
در رابطه با
انتخابات 24
آذر در ایران
·
نقدی
بر تحلیل AMDT از شرایط
کنونی
·
اورهان
پاموک ایله
دانیشیق
|
|
Ön
söz |
AZeRBAYcAN Direnir ...
Dirəniş
Səsinin redaktoru
u gün dünya politikasının genişliyi
və onun bulanıq gəlişməsi artıq göz önümüzdədir.
bütün bölgələrin və dünyada, dövlətlər və
millətlər arası anlaşmaların və çatışmaların
güdümü öz ölkələrinin çıxarları gücləndirmək
açısından dəyərləndirmək gerçək bir doğaldir.
demokratiya və insan haqlarının qorunması, terörizm
ilə savaş aparma, bölgesəl və uluslararası istiqrar
və güvənliyin sağlanması başlıca dünyanın
ən önəmli mübahisələrində gedən mövzulardandır
eləcədə dünyanın dəngəsini əngəlliyə
bilən dəyişkənlərdir(mütəğəyyır) .
saydığımız dəyişkənlər bu gün Ortadoğunun
və bölgənin ön görüşlərində dövlətlərin
siyasi, ekonomik və nizami yapıqlarını formalaşdırır.
bu arada bir sıra demokratiya prosesləri üzərində gəlişən
ölkələr quzey Afriqa’dan Pakistan’a qədər uzanan çox
geniş bir coğrafiyada gerçəkləşən “Büyük
Ortadoğu Projesi” ortamında güc mərkəzinə dönmək
üçün və başqaları(iran, süriyə …) isə öz
diktator rejimlərinin bıqası üçün çaba göstərirlər.
abş-ın Afğanistan və
İraq saldırılarından sonra bölgədə, başlıca
ortadoğuda totalitar və diktator dövlətlər öz bıqalarını
qarantiya vermək üçün terörist qruplar ilə anlaşmalarını
və ittifaq yaratmalarını irəli sürürlər, ki bu
ittifaqların ən canlı örnəyi İran, Suriyə,
Hizbullah, Həmas olmuşdur. Iranın bu ittifaqda yer tutmasını
daha sağlayan son illərin olayları olmuşdur belə ki
İrana qarşı olan Səddam Hüseyn və talibanın
aradan qaldırılması bölgədə İranın terrorist
güclər və aşırı islamçılar ilə əlaqələrini
və iş birliyini yoğun bir dərəcədə artdıra
bilmişdir. indi isə İranın nüvə müzakirələri
Avropada qapanıldığı gündən bəri AB(Avropa
birliyi) və ABŞ , İrana qarşı çox amaclı iqtisadi
v.s yasaqlama planlarını həyata keçirməyə hazırlaşırlar.
yasaqlamaların həyata keçirilməsi, İranı bir neçə
il olaylara hamilə edə biləcək durumda İran
hakimiyyəti özünü qoruma şərti ilə dünya ilişkilərinə
girmə qərarına yenilmsi artıq umulur. dış
təhdidlər ilə yanaşı İran içində istiqlala
doğru gedən Türk, Ərəb, Kürd və Bəluç
hərəkətlərinin güclənməsi ciddi və güclü
bir faktör kimi öz milli hərəkətlərinin çıxarları
doğrultusunda dəngələri qurmaya
hazırlaşır.
Dünyanın dəngələri və
sistemləri mürəkkəbləşdikcə bu ortamda hər
bir dəyişiyin faktörü olma üçün qərarlı və complex
düşünmək gərəkir. eləcədə bu gün
Azərbaycan milli hərəkəti uluslararası ilişkilərin
etkisindən uzaq deyil və tam bir complex dəyişkənlər
içində yaşayır . Iranın quzey batısında
yerləşən güney Azərbaycan gələcəkdə baş
verən dəyişikliklərin göbəyində yer tutması
ilə olayların bu bölgədə izlənilməsini gerçəkləşdirir.
