Tehran rejimi Azərbaycanlı siyasi məhbusları tədricən zəhərləyir
Məqsədimiz nə tarix vərəqləmək , nə də kimə isə tarix öyrətmək deyil.Niyyətimiz bugun Guney Azərbaycanda yaşayan millətimizin başına gətirilən oyunların hamıya məlum olmasını diqqətə çatdırmaqdır.Beləki son zamanlar İranın Qum şəhərində tutulmuş iki millətçi Mehdi Molayi və Cəfər Abidini zəmanətlə azadlıqa buraxıldıqdan sonra onlar bildirmışdilər ki, bizi xususi hazirlanmış içki içməyə məcbur etmişlər və 10 dəqiqədən sonra halimiz qarışmıddır.
May ayında baş vermiş məlum hadisələr zamanı tutulmuş Azərbaycanlı aktivləri belə bir hadisə ilə onların da rastlaşdıqlarını söyləmişlər.Lakin bu xəbərin dəqiq olduqu subuta yetməmişdir.Amma Qumda zindanda olmuş Mehdi Molayi və Cəfər Abidininin zəhərlənləsi subut olunur.
Bizim aldıqımız məlumata gorə İran rejimi Tehran ihtilatı tərəfindən Guney Azərbaycanda olan zindanlara mərkəzi ittilat xususi numayəndələr gondərib may hadisələri zamanı tutulmuş hərəkat fəallarına xususi yemək və içkilər içirdib onların çəkisinin azalmasını və həm də daxili orqanlarının sıradan çıxıb , beyinlərinin zəhərlənib, son nəticədə yaddaşlarını unutması məqsədini gudən zəhərin onların orqanizminədaxil olmasini təşkil etmişdilər.
Qeyd edək ki. Butun bu xəbərlərin doqru və ya qeyri real olduqunu 100 faiz subuta yetirmək iqtidarında deyilik.Çunki butun bunları subuta yetirməyə əlimizdə real imkanlar yoxdur.Lakin istərdik ki, beynəlxalq təşkilatlar, xususən İnsan Haqları ilə məşqul olan təşkilatlar və sərhədsiz həkimlər bu məsələnin aydinlaşdırılması ilə məşqul olsunlar.
Unutmayaq ki,Həqiqət nə qədər aci olsa da, onun açımı insan beynini şirin yalanın zəhərindən qoruyur.