BAKI ŞƏHƏR İH-dən
AXCP-inin müraciyyətinə QADAĞA
AXCP isə aksiyaın keçiriləcəyi
ilə bağlı mövqeyini dəyişməyib
Xəbər verildiyi kimi AXCP
“Azadlıq”qəzetinin binasından çıxarılmasıyla
bağlı Əmlak Komitəsinin İqtisad
məhkəməsinə müraciətinə etiraz olaraq noyabrın
2-də Prezident Aparatının,
Bakı Şəhər
İH-nin və Əmlak kKomitəsinin yerləşdiyi
binaların yerləşdiyi ərazidə piket keçirilməsi
üçün şəhər meriyasına xəbərdarlıq
məktubu göndərmiıdir. Bu gün Bakı şəhər
İH cavab məktubu göndərib. Cavabda bildirilir: ”Sərbəst
toplaşmaq
azadlığı haqqında»
Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin
1-ci bəndinə uyğun
olaraq Azərbaycan
Respublikasının qanunvericilik, icra və məhkəmə
hakimiyyəti
orqanlarının
yerləşdiyi binaların ətrafında 300 metr radius çərçivəsində
yığıncaqların,
mitinqlərin
və nümayişlərin
keçirilməsi
qadağandır.
Bundan
əlavə
«Sərbəst
toplaşmaq
azadlığı haqqında»
Azərbaycan Respublikasının
Qanununa müvafiq
olaraq Bakı şəhər
İH başçısının 318 saylı 27 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə
Bakı şəhərində toplantıların,
mitinqlərin
və küçə yürüşlərinin
keçirilməsi
üçün yerlər
ayrılmışdır.
Həmin
yerlər
haqqında
məlumat
«Azərbaycan»
qəzetinin
243 saylı
29 oktyabr 2006-cı
il tarixli nömrəsində dərc olunmuşdur.
Odur ki, Bakı şəhərində
toplantı,
mitinq, nümayiş və ya küçə yürüşlərinin
keçirilməsi üçün
ayrılmış yerlərdən Bakı
Şəhər İH birini seçərək, qanunvericiliyin tələblərinə müvafiq olaraq yazılı xəbərdarlığın -
Bakı Şəhər İH
nə
göndərilməsi tövsiyyə olunur.”
Cavab
məktubna münasibət
bildirən AXCP sədrinin müavini Həsən Kərimov Bakı
Şəhər
İH-nin növbəti dəfə qanunları
pozuruğunu qeyd edib. ” Biz onlara
mitinq və küçə yürüşüylə bağlı deyil konkret
ünvan gösterməklə piket keçirməklə bağlı müraciyət
etmişdik. Meriya isə bizə yürüşlə bağlı marşurut
təklif edir”. AXCP yetkilisi cavab məktubunda
istinad edilən
Azərbaycan
Respublikası
Qanununun 9-cu maddəsinin
3-cü hissəsinin
1-ci bəndinə
işarə edərək “Biz planlaşdırdığımız
aksiyanı məhz bu qanuna uyğun olaraq nəzərdə
tutulan binanın 300 metrliyində keçirəcəyik ” deyib.