Güney
Azərbaycanda May ayının baş qaldırmaları,
Azərbaycan milli hərəkətinin dirənişi nə yerdə
olduğu və bölgədə güclü bir hərəkət kimi dünya
və bölgə güclərinə isbatladı. Bu gün İranın
böhranlarla üzləşdiyi zaman Azərbaycan milli
hərəkətinin fəalları içəridə və dışarıda,
içəri və dışarı həssasiyyətlərə ayıq
və bilikli davranmaları hər gündən artıq
gərəkir. indi Azərbaycan lobbisi, Azərbaycan milli
hərəkətinin qazandığı mövqedən, müstəqil
Azərbaycan məsləhətində görünən ittifaqlara qoşulması
ilə yaxşı beynəlxalq və BMT səhnələrində
çıxış edə biləcək duruma varmalıdır. bu
gün bir ön görüşlü, stabil və geri bəslənə
bilən sistemdə, içəri-dışarı təşkilatı
ortamda çalışmalar ilə yanaşı bütün işlərdə
məsuliyyətli və öhdəlikli davranma
gələcəyimizə aydın görüşlü perspektiv cıza
biləcək. elə bu üzdən hərəkətin bətnində
bütün gəlişmə elemanlrı və dəyişkənləri
incələləməklə yanaşı əngəl törədə
bilən elemanlara qarşı ağıllı və ayıq
davranmamız gərəkir. Azərbaycanın böyük çapda
dirənişini sağlaya bilən təməllərə ön
planda yer verdiyimizdə, Azərbaycan dirəndiyi qədər, bölgə
və beynəlxalq dizaynlarının dəngəsində ağırlığını
qazanacaqdır. Bu qazanclara doğru irəli...
|
|
Güney Azərbaycan Forumu |
GÜNEY
AZERBAYCAN
FORuMUNA ÖNERİ VE MÜRACİET

ərəfli
Azərbaycan milləti ;
Bu gün Bakıda keçirilən
«Güney Azərbaycan Forumu» artıq bizi sevindirir ki, quzeydəki
soydaşlarımız güney məsələləri ilə bağlı
geniş əməkdaşlıq münasibətlərini irəli
sürürlər. bununla yanaşı bütün Azərbaycan Aktuallarının
və təşkilatlarının vahid mövqedən ortaq savaş
yoluna varma çıxışları və güney Azərbaycan
millətinə qarşı həyata keçirilən repressiyaları
beynəlxalq qurumlar arasına daşıtdırma, milli savaşımızın
genəl cəbhəyə girmə prosesinin dönüş noxtasını
sağlayacaqdır diyə, düşünürük.
Azərbaycan milli dirəniş
təşkilatı(AMDT) belə bir tədbirin keçirilməsini
zəruri gördükdə bu qurultayı keçirənlərə özəlliklə
“AMİP” təşkilatına öz təşəkkürünü
bildirir və milli azadlıq hərəkatını üzərinə
götürmüş təşkilatların vahid və genəl
cəbhədə bir araya gəlmələrini umur.
Azərbaycan milli dirəniş
təşkilatı(AMDT) Azərbaycan sınırları içərisində
milli savaşımızı sistematik yürütmə doğrultusunda
yaranan təşkilat kimi öz himayəsini «Güney Azərbaycan Forumu»-ndan bildirir və umur ki,
dəyərli iştirakçılar və Azərbaycan təşkilatlarının
rəsmi təmsilçiləri AMDT-nin Güney Azərbaycan Forumunun
aparıcı komitəsinə sunduğu məktubu Azərbaycan
milli dirəniş təşkilatının rəsmi mövqeyi
kimi dəyərləndirsinlər.
Şərəfli
və sayğılı soydaşlar;
Bu gün güney Azərbaycanda
aparılan milli savaşımız, həssas günlərin keçirir.
Milli birliyimiz bu tarixi dönəmdə tarixin səhifələrinə
yazılacaq diyə, hər çeşid və tip bilgisizlik, milli
məsuliyyətsizlik Azərbaycanın milli yapıqlarını
sınıq çıxara bilir. Azərbaycan millətinin İranda
aparteid və şovinist sistemdə həyata keçirilən
siyasətlərə qarşı May ayında baş qaldırmasından
sonra milli hərəkətin öz içindəki dəyişikliklər
və bu yöndə millətin və
hakimiyyətin Azərbaycan milli hərəkəti qarşısında
tutduqları münasibətlər günü-gündən yeni fazlara keçir
belə ki, hərəkətin yürümə prosesində dərin
dəyişikliklər üz verir. Beləliklə gərəkdir
ki, bütün siyasi-ictimai təşkilatlar bu məsələyə
artıq önəm verib və həssas yanaşsınlar.
Əziz iştirakçılar!
artıq bizi düşündürən analitiklərə görə
içəridə Azərbaycan milli hərəkətinə
hakim olan durumu və hakimiyyət-millət münasibətlərini
hər cür bəzən yayımlanan şişirtmə və
şüardan uzaq diqqətinizə çatdırmaq istəyirik. hakim
olan durumun araşdırmasından sonra qısaca təşkilatın
Çözümləmələrini və bu hakim vəziyyətdən çıxış
yollarını önə çəkəcəyik. sonunda forum üzərinə
götürmüş və önəmsədiyi
Güney Azərbaycan məsələsini beynəlxalq qurumun
toplantısında gündəliyinə salınmasına və
siyasi ictimai təşkilatların cəbhə yaratmasına
dair missiyaları irəli sürülməsində çözüm yollarını
arayacağıq. olsun ki, “AMDT”-nin önəridiyi
dəyərləndirmələr genəldikdə milli savaşımızın
içəri və beynəlxalq səviyyələrində effektiv
duruma gəldiyini sağaltsın.
