Güntay Gəncalp
Ruhi
Tuna
(Heykəlləşən
tarix)
Yaratmaq
insan xəyallarında var olan mücərrəd oluşa surət
vermə təlaşıdır. İnsan ruhunun sonsuzluğundan
yoğrularaq gerçək aləmə süzülüş sürəci kimi
anlatalım bunu. İnsanın öz surətini rəsm
etməsi. Heykəltəraş sənətçi mücərrəd
surətləri müşəxxəs biçimə dönüşdürər.
Yalnız bu öz nə deməkdir və onun tarixi, mitolojik, düşsəl
və estetik həcmi nədir əcəba? Heykəltəraş
sənətçinin ən çox sənət dili ilə,
sənətə məxsus üslubla cavab verməsi
gərəkən sonrun da budur. Ancaq bu cavablar bir quru cümlə
ilə tamamlanası deyildir. Bu cavablar sənətçi dünyasında
uzun zaman gəlişmə, şəkillənmə sürəcini
yaşar, öncə düşlərdə oluşum sağlanar, daha
sonra da heykəltəraş öz təxəyyülündəkini yonmağa
başlar. Bir surət heykəltəraşın ruhu işğal
edər və hekəltəraş bu surəti ruhundan gerçek
aləmə daşıdığı zaman onun da ruhu bu işğaldan
qurtulur. Sevdali və sevimli bir işğal. Tarixi örnkləri,
tarixi həcminə görə heykəltəraşlıq
sənəti ilə var etmə cəsarəti hər kəs
də bulunamaz. Çünkü yaratma əzmindən daha öncə yaradanın
təxəyyül, təfəkkür və sənət ruhu olaraq
tarixiləşməsi lazımdır. Heykəltəraş
tarixlə təsəvvür və təxəyyül aracı ilə
irtibat bərqərar edər, bu irtabatlara sənətçi həm
də öz estetik görüşlərini, acılarını,
mutluluqlarını əkləyib təsvirə çalışar.
Bu oluşum heykəltəraşın iç dünyasındaki gizlin,
kimsənin görməyəcəyi çalışmalar olsa
gərək deyə düşünürəm. Bəzən bir surət
həykəltəraşın yuxularına girər. Bu
sənətsəl fəaliyətlər bütünü sənətçinin
ruhi transformasionunun ürünüdür. İçsəl bir
hərəkətin oluşdurğu rəmzlərin
təsvirlənişi. Bəzən də sənətçi öz
xəyallarındakını gerçəkləşdirə
bilməz. Özü öz içindəki surətlərə heyrət
edər, heyrət yonulmaya, təsvilənişə imkan
verməz:
Nə
zibasən ki surət bağlamaz təsviri rüxsarın
Təhəyyür
surət eylər surətin çəkdikcə nəqqaşi (Füzuli)
Rüxsarın
təsvirini təsəvvürdə surətləndirmək
sənətçinin həyatıdır əslində. Çünkü
sənətçi öz təsvüründə surət verməyə çalışdığı
mücərrəd təsvirlərə bəzən elə
heyrət edər ki, onu yona bilməz, rəsm edə bilməz.
Mikel Anjel bunun açıq örnəyidir.
Ruhi
Tuna oyanan və kimliyini axtaran, kimliyinə qovuşmaq
istəyən bir ulusun sənətcisidir. Güney Azərbaycandaki
hadisələri bir bütün olaraq anladığımızda bu
ruhi yüksəlişin dəyişik sahələrdə təzahürünə
şahid olmaqdayıq. Ruhi Tuna əslində bu mənəvi yüksəlişin,
fikri oyanışın sənət və xüsusən
heykəltəraşlıq aləmində ən bəlirgin örnəyidir.
Ruhi Tuna Anadoluda Azəbaycanın heykəlini şəhər
şəhər yüksəldir. Azərbaycanın tarixi şəxsiyətləri
timsalında Azərbaycan Türkiyədə böyüyür, yüksəlir.
Sənət mahiyəti etibarı ilə dar mühiti sevməz,
geniş mühitə açılım sağlmağa çalışar.
