Şandur
Petufi
1.Bizim
həyatımız (Məcaristan)
Sən baharı
sevirsən
Mən payızı
sevirəm
Sənin həyatın
bahar
Mənim həyatım
payız
Sənin al yanaqların
Baharın qızıl gülü
Mənim yorğun gözlərim
Payızın solğun
günü
Bircə addım
irəli götürsəydim əgər mən
Sərt qışın
buz bağlamış qapısına çatardım
Bircə addım
irəli götürsəydin əgər sən
Bircə addım geriyə
qayıtsaydım əgər mən
Bir birə ulaşardıq
Sevimli yay fəslində
Nə sən irəli
gəldin
Nə mən geriyə döndüm
Sənin həyatın
bahar
Mənim həyatım...
2.
Məcaristanın istiqlalı
Yuxumda gördüm mən müharibəni
Məcarları
hərbə çağırırdılar
Hərbə
çağrış üçün gəzdirirdilər
Qanlı
bir qılıncı diyarbadiyar
Bu qanlı
qılıncı görcəyin bütün
Damarlarda
qeyrət qanı qaynadı
Pul üçün deyildi bu mübarizə
Azadlıq,
istiqlal hədəfin adı
O gün sənlə mənim toy günümüzdü
Hazırlıq
görürdük toya sevgilim
Mənsə toy fikrimi deyişdim çünkü
Məni
de savaşa çağrırdı elim
Nə qədər çətindir
toy günü ancaq
Həyatdan əl üzmək, bil sevgilim sən
Tale belə sevsə mən can verərəm
Məndən
can istərsə anamız vətən
Ölmək el yolunda, vətən yolunda
Nə qədər müqəddəs, nə qədər yüksək
Bütün
ləzzətlərdən mənalı, üstün
Ölümlə həyatdan səmər götürmək
Jan Jino
(Fransa)
Mən bağçanın
qızıl gülün suvaranda
Sən eyvanda
oturmuşdun
Uca səslə
bir şeirimi oxuyurdun:
"Həyat seçmək
Könül vermək,
könül almaq
ve sevməkdir,
sevilməkdir"
Mən güllərin
üzərinə su çilədim
Və sonra qalan
suyu çilim çilim
Üzərinə
çilədim mən
Sən etiraz
eyləyərək dedin: "Niyə, bu ne işdi?"
Mənsə
cavab verdim sənə
Gülə gülə:
"Gözəl
pərim
Yoxsa sənin üzündəki
qızıl güllər
Suvarılmaq
istəmirlər?"
Türkcəyə
çevirdi: Güntay Gəncalp