Stockholmda Yaşayan Azərbaycanlıların Etiraz-Aksiya Komitəsinin

BİLDİRİŞİ

 

Hörmətli soydaşlar,

 

Stockholmda Yaşayan Azərbaycanlıların Etiraz-Aksiya Komitəsi, fevral ayının 4-ü, bazar günü, saat 15.00-dan 16.00-dək Stockholmun mərkəzi Sergels Torg’da, güney azərbaycanlıların milli hərəkatının məhbuslarının azadlıq və onların hüquqlarını müdafiə üçün, xüsusilə məhbuslarımıza Iran Rejimi tərəfindən ağır təzyiqlər tətbiq olunmasına etiraz üçün aksiya nəzərə almışdı. Həmin aksiya üçün, yerli polisdən də icazə alınmış, lazımı tədarüklər görülmüşdü.

 

Bildiyiniz kimi, bu təzyiqlərə məruz qalan milli hərəkatımızın məhbusu Abbas bəy Lisani, aclıq elan etmişdi.

 

Son günlərdə, Azərbaycan məhbuslarının səslərinə səs vermək və onların milli və demokratik haqqlarını müdafiə etmək üçün, həm daxildə, həm xaricdə, Azərbaycanın milli təşkilatları tərəfindən çoxlu bəyanatlar və müraciətlər edilmişdir. Və bizim nəzərdə tutduğumuz aksiya da həmin tədbirlərdən biri idi. İran Rejimində məhbuslara təzyiq göstərən orqanlar, mübarizəmizə biganə qala bilməmişdir. Belə ki, İran Rejiminin təmsiçiləri, məhbusların ailələri və dostları ilə müzakirə aparıb, bir sıra vədələr verməyə məcbur olmuşlar. Elə ona görə də, nəzərdə tutulan aksiyanın ləğvini elan edərək, əgər Rejim məhbuslara qarşı apardığı siyasətə son qoymazsa, daha geniş aksiyanın keçirilməsinə qərar alacağıq.

 

Bir daha qeyd edirik ki, biz, Rejimin təzyiq, zindan və edam, şovinist siyasəti aradan gedənə qədər mübarizəni davam edəcəyik və Güney Azərbaycan Milli Hərəkatımızın bütün siyasi məhbuslarının, qeydsiz və şərtsiz azad olmalarını tələb edəcəyik!

 

Stockholmda Yaşayan Azərbaycanlıların Etiraz-Aksiya Komitəsi

31 yanvar 2007