Güney
Azərbaycanın sınırlarının içərisindəki
bugünkü durum:
Bu gün
millətimizin milli şüurunun artımı yüksək ölçüdə
artmaqdadır. Çox yoğun ölçüdə bilimyurdular və işçi,
əkinçi, idmançı üstəlik xanımlar qatmanlarında
bulunan milli axım, var gücünü effektiv faza keçirməsini
|
|
Güney Azərbaycan Forumu |
artıq
başara bilmişdir. ümumiyyətlə kütləvi, ictimai
və elmi səhnələrdə Azərbaycan millətinin
əzilmiş və tapdalanmış ilkəl haqlarının
güclü sözü gedir. eləcədə bu milli düşüncənin artımının
sonucları, millətin çeşidli ictimai qatlarına aydıncasına
görünür. Azərbaycanlı öyrəncilər başqa ictimai
qatmanlardan bir addım irəli hərəkətin qabaqda
gedəni kimi milli savaşı irəli yürüdürlər. Öyrəncilərin
apardığı milli savaş bu gün ötən illərə
tərs aparteid hakimiyyətin bütün səhnələrdə
yaratdığı polisi və boğanaq ortamın təsirində
öyrənci qurumları və dərgilərinin qapanılmasından
sonra öyrəncilər bilimyurdu dışında olan milli
fəallar ilə əlaqələrini axtarıb və qururlar.
Bu əlaqələr artımının canlı sonucunu May ayının
həmahəng baş qaldırmalarında aydınlaşır.
May ayının baş qaldırmalarında öyrəncilər
bilimyurdu dışında olan fəallarla yanaşı milli
aksiyaların yürüdücü motoru kimi bulundular. Necə ki, güneydən
izlədiyiniz xəbərlərdə aksiyalar bilimyurdulardan başlanıb
şəhərlər içinə çəkildi.
İranda diktat hakimiyyətini və Fars şovinizmini,
Azərbaycan millətinin milli şüurunun yüksəlişi düşündürür.
Azərbaycanda milli hərəkətin yüksəlişini kontrol
altına almaq üçün və millətin aksiyalarını və
Istəklərini boğma qərarları almaq üçün yeni və
sərt mahiyyətli proqramlar planlaşdırır. Həyata keçirilən
metodların örnəklərini belə saymaq olur:
1
Azərbaycanda siyasi, əmniyyəti,
ictimai, yarqı və milli-mədəni fealiyyətlərin
və ortaqlaşmaların ödəntisini qat-qat yuxarı aparma.
2
Milli hərəkətin sadiq qüvvələrinə
və öyrəncilərinə siyasi, kültürəl, incə
sənət və ədəbiyyat dərnəklərinin açma
yasaqlığı.
3
Azərbaycan milli hərəkətinin
fəallarına qarşı sərt əmniyyəti davranmalar
və ağır məhkəmə qərarlarının
kəsilməsi.
4
Aksiyalarda dustaqda olan milli fəalları
amansız işgəncələrə məruz qoymaq.
5
Azərbaycan şəhərlərində
yayımlanan Türkcə dərgi və qəzetləri
səhnədən çıxarıb təzyiqlərə məruz
qoyma və Türkcə yazan qəzetçi və yazarlara
hədə-qorxu gəlmə.
6
Azərbaycan milli fəallarının
qatına sinmək, tərs fikirlər yaratmaq və qarışıqlıq
törətmə.
7
Sədaqətsiz və satılmış
insanları Azərbaycan milli fəalı kimi kütlə içində
tanıtdırmaq.
8
Azərbaycanın milli gücünün
potensiyasını aza yendirmək üçün Azərbaycan adına
saxta və oxşatma dərnəklər və dərgilər
yaratmaq və yaymaq.
9
Azərbaycan milli fəallarını
İran kamoyunda xarici qüvvələrə satılmış
siyasətini aparma.
10
Fars ziyalı
cəmiyyətlərinin içərisində federal dartışmalarını
qabartma və hərbə kimi Azərbaycan milli
hərəkətinin qarşısında istifadə etmək.
11
Azərbaycana açıqca zidd
mövqeyi olan partiyalara və qruplara aşağılatma
siyasətini aparma üçün hər cür yardım göstərmək.
