Abbas Leysanli

 

Abbas Leysanlı uğrunda Amnesty International-ın buraxdığı Təcili Aksiyanın Tərcüməsi təqdim olunur. O ana-dilimizin bir qocaman çalışqanı və daha doğrusu bir bayraqçısıdır. Amnesty International ilk dəfə olaraq Azəri sözünü buraxıb və Azərbaycan Türkcəsi sözünü onun uğrunda verdiyi mətndə işlətmişdir. Nə yaxşı təsadüf idi ki, ana-dili kampaniyası ərəfəsində Abbas Leysanlı ilə ilgili olaraq bu uğurlu addım atıldı. Eşq olsun Abbas Leysanlıya ki onun qoçaqlığı indi öz meyvələrini verməyə başlayıb.

 

 

 

 

Təcili Aksiya

İran: Təcridi tutuqlanma / İşgəncə vahiməsi / Tibbi nigaranlıq,  Abbas Leysanlı (Lisani) (kişi)

ÜMUMİ A.İ. Göstəricisi: MDE 13 / 105 / 2006

 
19 Septambr 2006



Qabaqkı Bilgiyə Üstəlik (Müraciət: UA 163/06 (MDE 13/063/2006, 08 İyun 2006) / Təcridi (qonuşulmaz†) tutuqlanma / İşgəncə vahiməsi / Sağlamlıqdan nigarançılıq: Vicdan Dustağı


İRAN Abbas Leysanlı (Lisani), (kişi) 38 yaşlı, çalışqan


Vicdan dustağı, Abbas Leysanlı, İranın Quzey-doğusunda Ərdəbil zindanında tutuqludur. Ona “hökumətə qarşı təbliğat yayma” suçu üzrə bir illik zindan hökmu kəsilmiş, və zahirən İranın azlıq Azərbaycan icması uğrunda onun apardığı dinc siyasi və mədəni fəaliyyətləri üçün başqa mühakimələr ilə də üzləşməkdədir. Raportlara görə onun sağlamlığı ağır durumdadır.

 

Abbas Leysanlı 3 İyun 2006-da tutuqlandı ki, bundan qabaq Ərdəbildə 27 Mayda etiraza qoşulmuşdu. O Təhlükəsizlik Nazirliyinə aid Ərdəbildəki tutuqlular düşərgəsində iki gün saxlandıqdan sonra, Ərdəbil zindanına köçürüldü. Onun ailəsi 7 İyuna dək harda olmasından xəbərsiz idi ki, haçandan 2 dəqiqəlik telefon söhbətində özünün durumunu anlatmışdı: Ərdəbil zindanında, təklənmiş (təcridi) sellulda və aclıq aksiyası aparmaqda.

 

Abbas Leysanlı ailəsi ilə görüşmək üçün məhdudiyyətə məruzdur. Ailəsi ilə birinci görüşə 26 gün tutuqlanmasından sonra, yəni 29 İyunda, izin verildi. Vəkili ilə görüşməsinə təkcə bir dəfə yol verilmiş,  baxmayaraq ki, o dəfələrlə görüş izni istəsə də rədd cavabı almışdır.

 

Raportlara görə Abbas Leysanlının aclıq aksiyası 58 gün sürmüşdü, və bu günlərin neçəsində o maye də qəbul etməmişdir. Aclıq aksiyası günləri içrə (başdan başa) o təklənmiş (təcridi) sellulda saxlanmışdı. Ən sonda, ailəsi ilə görüşməyə yol veriləndən sonra 30 İyulda aclıq aksiyasına son qoydu. Raportlara görə olduqca zəifləmişdi və hətta danışma üçün belə gücənirdi. Aclıq aksiyasına son qoyanda 30 kiloqramlıq arıqlamışdı.

