Birləşmış Millətlər Təşkilatının
Qadınların Hüquqlarının Pozulmasının Aradan Qaldırılması
Haqqında Uluslararası Sözləşməsı
Maddə 1
Bu Sözləşmənin
istəkleəri Qadınlara qarşı ayrı-seçkilik
anlayışını aradan qaldırma ilkəsinə dayanaraq,
qadınların toplumsal eləcədə ayilə durumunundan asılı
olmayaraq, onların bütün Siyasi, Ekonomik,Toplumsal, kültürel, şəxsi
ya da bir başqa alanda qadınların insan haqları və
əsas özgürlüklərinin tanınmasını, eləcədə
həyata keçirilməsdir. Bu haqq və özgürlüyin qarşısın
almaq sözləşməyə
zid sayılır.
Sözləşməyə
qoşulan Dövlətlər
qadınların hüqüqlarının pozulmasının bütün
formalarını qınayır və bütün uyğun yollardan
dəyərlənərək, gecikdirilmədən qadınların
hüquqlarının pozulmasının aradan qaldırılmaq
siyasətini yürütməyi
üstələnir və bu istəklə aşağıdakı
görəvləri yerinə yetirirlər:
a.
Qadınlarla kişilərin hüquq birliyi
ilkəsini dövlət anayasalarına ya da başqa yasalara
yerləşdirib, uyğun ve yasal yollarla bu ilkəni həyata
keçirilməsini yerinə gətirmək;
b.
Qadınların hüquqlarının pozulmasını
qadağan edən gərəkli uyğun yasalar yaradıb və
başqa uyğun yolları mənimsəmək;
c.
Qadınlarla kişilərin hüquq birliyi
ilkəsi üstündə qurulmuş, qadınların hüquqlarının
yasal yollarla savunmasını düzəltmək və bu işi
bilən ulusal məhkəmələri və ya başqa
toplumsal quruluşlar yoluyla bu hüquqların pozulmasının qarşısını
almaq;
d.
Qadınların hüquqlarının pozulmasının
qarşısını alıb və bütün toplumsal quruluşların
bu yollda işləmələrinə təminat vermək;
e.
Hər hansı bir şəxs və ya quruluş
tərəfindən qadınlara qarşı ayrı-seçkiliyi
aradan qaldırmaq üçün bütün gərəkli və uyğun önləmələr
almaq ;
f.
Qadınların hüquqlarının pozulmasına
yər verən yasaları, düzükləri,
gələnəkəri, törələri deyişdirmək
və ya aradan aparmaq istəyi ilə
olumlu tədbirlər almaq;
g.
Qadınların hüquqlarının pozulmasına
yər verən bütün məhkəmə yasalarını aradan
qaldırmaq.
Maddə
3
Sözləşməyə
qoşulan Dövlətər kişilərlə eşit hüquqlar üzərində
qadınların insan hüquqlarına özəliklə siyasi,
toplumsal, ekonomik və kültürel haqlarına yiyə olmalarını
və onların bu alanda özgürlüklərini garanti etməli,
eləcdə qadınların irəliləşmələrində
önəmli yasalar yaratmalıdırlar.
1.
Sözləşməyə qoşulan
Dövlətlər tərəfinden kişilər və qadınlar
arasında hüquq birliyini tezliklə həyata geçirmək üçün
alınan keçici önləmlər, sözləşmənin
bəlirlədiyi kimi hüquların pozulması anlamında başa
düşülmiyəcək və heç bir şəkildə eşitsizlik
və ya ayrı-ayrı standartların qorunub saxlanması anlamında
işlədilmiyəcəkdir. Bu keçici önləmlər hüquq
birliyi ilkəsinin istəklərinə çatandan sonra aradan qaldırılacaqlar.
2.
Sözləşməyə qoşulan Dövlətlər
tərəfindən analıq hüquqlarının qorunmasına yönədilmiş
özəl önləmlər sözləşməni də içərisinə
alaraq hüquqların tapdalanmasına yol açmayacaqdır
3.
Maddə 5
4.
Sözləşməyə qoşulan Dövlətələr
aşaığıdakı bütün gərəkli önləmləri
alacaqlar:
a.