12
Azərbaycanın və
qardaş ölkələrin milli kimliyini İranda keçirdiyi planlanmış
zidd-türk seminarlar və konqreslərdə
zədələmək.
13
Milli hərəkətin
fəallarının telefonunu eşidim cihazları ilə
kontrol altına alma üstəlik internet sitələrinə süzək
(filter) və kafinetlərə müxbir qoyma qərarları.
14
Milli fəalların işdən
çıxarılması.
15
Azərbaycan milli
hərəkətinin qarşısında dini
hərbələrlə uydurma siyasətini aparma.
16
və ...
Üstə
saydığımız şəraitin ortasında mübarizə
meydanı Azərbaycanın içində günü gündən milli
fəallara dar gəldikdə gizli və yeraltı mübarizə
seçimini məcburi üzdən seçilir. Gizli mübarizə metoduna qol
çəkən fəallar yeraltı cəmlər yaradıb,
gecələr CD və nəşriyyatı yaymaqla
hərəkəti pəsifikləşmdən qorumaq
istəyirlər. təəssüflə belə bir şəraitdə
şəxsi və ictimai səbəblərə bağlı
fikirlər milli savaşımızın irəliləməsini
əngəlləməkdədirlər. Bu günün durumundan asılı
duyulan yetərsizliklərdən ibarət olan bunlardır:
|
|
Güney Azərbaycan Forumu |
1.
Fəalların dışarı
ölkələr ilə əlaqələrinin kəsilməsi
2.
Şəhərlər arasında
fəalların təşkilati və sistematik əlaqələrinin
kəsilməsi
3.
Fəallar və çeşidli
qatmanların arasında əlaqələrin aza yenməyi
və dağınaq mövqelərdən çıxışlar.
4.
Millət içində nə qılım
nə edim ortamının yaranması və bəzən
bilgisizlik üzündən bəzi fəalların yaranan xeyirsiz ortama
körükləmələri.
5.
Önərilən teori və
tədbirlərin yetərsizliyi.
6.
Bir sıra fərdlər
və qrupların meydana gələn yersiz
mənimsəmələri və bundan törənilən anlaşmazlıq.
7.
Hərəkətə sadiq
niyyətli olmayan, qısqanclıq münasibətləri aparan
şəxslərin qabardılması.
Üstə
sayılan səbəblərə görə çoxlu Azərbaycan aktualları
təşkilati düzənləri və gizli özəkləmələri
ən yaxşı seçim kimi diktat hakimiyyətin döymə və
əzmə hərbələrinin qarşısında həyata
keçirirlər. Göründüyü kimi işin belə aparılması
irtica qüvvələri və Fars şovinistlərinin
hərbələrini qısır qoyur. Eləcədə
Azərbaycanın içində bu
yöndə böyük addımlar atılıb belə ki, Azərbaycan
milli dirəniş təşkilatı bu iddianın canlı örnəyidir.
indiki durumdan çıxış yoluna
stratejik çözümləmələr:
dəyərli vətəndaşlar”
Saydığımız örnəklər
və qanıtlar bugünkü Azərbaycanda yaşanan real gerçəklərdir.
Gerçəklərin üstündə müzakirə və dartışma
aparma ən sağlam və düzgün mübarizə yolunun seçimini qarşımıza
qoyacaqdır. Bu gün keçən aylarda baş verən olayların
və milli hərəkətin gəlişmə prosesinin
sonucunda bulunan kütlənin Azərbaycan milli hərəkətinə
rəğbətinin və istəyinin artmasını aydınca
hər yerdə duymaq olur. Yaranan əlverişli rəğbətlərin
potensiyasının gücünü effektiv duruma gətirmək üçün
ciddi şəkildə təşkilati düzənlərinin
sahmanlanması və irəli iş sürmə üsullarını
kəsinləşdirmək gərəklidir. içəridə
hərəkətə hakim yaradılan sərt polisi çevrədə
təşkilati işlər özünə özəl həssas yanaşmaları
tələb edir ki, təəssüflə milli
hərəkətin içində olan bir neçə qrupları və
qatmanları özəlliklə dışarı da etkin olan təşkilatlar
buna həssas mövqedən yanaşmırlar. Duyulan həssas mövqeləri
belə sıralamaq olur.
1
İçəridə lider yetişdirmə
prosesinin təbii gedişini eyni zəminləri yaranmadan əngəlləmək.
2
Beynəlxalq və daxili aşamaları
düşünmədən hərəkətin liderliyinə çalxalanan
bəzi qüvvələrin sınırlar dışında çalışmaları.
