BIR DAHA
BAYRAQ MƏSƏLƏSINƏ DAIR

Davud
qardaşımız Güney ve Quzey Azərbaycan torpaqlarının
120 il əvvəl ayrılmasını yazır, amma belə
deyildir. 1747-ci ildə Nadir şahın ölümündən sonra
Azərbaycan xanlıqlara parçalanmışdır və
həmin dövrdən sonra Azərbaycan torpaqları heç vaxt vahid dövlətin
tərkibində olmayıb. 1813-cü ildə isə Gülüstan müqaviləsi
ilə Azərbaycanın şimal (Quzey) hissəsinin Rusiya, Cenub
(Güney) hissəsinin isə Qacar sülaləsinin rəhbərliyində
olan İran tərəfindən işğal edilməsi
rəsmiləşdirildı (həmin vaxt rəsmən Persiya
adlanırdı və 1934-cü ildə Məhəmmədrza
Pəhləvi dünya dövlətlərindən tələb etdi ki,
ölkəni Persiya yox, İran adlandırsınlar).
1828-ci il Türkmənçay müqaviləsi ilə proses başa çatdı.
Yəni Güney və Şimal Azərbaycan artıq 260
ilə yaxındır ki, bir dövlətdə olmayıbdır.
Davud
qardaşımızın məktubu ilə bağlı bu
izahatdan sonra bayraq məsələsinə bir daha qayıtmaq
istərdim.
Əvvəlcə
onu bildirmək istərdim ki, müzakirələr yalnız o halda
bəhərli ola bilər ki, hisslərə, çılğınlığa
və mənəmliyə deyil, düşüncəyə,
digərlərinə və ümumi mənafeyə hörmətə
əsaslansın. Fərqli fikir deyən hər kəsi o saat
xəyanətdə suçlamaq, vətən yandım xarakterli
havayı bəyanatlar ve çılğın hisslərlə
məncə heç nəyə nail ola bilmərik.
Bayraq
məsələsini müzakirə edərkən təbiidir ki, qarşıya
çıxan ilk sual bu olacaqdır ki, bayraq olması zəruridirmi?
Əgər bu suala müsbət cavab əldə etsək (və
yalnız bundan sonra) bayrağın formasını müəyyən
etməyə çalışmalıyıq.
Güney
Azərbaycana milli bayrağın müəyyən edilməsinin
zəruri olub olmamasını aydınlaşdıra bilmək
üçün zənnimcə aşağıdakı suallara aydınlıq
gətirməyə çalışmalıyıq: I.Güney
Azərbaycana bayraq təklifi nədən qaynaqlanır? II. Milli
bayraq necə yaranır? III.
Bu şəraitdə milli bayraq qəbulu mümkündürmü və
təklif edilən rəmzlərdən hansınısa ümummilli
bayraq kimi qəbul etmək mümkündürmü?
IV. Milli hərəkatı bayraqdan qeyri şeylər
də simvollaşdıra bilərmi?
I.Güney Azərbaycana bayraq mübahisələri
nədən qaynaqlanır?
Güney
Azərbaycanda milli oyanışın yeni dirçəlişi
baylayan zamanlarda (1990-cı illərin ortaları) bu
hərəkatda olan bəzi insanlar Güney Azərbaycan üçün
simvollar axtarışına çıxdılar. Bu axtarış
bir sıra səsblərdən qaynaqlanırdı: 1. Elçibəy
hakimiyyətinin və daha sonra isə onun siyasi xəttinin
məğlubiyyətindən sonra bütöv Azərbaycan ideyasının
cazibədarlığına da zərbə dəydi. Bu həm o
mənada idi ki, bu ideyaya ümid azalmışdı, həm də
ona görə idi ki, bu ideya yenicə müstəqil dövlət olan
Azərbaycan Respublikasına əlavə problemlər doğura
bilərdi (hətta hökumət səviyyəsində
dəstəklənmədiyi halda belə). Digər
tərəfdən, keçmiş sovet ideologiyasının
yetirmələri olan HeydərƏliyevçi hakimiyyət canubla bağlı
hər-hansı fikiri belə eşitmək istəmir[1].
Bayraqla
bağlı fikirlərin yaranmasının
səbəblərindən biri də heç şübhəsiz,
hərəkatın zəif inkişafı idi. İran təbliğatı
altında əzilmiş olan güneylilərin çoxu hərəkatçılara
Azərbaycan Respublikasının casusu kimi baxırdılar. (Eyni
zamanda, Güney əhalisinin bir qismi hələ də Şimali
Azərbaycanı İrandan zorla qoparılmış ərazi,
ruslaşdırılmış və xristianlaşdırılmış
ərazi kimi təsəvvür edir). Nəticədə
Azərbaycan Respublikasının bayrağı ilə Güney uğrunda
mübarizəyə həm xaricdən, həm də daxildən
təzyiqlər olurdu.