Hər
iki cinsdən birinin aşağı səviyədə olması
və ya üstünlüyü düşüncəsini toplumda olan toplumsal və
kültürel gəlenəkləri deyiştirmək və ya aradan
qaldırmaq;
b.
Analıq anlayışının toplumsal bir görəv
kimi anlaşılmasını və uşaqların yətişdirilməsini
qadın və kişinin ortaq sorumluluquna getirilməli. Hər
şeydən öncə uşaqların durumu və çıxarı
gözə alınmalıdır.
Mdddə 6
Sözləşməyə
qoşulan Dövlətlər qadın alverinin bütün formalarının,
fahişəlikdən qazanc üçün işlədilməsinə son
qoymaq üçün bütün gərəkli önləmlər eləcədə
yasal önləmlər alacaqdır.
Sözləşməyə
qoşulan Dövlətlər ölkənin siyasi
ve toplumsal həyatında qadınların hüquqlarınin
pozulmasınin aradan qaldırılması üçün bütün
gərəkli önləmləri alacaqdır. Özəliklə
kişilərlə eşit hüquqlar üzərində qadınların
aşağıdakı hüquqlarını yerinə
yətirəcəklər:
a.
Bütün seçkilərdə və xalq oylamalarında
səs vermək və bütün dövlət seçkili organlarına seçilə
bilmək hüququ;
b.
Hökumətin siyasətinin hazıranmasında
və həyata keçirilməsinə qatıla bilımək, dövlət
sturkturlarında görəv ala bilib və onları yerinə
yetirmək;
c.
Ölkənin siyasi və toplumsal həyati ilə
bağlı olan, hökumətə bağlı olmayan birliklərə
və qurumlara qatıla bilmək.
Sözləşməyə
qoşulan Dövlətlər qadınlarla kişilərin eşit
hüquqlar üzərində heç bir yasa pozuntusu olmadan qadınların
öz ölkələrini uluslararası düzeydə təmsil etmək
və uluslararası quruluşların işinə qatılmaq
üçün imkanlar yaratmaq istəyilə bütün gərəkli önləmləri
almalıdır.
Maddə
9
1.
Sözləşməyə
qoşulan Dövlətər qadınlara kişilərə eşit
hüquqlar üzərə öz vətəndaşlıqını ayırd
edə bilmək, dəyişmək və ya qoruyub saxlamq hüququ
verəcəklər. Sözləşməyə qoşulan Dövlətlər
qadınların evləndikdə və ya evlilik çağı
ərin öz vətəndaşlıqını dəyişdikdə
qadının vətəndaşlıqını otomatik olaraq
dəyişilmyəcəyinə təminat verəcəklər.
2.
Sözləşməyə
qoşulan Dövlətlər uşaqların hansı
vətəndaşlıqı alamalarında qadınlarla kişilərə
eşid hüquqlar tanıyacaqlar.
BÖLÜM 111
Sözləşməyə qoşulan Dövlətlər eyitim
alanında qadınlara kişilərə eşit
hüquqların verilməsini yerinə yetirmək istəyilə,
qadınların hüquqlarının
pozulmasını aradan qaldırmaq və bunun qarşısında
qadınlarla kişlərin hüquq eşitliyi ilkəsinə
dayanaraq aşağıdakıları bütün gərəkli önləmləri
alacaqlar:
a.
İstər şəhər, istərsə
də kənd yerlərində olan bütün
eyitim quruluşlarında eyitim
və diplom almaq üçün, istənilən peşəyə
yiyələnmək üçün eşit şərtlər irəli sürülməsi,
bu eşitliyə məktəb öncəsi, genəl eyitim, tekniki
peşə və yüksək tekniki eyitimi və peşə hazırlığının
bütün çeşitlərində təminat verilməli,
b.
Eyni eyitim programı, eyni sınavlar, eyni
standardlar üzərində uzmanlaşmış öyrətmənlər
və eyni stndardlarla tikilmiş mektəblər və eyitim
gərəklərinə yiylənmək,
c.
Dərsliklərin və məktəb programlarının
yenidən gözdən keçirilməsi və yeni tədris metodlarının
uyqulanmasıyla öncədən yerləşmiş qadın
və kişi ayrı-seçkilyi üzərində
qurulmş gələnəkləri aradan qaldırmaq,
d.
