http://olaylar.net/view.php?d=20816
ABŞ
Senatı
Məşrutə
Hərəkatını
tanıyıb Senat İran xalqını
bu Hərəkatı davam etdirməyə çağırır.
Aslan
Xalidi
: İrandakı demokratik hərəkatın önündə
Azərbaycan türkləri gedəcək
Son vaxtlar
Qərbin siyasi mərkəzlərində, xüsusən də ABŞ-da
İran əleyhinə çıxarılan qərar və hesabatların
sayı artır.
ABŞ
Dövlət
Departamentinin
son hesabatı və sənəddə azərbaycanlıların
hüquqlarının pozulmasının xüsusi vurğulanması
son
beş
ildə qəbul olunmuş
ən ciddi sənədlərdən sayılır. Bu günlərdə
ABŞ
Senatında
azərbaycanlılar üçün önəmli olan daha bir sənədin
layihəsi təqdim edilib. Senat ötən əsrin əvvəllərində
İranda baş vermiş
Məşrutə
Hərəkatını
İranda ilk demokratik inqilab kimi qəbul edib. Müsahibimiz
Oyanış Azərbaycan Strateji Araşdırmalar
Mərkəzinin direktoru, Kanadada yaşayan güneyli mühacir Aslan
Xalidi hər iki sənədin önəmli olduğunu, İran
adlanan ölkədə qeyri-fars millətlərinin milli haqlar uğrunda
mübarizəsinə təkan verəcəyini düşünür:
- Dövlət Departamentinin hesabatı İranda gedən milli
hərəkatlara təsir baxımından çox önəmlidir.
Bundan sonra İranın mürtəce rejimi daxilində gerçəkçi
qüvvələr informasiya müharibəsində rəqibin
əlinə tutarlı alibilər verməmək üçün orta
əsr cəza metodlarının sayını azaltmağa,
qeyri-fars millətlərinə qarşı şovinist-mürtəce
siyasəti yumşaltmağa çalışacaq. Əlbəttə
ki, irtica onlara imkan versə. Qeyri-fars regionlarda ötən əsrin
90-cı illərindən başlanmış milli
hərəkatlar daha da vüsət alacaq. Oyanış
mərhələsi sürətlə siyasi tələblər
mərhələsinə keçəcək. Qərbin bu tipli
mənəvi dəstəyi hesabına əsarət altında
olan İran millətləri irtica qarşısında yalnız
olmadıqlarını, azadlıq uğrunda boşuna qan tökmədiklərini
gördülər. Hesab edirəm ki, bundan sonra İran adlanan qondarma dövlətin
və onun irticaçı rejiminin iflası sürətlənəcək.
Bir neçə həftə bundan öncə ABŞ Senatında
1905-1911-ci illərdə İranda azərbaycanlı Səttarxanın
rəhbərliyi ilə baş vermiş
Məşrutə
Hərəkatının
rəsmən tanınması haqqında müzakirə aparıldı.
Konqres üzvü olan
Steve
Kinginin
Məşrutə
Hərəkatı
ilə bağlı sənəd hazırlayıb. O, Senata
təklif edib ki, ABŞ hökuməti Məşrutə İnqilabını,
onun nəticələrini rəsmən tanısın. Müzakirələrdən
sonra sənəd qəbul olundu və Məşrutə
rəsmən tanındı.
Steve
King
məsələ
ilə bağlı ABŞ mətbuatına müsahibəsində
deyir: İran xalqı bilməlidir ki, Amerika dövləti onların
inqilabı haqqında dəqiq bilgiyə malikdir. Bu,
Məşrutə
Hərəkatını
tanımaqla demək istəyirik ki, onların demokratik
hərəkatını dəstəkləyirik. Və ümidvarıq
ki, məğlubiyyətə uğramış
Məşrutə
Hərəkatının
davamı labüddür. Biz istəyirik ki, iranlılar Məşrutəni
davam etdirib ölkədə demokratik dövlətin qurulmasına nail
olsunlar. Bu, çox maraqlı bir müsahibədir. Bu sənəd
və
Steve
Kingin
müsahibəsi
İran rejiminin müxalifləri olan Xalq Mücahidləri Təşkilatını
və şahın oğlunu narahat edib. Hazırda İranda yalnız
hökumət dəyişikliyini arzulayıb farsların hegemonluğunun
qalmasını istəyən şovinistlər ciddi təlaş
keçirir. Onlar haqlı olaraq hesab edirlər ki, İrana Konstitusiya
gətirmiş
Məşrutə
Hərəkatını
tanımaqla Amerika hazırkı demokratik hərəkatlara da
dəstək verəcək. Həqiqətən də, bu
məsələnin gündəliyə gəlməsi Amerikanın
İranla bağlı planlarına işarə sayıla
bilər. Belə görünür ki, ABŞ çoxmillətli İranı
imperiyaları çökdürməyin ənənəvi metodu ilə -
milli hərəkatları gücləndirməklə neytrallaşdırmaq
istəyir. Burada söhbət İranın bir neçə hissəyə
parçalanmasından getmir. Amma fars hegemonluğunun qalması gündəmdə
deyil. Amerika İranda mürtəce, antiinsani molla rejimini
devirməklə, Konstitusiyanın işlədiyi, demokratik
və çox güman ki, konfederal bir dövlət qurmaq istəyir. Bu
istək təbii ki, şahçısından, mollasından asılı
olmayaraq, fars şovinistlərini narahat etməlidir. Sənəd
Azərbaycan türkləri üçün olduqca maraqlıdır. Mənə
elə gəlir ki, azərbaycanlılar öz mövqelərini müəyyən
etməlidir.
Məşrutə
Hərəkatını
azərbaycanlılar hazırlayıb həyata keçiriblər.