Bütün
bu faktorlar tədricən Güney Azərbaycan fəalları arasında
özlərinin bayraqlarının olmasının vacibliyinə
dair fikir formalaşdırırdı. Onlara elə düşünürdülər
ki, Güney Azərbaycanın öz rəmzi kimi təqdim
ediləcək bayraq daha asan qəbul ediləcək və
bununla mübarizə asanlaşacaq, həm də kütləviləşəcək.
Amma zənnimcə, bu nəticə problemləri dərindən
analiz etməmədən doğmuşdu.
Beləliklə
də bayraq yarışı başladı və ətrafında
üç-beş adam olan da, olmayan da, savadli da savadsız da bayraq düzəltməyə
girişdi. Bu mənada GAMOH adlanan təşkilat daha qabağa
gedərək öz bayrağını hər yerdə Güney
Azərbaycanın milli bayrağı (və deməli, özünü
də Güneyin yeganə qanuni təmsilçisi) kimi təqdim
etməyə başladı ki, bu da məsələni daha da
qəlizləşdirdi. GAMOH Sovet KQB-si və İran ETTELAT-ından
əxz etdiyi bir prinsiplə onun bayrağını qəbul
etməyənlərin üzərinə hücuma da başladı
GAMOH, onun lideri və bayrağını qəbul etməyib
qarşı çıxan hər kəs xəyanətkardır
prinsipi bu təşkilatin fəaliyyətində rəhbər
faktora çevrildi. Nəticədə güney təşkilatları
arasında mübarizə daha da qızışmış oldu
və çox vaxt bu daxili mübarizə düşməni də, o düşmənin
əzdiyi Azərbaycan və Azərbaycanlıları da yaddan çıxarır.
Amma
doğrudanmı GAMOH-un bayrağı Güney Azərbaycanın
milli bayrağıdır (və ya hesab edilməlidir)? Doğrudanmı
təklif edilən bayraqlardan hər hansı biri bu gün milli
bayraq hesab edilə bilər? Bu suallara cavab tapa bilmək üçün
ilk növbədə Milli bayraq necə yaranır? sualına
cavab tapmalıyıq.
II. Milli bayraq necə yaranır?
Bu
gün dünyada hər bir dövlətin müəyyən rəmzləri
vardır və bunlardan ən mühümü bayraqdır. Dövlətlərin
bayraqları cox vaxt onların parlamentləri və ya digər
səlahiyyətli orqanları, bəzən isə hətta
referndum yolu ilə müəyyən edilmişdir.
Eyni
zamanda, regionların, şəhərlərin və s. də
bayrağı ola bilər və bunların da müəyyən
edilməsi demək olar ki, yuxarıda təsvir edilənlərlə
eynidir.
Amma
bu da bir faktdır ki, bir xalqın (xüsusən də qeyri-müstəqil
və ya azadlığı uğrunda mübarizə aparan) da bayrağı
ola bilər. Bəs bu bayraqlar necə meydana çıxır?
Bəzi
qeyri-müstəqil xalqlar (xüsusən Avropada) müəyyən
muxtariyyata malikdirlər və müxtar qurumların müəyyən
etdikləri bayraqlar milli rəmzlərə çevrilmişdir.
Asılı
(və ya sadəcə qeyri-müstəqil) xalqların bayraqları
daha çox onların tarixinin müstəqillik dövrünün məhsuludur
məsələn, uyğurların (Şərqi Türküstan dövləti),
Tibetin və s. bayrağı belə yaranıb.
Bəzi
xalqların bayraqları kimi qəbul edilən bayraqlar əslində
onların azadlığı uğrunda mübarizə aparmış
ən mühüm təşkilatın bayrağı olub. Belə
hallar azdır, amma vardır (Məsələn, elə
Fələstinin bayrağı əslində FAT-ın bayrağıdır.
Amma Fələstinin digər təşkilatları (o cümlədən
HƏMƏS) öz bayrağına malikdir və tədbirlərində
daha çox onu daşıyır)
Amma
qeyri-müstəqil xalqların çoxunun ümumi qəbul edilmiş
milli bayrağı yoxdur.
