Qısa bir sürə dağınıq şəkildə
və müxtəlif yerlərdə göstərilən müqavimətləri
istisna etməklə demək olar ki, yaradılmış
sərt totaliter şəraitdə gözə çarpacaq ciddi bir
tərpəniş olmadı.
Tehran
rejimi, fars şovinizminin bu qələbəsindən sonra
başda S.Cəfər Pişəvəri olmaqla
Sovet Sosyalist Azərbaycanına sığınmış
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi və
fəalları yenidən, Arazın başqa tayında ADF-nin
fəaliyyətin bərpa edərək səbirsizliklə gözlədikləri
DÖNÜŞ gününə hazırlaşmaq istədilər. Bu
məsələdə Güneydə olduğu kimi yenədə
S.C.Pişəvəri öz təşkilatçılıq
qabiliyyəti və zəngin siyasi təcrübəsindən
istifadə etməli oldu. Onun səyləri nəticəsində
ADF yenidən təşkilatlanmağa başladı. Hətta Qızılbaş
Xalq Qoşunları fədailərinin
Sovet Sosyalist Azərbaycanının şimal rayonlarında
təlim məşqlərinə başlamalaına nail olundu.
Təbii ki buda S.C.Pişəvərinin inad və fədakarlığı
nəticəsində baş tutmuşdu.
ADF rəhbərliyi və fəalları arasında
yenidən bir canlanma, ruh yüksəkliyinin yarandığı, mübarizəni
davam etdirmək üçün Güneyə daha hazırlıqlı dönəcəklərinə
inam və umudun artdığı bir məqamda S.C.Pişəvərinin
müəmmalı ölümü hər şeyi yarımçıq qoydu.
Yenidən bir süstlük və məyusluq hakim kəsildi. Bir
sıra fəallar Sibirə, başqa yerlərə sürgün edildi.
Güneydə fars şovinizmini təmsil edən Pəhləvi
hakimiyyətinin milli azadlıq mübarizlərinə qarşı
apardığı represiya və amansız siyasət ikinci
dəfə müttəfiq və dost ölkənin hakim
siyasi quruluşu tərəfindən həyata keçirilməyə
başlanıldı. ADF-nin İran Xalq Partiyası ilə
birləşdirilməsi ideyası, bir ölkədə iki
kommunist partiyası ola bilməz devizi altında gündəmə
gətirildi. ADF-də milli mövqelərilə seçilən şəxslər
təzyiqlərlə üzləşib rəhbər
vəzifələrdən uzaqlaşdırıldılar. ADF-ni
İran Xalq Partiyasının əyalət komitəsinə
çevirərək bir daha fars şovinizmi kommunist,
sosyalist donunda Azərbaycan türklərinin müstəqil olaraq
öz milli haqları uğrunda mübarizə aparmalarına əngəl
olmağa başladı. Müstəqil milli düşüncəyə
malik olan bir çox ziyalılar bu qurumda fəaliyyət imkanlarının
əllərindən alındığına görə təşkilatdan
uzaqlaşmalı oldilar. Yuxarıda vurğuladığımız
kimi əks təqdirdə, yəni müqavimət göstərdikləri
halda talelərnin öncədən cəzalandırılmışlardan
fərqli olmayacağın düşünüb susanlarda az olmadı. Öz
mənafelərin qorumaq xatirinə tərs fikirdə olmalarına
rəğmən qurumda qalıb mübarizələrin davam
etdirən ağıllılarda oldu. Dediklərimizə
misal olaraq o dövrdən qalan bir çox sənədləri fakt kimi göstərə
bilərik. Ancaq bu mövzuda bir sıra ziyalılarımızın
geniş araşdırmalar aparıb yazdıqlarına görə
bu qısa yazıda həmin mətləblərə geniş
toxunmağı uyğun bilmirik.(Əlbəttə bu arada ADF-də
fəaliyyət göstərən bəzi şəxslərin kölgə
altına salmaq niyyətində deyilik. Həmin dövrdə də
təşkilatda milli mübarizəyə və qurumun müstəqil
təşkilat olaraq fəaliyyət göstərməsinə
meylli olan insanlar yox deyildi. Həmin məsələlərdə
ADF-nin sədri olan Qulam Yəhya Danişiyanın şəxsinin
bəlkədə bir az fərqli mövqe nümayiş etdirməsidə
təqdirə layiqdir. Ancaq hakim durum və qeyd etdiyimiz insanların
azlıqda olması məsələnin istənilən
məcrada dəyişilməsinə imkan vermirdi.)
