Güntay Cavanşir
Səni
sevəcəyəm mən

Bu
sevda əbədidir, ey Ucaruh dilbərim
Göylərin
boşluğuna, çilənər zərrələrim
Səni
arar dodağım, qırıq-qırıq əllərim
Özgürlüyüm
sarğındır, o ruhda o bədəndə
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Bu
sevdanın
yolunda, əgər
belim bükülsə
Ayrılıq
əlləriylə, sevən qəlbim sökülsə
Ruhuma
umutsuzluq, saçıma qar tökülsə
Menim
məhəbbətimə, biganə qalsan sən də
Seni
sevəcəyəm mən, sən məni sevməsən də
Səni
sevdim gözəl qız, xəyallarım duruldu
Ürəyimdə
sevdadan, yeni dünya quruldu
Mənim
könlüm sevməkdən, nə durdu, nə yoruldu
Bu
mehriban diyarda, bu sevimli vətəndə
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Mən
bu ulu sevginin, əvət əsiri oldum
Sevdalı
əsarətdə, özgürlüyümü buldum
Eşqin
iradəsiylə doğru yola qoyldum
Mən
bu yoldan bezmərəm, yolun kökü sinəmdə
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Məhəbbəti
könlümdə, selləndirər bu sevda
Ürəyimin
tellərin, dilləndirər bu sevda
Məndə
yeni duyğular, gülləndirər bu sevda
Məhəbbətin
önündə, səcdəyə gəldim mən də
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Mənim
nəm nəfəslərim, tellərini titrədər
Sənin
qara gözlərin, gecəmə ulduz ələr
Qoy
gözlərim kor olsun, səndən dönərsəm əgər
Mənim
sevgi naməmi, sən yellərə versən də
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Qəlbimi
ayağının, altına atsan da sən
Yenə
də bu sevdadan bir an əl üzmərəm mən
Nəfəsindən
ömrümə, yayılsa da duman, çən
Sərgərdan
qalar olsam, bu dumanda bu çəndə
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Həsrətində
titrəyən, mənim yazıq ürəyim
Ayrılıq
əlləriylə qazıqqazıq ürəyim
Sənsizcə
öz içində, olmuş azıq ürəyim
Ruhuma
əmr əyləyən, bir sevgi vardır məndə
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Qovuşmadan
ölərsəm, qəbrim üstə gələrsən
Həsrətindən
can verən, aşiqini dilərsən
Məzarımdan
yüksələn, tüstüləri görərsən
Bu
eşqin alovundan, od tutacaq kəfən də
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Dodağından
emdiyim, ləzzətlər itməyəcək
Torpağın
altında da, tənimden getməyəcək
Məzarımın
üstündə, lalə olub bitəcək
Bir
şərqi səslənəcək, yaz yelləri əsənde
Səni
sevəcəyəm mən, sən məni sevməsən də
Bizim
sönməz eşqimiz, torpaqda tutmaz qərar
Uzayların bağrında, yüksəlib də barınar
Yağmur
olub, nur olub, göylərdən yerə yağar
Yağmur şərqisi söylər; dağ da, çöl də,
çəmən də
Səni sevəcəyəm mən, sən məni
sevməsən də
(Təbriz-1985)
(Bakı-1999) (Tampere2006)