Mürcaiət :
http://web.amnesty.org/library/Index/ENGMDE131012006
ÜMUMİ
A.I. Göstəricisi:
MDE 13/101/2006
12 Septambr 2006
UA
246/06
Sağlamlıq
vahiməsi / İnsafsızca mühakimə / Vicdan dustağı
olma ehtimalı
İRAN
Rza Abbasi (kişi), insan haqları müdafiəçisi
İnsan
haqlarını savunan (müdafiə edən) Güney Azərbaycanlı,
Rza Abbasi, 27 İyun 2006-dan bəri Zəncan şəhərində
(İranın Quzeydoğusunda) tutuqlanmışdır ki, o
indi işgəncə yaxud yaramaz davranış riskinə
məruzdur. Ona qarşı mühakimə hələ də aparılmaqda
ki, burada gedişat beynəlxalq insaflıca mühakimə
standartlarına uyuşmur. O doğrudan doğruya vicdan dustağı
ola bilər ki, məhz bəyan sərbəstliyini dinc yollar
ilə ifadə etmək və insan haqlarını savunma üçün
tutuqlanmışdır.
Rza
Abbasi ASMEK-in (Azərbaycan
Siyasi Məhbuslarını Müdafiə Komitəsi)
və İran Məzunlar Birliyinin (Advar-e
Tahkim-e Vahdat)
bir üzvüdür ki, demokratiyanı və insan haqlarını yüksəltmək
üzrə fəal iş aparırlar. Raportlara görə, o sorğu
üçün Təhlükəsizlik (İttilaat = Sayıqlıq) Nazirliyinə
şifahi çağırılmalara baş qoşmadığından
sonra 27 İyunda yaxalandı. Bəlli olası, O Zəncanın
Mərkəzi Həbsxanasında saxlanılır. Raportlara görə
Təhlükəsizlik Nazirliyinin idarəsi Rza Abbasinin ailəsini
azarlayır, misal üçün onun yaşlı ata-anası
dəfələr ilə sorğuya çağırılmışlar.
Raportlara
görə Rza Abbasi Zəncanın Şöbə 1, İnqilab
Məhkəməsində 5 Septambr-da, vəkilinə və
ailəsinə qoşulma izni verilmədən, bir qapalı mühakimə
qarşısında bulundu. İkinci qapalı mühakimə 11
Septambrda keçirildi, ancaq bu dəfə vəkilə qoşulma
izni verildi və raportlara görə o sonra demişdir ki, Rza Abbasiyə
verilən suallar onun fərqli öyrəçi qurumlarında və
ASMƏK-də fəaliyyətlərinə görə idi. Ona qarşı
yürüdülən ittihamlara bunlar daxildir: Rəhbərə (yəni,
İran İslam Respublikası rəhbəri) təhqir və
nizama qarşı təbliğat. Gələn
həftələr üzrə məhkəmə hökmünün çıxması
umulur.
Rza
Abbasinin yaxalanması Azərbaycanlıların geniş kütlə
etirazlarının ardınca gəldi ki, bunlar 12 May 2006-da
yiyəsi dövlət olan İran gündəlik qəzetində türkləri
təhqir edən bir çizgiyə (karikatura) qarşı yönəlmişdi.
Bu yaxalanma tarixi Babək Qurultayı günlərindən irəlidə
idi ki, 30 İyunda minlər Azərbaycanlı 9-uncu əsrdə
yaşayan və Azərbaycanının milli qəhrəmanı
olan Babək Xürrəminin adgününü qeyd edərlər. Bu Qurultay
İran məsul məqamları tərəfindən hey basqıya
məruz qalar və eləcə də bu il, raportlara görə,
təhlükəsizlik məmurları
iştirakçıların qarşısını almaq üçün
qurultay ərəfəsində çoxlu yaxalama işləri aparmışdılar,
(daha artıq bilgi üçün bax:
http://web.amnesty.org/library/Index/ENGMDE130742006?open&of=ENG-IRN).
ZƏMİN
BİLGİ
May
2006 etirazlarından sonra minlər adam yaxalandı (bax UA 151/06,
MDE 13/055/2006, 26 May 2006 and UA 163/06, MDE 13/063/2006, 8 İyun 2006).
Tutuqluların bəziləri, deyilənlərə görə, işgəncə
olunmuşlar elə ki, bunların bəzilərinə
xəstəxana müalicəsi gərək olmuşdur. Adı
gedən qəzetin yayımlanması 23 Mayda asılqan edildi
və onun baş redaktoru və çizgiçisi yaxalandılar.
Azərbaycan qaynaqlarına görə təhlükəsizlik
məmurları əlində can-itgisinə məruz qalanların
sayı onlar və yaralananları sayı yüzlər idi.