3
Hərəkatın təməl bünövrəsi
olan içəri qurumların və təşkilatların
yetərli qədər saport olmamağı və
dəstəklənmədiyi .
4
Federal məsələsinin qabardılması
ilə şovinist Fars dövləti milli hərəkətin əsas
köklərinə qarşı repressiya aparması.
5
Sınırların iç və dışında
vahid cəbhə və ortaq savaş yolu biçiminin ödənilmədiyi.
6
Beynəlxalq qurumlarda yetərincə
milli fəalların dəstəklənmədiyi.
7
Beynəlxalq qurumunun toplantısında
güney Azərbaycan məsələsinin gündəliyə
gəlmədiyi.
8
Diaspora cəmiyyətlərinin
və təşkilatlarının biri-biri ilə düşüncə
ayrılıqları və anlaşmazlıqları.
9
İranın təhlükəsizlik
ofisi agentlərinin bəzi milli mahiyyətli qruplar içində nüfuzu
və bundan belə ki onların doğru üzlərinin
mahiyyəti içəridən ifşa olunub ancaq yenə önəmsənilmir.
Bu gün iç və dış böhranı içində
bulunan İran diktatı və şovinisti, hakimiyyətini
qorumaq üçün addım-addım bəqa kartlarını üzə
çıxarır. böhranlardan bəslənən hakimiyyətin böhranlarla
qarşı qarşıya gəldiyi bu günlər artıq göz
önündədir. İran rejimi hakimiyyətinin təhlükəsizliyini
qarentiyə alınma təlaşları davamında
|
|
Güney Azərbaycan Forumu |
dünyanın super dövlətlərinə
meydan oxumalarına baxmayaraq hər cür nüvə ətrafında
olan müzakirələrə qatlanır. Beləliklə İranda
millətlər məsələsi və demokratiya prosesləri
super dövlətləri tərəfindən ikinci
dərəcədə önəmsənilir. bu arada və elə
bu həssas günlərdə içəridə hər cür
millətlərin milli istəkləri münasibəti uğrunda
aksiyaları İran rejiminin dış plotikasinin istabilitisini
əngəlləyə bilir və İran super dövlətlər
ilə nüvə müzakirələrinin aparılmasında basqının
artımını gözləməlidir. İran dövləti nüvə
sorununu təhlükəsini aza yendirmə qərarında, içəridə
olası baş verəcək aksiyaları sərt cavablandırma
proqramlarını planlaşdırır. günü gündən kontrol
atmosferinin ağırlaşdığını aşırı
islamçı və aparteid hakimiyyətin etirazlara qarşı
tutduğu mövqeyini aydınlaşdırır. belə şəraitdə
yararsızcasına kütləni həyəcanlandırmaq milli mübarizənin
gedişində mənfi təsirlər buraxdıqda əzmə-qırma
şəraitini irtica qüvvələrinə əlverişli
edə bilir. Milli savaşın alternativ və dinamik yürüdülməsi
üçün dış və iç əlaqələrinin sağlanması
ilə yanaşı millət içində mübarizə ruhiyyəsi
və milli hissin yüksəlişini canlandırma prosesini, təşkilatı
özəklər yaratmaqla həssas günlərdə aparma və
kontrol etmə bacarığını gerçəkləşdirilməsini
görevləndirilməlidir. Unutmamalıyıq ki Azərbaycanın
ictimai, siyasi, iqtisadi və məzhəbi potensiyası Kürd,
Ərəb, Bəluç millətləri ilə bir sırada
dəyərləndirmək istəyənlər və mübarizədən
umulan real gerçəklərdən uzaq davranmalar
Azərbaycan millətinin milli mübarizəsinə böyük
zərbələr vururlar.
Hörmətli soydaşlarımız:
Sonunda
bütün Azərbaycan milli təşkilatlarına və milli
aktuallarına başarı diləməklə bərabər
Azərbaycan milli məsələlərində dərin və
yetərli əməkdaşlıq aparmaq işi ilə yanaşı
vahid mövqedən çıxışlarını umuruq. Olsun ki Bakı
qurultayında alınan qərarlar günü gündən milli
hərəkətin beynəlxalq qurumlarda gündəmə
gəlməyini gerçəkləşdirməklə içəridə
gedən hərəkatın dirçəlişini bəsləsin.
Azərbaycan milli dirəniş
təşkilatı (AMDT)
|
|
Mehr
ayının biri |
Mehr
Ayının Bİrİ, Yenİ TEhsİlİ
İlİn
Başlanışı
MünasİbEtİlE
AMDT
-Enİn Bİldİrİşİ
04.09.2006

əyərli və şərfli
Azərbaycan milləti