Göründüyü
kimi, belə ümumiləşdirmək olar ki, qeyri-müstəqil
xalqların ümumi bayraq kimi qəbul etdikləri bir rəmz olursa,
bu ya onların tarixinin müstəqillik dövrünün məhsuludur, ya
onların muxtar qurumlarının müəyyən etdiyidir, ya da
sadəcə tarixi proseslərin məhsuludur.
Azərbaycanlılar
İslamdan sonrakı dövrün əksər vaxtlarında orta Şərqdə
hakimiyyətdə olmuşlar. Onların hər hakimiyyətinin
də öz bayrağı olmuşdur. Eyni zamanda bir çox böyük tayfa
birlikləri də bayraqlara malik olmuşlar. Bundan başqa, Güney
Azərbaycanda 20-ci əsrdə iki dəfə müstəqillik
cəhdi olmuş, qısa müddətli faktik müstəqillik yaşanmışdır.
Amma
bu gün Güney Azərbaycan
üçün onun tarixində yer almış dövlətlərin bayraqlarının
və ya müxtəlif müstəqillik dövrünün bayraqlarının
milli bayraq kimi qəbul edilməsində bir sıra problemlər
vardır.
Birinci
problem budur ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri
istisna olmaqla, demək olar ki, heç bir dövlətin bayrağı
milli sayıla biləcək rəmzlərə malik olmamışdır.
Bu iki dövlətin bayraqları (Ağqoyunlularda yalnız ilk
vaxtlar) mavi rəngdə olub üzərində qoç şəkilləri
vardı[2].
Amma bu gün bu rəmzləri bayraq kimi qəbul etməyi məncə
heç düşünən də yoxdur.
Səfəvilərin
qurduqları Qızılbaş Məmləkəti dövlətinin
ilk illərini (1501-1537-ci illəri) Azərbaycan tarixinin qızıl
dövrü hesab etmək olar. Bu dövrdə dövlət tam bir milli dövlət
idi (Öz dövrü baxımından). Şah İsmayıl Türk xalqlarına
məxsus bir ənənə ilə Qurultayla (Ərzincan qrultayı)
rəhbər təyin olunmuşdu (baxmayaraq ki, onun şəcərəsi
və ruhani rütbəsi bunu onunçün onsuz da təmin edirdi). Bu
Qurultayda Azərbaycanın demək olar ki, bütün əsas tayfa
rəhbərləti iştirak etmişdilər. Xətainin
hakimiyyəti və ondan sonra Təhmasibin hakimiyyətinin ilk dövrləri
Azərbaycan dili, mədəniyyəti, musiqisi obalara sıxışdırılmaqdan
qurtuldu və hətta tarixində ilk dəfə öz böyük şəhərlərində
haklim oldu. Azərbaycan dili və mədəniyyəti hakim dil
və mədəniyyətə çevrildi, qısa dövrdə çox böyük
yüksəliş yaşamış oldu. Dövlətin
rəhbəri Şah İsmayıl Xətai özünü Persiya
və ya İran şahı adlandırmır, özünün Türmən
əşirətindən olduğunu bəyan edir və Qızılbaş
Məmləkəti dövlətinin Xaqan Cahangiri adlandırırdı.
Dövlətin ideologiyasi din üzərində qurulmuşdu Şiə
məzhəbinin Qızılbaşlıq təriqətinə
əsaslanırdı. Qızılbaçlığın əsas
elementləri Azərbaycan mədəni elementləri, türk ənənələri
ilə zənginləşdirilmişdi. Onun əsas fiqurları
ərəbcə dualar oxuyan mollalardan çox, Azərbaycan
dilində şer və musiqilər yaradaraq söyləyən aşıq-pirlər
idi[3].
Amma
bütün bu üstünlüklərinə baxmayaraq Qızılbaş
Məmləkətinin bayrağını milli bayraq hesab
edə bilmərik. O yaşıl rəng və günəşin döğması
fonundakı şirdən ibarət idi. Birinci İslamın
rəmzidir, ikincini isə farslar rəmzləşdiriblər
və bu artıq onların tarixi ilə bağlaşıb.
Nadirin
bayrağı və Qacarların bayraqları ilə bağlı
da eyni şeyi deyə bilərik[4].
Şeyx
Məhəmməd Xiyabani Güney Azərbaycanın ayrıca müstəqil
dövlət olması uğrunda mübarizə aparmırdı. O,
qeyrətli bir şəxs idi və Azərbaycan dilində
məktəblər görmək istəyirdi. Amma o, öz dövründə
Şimali Azərbaycanda fəaliyyət göstərən bir çox
ziyalıdan fərqli olaraq millətçi deyildi. O, İranın bütövlüyü
istəyirdi və müvafiq olaraq, onun bayrağı İran bayrağından
ciddi fərqli deyildi və milli əlamətlər daşımırdı.