Burs və başqa eyitim yardımlarından düzgün
imkanlar yaratmaq,
e.
Eyitimdə qadınlarla kişilərin arasında
olan boşluğu aradan qaldırmaq üçün eyitimin davam
etdirilməsi porogramları və eləcədə oxuma-yazma
savadı olmayan yaşlıların savadlanmasına eşit
imkanlarn yaradılması,
f.
Qız örəncilərin məktəbdən tez
ayrılmasının sayısının azadılması
və məktəbi bitirmədən ayrılan qızlar və
qadınlara eyitim programlarının düzəldilməsi,
g.
Spor və bədən yetişdirilməsində
qadınların fəal qatılmaları üçün eşit imkanların
yaradılması,
h.
Qadınların sağlamlığının
qorunması və ailənin yaşyışnın
yaxşılaşdırılması eləcədə uşaq
doğmu ilə bağlı bilgi yayılmalı.
a.
Bütün insanların toxunulmaz olan iş haqqı,
b.
Eyni ış olanağlarından yararlanmaq hüququ,
eləcədə iş yerinin seçilməsində eyni ölçülərin
işlədilməsi,
c.
Özgürcəsinə peşə və iş seçmək,
işlə bağlı bütün olanağlardan və üstünliklərdən
eləcədə yüksək eyitimdən yararlanmaq,
d.
Eyni işlə işliyən qadınlarla kişlərin
işlərinə eyni dəyeri və eyni gəliri eldə
etmək hüququ,
e.
Gəlirli izinə çıxmaq, işsizlik,
xəstəlik, əlilik, qocalıq və işləmək gücünün
olmadığında toplumsal güvənlik hüququ,
f.
İş yerlərində sağlamlığın
qorunması eləcədə qadınların uşaq doğmaq
hüququ.
2.
Sözləşməyə qoşulan Dövlətlər,
evlilik və analıq nədəniylə qadınlara qarşı
olan ayrı-seçkiliyi aradan qaldırmaq və onların işləmək
hüququnu qorumaq üçün aşağıdakı önləmləri
alacaqlar:
a.
Boyluluq və ya analıq izininə görə
və ya evliliyə bağlı hər hansı
nədənlərə görə işdən çıxardılmağı
yasaqlamaq,
b.
Öncəki iş yerini, əmək haqını
və başqa toplumsal hüququnu itirməmək şərtiylə
haqqı ödənilən analıq izinini
dəyərləndirmək,
c.
Ata-analara öz ailə görəvlərini iş görəvlərilə
birləşdirməyə imkan verən,onlara toplumsal yardım
eləcədə uşaq bağçaları olağanlığı
yaratmaq,
d.
Ziyanlı sayılan işlərdə işləyən
qadınların boyluluq çağı qorunmasını yerinə
gətirmək.
3.
Bu maddədə yər alan
məsələlərlə bağlı qoruyucu yasalar,
bilimsəl və teknik biliklərin işığı
altında yenidən gözdən keçiriləcək,
gərəksə deyiştiriləck, yeniləşdiriləcək
ya da aradan qaldırılacaqdır.
1.Sözləşməyə
qoşulan Dövlətlər sağlamlığın qorunmasında
qadınların hüquqlarının pozulmasını aradan qaldırmağa
və bunun yerinə sağlamlığı qoruyan quruluşlardan
dəyərlənməsində qadınların kişilərlə
eşit hüquqlarını yerinə yetirmək üçün bütün
gərəkli önləmləri alacaqlar,
2.
Olan maddənin 1-ci bəndinin istəklərindən asılı
olmayaraq, sözləşmədə olan dövlətlərin, qadınların
boyluluq çağı, doğum və doğumdan sonrakı dönəmdə
qadınların uyğun xidmətlərdən
dəyərlənmələrini, gərəkli olursa onlar üçün
ayrılmış pulsuz xidmətlərdən
dəyərlənmələrini eləcədə boyluluq
və ya əmizdirmə çağı yaxşı
bəslənmələrini yerinə gətirəcəklər.