Firqənin fəaliyyətinə hakim kəsilmiş
bu şəraiti, qıraq düşüncə və
təsirlərin şaxtasından
buz bağlamış durumu 1979-cu il fevral inqilabıda Güney
Azərbaycan milli məsələsinin xeyrinə əridə
bilmədi. Həmin İnqilaba ADF uzun illik İran xalqlarının
mənafei prizmasından yanaşaraq hər tərəfli
dəstək verdi. ADF-nin hesabından bu məsələ üçün
əhəmiyyətli məbləqdə maddi vəsait ayrıldı.
Bu, sözdə anti ampriyalizm inqilabının mahiyyətin ilk
günlərdən dərk edib əks mövqe tutan təşkilat
və şəxslər zidd inqilabi qüvvələr adlandırılaraq
tənqid atəşinə tutuldu. Onların Amerika və
digər kapitalist ölkələrin əlaltıları olduqları
nəzarətlərində olan bütün mətbu orqanlar
vasitəsilə vurğulandı. İnqilabdan qısa sürə
sonra dini hakimiyyətin mütləqliyin təmin edən,
Vilayəti fəqih, ali dini rəhbəri tanrının
yer üzündəki təmsilçisi sayan gerici və anti-demokratik Ana
yasa refrenduma çıxarılarkən bir bir sıra sol
cərəyanlar kimi İran Xalq Partiyası və onun Əyalət
Komitəsi olan ADF-də bu Ana yasanı
dəstəklədi. Həmin Ana yasada başqa mürtəce
maddələrlə yanaşı, İranda yaşayan
xalqlarında milli-mədəni hüquqlarına lazimi
səviyyədə yer verilmədi. Buna müsbət səs
vermək isə ADF-nin qəbul etdiyi prinsip və məramları
ilə ziddiyyət təşkil edirdi. Milli və demokrat təşkilat
olmaq iddiasında olan bir qurumun ən gerici formada dinin hakimliyin
təsbit edən bir konstitusiyanı dəstəkləməsi
fiqənin imicinə ciddi zərbə olmaqla yanaşı, kobud
bir yanlışlıq idi. Bu Xomeyni rejiminin hakimiyyətinin möhkəmlənməsindən
qısa sürə sonra özün göstərdi.
Həmin konstitusiyada bəzi müddəaların əleyhinə
çıxan bir çox qüvvələr hakimiyyətlə yanaşı
özün demokrat adlandıran cərəyanlar
tərəfindən lənətlənərək
təzyiqlərə məruz qaldı. Konstitusiyanın 110-cu
əslində vilayəti fəqihin
mütləqiyyətin təsbit edən hissənin dəyişdirilməsi
və qeyri fars millətlərin milli-mədəni haqlarına
Ana yasada geniş yer ayırlması tələbi ilə
məşhur din xadimi Ayətullah Şəriətmədarinin
çıxışından sonra Güney Azərbaycan türkləri
bir daha ayaqlandı. Xalq Müsəlman partiyasının ətrafında
birləşən milyonlarla güneyli Ayətullah Mir Kazim Şəriətmədarinin
haqlı tələbin dəstəkləmək, Güney
Azərbaycan türklərinin milli-mədəni haqlarının
tanınması istəyi ilə geniş və davamlı etiraz
aksiyaları keçriməyə başladılar. Milli Hökumətin
devrildiyi zamandan həmin hadisələrədək milli
tələblərlə bağlı o səviyyədə heç
bir aksiya keçirilməmişdi. Bu məslədə də ADF
Tehran mərkəzi hakimiyyətinin mövqein
dəstəkləyərək baçlanmş olan hərəkatı
xarici qüvvələrə bağlı gerici və qaraguruh
dəstələrin inqilaba qarşı təxribati
adlandırdı. Öz bəyanatlarında
hakimiyyətdən bu ziddi inqilabi qüvvələrin
susdurulmasın tələb etdi. (Maraqlıdır ki bir neçə
il sonra Tehran rejimi həmin metodan İran Xalq Partiyası
və ADF-yə qarşı istifadə edib onların daxildə
fəaliyyət göstərən qüvvələrin xaricdən
gəlmiş casuslar adlandırdı.)
