Amnesty İnternational Göstəricisi: MDE 13/125/2006

 

                                                                                                                                       08 Noyabr 2006

 

Üstəlik bilgi, bax UA 163/06 (MDE 13/063/2006, 8 İyun 2006) və izlə (MDE 13/105/2006, 19 Sentiyabr 2006) -  Qonuşulmaz tutuqlanma / İşgəncə vahiməsi / Tibbi qayğı / Vicdan Dustağı və Yeni nigarançılıq: Qamçılanma (fələqqə) vahiməsi

 

İRAN                                                 Abbas Leysanlı (yaxud Lisani), (kişi) 38-yaşlı, siyasi fəal


Abbas Lisani, Güney Azerbaycanın haqları uğrunda adlı-sanlı bir fəal (mətndə: İran Azərbaycanı verilmişdir), 26 Septiyambr 2006-da zəmanət ilə buraxılmışdı. O yinə də 31 Oxtiyabr 2006-da güvənlik məmurları tərəfindən tutuqlanmış ki, bəlli olası, bu iş üçün əmr vəsiqələri (ehzariyyə) yox imiş və İranın da dəxli olan qanununu pozmuşlar. Bu tutuqlanma onun üzərində olan neçə zindan qərarlarının birisinə bağlana bilər ki, bunlar onun ildəlik qurultaylarda yaxud başqa yığıncaqlarda iştirakından irəli gəlmişlər. İnanılır ki, o indi İranın quzey-batısı Təbriz Həbsxanasında Bölmə 7-də saxlanılmaqda. Amnesty International inanır ki, o bir vicdan dustağıdır və məhz bəyan və ünsiyyət haqqı üzrə sərbəstliyindən dinc yollar ilə istifadə etmək üçün həbs edilmişdir.

 

Bir qabaqkı tutuqluluq sürəsində, raportlara görə, Abbas Leysanlı məhbuslar tərəfindən azarlanıb və hədələnmişdi. Deyilənlərə görə, o qarın və böyrək xəstəliklərinə məruzdur və qabırğaları ağrıyır elə ki, bunlar da qabaqlarda tutuqlu ikən məruz qaldığı işgəncələrdən irəli gəlmişdir. Bu anda yetərincə tibbi qayğıya çatına bilməsi (access, ətçatan, dəstrəs; bax aşağıdakı nota) bəlli deyildir. Zahirən, tutuqlanma günündən bəri vəkilinə də çatına bilməmiş və həyat-yoldaşına təkcə bir dəfə görüş izni verilmişdir. Raportlara görə, həyat-yoldaşı da əri (eşi) uğrunda kampaniya aparma ucundan yaxalanma ilə hədələnmişdir.

 

Abbas Leysanlı bir gün buraxılandan sonra, yəni 27 Septiyambr 2006-da, Ərdəbilin Genəl Məhkəməsinin Şöbə 105-i orada 27 May 2006-dakı etirazlarda iştirakı üçün ona 10 aylıq həbs və 50 qamçı qərarı kəsdi; və xalq və dövlət malını dağıtmaqda barmağı olma; və eləcə də cəmaəti bu xəsarətlə nəticələnən etirazlara qatılmalarını həvəsləndirmə üçün cəzasını bu 6 aylıq qərar ilə üstələndi. O öz savunmasında iddia edir ki, etirazlar qeyri-qanuni deyildi, və o xalqı xəsarətçiliyə həvəsləndirməkdənsə, sakitləşdirici rol oynamağı bacardı. O göstərdi ki, bu baxımdan etirazlardan qalan video və başqa bəlgələrdən göz yumdular. İstinafının təqdimindən beş gün keçəndən sonra o yinə də yaxalandı. Onun ailəsi neçə gün sonra Ərdəbil İstinaf Məhkəməsindən bir hökm aldı ki, bu bəlgədə 10 aylıq həbs qərarını bir illik hökmə çevrilmiş, yəni üst-üstə 18 ay həbs olunur. Zahirən, bu hökm 50 qamçı qərarını təsdiq edib və üstəlik artırmış ki, onun cəzası Yəzd ustanının mərkəzi Təbəs-də 3 il məcburi sürgünlüklə daha qalanmışdır.

