
Azərbaycan
Fedrasiyonu-İsveçin(AFİ)
İran
rejimi tərəfindən həbs olunmuş milli hərəkat
fəalları ilə bağlı dünya ictimaiyyətinə,
beynəlxalq təşkilatlara və soydaşlarımıza müraciəti
Dəyərli xanımlar və cənablar!
Hamınızın
bildiyi kimi, İran adlanan ölkədə qeyri fars
millətindən olan bütün insanların mədəni,
mənəvi və insan haqları tapdalanmaqda, bu haqlar uğrunda
mübarizə aparmaq istəyində olanlar isə Tehran rejimi
tərəfindən müxtəlif metodlarla öldürülməkdə,
təqib olunmaqda, həbsxanalara salınaraq ağır işgəncələrə
məruz qalmaqdadırlar. Təqiblər və həbslər bu
ilin may ayında İran adlı rəsmi dövlət
qəzetinin səhifələrində dərc olunmuş
karikatura vasitəsi ilə Türk millətinin təhqir olunmasından
sonra daha geniş vüsət almışdır. Davamlı
təhqir və aşağılanmalara dözüm
gətirməyən İran adlanan ölkədə yaşayan türk
milləti bu hadisədən qəzəblənərək küçələrə
çıxıb öz sivil mübarizələrini davam etdirmişlər.
Bu hadisələr zamanı coxlu sayda söydaşlarımız öldürülmüş,
yaralanmış, həbs olunmuş, həbsxanalarda işgəncələrə
məruz qalmışlar.
Bu
günlər həbsxana divarları arasında işgəncə görən
65 yaşlı mədəniyyət xadimi Həsən Hergüli(Azərbaycanı)
aclıq aksiyasına başlamış və hazırda onun
həyatı sön dərəcədə ağır bir duruma düşmüşdür.
Əkbər Azad, Abbas Lisani, Həsən Ərk, Yürüş
Mehrəlibəyli və yüzlərcə digər milli
hərəkat fəalı yenidən həbsə salınaraq işgəncə
görməkdədirlər.
Biz
çox təəssüf edirik ki, bu hadisələr dünya
ictimaiyyətinin gözləri qarşısında baş versə
də, kimsə köməksiz qalmış bu insanlara yardım
etmək iqtidarında deyildir. Çünki, insanlıqdan uzaq olan, din
pərdəsi altında maskalanmış Tehran rejimi hələ
ki, dünyanı aldatmaqda və bütün dünyaya meydan oxumaqda davam edir.
Biz,
İsveçdə yaşayan mühacir Azərbaycanlıların yaratmış
olduqları federativ bir təşkilat olaraq, dünya
ictimaiyyətinə, insan haqları ilə məşğul olan
beynəlxalq təşkilatlara və eləcə də bütün
soydaşlarımıza müraciət edərək, təkidlə
aşağıdakıları istəyirik:
1.
Milli haqları uğrunda mübarizə aparan İranda yaşayan
Azərbaycan Türklərinin hüquqları müdafiə olunsun.
2.
Milli mücadilə aparan Güney Azərbaycan Türklərinin haqlı
mübarizəsi dünya ictimaiyyətinin və insan haqları ilə
məşğul olan beynəlxalq təşkilatların
diqqətinə çatdırılsın.
3.
Haqsız yerə həbsxanalara salınmış və işgəncələrə
məruz qalmış insanların azadlığına nail
olunsun.
4.
Həbsxana divarları arasında aclığa başlamış
65 yaşlı mədəniyyət xadimi Həsən bəy
Hergülidən(Azərbaycani) aksiyanı dərhal dayandırması
xahiş edilsin.
AFİ
olaraq, bəyan edirik ki, biz hər zaman insan haqlarını
və milli mübarizəni müdafiə etmişik, bundan sonra da müdafiə
edəcəyik.
Azərbaycan
Fedrasiyonu-İsveçin
Baş
Komitəsi
2006.11.01