Bu üzdən də ilk öncə bulunduğu öz mühitini genişlədər.
Bu şəkildə də Azərbaycan mühiti Ruhi Tuna yaradıcılığında
genişləyərək Türk Dünyası ilə və
evrənlə qucaqlaşır. Azərbaycandan başlayan böyümə
hərəkəti Türklüyün coğrafi, uyqarlıq, tarixi yazqısı
ilə qaynayıb qarışdıqdan sonra evrənə uzanır.
Hər bir hərəkətin bir başlanqıc nöqtəsi var,
hər canlının bir doğum zamanı olduğu kimi. Newton´dan
ölüm ayağında Tanrının varlığını
kəşf etdiyin öz fiziksəl hərəkət qanunlarınla
necə isbat edərsən deyə dorarlar və alim cavab
verər ki, kinat daimi hərəkətə keçmədən öncə
ona bir təkan verən, hərəkət qaynağı lazım
idi. Bu qaynağın adı Tanrı olsa gərək.
Azərbaycandan başlayan Ruhi Tunanın yaradıcılıq
hərəkəti vardığı hər yerə də
Azərbaycanı daşımaqdadır. Sənətdə daşınan
və insanların ruhuna işıq kimi əndərilən
vətən əxlaqı.
Zərrənin
daxili yarılsa əgər
Zərrənin
bətnində günəş görünər (İbn-i Sina)
Ruhi
Tuna qaranlıqları yararaq Azərbaycan adlı aydınlığa
qovuşur, vardıqları həqiqətləri heykəlləşdirir.
Türklük şüuru heykəllərin görünümü, giz dolu lal
dilləri ilə insanlıq tarixi üçün örnəkləndirilir. Böyləcə
də Azərbaycan qavramı, Azərbaycan dünyası ortamında
insanlıq həqiqətləri idrak edilir, gözlə görünür.
Yarpaq
damarların oxuya bilsən
Ağacın
tarixin onda görərsən (G.G)
Dünyanı
öyrənmək üçün öyrənim və dayanaq nöqtəsi
Azərbaycandır mesajını haykırmaqdadır Ruhi Tananın
əsərləri.
Ruhi
Tunanın əsərlərində Türk tarixi günümüzə daşınıb
və bütün ehtişamı, böyüklüyü ilə gözlə görünür
duruma gətirilir. Bir çox əfsanələr, mitolojilər
yaratmış sonra da özünü bu mitolojilərdə arayan, darıxan,
darılan Türk insanına canlı tarix örnəkləri sunmaqdadır
Ruhi Tunanın sənət əsərləri.
İnsan
öz surətin yada saldıqda
Bir
çox əfsanələr yaratmış bəzən
Darıxıb,
darılıb yolda qaldıqda
İndi
özün gəzir əfsanələrdən (B.Q.Səhənd)
Ruhi
Tunanın timsalında Azərbaycan Türklüyünün Anadulunu neçəinci
dəfədir fikir və duyğu seli anlamında feth etdiyini
dəqiq bilmirəm. Lakin Anadolu Türk milləti
tərəfindən fəth edildikdən sonra Azərbaycandan bir
neçə kəz böyük şaxsiyətlər bu torpaqların Türk
mənəviyat məkanına dönüşməsi üçün
hərəkətə keçmişlər. Onlardan birisi də
Əxilik sosial örgütlənmə modelinin dayanışma və
yardımlaşma örnəyi olaraq Azərbaycandan Anadoluya daşınması
olmuşdur. 13-cü əsrdə Təbrizdən bir erən qopdu.
Ona Şəmsi Təbriz derlərdi. Tanrı qatından
Anadoluya varılması istənmiş. Şəmsin
Təbrizdən Anadoluya vardığı gündən bu günə Səma
zənlik kültürü
dəvam edə gelmişdir. Şəmsi Təbrizinin yurtdaşı
olan Ruhi Tunanın yaratdıqlarının da min illər boyunca
Anadoluda yaşayacağı belli. Bu səbəbdan də Ruhi
Tunanın yaratdıqları indidən tarixə mal olmuş,
tarixiləşmiş olaraq görünməkdədir.