Maraqlı
cəhətlərdən biridə odur ki, hadisələrin
belə inkişaf etdiyi bir dönəmdə Kürdüstan Demokrat
Partiyası başda olmaqla əksər kürd təşkilatları
Kürdüstanın müxtariyyəti tələbin daha ciddi şəkildə
qaldırıb və bu yöndə hər tərəfli
fəaliyyətə başlamışdı. Bu
məsələdə də ADF İran Xalq Partiyasının
təsiri altında kürdlərin həmin tələbini
ciddi-cəhdlə dəstəkləyir və Kürdüstanın müxtariyyətin
kürdlərin təbii haqqı sayaraq bu məsələnin dinc
həlli üçün mərkəzi hakimiyyətlə danışıqlar
aparılmasın təklif edirdi. Kürdüstanın müxtariyyətin
onların təbii haqqı sayan qurumun Azərbaycan türklərinin
müxtariyyət belə deyil, sadəcə milli-mədəni
haqlarının tanınması uğrunda sivil mübarizələrinə
nə üçün qarşı çıxdığı sual doğurur.
Yenədə maraqlıdır ki həmin
məsələlərlə bağlı həm ADF-nin ,
həmdə İran Xalq Partiyasının orqanı olan
Nameye Mərdom qəzetində eyni səhifədə iki
bəyanata yer verilirdi. Birinci bəyanat kürdlərin müxtariyyətinin
dəstəklənməsi. İkinci bəyanat isə Güney
Azərbaycanda milli tələblərlə keçirilən aksiyaları
pisləyərək mərkəzi hakimiyyət və mütərəqqi
qüvvələrdən həmin aksiyaların iştirakçılarına
qarşı ciddi tədbirlər görməyə çağırış.
Əlbəttə
bu arada ADF-nin xətti ilə yaranmış yeni şəraitdən
istifadə edərək Güneyə gedib fəaliyyət göstərən
insanların və ADF-nin bu yöndəki əməyin inkar
etmək olmaz. Fəaliyyət üçün daxilə gedənlər
arasında Anuşirəvan İbrahimi kimi dəyərləri
insanlar var idi. Hansı ki bir müddət sonra İnqilabi
hakimiyyət kimi dəstəklənən rejimin dustağına
düşüb və güllələndi.
Bəlkədə ADF-nin Xalq Müsəlman Partiyasının
ətrafında birləşən kütlənin
tələblərinə qarşı çıxması, bu
hərəkatı dəstəkləməməsinin bir
səbəbidə ADF-nin milli məsələnin ideolojik
fərqdə bulunduğu bir cərəyanın vasitəsilə
önə çəkilib həll olunmaması siyasətindən
irəli gəlirdi. Amma nəticə Azərbaycan türklərinin
ziyanına qurtardı.
Vurğuladığımız kimi yeni İnqilabi
hakimiyyət öz payaların bərkitmək üçün İran Xalq
Partiyası, Azərbaycan Demokrat Firqəsi və bir sıra
başqa cərəyanlardan istifadə etdikdən sonra çomağın
başın həmin təşkilatlara tərəf döndərdi.
Qısa bir zaman ərzində həmin qurumları xarici dövlətlərin
casusu adlandıraraq ləğv edib bir çox fəalların
həbs etdi. Minlərlə kadırının və demək
olarki əsas rəhbərliyinin ələ keçməsindən
sonra bu təşkilatlar yenidən yeni hakimiyyətin
inqilabiliyini daha yaxşı dərk etsələrdə bu
heç bir məsələni dəyişməyə yetmədi.
Bu hadisələrdən sonra ADF yenidən 1946-cı
ilə oxşar bir tale yaşamağa məcbur oldu. Həbs
və güllələnmədən canını qutara
bilənlər mühacirət etməyə məcbur oldular. İranda
qurulan sərt diktatur və militar hakimiyyət bir daha minlər
insanın qanın tökdü, on minlərlə insanı yurd-yuvasından
didərgin saldı. Amma görünür buda ADF-nin qəti nəticə
çıxararaq bəlli mövqe tutmasına yetərli olmadı.
Sovet Sosyalist Respublikasının dağılması ərəfəsində
Quzey Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatı
dönəmində(1988-90) ADF-nin sərgilədiyi mövqelə
yəqin ki milli düşüncəli insanlar heç vaxt barışa
bilməzdilər. necə ki, barışada bilmədilər.
Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının
gücləndiyi, bu iddiaların gerçəkləşməsi üçün
artıq erməni silahlı birləşmələrinin Qarabağda
terror aksiyaları həyata keçirdiyi bir vaxtda bir çox sol
təşkilatları kimi ADF-də erməni-azərbaycanlı
qardaşlığlarından dəm vuraraq yaranmış
problemi(hansı ki bu problem yox, ermənilərin Azərbaycan
torpaqlarına silahlı təcavüzü idi) millətçi,
qaraguruh dəstələrin yaratdığın söyləyərək,
qardaş xalqların birliyinin əbədiliyindən danışırdılar.(Əlbəttə 1990-cı il 20 yanvar faciəsi ilə
bağlı ADF-nin tutduğu mövqe. Bildirdiyi münasibət
təqdirə layiqdir. Obiktivlik naminə sonrakı dövrlər,
Azərbaycanın müstəqillindən sonra Qarabğın işğalı
ilə əlaqədarda ADF bir mənalı olaraq mövqeyin bildirdi
və həmin məsələdə bu gündə eyni mövqedə
qalır.)
