Fars faşizminin terror siyasəti Guney Azərbaycanda

 

21 fevral dunyada Beynəlxalq Ana Dili Gunudur

Bu munasibətlə Guney Azərbaycanda millətçi fəallar tərəfindən aksiyalar elan olunub.Buna cavab olaraq rejim tərəfindən fövqalədə hal tətbiq edilib. Gözlənilir ki , 2006  cı ilin may ayında baş vermiş hadisələr təkrar oluna. A1dıqımız məlumata görə yuzlərlə fəallar tutulub. Çoxlarının isə evinə telefonla zəng vurub hədələyirlər.  Rejim həmişə olduqu kimi çalışır ki, millətin qiyamlarının qarşısını nə yolla olursa olsun alsın. Məhbus etmək, surgunə göndərmək və umumiyyətlə muxtəlif yollarla Azərbaycanda qəbir sukutu yarada. İran rejimi tam gucun sərf edir ki, may hadisələri baş verməya, amma hər ehtimala qarşı əgər may hadisələri təkrarlanarsa, onda bəzi idman salonlarından, məscidlərdən zindan kimi istifadə etmək nəzərdə tutulub və bu yöndə artiq işlər gedir. Hətta , yaralıları və ölənlərin sayını gizlətmək ucun ehtimal olunur ki, qeyd etdiyimiz ictimai yerlərdən istifadə etsin. Əlbətdə, gözlənilən kutləvi  halın baş verməməsi ucun qabaqını almaqa çalışır və fars rejimi terror siyasəti aparır, hər gun gunahsız insanlar tutulur. Onlar işgəncə olunur, hətta bəzi hallarda ittilaatın məmurları onlarin evində, ailəsinin yanında başına silah tutub, olumlə hədələyir və ailəsinə, yaxınlarına onu bir daha gorə bilməyəcəyini, gələcəyi olmadıqını  deyirlər. Bəzi adamları isə yolda tuturlar, iş yerindən oqurlayırlar və onlara vurulan ittihami açıq demirlər.Ailələri və yaxınları onları axtaranda harda saxlandıqları haqda soruşanda nə yerini dəqiq deyir , nə də hansı səbəbə görə tutulduqunu bildirirlər.Yerini isə çox qeyri muəyyən şəkildə , bəlkə xəstəxanada yaralıdı, bəlkə də ordadı, amma olub kimi muammalı cavab verirlər.Və oralarda axtarmalarını məsləhət gorurlər.

  Amma butun bunlar millətin ana dilinə olan sevgisinin qarşısını almaqa qadir deyil. Bu səbəbdən də İran rejimi terrora son qoymalıdır.

 Bu faşist rejimi dərk etməlidir ki, hər bir millətin ana dilində təhsil almaq onun insani haqqi olduqu kimi , bu İranda yaşayan Guney Azərbaycanlılarına da aiddir.

  İnsanın haqqı cəmiyyətin ona verdiyi huquqdan artıqdır.Cunki haqq insanın ozu ilə birgə dunyaya gəlir.Təbii olan veriləndən artıqdır.