Viktor
Hüqo`nun
Fransa parlemanında nitqi
15.
01. 1850
Elə bir cəmiyyət yaratmalıyıq ki, hökumətin
adi qatil olmaqdan daha çox qatil olma haqqı olmasın və hökumət
yırtıcı bir heyvan kimi davrandığı zaman onunla da
yırtıcı heyvan kimi davranılsın.
Elə bir cəmiyyət yaratmağa çakışaq ki, keşiş
kəlisada və dövlət də öz iş
mərkəzlərində olsun. Nə hökumət keşişlərin
moizə işlərinə qarışsın nə də din büdcəyə,
dövlətin siyasi işlərinə müdaxilə etsin.
Elə bir cəmiyyət qurmalıyıq ki, orada
təhsil və təlim tərbiyə ilk oxuldan kollejə
qədər hər kəs üçün pulsuz olsun. Hər yerdə eşit
şəkildə davranılaraq istedadların tərbiyə
olunmasına yardım edilsin, imkan yaradılsın. Hər yerdə
bir fikir olsa bir kitab da olsun. Nə bir kənd oxulsuz nə də
bir şəhər universitəsiz qalsın. Bütün bunların
hamısı da laik, tam laik, münhəsirən laik
bir hökumətin nəzər diqqəti və və
məsuliyəti ilə sağlanmalıdır.
Elə bir cəmiyyət yaradaq ki, orada aclıq adında
ictimai fəlakət olmasın. Siz qanun yazanlar! bilmiş olun ki,
aclıq adılı fəlakət bir təbəqəyə
məxsus deyildir, bütün cəmiyyətin ortaq
bədbəxtliyidir. Bir yoxsulun bədbəxtliyi sadəcə
ona məxsus deyildir, bütün cəmiyyətin viran edici
dərdidir.Yoxsulun uzun müddətli
yoxsulluğu varlının da ölümünü zaman içində hazırlar.
Yoxsulluq intizamın və qanunun ən pis düşmənidir.
Yoxsulluq da cəhalət kimi qaranlıq bir gecedir ki, aydın bir
sabaha qovuşmalıdır.
Türkcəyə
tərcümə etdi: Güntay