Parçalanmağa məruz qalmış
Azərbaycan Federasyonu-İsveçin (AFİ)VIII
Birlik Qurultayı
uğurla başa çatdı.
Ötənilki qurultay zamanı ikiyə parçalanmağa
məruz qalmış AFİ oktrabrın 28-29-da Yoteborq şəhərindəki
Azərbaycan evində 8-ci Birlik qurultayını keçirdi.
Qurultayda AFİ yarandığı vaxtdan indiyədək ilk
dəfə olaraq 23 təşkilatdan seçilmiş 107
nəfər mandatlı nümayəndə iştirak edirdi. Parçalanmış
tərəflərin hər ikisinin və hələlik
federasyonun üzvü olmayan bir neçə neytral təşkilatın da
qatıldığı qurultay iki günlük fəaliyyətdən
sonra hamını bir araya gətirə bildi. Bu qurultaydan başlayaraq
artıq İsveç azərbaycanlılarılarının
fəaliyyəti bir arada olacaqdır. Qurultayda Əli Mollazadə,
Əfsanə Sevigin, Əli Ağayev, Məmmədrza Ağapur,
Teymur Eminbəyli, Səttar Sevigin, Siyavuş Yusifli, Səid
Əzizi və Bəhmən Nəbizadədən ibarət
hər üç fraksiyanı təmsil edən 9 nəfərlik baş
komitə seçildi. Qurultay Azərbaycanın milli bayrağı
və dövlət himnimizlə başlasa da, bir sıra güney
Azərbaycan təşkilatlarının bayraqlarının da
masalar üzərinə qoyulmasına razılıq verildi. Tam
demokratik bir ab havada keçirilən bu qurultayın əsas
məqsədi hamının bir arada olmasına və milli varlığımızın
tanınması yolunda təşkilatlarımızın
birləşməsinə yönəldiyindən tədbir bayram
əhval ruhiyəsində başa çatdı.
Qurultayin başqanı yeni nizamnaməyə
əsasən səsvermə zamanı ən çox səs toplamış
Məmmərdza Ağapur seçildi.
Xatırladaq
ki, İsveç mühacir azərbaycanlıların ən çox
məskunlaşdığı ölkələr sırasında,
AFİ isə soydaşlarımızın yaratmış
olduqları çeşidli qurumları federasiya şəklidə
bir araya gətirmiş dünya ölkələri içərisində
yeganə Azərbaycan təşkilatlatıdır. Yarandığı
gündən indiyədək müstəqil fəaliyyətə üstünlük
vermiş bir çox təşkilatlarımız kimi bu təşkilatın
da başı üzərindən soyuq küləklər əsməsinə
baxmayaraq, AFİ yenə də ayaqda dura bildi. Buna, bir neçə
ay öncə İsveç dərnəklərinin bir araya
gələrək yaratmış olduqları birləşdirmə
komisiyasinin gərgin fəaliyyəti səbəb olsa da, bu ölkədə
yaşayan soydaşlarımızın əzm və iradəsi
həlledici rol oynadı.
Sevindirici haldır ki, bir sıra bəd
niyyətlərin hücumu qarşısında zəifləməyə
məruz qalmış AFİ bu gün yenə
də onlarla dərnəyi, yüzlərlə insanı öz sıralarında
birləşdirmək missiyasını yerinə
yetirməkdədir.
Qurultayın sonunda İsveçdə
yaşayan ünlü sənətçimiz Araz Elsəs üsyankar mahnıları
ilə soydaşlarımız qarşısında çıxış
etdi.
