babək mərəndli

15 ci əsl haçanacağ?

iyunun 24u mehr ayının birinci günüylə bərabər ötən illər kimi bu ildə işqal olunmuş güney azərbaycan ərazisində və iran deyilən ölkədə yeni eyitim və təhsil ili o halda başlayacağ ki 10 milyona yaxin güneyli tələbə 21 ci esirdə hələda öz doğma ana dillərindən yoxsul;başqa bir əcnəbi dildə yazib oxumağa mehkumdurlar.

bu acınacağlı vəziyyət ne zamana qədər davam edəcək?

dil toplumun ruhu və əsalətidir dil bir toplumda yaşarkən birgəlyin sembuludur geçmişləri hazira ve gələcəya yansıtan; bağlayan dil unsurdudur. dili aradan gedən toplumlar zəvala ve yox olmağa  mehkumdurlar. və uluslararsı huquqlarda və ilişgilərdə ölü va yaşamayan toplum sayılmağdadırlar. adolf hitlerin fikirinə görə bir toplumu ;qurum quruluşu aradan götürmək üçün öncə dilin götürmək lazimdir.

insanı özünə və yaşadığı çevrəyə hakim edən onu bütün canlılardan üstün dutan insan mefkurəsinin ən önəmli silahı onun arzular və diləklərini qarşilayan onun əlda etdiyi bacarığlar və gəlişmələr habelə başqalarına çatdırmağa çox esasli yardımcısıdır.

mesum körpələrin günahı nədir?

öz dilindən kəsilən uşag;əslində bütün varliğ gücünu itirməktədir o güc ki bütün insanlarin yaşam gücüdür. uşağ ana dillindən məhrum olub onu dəyərsi hiss edincə ruhu və cismi bunalımlar və buhranlarla qarşılaşmağdadır. davamlı bu sorqular uşağın düşüncəsini məşqul etməktədir. nədən mənim dilim toplumda sevilməyir? nədan evdə; və dil aşdığı dildə;evin dışında qonuşa bilmayir? niyə məktəbda universitədə gazetlərda başqa dildə oxumalıdır? və öz duyğu və diləklərini yabancı bir dildə axtarmalı və köçürməlidir? nədən öz dilində heç zaman radyo ve telvizya olmamışdır? nedən məhkəməyə getdiyi zaman başqa dildə özünü savunmalıdır? 1_bu günahsız və məsum ufacık körpələrin xəbəri olmadan haqlarında böyük cinayət olunur vucudlarında tanrı vergisi olan inkişaf qanunları yox olunur.

2_uşağı hətta ana bətnində alışdığl o gözəl sözlərdən qirib bir sıra əcnəbi putansiyelsiz və onun ruhuna uymayan qara kabus kimi sözləri və ifadələri necə qoyursunuz? gəlin allahını sevib yaratdığı heç bir ufcik məsum uşağı ana dilində təhsil və məktəbindən məhrum etməyək.

bu dilin qıfılı nə zaman açılacağ?

28 türk şivələrindən biri  sayilan azərbaycan türkcəsi min ildən artığ resmi dil olub və bütün qafqazlar və orta doğuya hökm sürmüşdür. 7 ci əsirdən tutarağ 13 cu yüz illərə qədər bəlli bir şərayitdə çulğaşıb uyğunlaşan və bir sıra özəlliklərə malik indiki formasına çatmışdır. sasanilər; səlcugi ;qəznəvi dövlətlərinin rəsmi dili; islamdan sonra qaraman ;qərə qoyunlu ;ağ qoyunlu ;sefevilər qacar və demokrat firqəsin resmi dili sayılan azərbaycan türk dili məşrutə devrimindən sonra çox böyük gəlişmələrə sahib oldu və hətta ikincilik dil sistemi kimi idarə olunurdu. bu zamanda diktator; faşist; yazma oxuma bilməyən riza xanın hakimiytə gəlməsiylə tək vətən tək dil tək millət düşüncəsinin altında yasağlandı gecə gündüz amansız durmadan bu dili mehv olmas üçün içtən və dışdan saldırmağa başladılar mahmud avşar ahmet kesrevi melekulşüəra al ahməd va digər şovenizm duşüncələrin yön verməsiylə azərbaycan türk dili zaman qirpaçlarınin altinda mehv olmağa yöneldi

