BEYNƏLXALQ FORUM: "GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATI"

 

BAKI/12.09.06/TURAN: Bu gün "Avropa" otelində "Güney Azərbaycan Milli Hərəkatı" beynəlxalq forumu öz işinə başlayıb. Tədbir AMİP lideri (Milli İstiqlal Partiyası) Etibar Məmmədovun təşəbbüsü ilə keçirilir. Onun işində parlamentin deputatları, siyasi partiya liderləri, Güney Azərbaycandan olan dissidentlər, diaspora təşkilatlarının və həmçinin diplomatik korpusun nümayəndələri iştirak edib.
Etibar Məmmədov bildirib ki, Güney (İran) Azərbaycanda azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsinin yeni mərhələsi başlayıb. O bu ilin mayında yüz minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarından başlayıb. E.Məmmədov bu etirazların İran qəzetində çıxan karikaturaya qarşı yönəlmiş adi etiraz nümayişinin olması fikri ilə razılaşmır. Kütləvi etirazlar Tehran rejimi tərəfindən milli, mədəni, demokratik hüquqlarının pozulması ilə razılaşmayan Güney azərbaycanlıların mili oyanışını təcəssüm etdirir.

Məmmədov bildirib ki, 20-ci əsrdə Güney azərbaycanda baş verən əvvəlki milli hərəkatların təcrübəsini nəzərə alaraq beynəlxalq ictimaiyyət azərbaycan xalqının öz hüquqları uğrunda mübarizəsini dəstəkləməlidir.
Güney Azərbaycan strateji araşdırmalar Mərkəzinin eksperti Sadiq İsabəyli İran hökumətinin hərəkatın fəallarına qarşı gördüyü represiyalara diqqət çəkib. İşkəncələr altında insanları İsrail və ABŞ xüsusi xidmət orqanları ilə işbirliyində olmalarını boynuna almağa məcbur edirlər.
GunazTV telekanalanın rəhbəri Əhməd Obalının sözlərinə görə may mitinqləri zamanı ən azı 25 nəfər öldürülüb və 7800 nəfər həbs olunub. Onlardan 220-si hələ də həbs altındadır. Hökumətin məqsədyönlü siyasəti nəticəsində iqtisadi çətinliklər səbəbindən azərbaycanlılar öz evlərini tərk edərək digər əyalətlərə göçürlər.
Forum iştirakçıları Güney Azərbaycandakı hərəkatı dəstəkləmək məqsədi ilə dünya azərbaycanlılarına ünvanlanan bəyanat qəbul edib. Bəyanatda beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən İrandakı hadisələrə siyasi-hüquqi qiymətin verilməsinin vacibliyi əks olunub.
İran dövlət orqanlarındakı azərbaycanlılara ünvanlanmın bəyanatda mövcud vəziyyətlə barışmamaq və azəraycanlıların milli hüquqlarının bərpasına nail olmaq çağırışı əks olunub.-06S-