Ettelaatın Abbas Lisanlıya qarşı sui - qəsd planı ifşa olundu

Mötəbər mənbələrdən aldığımız məlumata görə Abbas Lisanlı haqda zindanda olan hadisə eşiyə onun özü danışdığı şəkildə də yayılmışdı.Beləki, fars rejiminin ona qarşı hazırladığı sui - qəsd planının ustü açılmışdır. Xəbərdə deyilir ki, uzun müddətdi zindanda yatmağa məhkum olunmuş siyasi deyil, adi cinayətkar  Abbas Lisanlıya özü etiraf edib ki, ettelaat məmurlarinin təzyiq edib  və eyni zamanda xüsusi mükafatlandırma boyun alaraq milli aktivimiz olan Lisanlı bəyin aradan götürülməsini ona həvalə etmişdirlər.Beləki Lisanlıya qarşı sui- qəsd Heyran dağının dalanında maşın təsadüfi adı altında yernə yetirilməli və bunula da onun qətli baş verməli idi.Bu planın reallaşması üçün  cinayətkarı əfv edib zindandan azadlığa buraxmalı və o bundan sonra Abbas Lisanlı ilə dostluq etməyə başlamalı, bu münasibətlər o səviyyəyə çatmalı imiş ki, o dostuna Astaraya birgə səfər etməyi təklif etməlidir.Elə planda burda reallaşmalı idi. Maşının sürücüsü bu şəxs olmalı və o yerdə ki, sui - qəsd  planının  əsas nöqtəsi olmalıdır,yəni Heyran dağının döngəsi orda maşının qapısını açıb o özünü yerə atmalı və Abbas Lisanlını maşın qarışıq uçurumdan aşağı atmalıydı.

  Bəs bütün bu hadisələrin həyata keçməsinə mane olan hansi səbəbdir ? Bir kəlmə ilə qisa şəkildə xarekterizə etməliyik ki, bütün bunların özünü doğrultmasına imkan verməyən ABBAS LİSANLI şəxsiyyəti olub.Planı etiraf edən beyni doldurulmuş cinayətkar Lisanlı bəyə yaxınlaşdıqdan sonra özü onun təsirinə düşmüş və bu təsir o qədər böyük olmuşdur ki, axırda özü etiraf etməli olmuşdur. Eyni zamanda demişdir ki,  bunu şərəfinə sığışdırmır və ömürlük zindanda yatmağı Abbas Lisanlını öldürməkdən üstün tutur.

 

Abbas Lisanlıya aid olan sitənin faliyyətin İranın fars rejimi dayandırıb

 

Aldığımız məlumata görə Abbas Lisanlı sitəsinin abunə olduğu firmaya İran fars rejimi bu sitənin bağlanması üçün təzyiq edib.Bu sitə ona görə əhəmiyyətlidir ki, Azərbaycan İnsan Hüququ təşkilatları bu sitə vasitəsi ilə çox rahat Abbas Lisanlı haqqında məlumat alırlar.

 Bu birinci dəfə deyil ki, İranda Güney Azərbaycanın milli hərəkatına aid sitəni bağlayırlar. ASMƏK - Güney Azərbaycan Siyasi Müdafiə Komitəsi hansı sitə firmasından abunə olmaqlarından asılı olmayaraq həmişə təzyiq və məcbur edirlər ki, sitə bağlansın.

  Qeyd edək ki, sitəyə yer verən firmalar İranda yer alıblar və İranın fars rejimi onların üzərində çox tez təsir qoya bilir və beləliklə də onlara nəzarət etmək asan olur.