Dəyərli Abbas bəy Leysanlı!
Bu vəsilə ilə sizdən xahiş edirəmki, aclıq aksiyasına son qoyasız.
2003- cü il Babək qalası yürüşündə " Azərbaycan Milli Hərəkatının" Ərdəbil şaxəsinin qalada oynadığı "Bayındır xan" nümyişindən göndərilən kaseti " Bütöv Azərbaycan Birliyində" göstərdikdən sonra bir fikir ortaya çıxmışdı. Siyasi təhlilçilər, Güney məsələsi ilə ilgilənənlər, milli dirçəlişimizi izliyənlər və ürəyi Azərbaycan eşqi ilə çırpınan bütün insanlar haqlı olaraq inanmışdılarki " güney azərbaycanda aparılan milli hərəkatımız artıq yatmaz - yatışmaz". Avrupa- Amerika və başqa yerlərdə yaşıyan dostlarımızda bu kaseti gördükdən sonra, cavablarında eyni fikirı gəlib çatdıqlarını bildirmişdilər. Mən bu düşüncəni qəbul etməklə birgə, beyin yarıqlarımda yaranmış fikir dağarcığımda başqa bir dəyərdə yer almışdı. Qətiyən qəbul etmişdimki, belə nümayişləri yazanlar, oynuyanlar, ona baxanlar və yüzlərcə ona tay milli varlığımızı göstərən yazı, şeir, söz və hərəkətləri ilə bu bxcanı suvarıb becerenlərin içindən böyük qəhrəmanlar çıxacaqdır. Bu ölçü dəyəri bugün "Azərbaycan Milli Hərəkatında " öz yerini tapmış və məntiqi usullara dayanaraq beynalxalq hüquq çərçivəsidə milli istəklərimizi dilə gətirənlərin sinə gərərək dirənməsi şovinizmi çıxmaza soxmuşdır. Zindanlardan yazılan açıq məktublar, qollarında zəncir - dillərində qıfıl ailələrində çətinliklərə baxmıyaraq cananə dirənişlər açıqca göstərirki" Gələcək Bizimdir". Umid edirəmki millətimizin haqlı istəkləri qarşısında qəmə- qəddarə bağlıyanların ağlı varsa başına gəlsin və bundan artıq bu məzlum ama məğrur millətimizin balalarını əzab- əziyətə salmasın. 80 ildir yalançı təbliqat və saxtakarlıqla aldatılmış bir millətin balarının özünə qayıdışının qarşısını almaq mümkün deyil. Bu millətin cavanlari bundan artıq əsəbləşirsə kimsənin sözünə qulaq asmadan tufağınızı başınıza çevrəcəklər.
Əziz soydaşlar,
Seviç xanim Təbrizlinin ürək ağrısı, eyni halda " Burla Xatun " qayqısı ilə eziz Ruqəyyə xanim Leysanlıya yazdığı məktubu sancaqlıyaraq huzurlarıza təqdim edirəm. Ürəyi insanlığa yanan, azadlıq sevən, insanların həyat və yaşayışına qayqı ilə yanaşan və nəhayət Azərbaycan yolunda fəaliyət göstərən bütün dostlarımızdan xahiş edirımki, Abbas bəy Leysanlının daha təsirli müdafiəsi üçün qollarını çırmalasınlar. Bizlərin bugün əlimizi - əlimizin üstünə qoyub seyirçi qalması milli hərəkətə vurulan böyük zərbə hesab ediləbilər. Xarici ölkələrdə yaranmış " aksiyon komitələri" dərnəklər, qurum və quruluşların boynuna bugün agır bir görəv düşməkdədir. Bu ağır şəraitdə milli borcumuzu yerine yetirməkdən dəyərli iş tapılmaz.
saygılarımla : Böyük Rəsuloğlu 25.01.2007