Maddə
13
Sözləşməyə
qoşulan Dövlətlər ekonomik və toplumsal həyatın
başqa dallarında qadınların hüqüqlarının
pozulmasının aradan qaldırılmasına və bunun yerinə
qadınlarla kişilərin hüquq eşitliyi ilkəsinə
dayanaraq, qadınların aşağıdakı hüquqlarını
əldə etmək üçün bütün gərəkli önləmləri
alacaqlar;
a.
Ailə
yardımı hüququ,
b.
Bankdan
borc etmə, girov qoymaq yoluyla borc
almaq və ya başqa kiridilər
almaq hüququ,
c.
Eyləncə,
dincəlmək, spor və kültürel həyatın bütün yönlərinden
dəyərlənmək hüququ.
Maddə
14
1.
Sözləşməyə
qoşulan Dövlətlər kənd yerlərində
yaşayan qadınların üzləşdiyi çətinlikləri
və onların öz ailələrinin ekonomi baxımından
ayaqda qalmaları üçün olan rollarını eləcədə bu
qadınların ekonominin gəlir gətirməyən sektorlarındakı
işini gözə alacaqlar və olan sözləşmənin hökümlərinin
kənd yerlərində yaşayan qadınlara uyğulamaya
gərəkli bütün önləmləri alacaqlar.
2.
Sözləşməyə
qoşulan Dövlətlər kənd yerlərində yaşayan
qadınların hüquqlarının tapdalanmasını aradan
qaldırmaqa və bunun yerinə qadınlarla kişilərin hüquq
eşitliyi ilkəsinə dayanaraq, qadınların kəndin
irəliləşməsində aktiv qatılmalarını
və bundan gəlir əldə etmələrini yerinə
gətirmək üçün gərəkli bütün önləmləri
alacaqlar. kənd yerlərində yaşayan qadınların aşağıdakı
hüquqlarını yerinə gətirəcəklər:
a.
Bütün düzeylərdə
irəliləşmə programlarının işlənib, düzədilməsində
və həyata keçirilməsinə qatılmaq,
b.
Sağlamlığı
qoruyan və aliə planlanması üçün xidmət edən bütün
quruluşlardan yararlanmaq,
c.
Toplumsal
güvənlik programlarından doğru düzgün yararlanmaq,
d.
Teknik
yetənəkliyini gücləndirib və artırmaq üçün eyitimin
rəsmi və ya rəsmi olmayan formalarından yararlanmaq,
e.
Eşit
ekonomik imkanlarını eldə
etmek üçün gəlir verən ya verməyən işlərlə
qarşılıqlı yardım grupları və
kooperativlər yaratmaq,
f.
Bütün
toplumsal fəaliyətlərə qatılmaq,
g.
Kənd
təsərrüfatı kreditlərdən
və borclardan yararlanmaq, topraq və əkinçilik reformunda
və bunun yanı sıra yenidən yerləştirmə
projelərində eşit hüquqlardan yararlanmaq,
h.
Uyğun
və yetərli yaşam standardlarına yiyələnmək
eləcədə ev, sağlamlıq, elektrik, su, gəliş-gediş
taşıtları, ilişgi gurma imkanları yaratmaq.
Bölüm
1V
Maddə
15
1.
Sözləşməyə
qoşulan dövlətlər yasalar
qarşısında qadınlarla kişilərlə eşit
haqqlar tanıyacaqlar.
2.
Sözləşməyə
qoşulan Dövlətlər sivil haqqlara gəldikdə, qadınlarla
kişilərə eşit hüquqsal yetərlik tanıyacaqlar
və bu yetərliyi işlətmək üçün eyni imkanlar
verəcəklər. Özəliklə qadınlara sözləşmə
bağlamq və mülkiyyətə baxmaq hüququ
verəcəklər. Məhkəmə
çağları davaların hər aşamasında eşit görüləcəklər.
3.
Sözləşməyə
qoşulan Dövlətlər qadınların hüquqi
yetərliklərini sınırlanmasına yönədilmış
bütün sözləşmələri keçərsiz tanımaq düşüncəsiylə
razılaşmalıdırlar.
4.
Sözləşməyə
qoşulan Dövlətlər qadın və kişinin yerləşmə
yeri seçmək və onların bir yerdən başqa yerə köçməkdə
eyni yasal haqqlar tanıyacaqlar.