Azərbaycan
Tarixinin nəhəng şəxsiyyətlərindən biri olan
S. C. Pişəvərinin lideri olduğu 1945-46-cı illər hökumətinin
bayrağı da milli rəmzlərdən təşkil
edilməmişdi və İran bayrağı üzərinə
sosialist rəmzlərinin artırılmasından ibarət idi[5].
Şimali
Azərbaycanda mövcud olmuş Azərbaycan Xalq Cümhiriyyəti
(1918-1920) tam mənası ilə milli bir dövlət idi. Onun bayrağı[6]
da milli rəmzlərdən təşkil edilmişdi Turk köklərinə
bağlılıq (Mavi və ya göy), İslam dininə
mənsubluq (yaşıl) və inkişaf istəyi (qırmızı)
bu bayrağın rəmzləridir[7].
Şimali
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu bayraq
Azərbaycan Respublikasının bayrağına çevrilmişdir
ki, bu da bayrağın Güneydəki hərəkatın bayrağına
çevrilməsi yolunda yuxarıda qeyd edilən maneələri
yaratmışdır.
Göründüyü
kimi, Azərbaycanın tarixində mövcud olmuş bayraqların
bəzisi milli bayraq ola bilməz, bəzisi heç yada düşmür,
Respublika bayrağı ilə bağlı problemi də qeyd
etdik.
III İndiki şəraitdə
hamı tərəfindən qəbul edilə biləcək
bayraq qəbulu mümkündürmü?
İndi
Güney Azərbaycan məsələsi ətrafında bir sıra
təşkilatlar yaranmışdır. Maraqlıdır ki, onların
əksəriyyəti xarıcdə yaranmasına baxmayaraq,
hər biri Güney Azərbaycanda daha çox dayağa malik olduğunu,
onun Güney adından danışmaq hüququnun hamıdan daha artıq
olduğunu idiia edir. Eyni zamanda bu təşkilatlar nəinki öz
aralarında birlik və ya koordinasiyaya malik deyillər, əksinə
onlar arasında rəqabət və hətta düşmənçilik
höhm sürür. Bu baxımdan da onların ümumi bir fikrə
gəlməsi mümkün deyildir.
Bu
rəqabət şəraitində ümumi qəbul ediləcək
bayraq nümuməsinin qəbulu nəinki mümkün deyildir, əksinə,
buna cəhdlər birləşdirmədən çox bölməyə
xidmət edir.
Bu
rəqabət şəraitində təşkilatlar öz adlarından
irəli sürdükləri təklifləri bəzən ümummilli
adlandırırlar ki, bu da qısqanclıqdan və s. əks
effekt doğuraraq düşmənçılıyı və təşkilatlararası
mübarizəni qızışdırır. Belə olan halda, bu
təşkilatların ümummilli mənafe xatirinə edə
biləcəkləri ən ağıllı iş öz
təkliflərinə ümummilli don geydirməmək oladı.
Amma təəssüf ki, bu nəinki edilmir, əksinə...
Bu
sahədə ən aktiv isə özündən başqa heç kəsi
tanımaq və qəbul etmək istəməyən
Mahmudəli Çöhrəqanlı[8]
və onun rəhbərlik etdiyi GAMOH təşkilatıdır.
Cənab Çöhrəqanlı həmişə bunu iddia edir
ki, milli hərəkatı o doğurmuşdur və s. Onun
tərəfdarları onu ümummilli lider adlandırmaqdan da çəninmirlər[9].
Cənab
Çöhrəqanlı və onun təşkilatı həmişə
Güney Azərbaycandakı milli hərəkatı öz adlarına
çıxmaqda israrlı olmuşlar. Bu
israrını sürdürə bilmək üçün o, bir bayraq forması
düzəltmiş və onu Güney Azərbaycanın ümummilli
bayrağı elan etmişdir. Halbuki, onun təşkilatından
kənarda olan demək olar ki, bütün təşkilatlar buna etiraz
edirlər.
Bir
az da bu bayrağa nəzər salaq. Əslində onun
rəngləri Azərbaycan Respublikasının bayrağının
rəngləri ilə eynidir, amma fərqli nisbətlə. Amma
sadəcə müəyyən rəngləri bir yerə yığmaqla
milli bayraq yaratmaq mümkündürmü?
