Abbas
Lisani aclığı
dayandırdı
Vicdan
məhbusu mübarizənin davam etdiyini deyir
31/01/2007
Yanvarın 1-dən aclıq aksiyasına başlayan Güney
Azərbaycan milli hərəkatının önəmli simalarından
biri Abbas Lisani yanvarın
30-da aclıq aksiyasını dayandırıb.
Yanvarın 30-da 50-yədək Azərbaycan fəalı
və ziyalısı Ərdəbilin baş prokuroru Ərcəngi
ilə görüşüb, sonra isə 15 nəfərə Abbas Lisanini
həbsdə ziyarət etmək imkanı verilib.
Ərdəbil baş prokuroru bildirib ki, Abbas Lisaninin qısa
müddətli tərxis hüququnun temin olunması ilə bağlı
Tehrana məlumat verilib ve hazırda İranın baş prokuroru
ayətullah Şahrudidən bu istiqamətdə qərar gözlənilir.
Abbas Lisani ilə görüşən fəallar onun sağlıq
durumunun olduqca ağır olduğunu bildirir. Onlar Abbas Lisaniyə
aclıq aksiyasını dayandırmağın vacib olduğunu
və artıq etiraz aksiyasının öz siyasi
nəticələrinə nail olduğunu bildiriblər.
Abbas Lisani bu müraciətləri və onun aclığı
dayandırması üçün bütün dünya boyu toplanan imzaları
nəzərə alaraq, aksiyanı dayandırmağa razılıq
verib. Lakin Abbas Lisani məhbus hüquqlarının pozulmaqda davam
edəcəyi təqdirdə yenidən qidadan imtina
edəcəyini də diqqətə çatdırıb.
Abbas Lisani deyib: Azərbaycan milli hərəkatının
verdiyi mücadilə dinc və mədəni mübarizədir. Buna görə
də biz yalnız dinc üsullardan istifadə edərək mübarizəmizi
davam etdirməliyik. Mənim aclıq aksiyamın səbəbi
də şəxsi hüquqlarımın pozulması yox, məhz bu
dinc mübarizənin sorağının dünyaya yayılması idi.
Mən mübarizəni davam etdirmək əzmindəyəm.
Abbas Lisaninin Hüquqularını Müdafiı Komitəsi
vicdan məhbusunun sağlıq durumu ilə bağlı narahtlıqların
hələ də qaldığını bildirir və onun
təcili tibbi yardıma ehtiyacı olduğunu İran
rəhbərliyinin, beynəlxalq təşkilatların və
İran ictimaiyyətinin diqqətinə çatdırır.
Komitə Abbas Lisaninin təcili xəstəxanaya köçürülməsini,
onun ailəsinin nəzarəti altında müalicə alması
üçün şərait yaradılmasını tələb edir.
Aclıq aksiyası zamanı sağlamlığına
ciddi zərbə dəyən və həyatı təhlükə
altında olan Abbas Lisaninin etirazı İranda böyük qalmaqala
səbəb olub.
Beynəlxalq təşkilatlar, insan hüquqları qrupları
Abbas Lisanininn durumundan dolayı narahatlığını
bildirib, İranın Azərbaycanlı əhalisi millət
vəkillərinə və dövlət idarələrinə saysız
müraciətlər göndərib.
İran parlamentinin yanvarın 30-da keçirilən iclasında
Şərqi Azərbaycan seçicilərini
İran Məclisində təmsil edən Əkbər Ələmi
Abbas Lisaninin vəziyyətinin olduqca ciddi olduğunu və
məsələnin İranın milli təhlükəsizlik
məsələsinə çevrilə biləcəyini deyib.
Abbas Lisaninin həyatı üçün təhlükə hələ
də mövcuddur və Komitə Abbas Lisaninin yaşamaq və
azadlıq hüququnun təmin olunması uğrunda mübarizəsini
davam etdirir.
Biz bütün dünya üzrə Azərbaycan təşkilatlarını,
beynəlxalq qurumları və İran ictimaiyyətini Abbas
Lisaninin dərhal xəstəxanaya
yerləşdirilməsi və lazımi tibbi yardım alması
üçün İran rəhbərliyinə müraciətləri davam
etdirməyə çağırırıq.
Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinin
ünvanı:
e-mail:
lisani.info@yahoo.com
Əlaqə telefonları:
Faxtə Zamani (Kanada) + 1 604 677 2524
Nərgiz Nedayi (İsveç) + 46 735 68 78 82