DAVUD
BƏYƏ CAVAB
Əziz,
Davud qardaşım Siz də olmasanız, M. Çöhrəqanlının
bir başqa tərəfdarının yazıya cavab
verəcəyini gözləyirdim.
Mən
Azadtribun saytının sahibinə təşəkkür
edirəm ki, mənim yazılarımı oraya yerləşdirmişdir.
Eyni zamanda üzr istəyirəm ki, onun saytını həm
də mübahisə stoluna çevirməli oluruq. Amma güman edirəm
ki, millətsevər bir şəxs kimi o, bunu bizə bağışlasın.
Çünki bu mübahisə şəxsi olmayıb, elə milli bir
məsələ üçündür.
Yazımdakı
orfoqrafik səhvlərə iradlarınızı haqlı sayıram.
Gərək yazını yoxlayıb göndərəydim. Amma buna
vaxtım yox idi və buna görə sayt sahibinə də bunu
bildirərək ümid edirəm ki, orfoqrafik səhvlər az
olsun yazmışdım. Amma hər halda, səhvlər olub.
Məsələn, ingilis qrafikası ilə yazdığınızda
vergül işarəsinin yerində Azərbaycan qrafikasında Ç
hərfi durur ki, bu da sürətlə yazma zamanı bəzən
avtomatik olaraq vergül yerinə ç hərfi düşməsinə
səbəb olur. Nəticədə iki yerdə ki, yerinə
kiç getmişdir. Səlist sözünü başa düşməməyiniz
təəccüblüdür
Amma
mənim iradım heç də Sizin yazınızın orfoqrafik
səhvlərinə deyildi. Yazınızda cümlə quruluşlarının
əksəriyyəti yerində deyildi. Cümlələrin coxunun
nə xəbəri bəlli idi, nə də mübtədası.
Əksinə bu yazınızda bu sarıdan ciddi müsbət
dəyişiklik vardır.
Əlifba
barədə dedikləriniz də yanlışdır və
təəssüf ki, Sizin o cümlələrinizdə mən irançılıq
və İran təbliğatının təzahürünü görürəm
Şimali Azərbaycana qısqanclıq və nifrət irançılığın
elemtinə çevrilmişdir.
Mən
Azərbaycanın keçmişində olmuş dövlətlərin
nailiyyətlərini rədd etmirəm. Əksinə,
Səfəvilər dövləti və onun qurucusu haqqında yazdıqlarımı
bir daha oxumağınız lazımdır. Burada bir daha yazım
ki, mən Şah İsmayıl Xətaini Azərbaycan tarixinin
fəxri sayıram.
Şeyx
Məhəmməd Xiyabani və Səttərxan Azərbaycanın
milli qəhrəmanlarıdırlar. Biz hər birimiz onlarla
fəxr edirik. Amma onların Azərbaycanın müstəqilliyi uğrunda
deyil, yalnız Iran daxilində islahatlar, Azərbaycanlılara hüquqlar
verilməsi uğrunda mübarizə apardıqlarını danmaq
olmaz. Xiyabani öz dövründə Şimali Azərbaycanda yetişmiş
Fətəlixan Xoyski, Rəsulzadə, Nəsib bəy
Yusifbəyli, Əkbər ağa İbrahimoğlu Şeyxülislamzadə
və sairləri kimi millətçi deyildi və Azərbaycanın
müstəqil dövlətini qurmaq ideyasına malik deyildi. Əksini
iddia edrsinizsə, bircə sənəd adı çəkin.
Qacarlara
gəlincə, onlar türk mənşəli olsalar da
Azərbaycan türklərinə həmişə yuxarıdan
aşağı baxmış və tam farspərəst olmuşlar.
İndi də onların nostalgiya ilə yaşayan nümayəndələri
xaricdə oturub bir Qacar evi yaramışlar və onların
saytına baxsanız Azərbaycan türkünü öyən, ona yaxşı
deyən bir kəlmə də yoxdur. Amma aryanizmdən, İranın
böyük aryan mədəniyyətindən bolluca dəm vururlar.
Siz
Türkçülüklə Türkiyyəni eyniləşdirirsiniz, əziz
qardaşım.
Türkiyyənin
bayrağı onun tarixindən qaynaqlanır. Bayraqların bu cür
yaranması, tarixi proseslər və nə vaxtsa mövcud olmuş
dövlətin bayrağının yenidən milli bayraq olması
barədə mənim yazımda vardı.
Azərbaycan
tarixində mövcud olmuş dövlətlərin bayraqlarına bu
keyfiyyətin verilməsinin çətinliyindən idi ki, 1918-ci ildə
Azərbaycan Xalq Cumhiriyyətinin parlamenti ona bir bayraq qəbul
etdi. Bu bayraq gənc bir millət kimi Azərbaycanlıların
tarixi və milli dəyərlərini bərabər nisbətdə
əks etdirir və buna görə millidir, əzizdir.
Yenə
də israrla GAMOH bayrağını Güney Azərbaycanın
milli bayraği adlandırırsınız. Əl çəkin
bu mənasız isrardan. O bayraq milli
bayraq deyil, GAMOH və Çöhrəqanlının bayrağıdır.
Sizin tərəfdarlarınızın o bayrağı qaldırmasına
etiraz edən və qısqanan yoxdur. Amma ona ümummilli yarlığı
yapışdırmayın. Digər təşkilatların
tərəfdarları vardır ki, başqa cür düşünürlər
və Sizin bu mənasız israrınız milləti bölür, parçalayır.
Mənə
elə gəlir ki, yazınıza bu qısa izahat kifayətdir.
Yazını Azadtribun saytının sahibindən min
dəfə üzr istəyərək yenə də onun üzərinə
göndərməli oluram. Amma bu Sizə də sonuncu cavabdır.
F.
P.S.
Ötən yazıdakı orfoqrafik səhvləri vaxtım çatan
qədər düzəldərək bir daha göndərirəm.
Babək bəy onu əvəzləyə bilərsə, elə
düşünürəm ki, yazını oxumaq istəyən digər
soydaşlarımıza da kömək etmiş olacaq.
P.S.S.
Mənə Qardaş və eləcə bəy deyə
müraciət edə bilərsiniz.