 

Amensty International Abbas Leysanlının sağlamlığı üçün hələ də qayğıdadır. O indi zindanın bir bölməsindədir ki, burada qeyri-siyasi dustaqlardan əlavə narkotik mötadları ilə bir yerdə saxlanılır. Baxmayaraq ki, İranda çoxlu zindanların siyasi dustaqları üçün bölmələr vardır, bəzi vaxtlarda siyasi dustaqları sıxışdırmaq üçün diyə cinayətçi dustaqlar ilə bir yerdə saxlanılırlar. Belə inanılır ki, Abbas Leysanlı doğrudan doğruya bu tipli zindanlılar tərəfindən azarlanıb və hədələnmişdir. Deyilənlərə görə qarın və böyrək problemlərinə məruzdur, və qabırğaları ağrıyır, elə bil ki bunlar qabaqkı tutuqlanma dövrlərində işgəncələrin qalığıdır. Onun üçün gərəkən tibbi qayğıya yol verilmə bizə bəlli deyildir.

 

Abbas Leysanlıya qarşı neçə dosye yürüdülməkdədir. Bu dosyelərdə bunlar da var: Avqust 2005-də Bağır Xan abidəsində Məşrutə Gününü anmaq üçün buluşma; 2005-də illik mədəni Babək Qurultayında iştirak etmə; və May 2006-da yayğın etirazlarda qatılma, ki İranın quzey-doğusunda baş verdi.

 

6 Septambr 2006-da Kəleybərdə İnqilab Məhkəməsi Abbas Leysanlıya bir illik həbs hökmü kəsdi. Onun üzərinə gətirələn Cəza Məcəlləsində Maddə 500-ə dayanan “hökumətə qarşı təbliğat yayma” idi. Məhkəmənin hökmünə görə təqsirləndirmənin əsaslarına bunlar daxildir: 2005-də illik Babək qalası etirazında iştirak etmə; başqalarını bu qurultayda iştirak etmələri üçün həvəsləndirmə; Azərbaycan şerlərini və başqa materialları bu qurultayda oxuma; “Türkü dilində” təqvim yayımlama və paylama; İnternet vasitəsi ilə xariclə soraqlaşma; xaricdəki dəstəkçiləri ilə ilgilənmə; və Azərbaycan Türk millətçiliyini və istiqlalçılığını irəli sürmə.

 

Amnesty İnternational inanır ki, Abbas Leysanlının “hökumətə qarşı təbliğat yayma” suçu ilə təqsirlənməsi heç belə tanımlı cinayət üzrə hüquq pozuntusu deyildir. Üstəlik, onun üzərinə gətirilmiş məhkəmə hökmünün təqsirləndirmə əsasları məhz onun İranın Azərbaycanlı azlığı uğrunda dincli siyasi və mədəni fəaliyyətlərindən ibarətdir. Elə buna görə Amnesty İnternational inanır ki, Abbas Leysanlı bir vicdan dustağıdır və səslənir ki, o vaxt itirmədən və şərtsiz buraxılsın.

 

İrəli günlərdə ki, raportlara əsasən Abbas Leysanlının üzərinə Təbrizdə İnqilab Məhkəməsində tezliklə bir başqa mühakimə gətiriləcəkdir ki, onun Avquts 2005-də Məşrutə Gününün anması ilə bağlıdır.

 

Abbas Leysanlının ailə üzvləri də azarlanmışlar. Onun həyat yoldaşı elə bil ki hədələnmişdir və guya ərinin durumunu səsləndirirsə tutuqlanacaqdır. Bu ailənin qəssab dükanı, onların bircə gəlir qaynağı, qapadılmışdır və onun icazənaməsi ləğv edilmişdir.

 

† Tərcüməçinin izahı: İngiliscə gedən mətndə Incommunicado sözünün bizim dildə təcridi  sözü ilə qarşılığı olduqca zəif çıxır. Halbuki, belə olmamalıdır, çünki, onun mənasını qonuşma sözündən çıxarmaq ola bilər. Qonuşma Azərbaycanda Türkiyə Türkcəsindən fərqli məna verir və əslində söz / qonuların bir-birlərinə qonması deməkdir, və buda ünsiyyətdə buluşmaq və communicate deməkdir. Deməli Incommunicado sözünü Qonuşulmaz diyə çevirmək daha yerlidir.