Abbas
Lisaninin Hüquqlarını Müdafiə Komitəsi
Press
reliz
Ərdəbil məhbəsində qeyri-insani şəraitdə
aclıq aksiyasını davam etdirən Abbas Lisaninin durumundan
narahat olan bir qrup Azərbaycan aydını Abbas Lisaninin hüquqlarinin
müdafiəsi istiqamətində səylərini birləşdirmək
qərarını verib.
Yeni yaranmış Abbas Lisaninin Hüquqlarını Müdafiə
Komitəsinə Amerika
Birləşmiş
Ştatları, Kanada, Norveç, İsveç, Böyük Britaniyada və
İranda yaşayan beynəlxalq təşkilatlarla iş
təcrübəsinə malik insan hüquq müdafiəçiləri,
yazarlar, həkimlər və tədqiqatçılar daxildir.
Komitənin məqsədi Abbas Lisaninin bir Azərbaycan
fəalı, siyasi məhbus və nəhayət bir insan olaraq
pozulan hüquqlarının qorunmasını təmin etməkdir.
Komitə qeyri-insani şəraitdə, şaxtalı
havada qızdırılmayan təkadamlıq kamerada saxlanmasına
baxmayaraq, aclıq aksiyasını davam etdirməkdə israrlı
olan Abbas Lisaniyə qarşı İran rejiminin məhv
siyasəti yürütdüyünü hesab edir və bu siyasətə qarşı
İran və dünya ictimaiyyətinin etirazını
səfərbər etməyi qarşısına məqsəd
qoyub.
Abbas Lisani Azərbaycanlıların milli və
mədəni hüquqları uğrunda mübarizəsinə görə
asayişi pozmaq, iğtişaş yaratmaq, rejimə qarşı
təbliğat, qanunsuz yığıncaqlar və
məhkəmədə Azərbaycanca çıxış etmək
kimi ittihamlarla 30 ay həbsə
və 3 il sürgünə məhkum olunub. Cənab Lisani aclıq
aksiyasına ailəsinə edilən davamlı təzyiqlərə
və özünün məhbus hüquqlarının pozulmasına etiraz
olaraq Yanvar ayının 1-dən başlayıb. Həbsxana
rəhbərliyinin hədələrinə baxmayaraq, aclıq
aksiyasını dayandırmayan Abbas Lisani yanvarın 18-də qızdırılmayan
təkadamlıq kameraya salınıb. Məhbusun ailəsi
və vəkili qida çatışmazlığından
zəifləmiş orqanizmin soyuq kamerada məhv təhlükəsi
altında olduğunu bildirir. Abbas Lisaninin ailəsi onun durumu
barədə məlumatları beynəlxalq təşkilatlara çatdırdıqlarına
görə davamlı təzyiqlərə məruz qalır.
Komitə üzvləri inanır ki, Abbas Lisaninin mübarizəsi,
bu mübarizə yolunda onun və ailəsinin üzləşdiyi
məhrumiyyətlər barədə məlumatları dünya
ictimaiyyətinə çatdırmaq, Güney
Azərbaycanda, İranda, və dünyada insanların milli,
mədəni hüquqları, söz azadlığı eləcə
də yaşamaq haqqının pozulmasına biganə olmayanların
etirazını səfərbər etmək vasitəsilə
Abbas Lisaninin və onun simasında İrandakı bütün
azərbaycanlı və qeyri millətlərdən olan siyasi
məhbusların problemlərinin həllinə yardımçı
ola bilər.
Komitə dünya ictimaiyyətini Abbas Lisaninin öz həyatını
hansı məqsədlərlə təhlükə altına atdığı
və İran rejiminin öz hüquqları uğrunda dinc mübarizə
aparanlara qarşı qeyri-insani davranışı barədə
məlumatlandırmağı öz vəzifəsi hesab edir.
Komitə üzvləri bu istiqamətdə göstəriləcək
hər hansı bir yardıma və təşəbbüsə görə
dərin təşəkkürünü bildirir.
Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinin
ünvanı:
e-mail:
lisani.info@yahoo.com
Əlaqə telefonları:
Faxtə Zamani (Kanada) + 1 604 677 2524
Nərgiz Nedayi (İsveç) + 46 735 68 78 82
Abbas
Lisaninin durumu ağırdır
Ərdəbil
zindanında qeyri-insani şəraitdə aclıq aksiyasını
davam etdirən Azərbaycanlı siyasi məhbus Abbas Lisani anası
ilə həbsxanadan telefonla danışıb. Ailəsi bildirir
ki, aclıq aksiyasının 29-cu günü Abbas Lisaninin sağlamlıq
durumu olduqca ağırdır. Abbas Lisaninin Hüquqlarını Müdafiə
Komitəsinin verdiyi məlumata görə, çoxsaylı etirazlardan
və beynəlxalq təşkilatlarının verdiyi
bəyanatlardan sonra Ərdəbil zindanının
rəhbərliyi Abbas Lisaninin saxlandığı kameranı gündə
bir neçə saatlıq qızdırmağa razılıq verib.
Amma kameranın gecə saatlarında hələ də həyat
üçün təhlükəli dərəcədə soyuq olduğu
bildirilir. Komitə siyasi məhbusun aclığı dayandırması
üçün edilən müraciətə minlərlə adamın imza atdığını,
lakin Abbas Lisaninin tələbləri yerinə
yetirilməyənə qədər aclığı davam
etdirmək əzmində olduğunu bildirir.
Əlavə
məlumat üçün:
Əlaqə telefonları:
Faxtə Zamani (Kanada) + 1 604 677 2524
Nərgiz Nedayi (İsveç) + 46 735 68 78 82