Baxmayaraq ki, təhlükəsizlik məmurları ümumiyyət
ilə bu iddiaları danmışlar, 29 Mayda bir polis məqamı
Sulduz şəhərində 4 adamın öldürülməsindən
və 43 adamın yaralanmasından xəbər vermişdir.
Raportlara
görə ASMƏK 2002-də quruldu. Deyilənlərə görə,
onun dörd qurucu üzvləri Aprel 2004-də fəaliyyətləri
ilə bağlı, Rza Abbasi də bunlara daxil olaraq,
tutuqlanmışdılar.
GÖRÜLMƏLİ
İŞlƏR TÖVSİYƏSİ: lütfən vaxt
itirmədən müraciətlərinizi Farsca, Ərəbcə,
İngiliscə, Fransızca yaxud öz dilinizdə belə yazınız:
Nigarançılığınızı
Rza Abbasiyə görə ifadə edin ki, o məhz insan haqlarını
savunma üçün tutuqlanmışdır;
Məsul
məqamlara səslənin ki, arxayınlıq versinlər ki,
o işgəncəyə və yaramaz davranışlara
məruz qalmasın, öz istədiyi vəkil ilə təmin
olunsun, və gərəkən tibbi müalicə imkanları
ona verilsin;
Məsul
məqamlara səslənin ki, onu vaxt itirmədən və
şərtsiz buraxsınlar, məgər onun üzərinə
tanımlı cinayət suçu yürüdülə bilə və bu
halda da ona insaflıca məhkəmə keçirilsin;
Məsul
məqamlara bilgi istəyin ki, niyə o yaxalanmış
və nə kimi suçlar ona qarşı yürüdülmüşdür:
Nigarançılığınızı
onun valideyninə görə ifadə edin ki, raportlara görə
azarlanmışlar, məsul məqamlar onları olmazın
qara-qorxusuna məruz etmişlər, və tələb edin
ki bunlara gərəkən güvənliyi əsirgəməsinlər
və onların təhlükəsizliyini təmin etsinlər.
MÜRACİƏTLƏRİNİZİ
GÖNDƏRİNİZ:
İran
İslam Cümhurisi Rəhbəri:
Alicənab
Ayətullah Seyid Əli Xamneyi
Ali
Rəhbər İdarəsi, Şühəda
Xiyabanı, Qum, İran İslam Cümhurisi
Faks:
+ 98 251 774 2228 (başlıqda yazın ki "Lütfən
bunu çatdırın: Alicənab Ayətullah-ul-üzma Xamneyi)
Email:
Info@leader.ir
istiftaa@wilayah.org
Salamla:
Alicənab
Ayətullah-ul-üzma
Ədliyyənin
Başqanı
Alicənab
Ayətullah Mahmud Haşimi Şahrudi
Ədliyyə
Nazirliyi, Park-e-şəhər, Tehran, İran İslam Cümhurisi
Email:
Lütfən email-inizi Fars dilındə olan aşağıdakı
versitədədən veriniz:
http://www.iranjudiciary.org/contactus-feedback-fa.html
Salamla:
Alicənab
Təhlükəsizlik
Nazirliyi (Vezarət-e-İttilaat)
Qulam
Hoseyin Mohseni Ejei
Təhlükəsizlik
Nazirliyi (Vezarət-e-İttilaat, İkinci Negaarstan Küçəsi,
Pasdaran
Xiyabanı, Tehran, İran İslam Cümhurisi
Email:
iranprobe@iranprobe.com
Salamla:
Alicənab
ÜZLƏRİNİ
GÖNDƏRİNİZ:
Cümhur
Başqanı
Alicənab
Mahmud Əhmədinəjad
Başqanlıq,
Fələstin Xiyabanı, Azərbaycan Qovşağı,
Alicənab
Qulam Həddad Adel, Tehran, İran İslam Cümhurisi
Email:
dr-ahmadinejad@president.ir
website:
www.president.ir/email
Milli
Məclis Natiqi (Başqanı)
Alicənab
Qulaməli Həddad Adel
İslam
Şura Məclisi, İmam Xumeyni Xiyabanı, Tehran, İran
İslam Cümhurisi
Faks:
+ 98 21 6 646 1746
Və
sizin ölkənizdə İranın mötəbər təmsilçilərinə
üzünü göndərin.
LÜTFƏN
MÜRACİƏTLƏRİNİZİ VAXT İTİRMƏDƏN
GÖNDƏRİN.
24 Oxtobr-dan sonra göndərsəniz, beynəlxalq katibimizlə
yaxud öz yerli idarəmizlə durumu yoxlayın.