Dünyanın
bir çox xalqlarının bayraqlarında Azərbaycan Respublikasının
bayrağında olan rənglər vardır. Elə bayraq vardır
ki, bu rənglərin üçü də orada vardır. Amma başqa düzülüşlə,
başqa konfiqurasiya ilə. Yəni, sadəcə
rəngləri bir yerə yığmaq Azərbaycan xalqını
ifadə edə, simvollaşdıra bilməz. Azərbaycan
Respublikasının bayrağı bilavasitə bizim tariximız,
köklərimiz, mədəniyyətimiz və taleyimizlə bağlıdır.
Bu bayraqda tarix və taleyimizin elementlərinin mütənasibliyi
qorunmuşdur. Ona görə o milli bayraq ola bilmişdir[10].
Amma Cənab Çöhrəqanlının
və onun təşkilatının israr və qəzəblə
hamıya qəbul etdirmək istədiyi bayraqda rəng yığını
olsa da onların məntiqi proporsiyası yoxdur, o milli ruhu
simvollaşdırmır və eyni zamanda bir ideoloji yükə
də malik deyildir və buna görə də təbii etirazla qarşılanır.
Eyni
şeyləri digərlərinin biçdikləri bayraqlar haqqında
da demək lazım gəlir. Çöhrəqanlı qədər
despotik düçüncəli olan Saleh İldırımın,
digərlərinin və ya Seyfəddin Altaylının
təklif etdikləri formalarda müəyyən məntiq, gözə
xoş gəlmə və s. ola da bilər. Amma illah da bu Güney
Azərbaycanın bayrağıdır deyib dayanmaq, hamının
onu qəbul etmək istəməsini tələb etmək yanlışdır.
Qoy bu sizin təşkilatlarınızın və
hərəkatlarınızın bayraqları olsun.
Tərəfdarlarınız tədbirlərə, mitinqlərə
bu bayraqlarla gəlsinlər. Çoxlu bayraq qaldırılması
milləti qətiyyən parçalamaz. Milləti parçalayacaq şey
bayraqların fərqliliyi deyil, hədəflərin
fərqliliyidir.
Bundan
başqa, milli mübarizədə olduğunu ifadə etməyin
yeganə vasitəsi hansısa bayrağı qaldırmaq deyildir.
Mili varlığı üçün düşündüyünü izhar etməyin başqa
yolları, bunu simvollaşdırmağın başqa üsulları
da vardır.
IV Milli hərəkatı
bayraqdan başqa şeylər simvollaşdıra
bilərmi?
Azərbaycan
Respublikasının bayrağı 1918-ci ildə meydana çıxıb.
Amma buna qədər də bu xalq vardı və onu xarakterizə
edən elementlər vardı.
Hər
bir millət üçün xarakterikdir ki, onun bayrağı olana
qədər onun mədəniyyəti, həyat tərzi, folkloru,
mübarizəsini və s. simvollaşdıran müəyyən
elementlər meydana çıxır. Əgər bayraq daha çox düşünülmuş
bir elementdirsə, yəni necə deyərlər, qondarma (yaratma)
elementdirsə, bəhs etdiyimiz simvollar əksinə, tarixi
proseslərin təbii məhsuludur və onlar yaddaşlarda daha
ciddi təsirə malik olur, daha güclü ruhi əhəmiyyətə
malik olur. Təsadüfi deyildir ki, demək olar ki, bütün xalqlarda
millətçi insanlar, hərəkatlar simvol axtararkən məhz
öz xalqlarının bu tarixi somvollarına müraciət
edirlər.
Bu
tarixi simvollar müəyyən işarələr, totemlər,
obrazlar (heyvan və s. obrazları) ola
bilər. Xüsusən, heyvan obrazları (totemlər) sivmolizmdə
geniş yayılmışdır. Məsələn, Albanlar
qartalı, Fransızlar xoruzu, Ruslar ayını və s. simvollaşdırmışlar.
Azərbaycanlıların totem simvolu barədə fikirlərimi
yuxarıda bildirdim. Lakin 20-ci əsrin əvvəlində Türkiyədə
Ərkənəqon əfsanəsinin milli hərəkatın
ideoloji əsasına keçməsindən sonra Boz qurd obrazı
Azərbaycanda da elə məhşurlaşıb ki,
təəssüf ki, soydaşlarımızın çoxu onu ümumən
türklüyün və bununla həm də Azərbaycan Milli
Hərəkatının simvolu kimi görürlər[11].
