Azərbaycan
xalqının görkəmli ədib və millət xadimi Pr.
Məhəmməd Əli Fərzanənin bu dünyadan köçməsinin
il dönümü ilə bağlı Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)
vasitəsilə aldığı qərara uyğun İsveçin Göteborg şəhrində
bir anma mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Afi başqanı, Məmməd
Riza Ağapur ,
millət xadimi Pr.Fərzanənin Azərbaycan xalqı qarşısındakı
böyük xidmətlərindən danışararaq, 21 azər dönəmindən
bu günədək bu mubariz alimin ifa etdiyi böyük rolu tariximizdə
əbədi yazılmasından söhbət açmışdı. Ustad Fərzanənin
səmimi və aynı zamanda qələmdaşı olan həyat yoldaşı
Əxtər xanım ustadın
yadın bir gözəl və duyğulu yazı ilə ağırlayıb, bu dahi
alimin həyat və yaradıcılığı haqda bir-neçə
məsələni açıqladılar. Arif bəy
Rəhimoğlu öz məruzəsində ustadın
buraxdğı böyük izdən danışaraq bu alimin Azərbaycan folkuloru uğrunda
çəkdi zəhmətlərin dəyərləndidilər. Güney
Türkmənistan-milli hərəkatının tanınmış insanlarından olan
Toylu bəy ustad Türk dünyasına
ayid bilərək bu böyük folulorşunasın yapıtları haqda danışdəlar.
Mahmıd bəy Bilgin
ustaddan bir xatirə söylədikdən sonra ustadın verdiyi böyük gücdən
milli hərəkata söz açıb, dahı ustadın folkulor sahəsində
dəyərli çabalarından danışdılar. Eldar bəy Qaradağlı çox
gənc çağlardan xatırladığı iki xatirəni ustadla ilgili iştirakçılarla
paylaşıb ardıca ustad Fərzanənin Azərbaycan Türk
millətinə həsr etdi əsərl barəsində bir-neçə
məsələyə toxundular. Əmir
bəy Cəvaheri ustadın mənəvi ruhu
və düşüncələri haqda danışıqlar apardı. O qeyd etdi ki,
ustad Fərzanə azadlıq və insanların hür yaşamaqları uğrunda
böyük mucadilələr aparmışdı. Dr. Hüseyn bəy Yəhyayi
fikirlərin və xatirələrindən danışaraq Ustad
haqda hazırladığı kitabdan söhbət açıb, bu dahi insanımızın
fəlsəfi görüşləri və Azərbaycan xalqına etdiyi
xidmətləri haqda geniş bir məlumat verdilər. Dadş bəy
Əslanzadə öz məruzəsində ustad Fərzanənin
həsr etdi yaşamın millətinə və onun varlığı uğrunda
apardığı mucadilələrdən söhbət açmış, ustad
Fərzanənin yaradıcılığı və təsirlərindən
Azərbaycan folkuloruna bir-neçə qonunu xatirladılar. Riza
bəy ustaddan bir neçə xatriə zikr edib,
bu alimin yadın və adın diri saxlamağı ən vacib işlərdən
saydılar. Tədbirə yekun vuran Dr. Şəkür
bəy ustadın ailəsi
tərəfindən təşkkürlarını iştirakçılardan
bildirərək AFİ dən bu anma mərasimin gərçəkləşdirdiyinə
görə qədrdanlığın bildirdilər . Tədbirin sonda hamı ayağa
qalxıb və ustadın xatiri için bir dəqiqə süküt ixtiyar
etdilər.