2. Qamutay (Parlamento) nə demək?

 

 

Parlamento, (İtalyanca'dan), yasa yazma gücünə, yetkisinə yiyə məclis-məclislər. Parlamento sözcük anlamıyla, danışma, bir anlaşmaya varmaqdan ötürü, bəlli qonular üzərində danışmanlar toplusu deməkdir. Parlamento sözcüyünün doğuş yeri İngiltərə'dir. 13. yüzilin başlarında qullanılmaya başlanmışdır. Türk dilində Kənkəş, danışmaq anlamındaymış. Çağdaşlaşmış Danışman sözcüyü də obu kökə dayanmaqdadır. Kənkəşçilər “muşavirlər” anlamındaymış. Bir də Qurultay... Kənkəşlənmə bir organmış, ereblerde Şora varmış. Nadır şahın son qurutayını anımsayın. Qcarlaracan sürəkli qurulan qurultaylar, Qacar dönəmində yalnız qurultay deyil, başqa Türk gələnək-görənəkləri, köklü devlətçilik düzəni unutduruldu.    

İngiltərə'də parlamento iki məclislidir. Bunlardan biri zəngin, soyluların meydana gətirdiyi Lordlar Kamarası, obiri isə millətin seçdiyi vəkillərdən meydana gələn Avam Kamarasıdır. On üçüncü yüzilin başlarında İngiltərə'də Lordlar Kamarası daha ağır basırdı. Sonraları, Lordlar Kamarasının parlamentodakı gücü əskildikcə Avam Kamarası daha güçlü duruma gəldi.

Bütün dünya devlətlərində üyə sayıları, yetkiləri ölkə durumlarına görə dəyişən parlamentolar vardır. Ölkədə yasa yazmaq, yeni qurallar bəlli etmək yetkisi parlamentolara verilmişdir. Əskidən yasa yazmaq yetkisi də kralların birbaşa öz əllərində olduğu üçün, parlamentonun doğuşu böyük savaşımlar (mücadilələr) sonucu gərçəkləşmişdir. Özəlliklə Fransız tarixi bu alandakı savaşımlarla doludur.

Parlamento tək məclisli, birdən atrıq məclisli olabilməkdədir. İngiltərə'də, ABD'də, Fransa'da iki məclisli parlamento vardır. Türkiyə'də 1876 Kanun-ı Esasi iki məclisli, 1921. 1924. “Təşkilat-ı Esasiye Kanunları” tək məclisli, 1961 anayasası iki məclisli 1982 Anayasası tək məclisli, parlamento çeşidinə qol çəkilmiçdi.

Parlamentolarda bulunan millətvəkili sayısı da ölkə durumlarına görə dəyişməkdədir. Parlamentonun neçə kişidən meydana gələcəyi ölkələrin öz anayasası ilə bəlirlənmişdir. Örnək olaraq, Türkiyə'də 1982 Anayasası, parlamentonun 400 millətvekilindən oluşmasına qol çəkilmişdi; daha sonra yapılan dəyişikliklə 450'yə çıxarılmışdır. 1961 Anayasası isə 600 kişilik bir parlamento qabul etmişdi. Bunun 450 üyəsi Millət Məclisində 150 üyəsi isə Cumhuriyet Senatosunda bulunurdu. Ayrıca 27 Mayıs 1960 devrimini (ihtilalini) yapan Milli Birlik Komitəsi üyələri, ömür boyu “Tabii Senatör” olaraq Cumhuriyət Senatosu üyəsi sayılmışlardı. Bunların dışında 15 üyə də Cumhuriyət Senatosuna Cumhurbaşqanı tərəfındən “Kontenjan Senatörü” olaraq bəlirilirdi. 1982 Anayasası ilə bütün bu gərəksiz artıqlıqlar qaldırılmışdır.

Parlamento çalışmaları açıq olaraq, istəyən yurddaşlar parlamento çalışmalarını izləyə bilər. Yalnız parlamento gizli qalmasını istədiyi önəmli qonuları görüşərkən qapalı toplantılar da yapa bilər. Parlamentoda oyların sayımı çeşitli biçimlərdə seçilə bilər. Qapalı yazı biçimi, ayağa qalxaraq, barmaq qaldırmaq kimi yöntəmlrlə oylama ola bilir.

Ayrıca Ayadtribun paltakotağında danışılacaq.

 

v.g.