Eyni
zamanda müəyyən tarixi hadisələr sonralar müəyyən
mübarizələrin simvoluna çevrilir məsələn, Macarıstanda
Belqrad payızı və ya Azərbaycanda 20 yanvar və ya
Babək hərəkatının simvollaşması kimi. Mübarizənin
tərəfdarları həmin tarixi hadisənin ildönümlərini
qeyd etməklə o mübarizədə olduqlarını ifadə
etmiş olurlar.
Müəyyən
tarixi şəxsiyyətlərin simvollaşdırılması
təcrübəsi də məlumdur. Məsələn, Çe Gevara
Latın Amerikası ölkələrində inqilabların və
azadlığın rəmzinə çevrilib. Güney Azərbaycanda
da Babək və Səttərxanın əksləri, eləcə
də Koroğlu əksi eyni rolu azadlıq mübarizəsinin
rəmzi olmaq rulunu oynaya bilər. Bundan
başqa, Dədə Qorqud əksi hərəkatın simvollarından
biri ola bilər.
Həmçinin
milli mübarizələr üçün xarakterik olan hallardan biri də
milli qrupun xarakterik geyiminin simvollaşdırılmasıdır.
Məsələn, İspaniyadakı Bask hərəkatının
somvolu onlar üçün xarakterik olan formada geyinmiş üç kişi
fiqurudur. Həmçinin vaxtilə Hollandiyada milli mübarizə dövrünün
kəndli geyimi və ya Çexiyada Qusçuların geyimi simvol hesab
edilib. Bu mənada Azərbaycanda problemlər vardır. Son bir neçə
əsrdə vahid hesab ediləcək milli forma olmayıb. Bu
mənada bəlkə də uğurlu hesab edilə
biləcək variant Qızılbaş geyiminin yenidən
bərpa edilməsi ola bilər. Etiraf etmək lazımdır ki,
Qızılbaş baş geyimi dini məna ilə yaradılsa
da əslində Azərbaycanın türk (türkmən) tayfalarının
hakimiyyəti ələ alması və öz
mədəniyyətlərini hakim etməsinin də simvoludur.
Təsadüfi deyildir ki, Səfəvi dövlətinin farslaşması
1537-ci ildə Təhmasib tərəfindən Qızılbaşların
saraydakı rolunun sındırılmasından sonra başlamış,
Şah Abbasın onları hakimiyyətdən tam uzaqlaşdırması
ilə başa çatmışdı. Bu gün Qızılbaş baş
geyimini eyni cür bərpa etmək yox, ona işarə olaraq 12 qırmızı
zolaqlı baş geyimləri qoyaraq İrandakı rejimə
etiraz ifadə etmək olar.
Milli
varlığın qorunması yolunda atılan ən sadə addımlardan
biri də yeni doğulan uşaqlara milli adların qoyulması
və eləcə də fars mənşəli soyad formalarından
(pur, i, vi, ian, zada) imina edərək milli soyad formaları
qəbul etməkdir (mənsub olduğu ailənin (nəslin), ya
da babanın adına lı, li, lu, lü eləcə də lar,
lər çəkilçilərindən birini artırmaqla (məsələn,
Həsənli, Əzimli, Dümbüllü, Zülqədərli, Baharlı,
Qaragözlü, Əlilər və s kimi) (əslində nəsil
adlarının çoxu onsuz da li4 ilə bitir.), və ya
sadəcə ailə (nəsil, tayfa) adını soyad kimi
qəbul etməklə (məsələn, Afşar, və s.))
Yekun
olaraq bir daha o fikrə qayıtmaq istəyirəm ki, xaricdə
oturub qrultaylar, paltaq yığıncaqları keçirməklə,
bayraqlar biçməklə, bəyanatlar verməklə Güney
Azərbaycanın dərdlərinə dərman olmaq mümkün
deyildir. Bir daha bəyanat verən və bayraq biçən
cənablara xatırlatmaq istərdim ki, azadlıq mubarizənin,
qan və qurbanların məhsuludur, bəyanatların yox.
Elə hər biriniz deyirsiniz ki, içəridə minlərlə
tərəfdarınız var. Elə isə buyurun, o
tərəfdarlar bir özlərini göstərsinlər. Rejimin
də gözünün qorxudulması və əhalinin qorxu xofunun azaldılması
üçün rejimin qaniçən xəfiyyələrinin heç olmazsa bir neçə
nəfər azaldılması lazımdır. Rejimin qorxu aparatı
olan ETTELAT-ın demirəm Tehrandakı, heç olmazsa
Təbrizdəki binasının külünün havaya sovrulması
və o partlayışın səsiylə həm də
Azərbaycanlıların artıq zülmdən cana doyduqlarını
dünyaya bəyan etmək vaxtıdır. Rejimin Güney
Azərbaycanı idarə gücünü sarsıtmaq lazımdır. Bu
meydanda yarışa girin, bayraq qondarmaqda yox.
