Beynəlxalq
Ana Dili Günü ilə əlaqədar AFİ nin bəyanatı

Bu gün Beynəlxalq Ana dili günüdür . Ana
dili, insan varoluşunun ən təməl daşlarından sayılır. Dil ictimai yaşamın ayrılmaz bir parçasıdır.
Mənəvi bir varlıq kimi insanın bütün və özgurcəsinə
inkişafa doğru gedən yolun ən böyük
və vacib elementidir. Beynəlxalq sözləşmələrdə
hər bir insanın ana dildə təhsil almaq haqqı ən doğal
haqq kimi vurğulanarkən bu haqqı heç bir güc uşaqların
əlindən ala bilməzın tam mənasında açıqlayır
.
Ama bildiyiniz kimi İran Adlanan ölkədə 35 000 000
Azərbaycan Türkün bu doğal haqqı başqa milli
mədəni və insanı haqlarına tay basqı altına
alıb və insanlarımızı öz ana dilində təhsil
almaq imkanından məhrum edib. Bu doğal haqqı əldə
etmək üçün gəncliyimiz ağır həzinələr
verib(r), çoxlu çətinliklərə maruz qalmışlar. 80
ildir ki, Azərbaycan Türkləri Fars dilinin təsiri altında
assimilyasiya siyasətinə məruz qalmaqdadırlar. Bu
siyasəti davam etdirən molla hakimiyyəti
son 28 ildə Azərbaycan türklərinin
milli və mənəvi dəyərlər sistemini
təhqir etməklə basqı altında saxlayıb
və bu təhqirlər dövlət siyasəti
səviyyəsində aparılıb.
Beynəlxalq Ana Dili günü ərəfəsində Güney
Azərbaycanda milli fəallara qarşı təzyiqlər
artmaqdadır. Onlarca gənc, öyrənci və milli fəallımız
həbsə atılıb və ağır işgəncələrə və digər qəddar,
qeyri-insani, ləyaqəti alçaldan davranış və cəza
növlərinə məruz qalmaqdadırlar.
Azərbaycan Fedrasiyonu İsveç(AFİ)
Dünya Ana Dili Günün dəyərləndirərək bütün dünya
ictimaiyyətinə, Beynəlxalq qurum-quruluşlara üz tutub
İran hakimiyyətinin bu qeyri insani işlırinə son
qoyulmasın və 35000000 güney Azərbaycan türkün öz milli
mədəni varlığından yararlanmaların, ana
dilində təhsil almaq imkanın yaranmasın
istəyərək, Beynəlxalq Ana
Dili Günü ilə əlaqədar tutuqlanan gənclərimizin
dərhal azadlığa buraxılmaların tələb edirik.
AZƏRBAYCAN
FEDRASİYONU-İSVEÇ (AFİ)
İDARƏ
HEYƏTİ