bütün kamuoyunu əl ələ verdi türk dili türk kimliyini yox etmək üçün türklərə qarşı minlarcə gülməcə dərgi; kitab ;film; teatro göstəriləri düzəltməyə başladırlr onlar türkləri fırıldağçı yalancı havuz suyu çəkən zibil toplayan qarayağçi yazma oxuma bilməyən gösrərişlərlə türkləri təhqir etməyə və alçağlatmağa başladırlar. ancağ pişəvəri hükümətə gəldiyi zaman durum dəyişmişdir türk dilində yüzlərcə dərgi kitab gazet çığmağa başladı məhəlli göstərilər mahnılar konserlər və məktəblər türk dilində eyitimə başladı pişəvəri hukumətinin yenilgisindən sonra fars şovenizmi komünizmi silmək planiyla minlərcə türk dilində yazılan kitabı meydanlara toplayıb oda çəktilər.

cəllad sənin qalağ qalağ yandırdığn kitablar

min kəmalın şöhrətidir; min üreyin arazusudr

biz köçərik bu dünyadan onlar qalar yadigar

hər vərəqə nəqş olunmuş neçə insan doyğusu

min kəmalınşöhrətidir; min üreyin arzusudur

pişəvəridən sonra 32 il başqa bir diktatorluğ dönemi başladi bu dilin qıfıli genede açılmadı. 1979 islam devrimindən sonra yeni sansur ve sömürgə çağı bu dəfə islam kimliyi altında işə başladı xalqı müsəlman hərəkatı və azərbaycanlilarin bu devrimdə olan mehvəri gücünü görüncə faşist hakimiyet ana yasasinda 15 ci əsli qondarmağa mecbur oldu bu əslə görə bütün ölkədə yaşayan etniklər öz dillərində yazıb oxumağa özgür və hetta dövlət şərayiti; onlara sağlamalıdır o maddenin yaranmasının üstündən 27 il ötdü bu əsl hələdə icraya qoyulmdır ki heç gündən günə türk dilinə qarşı basğılar artmağtadır öz milli şuuruna hakim öz dilində yazıb oxuma haqqi istəyən genclərə bölücülük damğasıyla düstağlara sürüklənib işkəncələr altında saxlamağdaıdrlar geçmiş cumhur başqanı xatəmi ;iran bütün iranlılara sloqaniyla iş üstünə geldikdən sonra həmədanda geçirilən fars dili qurultayında fars dilinin dünyaya yayılmasını və başqa deyişlərin(onun fikrincə) fars dilinin içində əriməsini istəmişdir ayrıca tacikistan və afqanistanin bütün dərsi kitblarınin iran dövlət büdcasıyla hazirlanmasına imkan verdi. may hərəkatından sonara indi ki terorist cumhur başqanı ahmədi nəjad yeni bir uyarıyla bütün dövləti organlarda fars dilinin birgə duru və zorla danışmasını istədi.

sonuç; 

son yüz ilin içində 4 böyük inqilabi yaratmağı bacarmışığ  bütün diktatorları və faşistlərin tac təxtini viran edib didərgin salmışığ dünyanın yüzdə 6-7 en böyük iş adamlarına sahibik və dünyanın en böyük elmi və inkişaf səviyəsinə çıxanlar bizim içimizdəndir zülmə qarşı savaşmağımızla dünyanı heyrətdə buraxmışığ nədən öz ana dilimizə yiyələnə bilməmişik? dünyalar dəyişdi dilimizin bağli qalmasğndan 61 il ötdü dünyada yüzlərcə devrim üz verdi minlərcə darnək qurum quruluş yarandı insan haqlari ana dili qoruma haqları onlarca yeni ölkə ortaya çıxdı bütün insanlar öz mədəni insani doğal haqlarına sahib oldular küçük toplumlar qəbilələr bele öz dillərinə yazma oxuma haqqını qazandılar  bu dilin qıfılı hala açılmadı...