F.
[1]
Əksinə,
Bakı hakimiyyəti belə söz-söhbətlərin İranı
qızışdıracagından ehtiyat edir. Baxmayaraq ki,
İran rəsmi və qeyri-rəsmi səviyyədə
Azərbaycan üzərinə hücumlardan çəkinmir. Hətta
İranda elə ideoloji mühit yaradılıb ki, bir iranlının
İrana məhəbbəti Azərbaycan
Respublikasına nifrətlə qoşadır. Həttə Güney
Azərbaycanlı olan bir şəxs belə, əgər
irançıdırsa, Iranı sevirsə, bununla yanaşı
həm də Azərbaycan Respublikasını qısqanır,
çox vaxt isə ona nifrətlə baxır, onun yox olmasını,
iranın tərkibinə qatılmasını və s.
istəyir.
[2]
Mavi rəngin türk xalqlarının ümumi rəmzi hesab
edilməsini hamı bilir. Eyni zamanda, mənə elə
gəlir ki, Azərbaycan xalqının fərdi rəmzı
məhz qoç başıdır (və ya qoçdur). Bunu bir sıra
faktorlar da təsdiq edir- Azərbaycanın cənubundan şimalına
hər yerdə kiçikli-böyüklü qoç heykəlləri ən çox
rast gəlinən fiqurdur (at fiquru ilə birlikdə). Oğuzlarda
da qoç və at kəllələri (başı)
bərəkət, cəsarət, igidlik rəmzidir. Bölgələrimizdə
indi də evlərin, həyətlərin girişindən qoç
buynuzu və ya at başı asanlar vardır. Biz
igidlərimizə at ağızlı da desək də
onları ən çox QOÇ yarlığı ilə öymüşük
(məslən, Qoç Koroğu). Dilimizdə igid sözünün ən
sadə sinonimi QOÇaqdır. Kimisə ürəkləndirəndə
də Ha, qoçum və ya vur, Qoçum deyərik. Nağıllarımızda
xeyir və şərin rəmzi belə qoçdur (Məlikməmməd
nağılı) və s.
(O cümlədən, boz qurdun Azərbaycan xalqının
simvolu olması fikri də yanlışdır. Folklorumuzda
və s. bircə nümumə göstərə bilməzsiniz ki,
qurd tərif edilir. Əksinə, qurd folklorumuzda mənfi
obrazdır).
[3]
Azərbaycan tarixi və mədəniyyətini başa düşməyən
bəziləri bu gün də aşıq
mədəniyyətinə yuxarıdan aşağı baxır
və onların münasibəti Azərbaycan dili və
mədəniyyətini çoban dili və mədəniyyəti
hesab etmiş düşmənlərlə eyniləşir.
Halbuki, Aşıq mədəniyyəyi Azərbaycan dilinin
qorunmasında, zənginləşməsində tariximizin
əksər hissəsində ən mühüm rola sahib olmuşdur.
Azərbaycan dili tarixinin böyük hissəsində hakim dil,
idarəçilik və təhsil dili olmamışdır. Əksinə,
sıxışdırılmışdır. Saraylarda və
şəhərlərdə yaşayan ziyalıların
əksəriyyətinin (uzun müddət hamısının)
fars və ərəb dillərində yazması da yad
dillərə verilən üstünlüyün və onlara meylin göstəricisi
idi. Dilimiz məhz aşıqların, aşıq musiqisinin
o zamankı cazibəsi sayəsində qorunmuş, inkişaf
etmişdir. (Məsələn, erməni və gürcülərdə
bu işi kilsə həyata keçirirdi). Bundan başqa, aşıq
ədəbiyyatı sayəsində ölkəmizin ayrı-ayrı
yerlərində ləhcə fərqləri dərinləşməmişdir
(halbuki, vahid dövləti olmayan bütün xalqlar üçün bu
xarakterikdir ləhcə fərqləri o qədər
dərinləşir ki, onlar arasında başadüşülməzlik
yaranır məsələn, kürdlər (soranju, kurmanju
və s.), Ukrayinlər (Podilyan, Volinyan, Slobodan və s.),
Almanlar (Bavarya və s.) və s. kimi). Aşıq musiqisi
və ədəbiyyatının cazıbəsi o
qədər böyük olmuşdur ki, dilimizi nəinki özümüzə
sevdirib qorumuş, hətta başqalarına da aşılamışdır
ermənilər belə Azərbaycan dilində şerlər
yazmışlar (erməni aşıqları Sayat Nova, aşıq
Aves və s.). Aşıq ədəbiyyatının
məhəbbət mövzulu dastan və şerləri insanlarımıza,
xüsusən də gənclərə dilimizi sevdirmiş,
qəhrəmanlıq dastan və şerləri isə onları
hakim xalqlar qarşısında mənəvi əzilməkdən
xilas etmişdir.
