Byaraq kimlik usarəsi, hüviyət
bəlirtəcidir!

Son zamanlarda ən ciddi
tartışmalara yer verən Güney Azərbaycan bayarağı
qonusuna toxunmaq gərçəkdən bu odun alavlanmasına
nədən ola bilər məncə. Ama nə yapalım ki, bu
haqda bir sıra özəl və bəlkə xatırlatmaları
gərəkən duydurmaq önəmli ola bilər. O üzdən bir
neçə qonunu sıralı olaraq bu macalda gətirmək
zorundayam. Ümid edirəm mənim bu izahatım heç bir çatışmamazlığa
nədən olmasın, niyə ki, ürəyim kövrəldikdən
asılı və millətçi baxış tərzim ola bilsin
bir sıra insanlarımızı kədərləndirsin.
A: Dəyərli Salih
bəy Yıldırım cənabları!
Son zamanlarda sizin göstərdiğiniz
qayqı milli hərəkatla ilgili və İstiqlal partiyasının
zaman gərəyilə dolayı inandığı esteratejiyaya
sevgilə inancımı bildirib, sizə tutduğunuz bu qutsal
yolda başarılar arzılıram. Ama bayraqla bağlı
sizin götürdüğünüz məşqə təmamilə qarşı
birisi kimi bir-neçə qononu açmaq məcburiyətindəyəm.
Bayraq kimlik usarəsi,
hüviyət bəlirtəcidir. Bir millətin acı taleində
şən savı, ümid simgəsidir. Byaraq uşaqlarımıza
ata-ana irsidir. Mənmcə Ata vətənlə birgə ən
muqəddəs varlıqdır.
Bayrağın
mənzilətin, şənin yendirmək heç bir millətçi
insana yaraşmaz və sizdə bundan irəli dəyilsiniz
kəsin.
Qardaşım lütfən
yığışdırın bu bayraqla başladığınız
oyunu! Azərbaycanla ilgili bayraq sayfası açmağa nə
gərək var bu gərgin çağlarda? Qaş-göz
bəzəmirik ki, hər zaman macal bulduq sürməsinə və
yaxud bəzək tərzin dəyişək. Min birdənə
bayraq tərhi ortaya qoymaq və bayraq şənin yendirmək
tərzinin dəftərin lutfən qapadin. Hər yeni-yetmə
və ya yerindən duran hər bir insan oturub bayraq tərh
edə bilməz, olursa amac nədir? lutfən sitənizdə
yerləşən minbir bayraqla bayraq şəninə boetik
ifadə verməyiniz! Bayraq bir millətin varlığıdır.
Rəssamlıq məşqi dəyil məncə. Artıq
istiqlal partiyası olaraq bir önər sunmaq, viqarlı görünür.
Siz nətür düşünürsüz?
B:
Dəyərli elgun523@yahoo.com
Türk millətinin böyük
öndərlərindən birisi olan
Atatürkü örnək tutalım. Bu böyük insanın
bayarqla yanaşı, baxış tərzinə bir ötəridə
olursa baxış salmaq bizə bir zadlar qazanmaq şansın
verər məncə. Bu böyük insanın (millətinə qarşı
düşmanlıq törədib savaşa məruz qoyan) Yunan ölkənin
bayrağı ilə yanaşma tərzi hala Yunanlıların
baxış tərzin düşüncə inancına, çevirmiş.
Atatürkə bir sayqı dəyərli məğlub kimi baxış
inancın canladıb. Nə mutlu böylə xarakterli insanlara! Dünya
görüşümüzü geniş götürməliyik.
E.Mail quruplarında
Gamoh təşkilatının sunduğu bayrağa rəssamlıq
yapmaq siasi orflardan uzaq olarkən toplumsal ənənə ya
orflarındada isə pis baxış olmasa, kötü davranış
olmaz sizcə? Mənə maraqlı olan bu dəyil ki, siz
kimsiniz və ya kimlər?! Ancaq davranış tərziniz Gamoh
sunduğu bayraqla ilgili məni Qarğa ilə Tülkü
hikayəsinə daldı.
Ancaq bunada inanıram
ki, hər insanın düşüncəsinə sayqı göstərmək
gərəklidir. Sizin haqqınız var bu bayrağı Güney
bayrağı sanmayasınız. Hətta ola bilsin ki,
gələcəkdə milli hərəkət totaliter bir icma
sonucunda, və ya hətta zamanın xəbərsiz əhvalatı
və siasi gəlişmələr bu düşüncə şəklinə
ortam qərarlı olsunlar. Ancaq siasi ədəbiyatdan uzaqlaşaraq
ictimai ədəbiyatın kötü bölmələrinə qovuşmaq
nədənizi anlayamadım əsla. Bir gerçək millətçı
millətini yaş-quru görmədən, habunda-yabunda
demədən sevməlidir və bu sevməyə məcburdur.
C:
Milli Bayraq, dövlət bayrağı
Məncə yox,
bəlkə dünya siasal-toplumsal bilimlərdən yaraqlanaraq
və bu doğallıqlardan faydalanmaq bizim və təşkilatlarımızın
quşqusuna milli bayraq və devlət bayrağı ilə bağlı
son qoya bilər.
Bir oqədər ki,
təssuflə iki bölünməmizi inanmışıq, ama
tərsinə Quzey Azərbaycan Türk milləti və Güney
Azərbaycan Türk milləti sözcüklərilə qarşıyam,
bir millətin iki bayrağı olacağına məcbur durumda
inanarkən iki dənə milli bayrağı olmasın inanmayıb,
bəlkə gülüncülü görürəm.
Bir millətiz iki bölünmüş,
ama soyumuz və adımız bölünmədən. Bəlkə cüqrafi
oyunlarına rast gəlmişik. Acı taleimizin sürəcidir.
Biz bir millətiz və bir topraq. Zamnla çarpışma
elmlərindən xəbərsizi olsaqda ama zamanın
məcburiyətin inanmışıq. Gələcəkdə
zamanın dönərgə dəyişməsin inanmışıq.
Bütöv Azərbaycan devlətin yaradacağıq. Bir ölkə
və bir bayraq altında yaşayacağıq kəsin. Ulu öndər
Məmməd Əmin Rəsulzadə qaldıran bayrağı tüm
Azərbaycanda dalğalandıracağıq. Buna inanıram. Aydındır
və doğal bir gərək. Əslan məncə bütöv
Azərbaycan dilək dəyil gərəkdir . Ama
Əyərsə Güney istiqlaliyətin bütövlükdən tez
qazanrsa hazırlanmış planlar ortaya qoymalıyız. Oliqarşiyə
yol verməyən tədbirlərdən uzaq durmalı, poloralismə
meydan verərək, real və millətçi düşüncələrin
fikir itifaqilə Güneydə
bir devlət bayrağı, milli bayraq adlanmadan (bütövlüyədək)
əsməlidir. Həmdə dalğa demədən. Ama nə
özəlliklər və gərəklər için?
Güney devlətin təmsil
Yaşasın
Güney Azərbaycan milli-qurtuluş hərəkatı
Yaşasın
bütöv millət, bütöv ölkə
Məmməd Riza Aqapur
Göteborg- İsvəc
Çırpınırdı
Qara dəniz
Baxıb Türkün bayrağına.
Ah deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən,
Vəfalıdır gəldi-gedən,
Yol ver Türkün bayrağına.
İncilər tök gəl yoluna,
Sırmalar səp sağ-soluna,
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
Dost elindən əsən yellər,
Mənə şer, salam söylər,
Olsun bütün bizim ellər,
Qurban Türkün bayrağına.
Yol
ver Türkün bayrağına...