Həmin
ərəfədə bir çox milli düşüncəli güneylilərin
xalq hərəkatında iştirakına görə
ADF-rəhbərliyinin qəzəbəinə tuş
gəlməsi çox yaxın tarıxımızın acı gerçəkliklərindəndir.
Bəlkədə bütün bu hərəkətlərin
nəticəsi idi ki, 1992-ci ildə Azərbaycan xalq
Cəbhəsinin hakimiyyəti dönəmində ADF-ni yerləşdiyi
binadan köçürmək məsələsi qaldırılmışdı.
Bu gün həmin hərəkəti AXC-nin ayağına yazmaq
istəyənlər olsada, əslində bu 1946-cı ildən
Quzey Azərbaycana mühacirət etmiç bir sıra güneyli ziyalı
və ADF-də qəzəbə tuş gəlmiş
firqəçilərin Azərbaycanın vaxtki hökumətinin qarşısında
qaldırdıqları məsələ idi. Həmin
hadisədən xəbərdar şəxs kimi hətta bu
məsələdə eks prezident Elçibəyin mövqeyinin
fərqli olmasına baxmayaraq bir çox güneylinin təkidi və
israrı nəticəsində bu hərəkətə(ADF-ni
yerləşdiyi qərargahdan çıxarmaq) cəhd olunmasın
diyə bilərəm.
Azərbaycan Respublikasınınmüstəqilliyindən
sonra demək olarki ADF-nin fəaliyyəti fəaliyyəti hiss
olunmadı. Uzun illər daxildə və xaricdə Güney
Azərbaycanla bağlı bir sıra ciddi hadisələr baş
versədə ADF gözləmə mövqeində dayanaraq heç bir
rəsmi reaksiya göstərmədi. Bu müddət ərzində
bəzi güneyli və fikir baxımından firqəyə daya yaxın
olan fəallarında ADF-ni canlandırma cəhdləri
nəticə vermədi. Bu isə özlüyündə bir çox təcrübəli
və qabiliyyətli insanların firqədən uzaqlaşmalarına
və başqa təşkilatların adı altında
fəaliyyət göstəmələrinə səbəb oldu.
Azərbaycan Demokrat Firqəsinin tərpənməyə
son cəhdi 2003-2004-cü illərə təsadüf edir. Bu zaman
ADF-nin fəaliyyətinin gücləndirilməsi üçün düşüncə
və baxış etibarilə firqəyə yaxınlığı
olan bəzi şəxslərin
təşəbbüsü nəticəsində ADF-nin
fəaliyyətində yeni bir mərhələ başlanmış
oldu. Qurum yenidən Güney Azərbaycanla bağlı
məsələlərdə qane edici olmasada bəzi təşəbbüslərdə
bulundu. İranda baş verən hadisələrə,
cərəyan edən siyasi proseslərə münasibət bildirdi.
Özünün saytın açdı.Azərbaycan adında orqanı
yenidən nəşr etdirildi və milli hökumətin tarixi
və ADF-nin fəaliyyəti ilə bağlı kitablar buraxdı.
Azərbaycan Milli Hökumətinin və ümumiyyətlə
ADF-nin fəaliyyəti ilə bağlı buraxılan albom-kitabı
isə bu nəşrlərin arasında önəmli yer tutan çox
dəyərli buraxılış saymaq olar. Bunlarla yanaşı
ADF bir sıra tarixi gün və hadisələrlə bağlı
müxtəlif tədbirlər, konfranslar da keçirməyə başladı.
Bu özlüyündə milli-demokratik qüvvələrin sevincinə
və onların yenidən firqəyə maraq göstərmələrinə
səbəb oldu. Düzdür bu arada bir sıra qüvvələrdə
ADF-nin bu yeni fəaliyyət cəhdinin arxasında başqa
amillərin olduğun bildirərək o qədərdə isti
yanaşmadılar.
Təssüflə bu dəfədə sonuncuların
fikirlərinin nisbi olaraq həqiqətə çevrilməsi Güneydən
olan milli-demokratik qüvvələrin məyusluğuna və
xəyal qırıqlığına səbəb oldu.