Maddə
16
1.
Sözləşməyə
qoşulan Dövlətlər evlilik və ailə ilişgiləriləində
qadınların hüquqlarının tapdalanmasını aradan
qaldırmaq üçün bütün gərəkli önəmleri alacaqlar
və qadınlarla kişilərin hüquq eşitliyi ilkəsinə
dayanaraq, qadınların aşağıdakı hüquqlarını
yerinə gətirəcəklər:
a.
Evlənmək
hüququ,
b.
Özgürcəsinə
həyat yoldaşı seçmək və ailə qurmaq hüququ,
c.
Evlilik
çağı ya boşanarkən eşit hüquqlar və görəvlri
paylaşmaq,
d.
Ailə
durumundan asılı olmayaraq, uşaqlarla bağlı ata, anaın
eyni hüquq və sorumluluqu var ancaq uşaqların çıxarları
birinci eldə gəlməlidir,
e.
Uşaqların
sayı və onların dünyaya gətirilməsi, eləcədə
yetişdirilməsində özgürcə qərar vermək hüquqları
və bu hüquqları dəyərlindirilməsində, eyitim,
bilgi və başqa olağanları işlətmək,
f.
Evladlığa
götürmək və ya himayə etmedə ölkənin anayasasına
dayanaraq eşit hüquqlar verilməlidir. Hər durumda uşaqların
cıxarı ən yüksək düzeydə tutulmalıdır,
g.
Ailə
adı, iş, peşə yeri seçmək hüququ,
h.
Yiyələnmək,
bəcərik əldə etmək, yönətim və bənzer
başqa işlərdə eşit hüquqlar.
2.
Az yaşlı
uşaqların adaqlandırılması və
evləndirilməsi yasal sayılmıyacaqdır və
evlənmək üçün ən düşük yaşın aydınlaşdırılması
eləcədə kəbinkəsmənin rəsimi və
sənədləşdirilməsinin zorunlu olması üçün, yasal
və gərəkli önləmlər alınmalı.
Bölüm
V
Maddə
17
1.
Bu sözləşmənın
istəklərini yerine yetirmək üçün qadın hüquqlarının
pozulmasının aradan qaldırılması üzrə komitə
yaradılacaqdır. Komitənin içindəkilər sözləşmənin
işə başlarkən yüksək düzeydə bilgili olan 18
uzmandan və 35-ci sözləşməyə qatılan dövlət
onu təsdiq etdikdən sonra 23 uzmandan oluşacaqdır.
Uzmanlar
sözləşməyə qatılan dövlətlər
tərəfindən onların öz uluslarının
dələgələrindən səçiləcəkdir və bu
uzmanlar öz şəxsi olağanları içərisində işləyəcəklər.
Dəngəli cografi bölgü, deyişik toplumların təmsil
olunması eləcədə hüquqi biçimlər gözə alınmalıdır.
2.
Komitə
üyələri sözləşməyə qatılan dövlətlər
tərəfindən adaylıqları irəli sürülmüş
listlərdən gizli səs vermə yolu ilə seçiləcəklər.
Sözləşmədə olan hər bir dövlət öz
vətəndaşlarından birinin adaylığını
irəli sörə bilər.
3.
İlk
seçim bu sözləçmənən işə başlayandan altı
ay sonra keçiriləcəkdir. Hər seçkiyə üç ay qalmış
Birləşmiş Millətər Təşkilatının
Genel sekreteri sözləşmede olan Dövlətlərə yazılı
baş vuraraq onlardan öz adaylarını iki ay içərisində
verməyi tapşıracaqdır. Genel Sekreter adaylıqları
irəli sürülmüş kəslərin adlarını əlifba sırası
ilə düzəlmiş listini söləşmədə olan dövlətlərə
göndərəcəkdir.
4.
Komitənin
üyələrinin seçilməsi Birləşmiş
Millətlər Təşkilatının Mərkəzində
Genel Sekreter tərəfindən çağırılmış sözləşmədə
olan Dövlətlər toplantısında keçiriləcəkdir. Sözləşmədə
olan Dövlətlərin üçdə ikisinin yeter sayısı olan
toplantıda, en çox ses alanlar ilə toplantıda olan və
səs verən dövlətlərin
dələgələrinin ən çox səs alanı
komitənin üyəliyinə seçilirlər.