[4]
Üstəlik,
Qacar hakimiyyəti Azərbaycan mənşəli olsa da
Azərbaycan mədəniyyətinə yad baxırdı
və İrançılıq ruhu ilə həddən artıq
çox yüklənmişdi. Bu mənada bəzi güneyli qardaşlarımızın
Azərbaycanın neçə-neçə şəhər və
kəndlərini işğal etmiş, Qacarların İrançı
hakimiyyətinin Azərbaycandakı işğalçı
komandanı olan Abbas Mirzəni ilahiləşdirməyə,
əzizləmə çalışması təəssüf doğurur.
[5]
Etiraf etmək lazımdır ki, Pişəvəri öz
millətini və onun dilini nə qədər sevsə
də İran bütövlüyü tərəfdarı olaraq qalırdı.
M. Bağırovun və Qılman İlkinin təkidlərinə
baxmayaraq, o, Güney Azərbaycanın müstəqilliyinə
tərəfdar deyildi.
[6]
Bayraq dekabr 1918-ci ildə Fətəlixan Xoyskinin təklifi
ilə parlament tərəfindən təsdiq edilib.
[7]
Çox vaxt həmvətənlərimiz
M. Ə. Rəsulzadəni Azərbaycan Xalq
Cumhiriyyətinin rəhbəri, hətta onun qurucusu adlandırırlar.
Halbuki, M. Ə. Rəsulzadə sadəcə olaraq parlament üzvü
olmuşdur. O, cümhiriyyətin qurucuları sırasında
idi, lakin onların rəhbəri deyildi. Eyni zamanda onun
mənsub olduğu Müsavat partiyası ilk vaxtlar müstəqilliyin
əleyhinə olmuşdur. O, hökumət və ya parlament
rəhbəri də olmamışdır. Rəsulzadənin
əsas rolu Cumhiriyyətin işğalından sonra başlanmış,
o, xaricdəki mühacirət hərəkatının
rəhbəri olmuşdur.
[8]
Mahmudəli Çöhrəqanlı məhdud dünyagörüşlü,
despotik düşüncə tərzli tipik iranlıdır. Onun
hərəkətlərinin çoxu imitasiya və təqliddir.
Onun despotik və məhdud dünya görüşü ona yalnız
despotik nümunələri təqlid üçün seçməyə imkan
verir. Üstəlik onun ifasında bu despotik nümunələr
daha da kobudlaşır.
[9]
Maşallah, biz ümummilli lider sarıdan bol millətik.
Şimali Azərbaycanda Heydər Əliyev ümummilli liderdir
tariximiz ondan başlayır, dövlətin qurucusu, xalqın
yaradıcısı Odur. Güneydə də ində M. Çöhrəqanlı
üçün eyni təriflər başlayıb. Amma nə işdirsə
bu cür böyük milli liderləri olan bu yazıq millətin
yarısı yesir, yarısı da əsirdir.
[10]
Məhz buna görə də mən Güney Azərbaycan təşkilatlarının
özlərinə bayraq biçərkən rənglərin bu
mütənasibliyini saxlamalarının tərəfdarıyam.
Edilə biləcək deyişiklik isə bəlkədə
rənglərin simvollaşdırdığı
elementlərin məntiqi ardıcıllığını möhkəmləndirmək
üçün yaşıl və qırmızı zolaqların
yerinin deyişdirilməsi yaşılın ortaya keçirilməsi
olardı. Bu zaman təm məntiqi ardıcıllıq daha möhkəm
olar (Türk kökü, İslam mədəniyyəyi, Müasirlik),
həm də faktik olaraq Azərbaycan Respublikasının dövlət
bayrağından fərli bir bayraq meydana gələrdi.
[11]
Etiraf edim ki, mən Boz qurd obrazinin Azərbaycanlılar üçün
qəbuledilməzliyinin tərəfdarıyam.