دَيرلي
وطنسئور و
ميلتچي
آذربايجانليلار!
سئويملي
باجيلار و
قارداشلار!
اوزونتويله
دئمهليييک
کي سون
آيلاردا بعضا
اي-مئيل
قروپلاريميز
و اينترنت
دوشرگهلرينده،
بير نؤوع
ادبسيز ادبياتين
و دئدي-قودولارين،
اورک
آغريلاريلا
ايرادهسيز
ايزلهييجيسي
اولموشوق،
کيمليگي بيزه
معلوم
اولمايان
مجازي شخصلر،
تانينميش بير
حقيقي يا دا
حوقوقي
شخصيته اوخ
آتيب، يايين
گيزلهدير،
ياراماز شر
ياخمالارلا
اونلارين
خوصوصي
حريمينه
توخونوب،
شخصيتلريني
ترور ائديرلر.
بئلهليکله
نهايتده
آراميزا
تفرقه ساليب،
صفلريميزي
پوزماغا
چاليشيرلار.
داها هامي
اوچون
آيديندير کي
بونلار يئني
مئيدانيا
گيرميش
يوزمينلرجه
گنجيميزي،
اورتادان
قاچيريب،
اسگي
چاليشقانلاري
پاسيوليگه
يؤنلديب و
نهايت حاقآختاران
حرکتيميزي
دورغونلوغا
طرف چکمک
ايستهييرلر
.
دوشمنلريميزين
طرفيندن
يئللهنرک،
اوردا-بوردا
آليشان بو
يانغينلار،
اصلينده اونو-
بونو دئييل،
هاميميزي
يانديرماقدادير!
بيز بئله بير
اخلاقسيز
داورانيشلار
و ادبدن
اوزاق
ادبياتين،
حورّيت و
اينسان
حاقلاري
يولوندا
جانيندان،
ماليندان
کئچن اولو
ميلّتيميزين
اؤولادلارينا
ياراشماديغي
و
ياپيشماديغيني دوياراق،
اونو
آذربايجان
فضاسيندا
تماميله
يابانجي بير
اخلاقيات و
ادبيات کيمي
قيمتلنديريريک.
عزيز
دوستلار
بيز عادي بير
آذربايجانلي
وطنداش کيمي،
هامينيزدان (بوتون
حقيقي و
حوقوقي
شخصيتلريميزدن)
ايسترديک کي
عوموم خالقا
خوصوصيله ده
اؤز ياخين -اوزاق
دوستلارينا
بير باشا
موراجيعتله،
اونلاري
دوشمنلرين
تؤطئهسينه
اويماييب،
دوزاقلارينا
دوشمهمگه
چاغيريب،
آييق - ساييق
اولمالاريني
ايستهسينلر.
عئيني حالدا
اينترنت
دوشرگهلرين
و اي-مئيل
قروپلارينين
حؤرمتلي
موديرلريندن
ايسترديک کي
بو خاريجي
عاميللرين
ايچريميزه
گيرمهلرينه
ايمکان وئرمهسينلر.
امينيک کي بو
مسئلهيه
هرطرفدن جيدي
ياناشيليرسا،
موقدس
يولوموز، داش-چينقيللاردان
و هرز اوت-علفلردن،
آرينيب،
تميزلنهجک.
اکبر آزاد
حسن راشدي
عليرضا
صرافي
8/11/1385
تاسوعا
آخشامي
Dəyərli
Vətənsevər və Millətçi Azərbaycanlılar!
Sevimli
Bacılar və Qardaşlar
Üzüntüylə
deməliyik ki son aylarda bəzən e-mail qruplarımız
və internet düşərgələrində, bir növ ədəbsiz
ədəbiyyatın və dedi-quduların, ürək ağrılarıyla
iradəsiz izləyicisi olmuşuq. Kimliyi bizə məlum olmayan
məcazi şəxslər, tanınmış bir həqiqi ya
da hüquqi şəxsiyyətə ox atıb, yayın gizlədir,
yaramaz şər yaxmalalarla onların xüsusi həriminə
toxunub, şəxsiyyətlərini teror edirlər. Beləliklə
nəhayətdə aramıza təfrəqe salıb,
səflərimizi pozmağa çalışırlar.
Daha
hami üçün aydındır ki bunlar yeni meydana girmiş yüz
minlərcə gəncimizi, ortadan qaçırıb, əsgi
çalışqanlarımızı da pasivliyə yönəldib
və nəhayət haqq axtaran hərəkitimizi durğunluğa
tərəf çəkmək istəyirlər....
Düşmənlərimizin
tərəfindən yellənərək, orda-burda alışan
bu yanğınlar, əslində onu-bunu deyil, hamımızı
yandırmaqdadır!
Biz
belə bir əxlaqsız davranışlar və ədəbdən
uzaq ədəbiyyatın, hürriyyət və
insan haqları uğrunda canından, malından keçən ulu
millətimizin övladlarına yaraşmadığı və yapışmadığını
duyaraq, onu Azərbaycan fəzsında tamamilə yabancı bir
əxlaqiyyat və ədəbiyyat kimi qiymətləndiririk.
Əziz
dostlar!
Biz
aadi bir azərbaycanlı vətəndaş kimi hamınızdan
(bütün həqiqi və hüquqi şəxsiyyətlərimizdən)
istərdik ki umum xalqa xususilə də öz yaxın-uzaq dostlarına
bir başa müraciətlə, onları düşmənlərin tövtiəsinə
uymayıb, duzaqlarına düşməməyə çağırıb,
ayıq-sayıq olmalarını istəsinlər.
Eyni
halda internet düşəgələrin və e-mail qruplarının
hörmətli müdirlərindən istərdik ki bu xarici
amillərin içərimize girmələrinə imkan
verməsininlər.
Əminik
ki hər tərəfdən məsələyə ciddi yanaşılırsa,
müqəddəs yolumuz, daş-çınqıllardan və hərzə
ot-ələflərdən arınıb
təmizlənəcək.
Əkbər
Azad
Həsən Raşidi
Əlirza Sərrafi
1385/11/8
Tasua
axşamı