Azərbaycan Demokrat Firqəsininsədri Əmirəli
Lahrudi başda olmaqla ADF-nin bəzi üzvlərinin İranın
Azərbaycan Respublikasındakı sıfirliyinin müxtəlif
bəhanələrlə təşkil etdiyi tədbirlərdə
görünmələri, Tehran rejiminə bağlılıqları
şübhə doğurmayan şəxslərin ADF-nin qərargahına
ayaq açmaları, İran Mədəniyyət
Mərkəzinin nümayəndələrinin bu təşkilatla
əlaqəyə girmələri milli qüvvələrin haqlı
etirazına səbəb oldu. Güneyli millilər bir daha ADF-nin bu
tutduğu mövqelə Güney Azərbaycan Milli Azadlıq
Hərəkatına heç bir müsbət təsir göstərə
bilməyəcəyin qəbul etməyə məcbur oldular.
İranın eks prezidenti Məhəmməd
Xatəminin Azərbaycan Respublikasına səfəri zamanı
Azərbaycanda yaşayan iranlılarla görüş adı altında
İİR-nın səfirliyi tərəfindən təşkil
edilən ziyafətdə ADF-nin sədri cənab Əmirəli
Lahrudi və təşkilatın bir neçə üzvünün iştirakı,
Xatəmi ilə səmimi görüş və sohbətləri
siyasi çevrələr tərəfindən bir mənalı qarşılanmadı.
Bu əməl demək olar ki ADF-nin imicinə çox ciddi zərbə
vurdu. Yaşananları bir daha təcrübə etməkdə olan
qurum rəhbərliyinin İranmeyilli çıxış
və davranışları bununla bitmədi. İİR-da son
prezident seçkilərində təşkilatın tutduğu mövqe,
göstərdiyi fəaliyyət haqqında formalaşdırdığı
yerli-yersiz şübhələri bir daha artırdı. Təşkilata
yaxınlaşmağa meyil göstərən yeni və gənc qüvvələrin
məyusluğuna səbəb oldu.
ADF-nin Milli Hökumətin 60 illiyi münasibətilə 2005ci
ilin dekabrında keçirdiyi mətbuat konfransında təşkilat
rəhbəri Əmirəli Lahrudinin çıxışı
mətbuat nümayəndələri və tədbir iştirakçıları
arasında çaşqınlıq yaratdı. Həmin
tədbirdə Əmirəli Lahrudinin İİR-nın
prezidenti Mahmud Əntərinəjad haqqında söylədiyi
səmimi və mehriban fikirlər, M.Əntərinəjadın
xalqın səsi ilə seçilmiş və xalq
tərəfindən dəstəklənən məşru
prezident kimi çıxışı toplantı iştirakçıları
arasında da mübahiəyə və bir çoxlarının etirazına
səbəb oldu. Milli Hökumətin 60 illiyi ilə bağlı
yayınlanan bəyanatda da oxşar fikirlərin yer alması
ADF-nin yeni tarixində silinməyəcək bir ləkə oldu.
Bütün bunların yekunu olaraq təşkilatın əsas qüvvələrindən
biri, Əmirəli Lahrudiyə ən yaxın olan şəxsin
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən həbsi, aparılmış
istintaq zamanı həmin şəxsin İİR-nın xüsusi
xidmət orqanlarının əməkdaşı olmasın
etiraf etməsi bu quruma olub-qalan umududa qırmış oldu.
Əlbəttə bu özlüyündə bəlkədə Tehran
rejiminin qələbəsi sayıla bilər. Niyəki, bu
vasitə ilə Tehran hakimiyyəti millətimizin ən qocaman
və zəngin tarixi və mübarizə keçmişi olan qurumu
haqda başqa rəy yaratmağa nail oldu. Və
əlbəttə ki bu məsələlərə yol verən,
şərait yaradan insanlar öz vicdanları qarşısında
cavab verməlidirlər.
PS.
Bəlkədə ADF-nin Güney Azərbaycan Demokrat
Firqəsi adı ilə, yeni və gənc
milli-demokrat güneylilər tərəfindən bərpasının
zamanı çatıbdır. Buna ADF-nin bu günkü
rəhbərliyidə razılıq verməyə borcludur.
Millətimizin mübarizə tarixində özünə məxsus yeri,
minlərlə insanımızın qanı bahasına formalaşmış
bir qurumun əks cəbhəyə xidmət etməsinə göz
yummaq həmdə cinayətdir.
C. Güney