 

Amnesty İnternational bu qeyddə qalmış ki, Leysanlının dosyesi Ərdəbil İstinaf Məhkəməsinin apardığı yenidən yoxlayış işi, istər fakt və istərsə də hüquq baxımlarından, doğrucul deyildi (xala xatirin qalmasından ötrü idi). Abbas Leysanlının vəkili İLNA-ya verdiyi bir bəyaniyyədə dedi, “İran İslam Respublikasının qəzavət tarixində bu hökm misli-görünməmişdir, yaxud mən belənçi bir dosyedən soraqsızam ... Aşağı Məhkəmə mənim müvəkkilimə belənçi bir hökm kəsmədikdə, necə İstinaf Məhkəməsi öz-yanından bu cəza qalamağa yol verə bilər? ... İnanıram ki, bu hökm öz-xoşunadır və daha Yüksək Məhkəmədə buna qarşı mən etiraz edəcəyəm.” Amnesty İnternational Abbas Leysanlının istinafı gedişatı uğrunda aydınlaşdırma əldə etmək üzrədir, axı İstinaf Qanunun Maddə 4(2) belə ifadə edir ki, istinaf məhkəməsi cinayət dosyeləri barədə ilkin məhkəmə tərəfindən kəsilmiş qərari artıra bilməz məgər belənçi cəzanı qalamaq üçün müddəiyilümum (prokuror) özü istinaf təqdim etmiş ola.

 

Avqust 2006-da Kəleybərdə İnqilab Məhkəməsi “hökumətə qarşı təbliğat aparma” suçu ucundan Abbas Leysanlını yenidən mühakimə etmiş və bir illik həbs qərarı kəsmişdir. Bu qərar hazırda yoxlanış üzrədir. Məhkəmə hökmünə görə, suçların əsası bunlardan ibarətdir: 2003-də bir ildəlik yığıncaqda iştirak etmə; başqalarını bu yığıncaqda iştirak etmək üçün cəsarətləndirmə; Azərbaycan şeirlərini və başqa materialları burada bədii qəraət etmə; “Türk dilində” təqvim yayımlayıb və paylama; İnternet vasitəsi ilə mesajlar göndərmə; xaricdə dəstəkçilərinə zəng etmə; və Güney Azərbaycan (mətndə: İran Azərbaycanı) millətçiliyini və istiqlalını yüksəltmə niyyətində olma. Abbas Leysanlının üzərindəki bu suçlar ucundan Məscid-i-Süleymanda keçirilməli qabaqkı bir illik həbs qərarı bu əsasda ləğv olundu ki, Ərdəbilin İnqilab Məhkəməsi bu dosyeyə aid yetgisi yox idi və dosye Kəleybərdə yenidən məhkəməyə verilmişdi.

 

17 Avqust 2006-da Kəleybərin Şöbə 1 İnqilab Məhkəməsində Abbas Leysanlıya bir illik həbs kəsildi, ki suçu 2005-də Babək Qurultayında iştirakı ilə “sistemə qarşı təbliğat aparma” idi. Bu qərar cari surətdə istinaf gedişatı üzrədir. Ayrıca, Avqust 2005-də Məşrutə Günnündə Bağır Xanın Abidəsində anma törənində iştirakı üçün Abbas Leysanlı bir başqa təqsirləndirməyə məruzdur, lakin bu dosyenin yekunlaşması hələ üzə çıxmamışdır.

