İran
hakimiyyəti Sünni Türk şairinə əzizləmə törəni
keçirdi

Urmu News(28 oktyabr):
Urmiyəli tanınmış şair və din alimi
Dədə Katibə (4 aban, 26 oktyabr) cumə axşamı
(saat 14:00-də əzizləmə törəni keçirildi. Törən
şairin yaşadığı qəsəbə Quluncuda
və batı Azərbaycan İrşad idarəsi
tərəfindən düzənlənmişdir.
Batı Azərbaycanın Sünni məzhəb Türklərindən
olan və bu bölgələrdə Hənəfi fiqhinin böyük
alimi kimi tanınan Qulunculu Dədə Katib (Hacı Əbdurrəhman
Təyyar) 1304 Günəş ilində Quluncuda dünyaya göz açmışdır.
Urmu aşıq məktəbinin şöhrətli şairi Dədə
Katibin şerləri uzun illərdən bəri Azərbaycan
və Anadoluda dillər əzbəri olmuşdur.
Neçə ay öncədən Qulunculu kültür və
sənət sevənlərin Dədə Katib əzizləmə
mərasimini keçirmələri üçün yetgililərdən izin
istədiklərinə rəğmən izin verilmədi, ama
nəhayət İrşad idarəsi adına mərasimi keçirməyə
qərar verilmişdir.
Azərbaycanın Sünni Türklərinin böyük
qəsəbələrindən biri olan Quluncu
mədrəsəsində keçirilən Törəndə Urmiyə
şəhərinin İslami şura məclisində olan
vəkilləri, İrşad idarəsi yetgililəri, Urmiyə
və başqa şəhərlədən gələn bəzi
tanınmış şair və aşıqlar, Ənzəl
mahalı bəxşdarı və Qulunculu aşıq və
şairlərinin çıxışları olub. Merasime qatılan
cemiyet 2 mine yaxın xeber verilib. İran sevgisi və İrançılıq
danışıqlarının əsas qonusu olan
yetgililərdən ilk çıxış edən Ənzəl
bəxşdarı olmuşdur. O Quluncu əhalsindən yaxında
həyata keçiriləcək Xubriqan məclisi seçgilərinə
qatılmalarını istəmişdir. Urmu şəhəri
millət vəkilləri (Abbaspur, Fəttahi və
Cəhangirzadə) isə danışıqlarında İranda
ırqlar və məzhəblər arasında heç bir ayrı seçgilik
və fərq yoxdur deyə birlikdən və İrana bağlılıqdan
söz etmiş və əhalini bunları gerçəkləşdirməyə
dəvət etmişlər.
Mərasimdə çıxış edən Aşıqlar o cümlədən
aşıq Dehqan, Vərdanlı Aşıq Mənaf,
Qulunculu Aşıq Bəxşəli, aşıq Bulud və
Qulunculu aşıq Zəkərya, Dədə Katibin şərləri
ilə bəstələnən Urmu aşıq mahnılarını
oxudular. Eləcə də Urmu şairlərindən Səyyad Gülipur
və Babəli Cəvanmərd Öz şərlerini oxumaqla çıxış
etdilər. Mərasimin sonunda Dədə katib mərasimə qatılanlardan
təşəkkür edib və öz şerlərini iştirakçılara
oxudu. Mərasimin sunucusu İrşad idarəsində yetgili olan
Abbaszadə idi.
Mərasimin keçirildiyi Quluncu mədrəsəsi və onun
ətrafında bir çox sayda İntizami polis və İttilaat
quvvələri və Ənzəl mahalının
Bəsiclərinin yer aldığı xəbər
verilibdir.
İran qəzetinin Türkləri aşağılıdığı
karikatürə qarşı həyata keçirilən etiraz aksiyalarından
sonra bu etirazlara çox geniş qatılan Azərbaycanlı Sünni Türk
fəallarına olan təzyiqlər də artmışdır.
Sünni Türklərcə onların məruz qaldığı sıxıntı
və basqılar Türk və Sünni olduqlarından dolayı daha
artıqdır. Urmiyə, Salmas və Xoy şəhəerlərində
yaşayan Sünni Türklərin 150 mindən artıq nufüsə
sahib olduqlarına rəğmen heç bir mədəni dərnek ve
qurumları yoxdur. Onların dövlət dayilerində işə
alınmaları çox az və yaşadıqları bölgələr
isə iqtisadi baxımdan olduqca geridə saxlanılmışdır.
Bir çox Azərbaycanlı siyası fəal və hətta
şairlərin mərasimə dəvət olmalarına qarşı
çıxan irşad idarəsi və Ənzəl Bəxşdarı
muxalifətlərinə dəlil olaraq mərasimin siyası
olmadığına işarə etmişlər. Özəl olaraq
Azərbaycanlı Sünni Türk mədəni fəalları ilə
sıx əlaqədə olan Nağadəyli aşıq və
şairlərin mərasimə dəvət olmaları qadağan
edilmişdir. İrşad idarəsi yetgililərinin
dediklərinə görə Xurdad hadisələrində Nağadəydə
zidd-i İnqilab quvvələrin çox fəal olduğu onlar üçün
bəlli olmuşdur. Qeyd etmək lazimdir ki Azərbaycan Türklərinin
Xurdad ayı etirazlarında 14-dən artıq Nağadeyli
etirazlarda iştirak etdikləri üçün İran hakimiyyəti
quvvələri tərəfindən öldürülüdü.