5.
Komitənin
üyələri dörd illik seçiləcəklər. Birinci seçkidə
seçilmiş doqquz üyənin sürəsi ikinci ilin sonunda başa çatacaqdır.
Doqquz üyənin adları ilk seçimdən sonra komitə başqanından
ad çekilərək bilindiriləcəkdir.
6.
Komitənin
5 ək üyəsinin səçilməsi bu madənin 2,3 və 4-cü
paragraflarının istəklərinə uyğun olacaqdır.
Bu şəkildə seçilən iki yədək üyənin görəv
sürəsi iki ilin sonunda başa çatacaq və bu iki üyənin
adları komitə başqanı ad çekməklə
bilindiriləcəkdir.
7.
Uzmanların komitədəki görəvi başa çatdıqda
boşalan yerlərin
doldurulması üçün sözləşmədə olan dövlət öz
vətəndaşları arasından yeni uzman verəcəkdir.
Yeni uzman komitə tərəfindən bəyənilməlidir.
7.
Komitənin
üyələri, Birləşmiş Millətlər Təşkilatının
Genel qurumunun razılığı ilə alınan qərarlara
dayanaraq Birləşmiş Millətlər Təşkilatından
aylıq alacaqlar.
8.
Sözləşmənin
istəklərinin daha etkili olması üçün
Birləşmiş Millətlər Genel Sekreteri,
komitənin gərəkli personel və əlverişli ortamı
yaradacaqdır.
Maddə
18
1.
Sözləşmədə
olan Dövlətlər, sözləşmənin hükümlərini etkili
etmək üçün və əldə edilmış
irelilmələri bildirmək üçün aldıqları yasal, adil, yönətsəl
və başqa önləmlər haqqında aşağıdakı
bilgiləri verməlidirlər:
a.
Sözləşmə
güc qazandıqdan sonra bir il içində və:
b.
Hər
dörd ildən bir komitənin göstərişilə.
2.
Raporlarda,
sözləşmədə irəli sürülən görəvlərin
yerinə yetirilməsini etkiliyən nədənlər və çətinliklər
açıqlana bilir.
Maddə
19
1.Komitə öz iş yönetim qaydalarını qəbul edir.
2.Komitə
iki ilik olaraq öz görəvlilərini seçir.
Maddə
20
1.
Sözləşmənin
18-ci maddəsinə uyğun olaraq verilən raporun gözdən keçirməsi
və incələməsi üçün Komitə ildə bir yol ən
azı iki həftəlik toplantıda
görüş keçirir,
2.
komitenin
toplantıları Birləşmiş Millətlər Təşkilatının
mərkəzində və ya komitə tərəfindən
bilirlənmiş başqa əlvirişli bir yerdə keçirilir.
Maddə
21
1.Komitə
ekonomi və Sosial şura aracılığıyla ildə bir
yol öz işləri haqqında Genel Quruma ilik bilgi
verəcəkdir və sözləşmədə olan dövlətlər
tərəfindən verilmiş raporu gözdən keçirdikdən
sonra önerilər və ya məsləhətlər verə
bilərlər. Bu önəri və məsləhətlər Sözləşmədə
olan Dövlətlər tərəfindən olunmuş açıxlamalarda
komitənin raporuna yerləşir.
2.Genel
Sekreter komitə raporlarını Qadınların Statusu üzərə
komisyona verəcəkdir.
Maddə
22
Uzman
quruluşlar onların fəaliyət alanlarınada olan sözləşmə
hükümlərinin yerinə yetirilməsinə baxmaq üçün
yetginliklər verəcəklər. Komitə uzman quruluşlaraına
sözləşmənin yerinə getirilməsinə rapor
verməyi tapşıra bilər.
Maddə
23
Bu
Sözləşmədə hiç bir şey qadınlarla kişilərin
hüquq eşitliyinin əldə edilməsini daha əlverişli
eden və aşağıdakılarda öz yerini tapmış hükümləri
etgiləmiyəcəkdir:
a.
Sözləşmədə
olan Dövlətin yasalarına və ya
b.