 

TÖVSİYƏLİK TƏDBİR: Lütfən tezliklə frasca, ərəbcə, İngiliscə, Fransızca, yaxud öz dilinizdə müraciətinizi belə yaza bilərsiniz:

·         Abbas Leysanlı üçün nigarançılığınızı ifadə edin ki o dinc yollar ilə 27 May 2006 etirazda iştirak etdiyi üçün yenidən tutuqlanmış, və qeydə alın ki, Abbas Leysanlı şəxsən zorakılığa müxalifdir və etiraz zamanı başqalarını da heç-üzünə zorakılığa təşviq etməyib;

·         İfadə edin ki, bu əsasda, Amnesty İnternational bu qənaətdədir ki, Abbas Leysanlı bir vicdan dustağıdır və məhz buna görə o həmən və şərtsiz buraxılmalıdır;

·         Yetgililərdən istəyin ki, Ərdəbil İstinaf Məhkəməsi gedişatına aid aydınlaşdırma gətirsin, illah qərarı şıdırğı yoxlanma üçün, və Məhkəmə Qəzavətlərinə qarşı İstinaf Qanunun Maddə 4(2) əsaslanaraq bir hökm prokurorun istinaf təqdimindən sonra qalana bilər;

·         Nigarançılığınızı ifadə edin ki, Abbas Leysanlının dosyesi aparılmış məhkəmə gedişatı üzrə doğrucul olamaya bilər, istər fakt üzrə və istərsə də qanun üzrə olsun;

·         İnadla tələsdirin ki, qamçılama qərarı həmən düşürülsün, axı bu elə özü işgəncədir;

·         Yetgililərə səslənin ki, Abbas Leysanlıya həmən və şərtsiz vəkilinə çatınma izni verilsin, ailəsinə davamlı və qaydalı görüş imkanı verilsin, və özü də gərəkən hər nə tibbi qayğıya çatına bilsin;

·         Abbas leysanlının salamatlığı üçün nigarançılığınızı ifadə edin və İran yetgililərinə səslənin ki, dustaq-dustağa yürüdən zorakılıq riskindən onu qorusunlar;

·         Abbas Leysanlının ailəsinin durumu üçün nigarançılıq ifadə edin, ki üzvləri dəfələrlə azarlanmış və yetgililər tərəfindən qara-qorxuya məruz olmuşlar, o cümlədən yaxalanma hədəsinə məruz olmuşlar.

 

MÜRACİƏT EDİN:

İslam Respublikası Başçısı-na

Alicənab Ayətullah  Seyyid Eli Xamnei; Vilayət-i-fəqih İdarəsi,

Şühəda Xiyavanı, Qum, İran İslam Respublikası 

Email: info@leader.ir yaxud istiftaa@wilayah.org

Faks: +98 251 774 2228 (qeyd edin: “Alicənab Ayətullah-ul-üzma Xamnei İdarseinin diqqətinə çatsın) Salamlama tərzi: Alicənab

 

Qəzai Quvvənin Sədri-nə

Alicənab, Ayətullah Mahmud Hashemi Şahrudi

Ədliyyə Nazirliyi, Park-i-Şəhr, Tehran, İran İslam Respublikası

Email: Lütfən farsca vebsitədən geri-bəsləmə (feedback) vasitəsi ilə email-inizi göndərin: http://www.iranjudiciary.org/contactus-feedback-fa.html

(Burada başlıq mətnlərin tərcüməsi belədir: birinci sətir: ad, ikinci sətir: email ünvanınız, üçüncü sətir: mövzu başlaığı və sonra da mətn qutusu)

Salamlama tərzi: Alicənab

 

ÜZÜNÜ GÖNDƏRİN: Yaşadığınız ölkənin İrana aid diplomatok təmsilçisi

 

LÜTFƏN MÜRACİƏTİNİZİ HƏMƏN GÖNDƏRİNİZ. 20 Dekabr 2006-dan sonra müraciət göndərsəniz, ölkənizdəki idarəmizlə yaxud Beynəlxalq Katibliyimizlə son durumu yoxlayın.

 

Tərcümeçinin Notu: İngiliscə “access” sözü bizim dildə daha yaxşı çatınmaq sözü ilə ifadə olunur (çatınma sözü “çatmaq” sözünün qayıdışlı halıdır, lakin bu sözlükdə yoxdur və çıxarmağa yeri vardır). Əlçatan yaxud “dəstrəs” çatınma qarşılığında kobud səslənirlər.