menim dilim ölen deyil başqa dile dönən deyil

dedi çək nərəvi dağlar dağı qartal savalanim

elimin şanlı dagı sərv boy aslan savalanim

vətən övladı qabağinda çəkib səf duracağlar

başı tarixdə uca dağ tək əyilməz elimiz var

on min il tarixə mailk qocaman türk dilimiz var

mehr ayının birinci günü milli hərəkatın parlağ səyfələrinə birinidə əkləyəcəyik. güney azərbaycanın milli oyaniş hərəkatının çagrışıyla ve öğrənci hərəkatinin bildirişi dirənişi ve dəstəyilə o gün oxullari boş buraxıb bütün şəhərlər və kəntlərin meydanlarına toplanıb dinc yürüyüşlərlə birləşmiş millətlər və uluslararsı insan haqları çərçüvəsində bu dilin qifilinin açılmasını istəyəcəyik güneylə birlikdə dünyanin hər göşəsində öz milli şuuruna malik güneyli varsa səsimizi bütün dünyaya çatdirmağ üçün mitinglər düzənləyəcəyik.uluslararası insan haqlarının birinci və ikinı maddəsində deyilir ki;1_bütün insanlar azad dünyaya gəlmişlər və bütün insani huquqlara bərabər malikdirlər ayrıca toplumlara ayrimciliğ və etnik fərqi yaratmag onlarin təbiyi haqlrınl ayağlamğdır 2_hər kəs heç nədədn fərqili olmayaraq soy;ırq;cins;dil məzhəb səyasi duşüncə yada başqa ideyalar eləcədə milliyət;ictimayi durum sərvət doğum ya hər hansı başqa bir vəziyyətdə bütün huquqlarda və insan haqlarında adı geçən azadlığlarda bərabərdəirlər.

avrupada dünya dilləri və yürütum adinda geçən bir konfransda almanlı alim və böyük dilçi xanım nikihita haidon türk dilinin haqqında bunları soyledi; insan o zamanlarda bu dili yaratmağa qadir deyildir bu dili ya ayrı kürələrdən gəlib xalq ediblər və ya tanrı öz istekli yalvacları ibrahim və ya musa əlilə bu dili yaratmıdır.

evsiz ;yuvasız ;köysüz;qonagsız saraysiz qalabiləram bütün sevdiklərim əlimdən gedə bilir ;döyülərəm soyularam dustağlarda yataram işkəncələr altında dözərəm hər şeysi olabilərəm hər şeysiz qalabilərəm amma dilsiz qala bilmərəm...

ey mənim doğma gözəl aziz ana dilim; sən mənim əlimdən dutub bir küçük kəntdən geniş dünyaya çeşitli insanlarin arasina götürdün mən sənin varlığınla o insanlara öz öykülərimi anlatdim. onlarla ağladım onlarla güldüm . ey şirin dilim sən o qədər gözəl və yücəsən ki sənin sayəndə heç bir çətinlik çəkmədən bütün yer kürəsinlə bağlantı qurabilirəm sən mənim səsim boğazim gücümsən varlığım kimliyim karekterimsən sən olmasan mən nə edərdim sənin varlıgınla ucaldım və sənin olduğunla qazandım biz səni yaşadacayiğ və özünə layiq olan yerlərə çatdıracayıq sənin özünə ki səndən qutsal inancımız yoxdur and içirik...

 

 

         babek_merendli@yahoo.com                                                      Toronto 17-sep-2006