Belə
bir Dövlət üçün quvədə olan hər hansı bir uluslar
arası sözləşmə, andlaşma və ya razılaşmalara.
Maddə
24
Sözlşmədə
olan dövlətlər bu sözləşmədə tanınmış
hüquqların yerinə
getirilməysi üçün dövlət düzeyində gərəkli bütün
önləmləri almalıdırlar.
Maddə
25
1.
Bu Sözləşmə
bütün Dövlətlərin qolçekməsinə açıqdır.
2.
Birləşmış
Millətlər Genel Sekreteri bu sözləşməyə bağlı
bilgilər almaqa yetgilidir.
3.
Bu sözləşmə
təsdiq edilə bilər, onun təsdiği üçün
bəlgələr Birləşmiş Millətlərin Genel
Sekreterinə verilməlidir.
4.
Bu sözləşmə
bütün Dövlətlərin ona qoşulmasına açıqdır. Bu
qoşulma Birləşmiş Millətlərin Genel
sekreterinə baş vurduqdan sonra ola bilər.
Maddə
26
1.Bu
Sözləşmənin yenidən gözdən keçirilməsi, onun düzədilməsi,
deyişdirilməsi önərisi Dövlətlərin
istənilən zaman Birləşmiş Millətlər Təşkilatının
Genel Sekreterinə edilə bilər.
2.
Birləşmiş Millətlər Təşkilatının
Genel Qurumu gerəkli gördukdə belə bir öneri ilə bağlı
uyqun qərar verəcəkdir.
Maddə
27
1.
Bu sözləşmə,
20-ci təsdiq fermanı
və ya ona qoşulmaq istəyi,
Birləşmiş Millətlər Təşkilatı
Genel Sekreterinə verdikdən 30 gün sonra keçərili olur.
2.
20-ci
təsdiq fərmanı və ya ona qoşulmaq üçün Briləşmiş
Millətlər Təşkilatının Genel Sekreterine
verildikden sonra, bu Sözləşməni təsdiq edən və
ya ona qoşulan hər bir Dövlət üçün sözləşmə
təsdiq etmə və qoşulma sənədi baş vurduqdan
30 gün sonra keçərili olur.
Maddə
28
1.
Birləşmiş
Millətlər Təşkilatının Genel sekreteri, Sözləşməyə
qoşulma zamanı Dövlətlər tərəfindən edilmiş
düzəlişlərin mətnini alıb Sözləşmədə
olan Dövlətlərə paylayır.
2.
Bu Sözləşmənin
istək və görəvlərınə uyğun olmayan və
bir araya sığmayan düzəlişlərə yol
verilməyəcəkdir.
3.
Düzəlişlər
Birləşmiş Millətlər Təşkilatının
Genenl Sekreterinə yazılı başvuruyla geri götürülə
bilər. Genel Sekreter bunu bütün Dövlətərə bildirir.
Belə bir istək başvuru alındığı gündən
sonra keçərili ola bilər.
Maddə
29
1.
Bu Sözləşmənin
açıqlanması və ya uyqulanması Sözləşmədə
olan Dövlətlər arasındakı danışıqlar yolu
ilə həl edilə bilər. Dövlətlərin birindən
istək olarsa məhkəməyə baş vurmaq olar.
Məhkəmeyə başvurduqdan altı ay sonra əyər bir
uzlaşma yoxsa şikayət uluslararası
məhkəməyə verilə bilinər.
2.
Sözləşmədə
olan hər hansı Dövlət sözləşməyə qolçekərkən
və ona qoşularkən maddənin
1-ci paragrafindakı görəvini istəmiyə bilər.
3.
Bu
maddənin 2-ci paragrafına uyğun olaraq düzəlişlər
etmiş Dövlət, Birləşmiş Millətlər Təşkilatının
Genel Sekreterinə yazılı başvurmaqla bu düzəlişləri
geri götürə bilər.
Maddə
30
Bu
Sözləşmə Ərəb, Çin, Fransız, İngiliz,
İspaniyol və Rus dilərində Birləşmiş
Millətlər Təşkilatının Genel Sekreterində
olacaqdır.
Azərbaycan Türkcəsinə
çevirən
Efsane.S. Sayınqala
efsane.sevigin@hotmail.com