Deməli, Qərb İranda yeni demokratik hərəkatın
lokomotivi kimi azərbaycanlıları görür. Əgər İran
adlanan dövlətdə demokratik hərəkat baş versə, söz
yox ki, onun önündə Azərbaycan türkləri, inqilablar beşiyi
olan Təbriz gedəcək. Məncə, biz həmin
layihəni əldə etməliyik. Azərbaycanlılar İranın
yenidən qurulması layihəsindən kənarda qala bilməz.
Steve
Kingin
hazırladığı
sənəddə azərbaycanlılarla bağlı konkret hansı
müddəalar var?
- Konkret müddəa olmasa da, İranda ilk demokratik
hərəkat kimi tanınan Məşrutəni Azərbaycan
türkləri ortaya çıxardığından
sənəddəki İranlılar xitabı da daha çox bizə
aiddir. Düşünürəm ki, bu məqalə olduqca önəmlidir
və biz buna ciddi yanaşmalıyıq. Biz çalışmalıyıq
ki,
Məşrutə
Hərəkatını
tanımış
ABŞ
Senatı
həmin prosesdə azərbaycanlıların rolunu olduğu
kimi görsün. Hesab edirik ki, qəbul olunan sənədlər İran
probleminin çözümündə Azərbaycan türklərinin rolunu
qabardacaq. Amma biz prosesə bütün qeyri-fars millətlərinin
də cəlb edilməsinə çalışmalıyıq. Bütün
qeyri-fars millətləri fəal olsa, molla rejiminə qarşı
mübarizəyə qoşulsa rejimin ömrü daha qısa olar. Və
həmin millətlərin milli maraqları nəzərə alınacaq.
Mənə elə gəlir ki, Amerika İranla bağlı
ədalətli addım atacaq və əzilən İran xalqlarının
haqları veriləcək. İran rejiminin, onun terrorçu başbilənlərinin
gələcəyi yoxdur. Baş verən proseslər göstərir
ki, Vaşinqton İranla bağlı mövqeyini ortaya qoydu. İndi
növbə İran millətlərinindir. Bu məqalədə
hansı millət fəal olsa, o, uğur qazanacaq.
lSon vaxtlar İran monarxistlərinin səsi eşidilmir. Bu,
nə ilə bağlıdır?
- Şahçılar passiv deyil.
Onlar
Amerikada
və Avropa ölkələrində təbliğati işlərini
davam etdirirlər. Onlar da İranın vahid dövlət kimi, fars dövləti
kimi qalmasında maraqlıdır. Bu qüvvələrə görə,
fars düşüncə sistemi hakim deyilsə, İran dövləti
də yoxdur. Onlar müxtəlif cildlərə girə
bilərlər, amma mahiyyətlərini dəyişməyəcəklər.
İran millətləri qəti şəkildə
bilməlidirlər: 1979-cu ildə devrilmiş şahın
varisləri onlara nicat gətirə bilməz. Əllərində
milyard dollarlarla parası olan şahçılar hakimiyyətə
qayıdıb dəbdəbəli həyatlarını
yenidən qurmaq, geniş planda isə fars hegemonluğunu qoruyub
saxlamaq istəyirlər.
lBu günlərdə ABŞ
Silahlı
Qüvvələrinin
sabiq generallarından biri İranın havadan hücumla vurulacağını,
5 əsas hərbi obyektin hədəfə alınacağını
bildirib. Sizcə, bu, nə dərəcədə doğru
informasiyadır?
-
ABŞ
Dövlət
Departamentinin və Senatının qəbul etdiyi
sənədlər belə deməyə əsas verir ki, Amerika
İran problemini dinc yolla daxildə milli hərəkatlara
dəstək vermək yolu ilə həll etməyə çalışacaq.
ABŞ-ın bu niyyəti artıq görünür. Ola bilər ki, molla
rejiminin gözünü qırmaq, müqavimət göstərmək
niyyətindən daşındırmaq, rəsmi Tehranın bölgədəki
nüfuzunu sarsıtmaq üçün lokal hərbi əməliyyatlar, müvəqqəti
hava həmlələri həyata keçirilsin. Amma bütövlükdə
Qərb İranın haqqı tapdanan millətlərini rejimin üzərinə
qaldırmaq taktikasını həyata keçirəcək. ABŞ-ın
şahçıları, rejim daxilində islahatçı adlanan
qanadı deyil, Məşrutə İnqilabını-demokratik
hərəkatı qabartması Ağ Evin perspektiv planlarına
aydınca mesajdır. Amerikanın şahçılara stavka
etməməsinin arxasında səbəblər var. Bir müddət
bundan öncə şahın oğlu çıxış etdi və
çıxışında Amerikaya bir sıra maraqlı mesajlar
verdi
. Şahın oğlu
Amerikanın qarşısına İran dövlətinin ərazi bütövlüyünün
saxlanılması, fars dilinin dövlət dili statusunun qorunması
və İrana hücum edilməsi şərtini qoydu. Hətta bu
ifadəni işlətdi ki, Güney azərbaycanlıların
problemi İran daxilində həll edilməlidir. Mənə
elə gəlir şahın oğlu Qərbin maraqlarına cavab
vermir. Daha dəqiqi, Qərb onun İran hakimiyyətində duruş
gətirəcəyinə inanmır. İranda şahın oğlunun
sosial bazası da yoxdur. Bir məqamı da diqqət yetirmək
lazımdır.
Məşrutə
Hərəkatı
elə monarxiyaya qarşı baş verib.
ABŞ
Senatı
bu Hərəkata dəyər verirsə, deməli, şahın
oğluna dəstək verməyəcək.
uElman Cəfərli