LİSANİ
İLƏ BAĞLI AVROPA PARLAMENTİNİN ÜZVÜ AVROPA KOMİSSİYASI
PREZİDENTİNƏ MÜRACİƏT EDİB. İSVEÇ YAŞILLAR
PARTİYASI BƏYANAT VERİB
2007-02-07 - 11:15:00
Avropa
Parlamentinin üzvü, Portuqaliya parlamentinin deputatı Paulo Kasaka Güney
Azərbaycanın tanınmış milli fəalı Abbas
Lisaninin məsələsi ilə bağlı Avropa Komissiyasının
prezidenti Xose Manuel Barozoya müraciət edib. Azərbaycan
Gənclər Federasyonu İsveçin sədri Nərgiz Nedainin «Media
forum»a verdiyi məlumata görə, məktubda P.Kasaka hələ
ötən ilin noyabrında A.Lisaninin məsələsini qaldırdığını,
amma onun sorğusunun cavablandırılmadığını
xatırladıb.
|
|
|
Abbas
Lisani |
P.Kasaka
A.Lisaninin hüquq müdafiəçisi və siyasi fəal olduğunu,
hazırda Ərdəbil həbsxanasında saxlanıldığını
qeyd edib. Deputat Avropa Komissiyasının prezidenti Xose Manuel
Barozodan A.Lisaninin aclıq aksiyası keçiridiyini, onun ailəsinə
təzyiqlər edildiyini nəzərə alaraq siyasi fəalın
işinə daha diqqətlə yanaşmağı xahiş edib.
Lisaninin
azad edilməsi tələbi ilə İsveçin Yaşıl
Partiyası İranın İsveçdəki səfiri Həsən
Qaşqaviyə müraciət edib. Yaşıllar Partiyanın
xarici məsələlər üzrə sözçüsü Bodil Çeballosun
İran səfirinə göndərdiyi bəyanatda bildirilir ki,
İsveçin Yaşıllar Pratiyası A.Lisaninin səhhətində
yaranmış kritik vəziyyətdən narahatdır: «Cənab
Lisani İran hökuməti tərəfindən kütləvi iğtişaşların
təşkilində və İranın Azərbaycan əyalətində
separatizmi təbliğ etməkdə günahlandırılıb.
Beynəlxalq Amnistiya Təşkilatına görə, o vicdan
məhbusudur və öz fikirlərini dinc yolla ifadə edib».
Yaşıllar Partiya aclıq aksiyasından sonra Lisaninin
səhhətinin pisləşdiyini vurğulayıb. Bəyanatın
sonunda A.Lisaninin azadlığa buraxılması tələb
olunur: «Biz İsveçin Yaşıllar Partiyası olaraq İran
hakimiyyətini cənab Lisanini təcili və qeyd-şərtsiz
azad etməsini və ona zəruri tibbi yardımın göstərilməsini
istəyirik».